Hüseyn Abdulov

Hüseyn Etibar oğlu Abdulov (1995, Sumqayıt4 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı yaralansada, bir gün sonra şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Hüseyn Abdulov
Hüseyn Etibar oğlu Abdulov
Şəxsi məlumatlar
Digər adı Hüseyn Abdulov
Doğum tarixi 1995-ci il
Doğum yeri
Vəfat tarixi 4 avqust 2014(2014-08-04)
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Atası Etibar Abdulov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə N-saylı
Xidmət illəri 2014-cü il
Rütbə Əsgər
Vəzifəsi Atıcı
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseyn Abdulov 1995-ci ildə Sumqayıt şəhərində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Hüseyn Abdulov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Hüseyn Abdulov doğulduğu Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Abdulov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Hüseyn Abdulov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]