Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Huron gölü
Huron (ing. Lake Huron) — Şimali Amerikanın ABŞ və Kanadaya aid ərazilərində yerləşən Böyük göllər sisteminə daxil olan göllərdən biri. Miçiqan gölündən şərqdə yerləşib onunla Makinak boğazı ilə birləşib. Miçiqan və Huron göllərinin coğrafi olaraq ayrıca göllər qəbul edilməsinə baxmayaraq, hidroqraflar bu göllərin Makinak boğazı ilə birləşərək vahid sistem əmələ gətirdiyi qənaətindədirlər.
Neoseiulus huron
Neoseiulus huron (lat. Neoseiulus huron) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Hüseyn
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Abbas Hüseyn
Abbas Hüseyn(XIX əsrin sonu-XX əsrin əvvəli) — XX əsrin əvvəlində Tiflis şəhərində fəaliyyət göstərmiş azərbaycanlı rəssam. Rəsmləri əsasən 1903–1923 illərində yaradılmışdır. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. == Rəsmləri == == Mənbə == Çingiz Fərzəliyev. Azərbaycan rəngkarlığı (antologiya).
Artıkoğlu Hüseyn
== Həyatı == Hüseyn Artıkoğlu 1950-ci il oktyabrın 5-də Başkeçid rayonunun Qəmərli kəndində anadan olmuşdur. 1967-ci ildə Marneuli 1 saylı Azərbaycan orta məktəbini bitirib və həmin ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Həmin institutu 1973-cü ildə bitirərək Sənaye və Mülki Tikinti ixtisası üzrə inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir. 1971-1977-ci illərdə "Azdövlətlayihə" institutunda texnik, mühəndis, qrup rəhbəri və baş konstruktor vəzifələrində çalışmışdır. 1977-1980-ci illərdə Moskvada V.A.Kuçerenko adına İKMETİ-nin aspirantı olmuşdur. 1981-ci ildən texnika elmləri namizədidir. 1981-1984-cü illərdə Bakının layihə institutlarında çalışmışdır. 1984-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Dəmir-beton (indi İnşaat) konstruksiyaları" kafedrasının dosentidir. 1988-cu ildə xalq hərakatına qoşularaq Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biridir. 1988-ci ildən "Birlik" cəmiyyətinin təsis qrupunun üzvü, 22 yanvar 1990-cı ildən "Birlik" partiyasının sədri olmuşdur.
Aşıq Hüseyn
Hüseyn adında aşıqlar çox olduğundan aşağıdakı siyahıdan dəqiqləşdirmək olar. Bir çox kitablarda hətta onların şeirləri belə qarışıq salınır. Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987 Aşıq Hüseyn — ?–? Yağləvənd oymağının aşığı.
Bığlı Hüseyn
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Fərid Hüseyn
Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010). == Həyatı == Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür.
Hüneyn döyüşü
Hüneyn Döyüşü (ərəbcə: غزوة حُنين); Hicrətin səkkizinci ilində, miladi təqvim ilə 630-cu ildə, Məkkənin fəthindən dərhal sonra Hüneyn Vadisində meydana gəldi. Müharibə İslamın qurucusu və son peyğəmbər Məhəmməd (s.a.v) əmrindəki İslam ordusu ilə Taif bölgəsindəki Havazin və Sakif qəbilələri arasında baş verdi. Bütpərəstlərin basqınları və Məkkənin yeni müsəlmanlarının iştirakı sayəsində, Hüneyn yürüşünün başlanğıcında İslam ordusu sarsıldı və hətta İslamın qurucusu Məhəmməd peyğəmbərin həyatı təhlükə altında qaldı. Lakin nəticədə müsəlmanlar qalib gəldilər və çoxlu qənimət əldə etdilər. Bu rəvayətlərin bəziləri məsəl ənənəsinin əksidir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir. Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. == Hüneyn Muharabəsi"nin Səbəbləri == Hüneyn müharibəsinin səbəbinin Havazin və Sakif qəbiləsinin görkəmli şəxslərinin İslamın banisi Məhəmməd peyğəmbərin Məkkəni fəth etməsindən sonra növbədə olduqlarını düşündükləri və o dövrdə Məkkədə olan müsəlmanlara hücum etmək qərarına gəldikləri barədə xəbər yayılır. Başqa bir düşüncəyə görə, bu müharibə Məhəmməd peyğəmbərin Məkkəni fəth etmək üçün Mədinədən yola düşdüyü zaman Havazin və Sakif qəbilələrinin bir araya gələrək, İslam ordusunun onlarla mübarizə aparmaq üçün hərəkətə keçdiyini düşünərək Hüneyn bölgəsində qərargah qurdular.
Hüseyn (ad)
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Hüseyn (Əbyəlil)
Hüseyn kəndi (başq. Хөсәйен) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəlil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hüseyn kəndinin milli tərkibi: başqırdlar 95%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 38 km., kənd sovetliyindən (Xəlil): 9 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 117 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Hüseyn Abbasov
Hüseyn Əlizadə oğlu Abbasov (13 fevral 1993; Hacıqabul, Azərbaycan — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Abbasov 1993-cü il fevralın 13-də Hacıqabul şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Abbasov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseyn Abbaszadə
Hüseyn Abbas oğlu Abbaszadə (22 noyabr 1922, Bakı, Azərbaycan SSR, SSRİ – 12 dekabr 2007, Bakı) — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991). == Həyatı == Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir. Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır. Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbasəliyev
Hüseyn Adil oğlu Abbasəliyev (2 oktyabr 2000; Mingəçevir, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olmuşdur. == Hərbi xidməti == Hüseyn Abbasəliyev 23 oktyabr 2018-ci il — 29 mart 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Hüseyn Abbaseliyev Abbaseliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Süqovuşanın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" medalı [["Suqovuşanın azad əolunmasına və 24. 6. 2021-ci il tarixli sərəccamına əsasən Cəsur Döyüşcü medali ilə təlif edilmisdir.
Hüseyn Abdullayev
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Abdulov
Hüseyn Andruxayev
Hüseyn Borojeviç Andruxayev (rus. Хусен Борежевич Андрухаев; 2 mart 1920, Xakurinoxabl, Şimali Qafqaz diyarı[d] – 8 noyabr 1941, Antrasit rayonu[d], Luqansk vilayəti) — adıgey-sovet jurnalisti, şairi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı. Cənub Cəbhəsi 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasının siyasi komandiri, kiçik siyasi təlimatçı. == Həyatı == Hüseyn Borojeviç Andruxayev 2 mart 1920-ci ildə Xakurinohabl (indiki Adıgeya) kəndində kəndli ailəsində anadan olmuşdur. O, etnik olaraq adıgey (çərkəz) idi. Andruxayev 1935-ci ildə Adıgey Pedaqoji Texnikumuna daxil olmuşdur. Həmin il o, Rostov-na-Donuda gənc yazıçıların toplantısında iştirak etmiş, 1939-cu ildən yerli qəzetin redaksiyasında, həmin ilin iyun ayından "Sosialistiçeske Adıgey" vilayət qəzetinin müxbiri işləmişdir. 1940-cı ilin yanvarından Qızıl Ordu sıralarında xidmət etmiş Andruxayev 1941-ci ildən Stalinqrad hərbi-siyasi məktəbini bitirdikdən sonra kiçik siyasi təlimatçı olmuşdur. Bundan sonra o, 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasına siyasi təlimatçı təyin edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Сиджах Х. И. [Андрухаев Хусен Борежевич Андрухаев Хусен Борежевич] // Твои Герои, Адыгея: очерки о Героях Советского Союза и кавалерах ордена Славы трёх степеней (500 nüs.).
Hüseyn Arac
Hüseyn Arac (15 oktyabr 1956, Kiçik Asiya) — Danimarka Sosial Demokratlar partiyasının tərcüməçisi və siyasətçisi. == Həyatı == Hüseyn Arac 1956-cı ildə oktyabrın 15-də Türkiyə Anadolu şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Hüseyn Arac 1993-cü ildə Bələdiyyə Məclisinə üzv seçilərək siyasi sferada ilk addımını atmışdır. 1998–2002-ci illərdə Arac İctimai işlər üzrə dairə başçısı olmuşdur. O,2005–2007-ci illərdə Arhus Dairə Bələdiyyəsinin üzvü seçildi.26 oktyabr 2010-cu ildən 28 avqust 2011-ci ilə qədər Kirsten Brosbolun müavini kimi "East Jutland's Storkreds"-in müvəqqəti məclis üzvü olmuşdur. Hüseyn Arac hər zaman öz çıxışlarında Danimarkanı təmsil etməsinə baxmayaraq Türk olduğunu vurğulayıb və həmçinin Azərbaycana da böyük diqqət ayırmışdır və Qarabağ problemini Danimarka parlamentində gündəmə gətirmişdir.
Hüseyn Arif
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952). Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. === Ədəbi fəaliyyəti === Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür.
Hüseyn Axundov
Hüseyn Axundov (rəssam) (1921—2015) — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin görkəmli nümayəndəsidir. Hüseyn Axundov (siyasətçi) (1922—1986) — siyasi və ictimai xadim.
Hüseyn Bayramov
Hüseyn Abbas oğlu Bayramov — dilçi, filologiya elmləri doktoru (1970), professor (1970) == Həyatı == Bayramov Hüseyn Abbas oğlu 1916-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1935-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun indiki (APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir. === Vəfatı === 4 noyabr 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutununda baş elmi işçi, 1960-82-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Dillər Universiteti) Azərbaycan dilçiliyi kafedrasında dosent, professor və kafedra müdiri işləmişdir. Müasir Azərbaycan dilinin sintaksisinə və frazeologiyasına dair tədqiqatların müəllifidir. == Əsərləri == Müasir Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr, Bakı, 1960 Azərbaycan dili frazeologiyasının əsasları, Bakı, 1978 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 64.
Hüseyn Bağırov
Bağırov Hüseynqulu Seyid oğlu — Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri (2001-2018), Azərbaycan Respublikasının sabiq Ticarət naziri (2000-2001). == Həyatı == Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb. == Fəaliyyəti == 1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib.
Hüseyn Bəşirzadə
Hüseyn Xanhüseyn oğlu Bəşirzadə (28 may 1994; Qumbaşı, Lənkəran rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Bəşirzadə 28 may 1994-cü ildə Lənkəran rayonunun Qumbaşı kəndində Xanhüseyn Bəşirov və Laləzar Bəşirovanın ailəsində anadan olmuşdur. Lənkəran rayon Qumbaşı kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Hüseyn Bəşirzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra sənədlərini Dövlət Sərhəd Xidmətinə vermişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Hüseyn Bəşirzadə səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Bəşirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Hüseyn Azəri
Hüseyn Azəri (Hüseyn Eyvaz oğlu Əzizov; 1979, Bakı) — jurnalist. == Həyatı == Hüseyn Azəri 1979-cu ildə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. Zabrat-1 qəsəbəsindəki 192 saylı orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. İxtisasca hüquqşünasdır. 1997-ci ildən jurnalistika sahəsində çalışır. "İnternews Azerbaijan"da "Güzgü", ANS TV də "İç xəbər", "Poçt qutusu", "Kişi işi" verilişlərində müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb. İctimai Televiziyada "Carçı" xəbərlər proqramının, ARB-24 TV-də əsas xəbər aparıcılarından olub, baş redaktor vəzifəsinədək yüksəlib. Dövlət Bayrağı Meydanında mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib. Hazırda Dövlət Reklam Agentliyinin mətbuat katibidir. Ailəlidir, 2 övladı var.
Hüseyn Cahangirov
Hüseyn Yolçu oğlu Cahangirov (24 avqust 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 4 aprel 2004, Özbəkistan) – polkovnik-leytenant, Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini. == Həyatı == Cahangirov Hüseyn 24 avqust 1949-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin ildə də Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə ADU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüseyn Cahangirov universiteti bitirdikdən sonra bir müddət hərbi xidmətdə zabit kimi qulluq etmişdir. 1974-cü ildə Kiçik Məzrə kənd orta məktəbində fizika müəlimi kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Özbəkistana getmiş Daşkənd şəhərində Daxili İşlər orqanlarında işə qəbul edilmişdir. Hüseyn Cahangirov Özbəkistanda aşağı vəzifədən başlayaraq polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş və sonralar Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini işləmişdir. 4 aprel 2004-cü ildə Özbəkistan Respublikasında vəfat etmiş və Daşkənd şəhərində dəfn edilmişdir. == Ailəsi == Hüseyn Cahangirovun üç oğlu, bir qızı var.
Hüseyn Carçıyev
Hüseyn Cavid
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 5 dekabr 1941, Tayşet rayonu[d], İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır.
Heroin
Heroin və ya diasetilmorfin (diamorfin) – XIX–XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növü. XIX əsrin sonundan XX əsrin əvvəllərində dərman kimi istifadə edilən yarı sintetik ağır opioid dərmandır. Asılılığa səbəb olur. Formulu: C21H23NO5. XX əsrin sonu və XXI əsrin əvvəlindən opioid narkotik istifadəçilərinin əksəriyyəti heroindən istifadə edir. Bu, onun bariz narkotik təsiri, nisbi ucuzluğu və sürətlə inkişaf edən fiziki və əqli asılılığı ilə bağlıdır.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.