Mikayıl Miğfər oğlu Mikayıllı (24 sentyabr 1993; Qəbələ rayonu, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mikayıl Mikayıllı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mıxlıqovaq, Qəbələ, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2014—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər | |
Təltifləri | 2020 2020 2020 |
Mikayıl Mikayıllı 1993-cü il sentyabrın 24-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun giziri olan Mikayıl Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan prezidenti İlham Əliyevin adından Azərbaycan Respublikasının Müdafiə nazirinin əmri ilə 24.12.2020-ci il tarixində "Şücaətə görə" medalı ilə təltif edilmişdir.