Mikayıl İlqar oğlu Məmmədzadə (10 oktyabr 1994; Sumqayıt şəhəri, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mikayıl Məmmədzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt şəhəri, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Mikayıl Məmmədzadə 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub.
2001—2009-cu illərdə C.Səfərov adına 10 saylı tam orta məktəbdə, 2009—2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
2012—2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Subay idi.
Mikayıl Məmmədzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib.
2018-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mikayıl Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Mikayıl Məmmədzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı, Kəlbəcər rayonu ərazisində Camışdağ - Qaragöl istiqamətində şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Dekabrın 28-də Sumqayıt Şəhidlər Xiyabanında [1] torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]