Hüseyn Xanhüseyn oğlu Bəşirzadə (28 may 1994; Qumbaşı, Lənkəran rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Hüseyn Bəşirzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qumbaşı, Lənkəran rayonu, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Hüseyn Bəşirzadə 28 may 1994-cü ildə Lənkəran rayonunun Qumbaşı kəndində Xanhüseyn Bəşirov və Laləzar Bəşirovanın ailəsində anadan olmuşdur.[1] Lənkəran rayon Qumbaşı kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.
Hüseyn Bəşirzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra sənədlərini Dövlət Sərhəd Xidmətinə vermişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Hüseyn Bəşirzadə səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.[2]
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Bəşirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Bəşirzadə 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 23 oktyabr tarixində Lənkəran rayonunun Qumbaşı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Bəşirzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Bəşirzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Bəşirzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Bəşirzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[6]