Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • HÜSEYNQULU

    Hüseynin qulu, Hüseynin köləsi

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • HƏSƏNQULU

    bax: Həsən və Qulu

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • KÜRƏLƏMƏX’

    (Qazax) başdan eləmək. – Hüseynqulu yanına gələn adamı kürələməyə çalışer

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • KORAFƏHM

    KORAFƏHM – FƏRASƏTLİ O, korafəhm deyil, Bilal (G.Hüseynoğlu); Fərasətlidir, Allah başacan eləsin (G.Hüseynoğlu).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • SALAMÜNƏLEYKÜM

    ...[Cümşüd bəy:] Salaməleyküm, qonşu, nə kefdəsən. E.Sultanov. [Hüseynqulu bəy:] Məşədi İbad, salamünəleyküm, a kişi, bu nə işdir, eşitdim ki, qızın iki

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SALAMƏLEYKÜM₁, SALAMÜNƏLEYKÜM

    ...[Cümşüd bəy:] Salaməleyküm, qonşu, nə kefdəsən. E.Sultanov. [Hüseynqulu bəy:] Məşədi İbad, salamünəleyküm, a kişi, bu nə işdir, eşitdim ki, qızın iki

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ŞƏLƏPAPAQ

    ...uzuntüklü dəridən papaq qoymuş. Şələpapaq kişi. Şələpapaq kəndli. – [Hüseynqulu:] Əmim oğlu komandir olduğuna görə rəngi saralmış, əynində dəridən pa

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • PƏTƏK

    PƏTƏK (arı pətəyi) [Hüseynqulu ağa və Piri kişi] qızları götürüb an pətəklərinin tamaşasına getdilər (S.S.Axundov); SƏBƏT Piri kişi: İndi onu tutub tə

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • NƏQILIX

    (Zəngilan) necə? nə cür? – Hüseyngil nə qılıxdılar?

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • GEYDİRMƏK

    f. 1. Geymək işini gördürmək, geyməyə məcbur etmək. …Hüseynqulu ağa zinətli qaraçı libası tikdirib Qaraca qıza geydirirdi və öz qonaqlıqlarında oynadı

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SAPSAĞ

    sif. Lap sağ, tamamilə sağlam, sapsağlam. Sapsağ uşaq. – Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi: – İndi sapsağ qızı azarlı edəcəksən. S.S.Axun

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • YARIZARAFAT

    YARIZARAFAT – YARICİDDİ Mustafa bu sözləri yarızarafat, yarıciddi dedi (G.Hüseynoğlu).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • ƏNTİQ

    ...tapılan, çox gözəl, görünməmiş, hamının marağına səbəb olan. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri saxlanırdı. S.S.Axundov. [Aslanov

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BİRİNCİ

    BİRİNCİ – AXIRINCI Bu sözü birinci kim dedi, axırıncı kim dedi (G.Hüseynoğlu).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • SOYUQ

    SOYUQ – QAYNAR – Xala, bu ki hələ lap qaynardır (G.Hüseynoğlu); Su hələ soyuqdur.

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • AĞAPPAQ

    ...Qara gözlərin ağı süd kimi ağappaq, qarası kömür kimi qapqara (G.Hüseynoğlu).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • SİFTƏ

    SİFTƏ – SON Siftə kimsə buradan getmiş, kəsə yol salmışdır (G.Hüseynoğlu); Hamıdan son o gəldi.

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • TƏLƏBKARLIQ

    TƏLƏBKARLIQ – SƏHLƏNKARLIQ Tələbkarlığını ürəkdən sevdim (G.Hüseynoğlu); Elə onun səhlənkarlığı nəticəsində işimizi istənilən şəkildə qura bilmirik.

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • SİLAH

    ...YARAQ Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylərlə bəzənib Hüseynqulu ağa üçün açıq saxlanırdı (S.S.Axundov); YAR-YARAQ Öz yerində olsun gərə

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • ŞƏN

    ...şad olsun (C.Məmmədov); Şəhərin cansıxıcı həyatı, bekarçılıq Hüseynqulunu təngə gətirmişdi (A.Məmmədrza).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • ŞADLIQLA

    zərf Sevinclə, sevincək, fərəhlə, şad halda, məmnuniyyətlə. [Hüseynqulu:] Birpərdəli bir vodevil belə yazılsaydı, təzə olduğundan çox şadlıqla oynardı

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MİLLƏTPƏRƏST

    ...fars. …pərəst] bax millətçi. [Rüstəm bəy:] Birisi millətpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan. Ü.Hacıbəyov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İNADCIL

    İNADCIL – SADƏLÖVH İnadcıl qızın da başına görün nə gəldi (G.Hüseynoğlu); Yeja bu sadəlövh adamın beynəlxalq vəziyyətlə tanış olmasına heyrət edərək d

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • MÜLAYİMLƏŞMƏK

    ...birdən-birə elə gəldi ki, Daşdəmirin baxışları yumşaldı, mülayimləşdi (G.Hüseynoğlu).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • İKİLƏŞMƏK

    İKİLƏŞMƏK – TƏKLƏŞMƏK Səs ikiləşdi, üç oldu, sonra tamam kəsildi (G.Hüseynoğlu); Ədhəm bilirdi ki, Səlim təklənəndə öz təsir gücünü xeyli itirir, çaşı

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • İLHAMLANMAQ

    ...Nəfəs aldıqda qəşş olur insan (H.Cavid); QOL-QANADI AÇILMAQ (məc.) [Hüseynqulu ağa:] Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın (S.S.Axundo

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • ARTIQ

    ...ƏSKİK Orada işləyənlərdən mənim nəyim artıqdır, nəyim əskikdir? (G.Hüseynoğlu).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • İŞBACARAN

    ...işbilən arvad lazım idi… B.Talıblı. [Böyük oğul:] Qonşumuz Kəblə Hüseynqulu da işbilən adamdır. Qantəmir. // İs. mənasında. [Müəllim:] Nə qədər olsa,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XƏFİYYƏ

    ...İ.Şıxlı. □ Xəfiyyə idarəsi – gizli polis idarəsi. Aslan … bildi ki, Hüseynqulu kişi mətbəənin mütamadiyən xəfiyyə nəzarəti altında olduğunu duyub. M.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İŞBİLƏN

    ...işbilən arvad lazım idi… B.Talıblı. [Böyük oğul:] Qonşumuz Kəblə Hüseynqulu da işbilən adamdır. Qantəmir. // İs. mənasında. [Müəllim:] Nə qədər olsa,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • NAMİZƏD

    ...namizəd seçmişik. Ə.Haqverdiyev. Məcnun roluna ən yaxşı namizəd Hüseynqulu idi. S.Rəhman. 2. İlk, kiçik elmi dərəcəsi olan şəxs. Filoloji elmlər nami

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • RƏMƏL

    ...və rəməl bəhrlərində əsərlər, eləcə də sərbəst şeirlər yazmışdır. G.Hüseynoğlu.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İŞIQ

    ...ki, qarşısında daha iki tələbəsi yox, işıqla zülmət dayanmışdı (G.Hüseynoğlu).

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • SÜRTÜK₂

    ...üst paltarı] Beli dar, uzunətəkli, ikibortlu kişi üst geyimi. Həsənqulu bəy sürtükünü geyir. Ü.Hacıbəyov. [Xortdan:] Bir nəfər arıq, əynində bozarmış

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜÇ-ÜÇ

    ...Hər dəfə üç dənə, hər adama üç dənə. Üç-üç sıraya düzmək. – Həsənqulu bəy, Rza, Əsgər, Həsən və xor daxil olurlar. Sonra səhnənin ortasında üç-üç dur

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DALINCA

    ...halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MÜBARƏKBAD

    ...bu şad xəbəri Şahvələdə yetirdilər. “Aşıq Qərib”. [Məşədi İbad Həsənqulu bəy və başqalarına:] Qonaqlıqda məni mübarəkbad eləmədiniz? Ü.Hacıbəyov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BƏRKİMƏK

    BƏRKİMƏK – BOŞALMAQ – Hə, bərkidi, bala, gedək budkaya... (G.Hüseynoğlu); Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M.F.Axundzadə). BƏRKİMƏK – YUM

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • İLK

    1. İLK İlk məhəbbətimiz də ilk qar kimi oldu (G.Hüseynoğlu); BİRİNCİ Çıxmaz xatirimdən bu birinci qar (M.Seyidzadə); ƏVVƏLİNCİ [Nazlı:] doğrudur, bir

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • TƏNG

    I (Ordubad) 1. döngə 2. dalan. – Hüseyngil bı təngdə olur II (Bakı) dar III (Ordubad) bərəçinin bərəni sürdüyü zaman durduğu yer. – Təng gəminin lap q

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • LÖVHƏ

    ...düşmüş, misalı həll etmək üçün Güləri yazı taxtasına çıxartmışdı (G.Hüseynoğlu). 2. lövhə bax rəsm, şəkil 1 3. lövhə bax mənzərə 3

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • HÜZUR

    ...qabağında, önündə. Hüzurunda oturmaq. Hüzurunda danışmaq. – Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. S.S.Axundov. Gör nələr yara

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SAKİTLİK

    ...düşdü (İ.Şıxlı). SAKİTLİK – ƏSƏBİLİK Baba, gör nə sakitlikdir?! (G.Hüseynoğlu); Həkimliklə əsəbilik tutmur (Ə.Vəliyev). SAKİTLİK – HƏRC-MƏRCLİK Abbas

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • YUMŞAQ

    ...(İ.Tapdıq); Başının tükü coddur, zil qaradır, arxaya darayır (G.Hüseynoğlu). YUMŞAQ – SƏRT Piri kişi yetmiş yaşında yumşaqtəbiətli bir qoca idi (S.S.

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • DƏRUN

    ...dərunumu cəlalın şövqi; Ağlımı uğratdı zayə qaşların. “Aşıq Qərib”. [Həsənqulu bəy:] Bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər s

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XARABLAŞMAQ

    f. Pisləşmək, daha da xarab olmaq, fənalaşmaq, korlanmaq. [Həsənqulu bəy:] Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SAFDİL

    [ər. saf və fars. dil] bax safürəkli. [Həsənqulu bəy:] …İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin o safdil adamların ə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DƏRƏ

    ...(B.Vahabzadə). DƏRƏ – TƏPƏ O gah dərəyə enir, gah təpəyə qalxırdı (G.Hüseynoğlu). DƏRƏ – ZİRVƏ Necə də bozarıb dərələr, düzlər; Qarlı zirvələri fikir

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • AXMAQ

    ...s.). Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir. – [Rüstəm bəy:] Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb, mənim

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏKİNÇİLİK

    ...Rəhman: Mənim atam Səfərəlinin elə bir parça yeri də olmamış, Həsənqulu ağaya rəncbərlik edərək min məşəqqət ilə öz ailəsinə çörək qazana bilmişdi (S

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • HİDDƏTLİ

    ...hamısına kömək etmək istəyir (M.İbrahimov); HİRSLİ Bunu deyib Hüseynqulu ağa qabağındakı boşqabı götürüb yerə çaxdı və hirsli yemək otağından çıxdı (

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • ŞÜBHƏLƏNMƏK

    ...siçan yağa düşüb, ya bala düşüb ölüb (Çəmənzəminli); ŞƏKKƏ DÜŞMƏK Hüseynqulu ağa əvvəl dostlarının sözünü zarafat hesab etdi, amma sonra özü də diqqə

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • MƏHRƏM

    ...gülər; Səgrəqibə məhrəm olandan bəri. Q.Zakir. Rəhim bəy və Səlim bəy Hüseynqulu ağanın ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə getdilər.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TAY₁

    ...sənə. M.P.Vaqif. Mənim qızımı bir qaraçı qızına taymı edirsən, – deyə Hüseynqulu ağa bağırdı. S.S.Axundov. Tay olmaq – bab olmaq, bərabər olmaq. [Ahı

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SUSMAQ

    ...Mir Cəlal. 3. Əmr şəklində: sus! – danışma, dinmə, səsini kəs. [Hüseynqulu ağa Pəricahan xanıma:] Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • QIVRILMAQ

    ...bir tərəfdən o biri tərəfə əyilmək. İlan qıvrılıb yatmışdı. – Hüseynqulu ağa dal tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. S.S.Axundov. 3. Qatla

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • XAN

    ...idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Almış sifarişi Hüseynqulu xan; İldırım tökülür qaş-qabağından. S.Vurğun. 2. məc. Ağa, hökmran. Necə ki y

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • QOL-QANAD

    ...açılmaq – ruhlanmaq, canlanmaq, inkişaf etmək, bədəni bərkişmək. [Hüseynqulu ağa:] Pəricahan, qızına yazığın gəlsin. Qoy bu qız ilə oynasın, atlansın

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HƏDD

    ...bildirir). Soltan İbrahimin otağına kimin həddi vardı ki, gəlsin. (Nağıl). [Hüseynqulu ağa:] …Kimin həddi var, bundan sonra mənim əmrimdən çıxsın… S.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • QABAQ

    ...dikbaş, iddialı, öz həddini, danışığını bilməyən adam haqqında. Hüseynqulu … qabağından yeməyən idi, … söz götürməzdi. Ə.Sadıq. Qabağını almaq – 1) b

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KEÇMƏK

    ...iş, hadisə və s. haqqında (adətən güzəşt mənasında işlənir). [Hüseynqulu bəy:] Gəldim də…, heç, daha keçibdir. Ü.Hacıbəyov. Qardaşım, ondan keçibdir.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DA

    ...desin də, arvad oldu, nə oldu, söz danışır axı. C.Cabbarlı. [Hüseynqulu Yunisə:] Gəl çıx da, demirsən bəs işimiz var, planımız var? Mir Cəlal; 2) say

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏL

    ...qaldıra bilməz. – [Kəndlilər:] Qulamhüseyn bəyə də əl qalxızmaq olarmı? Hüseynqulu bəyi də həbsə almaq olarmı? B.Talıblı. Bu … nə qiymətli adamdır ki

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Hüseynqulu Ağaməmmədov
Hüseynqulu Ağaməmmədov (1905, Qaradağlı, Şuşa qəzası – 19 mart 1988) — Qaradağlı kəndinin ilk ziyalısı. Hüseynqulu Həsən oğlu Ağaməmmədov 1905-ci ildə Ağdamın Qaradağlı kəndində anadan olub. İlk təhsilini Ağdamda alan Hüseynqulu Ağaməmmədov 1930-cu ildən Qaradağlı kəndində müəllimlik edib. Hüseynqulu Ağaməmmədov 1935-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən Ali Partiya Məktəbinə qəbul olub. 1938-1941-ci illərdə Ağdam rayon partiya komitəsində işləyib. Hüseynqulu Ağaməmmədov 1941-1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yaralanaraq, ordudan tərxis olunub. Hüseynqulu Ağaməmmədov 1947-ci ildə Qaradağlı kəndində 350 nüsxə kitabdan ibarət ilk kitabxana açıb. İki il kitabxana müdiri işləyib. Hüseynqulu Ağaməmmədov 1949-1971-ci illərdə Ağdam rayonu Qaradağlı kənd sovetində sədr işləyib.
Hüseynqulu Bağırov
Bağırov Hüseynqulu Seyid oğlu — Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri (2001-2018), Azərbaycan Respublikasının sabiq Ticarət naziri (2000-2001). == Həyatı == Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb. == Fəaliyyəti == 1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib.
Hüseynqulu Sarabski
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həmdə 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb. == Həyatı == Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi.
Hüseynqulu Səlimov
Hüseynqulu Yusif oğlu Səlimov (9.10.1889, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Bakı real məktəbini bitirmiş (1909), Xarkov Texnologiya İnstitutunun kimya Şöbəsində 3-cü kursadək oxumuşdur. Lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, Hüseynqulu Səlimovun təhsilini kimya sahəsində davam etdirməsi üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmışdı. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Hüseynqulu xan
Şəxslər Hüseynqulu xan (Bakı xanı) — Bakı xanı. Hüseynqulu xan Sərdar — İrəvan xanı. Hüseynqulu xan Dünbili — Xoy hakimi Hüseynqulu xan Xoyski — çar ordusunun general-mayoru.
Hacı Hüseynqulu məscidi
Hacı Hüseynqulu məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə kəndində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Ordubadın Gənzə kəndinin mərkəzində yerləşir. Ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilmişdir. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, XX əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib.
Hüseynqulu sultan Şamlı
Hüseynqulu sultan Şamlı (?-1581)—Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi. == Həyatı == Hüseynqulu sultan Şamlı hərbi xidmətə I Şah Təhmasib Səfəvinin ilxısında mehtərbaşı vəzifəsi ilə başlamışdı. sonra saraya gətirilmişdi. Yasavulbaşı təyin edilmişdi. II Şah İsmayıl Səfəvi saray vəzifəsi eşikağasıbaşı (saray təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Sonra Səbzivar vilayətinə hakim göndərildi. Hüseyqulu sultan Şamlı elinin Azərbaycan qrupunun başçısı idi. Şirvanda, Xaçmaz üzərinə yürüş ucbatından Əmir xan Türkmanla Şahrux xan arasında ədavət düşmüşdü. Pirə Məhəmməd xan Ustaclının və Hüseynqulu sultan eşikağasıbaşı Şamlının başçı olduqları ustaclı və şamlı tayfaları Şahrux xanın tərəfini saxlayaraq türkman tayfasına qarşı çıxdılar. Qulu bəy qorçibaşı tayfalararası silahlı toqquşmanın qarşısını çətinliklə ala bildi.
Hüseynqulu xan Avşar
Hüseynqulu xan Avşar — Məhəmmədəli xan Avşarın oğlu və Zülfüqar xan Əmirli-Avşarın nəvəsi, Fətəli şah Qacar dövrünün şairlərindən dir. O, Abbas mirzə Qovanlı-Qacarın məiyyətində idi, ona görə şeirdə "Çakir" təxəllüs edirdi. Zülfüqar xan Əsəədəddövlə onun oğlu idi. Hüseynqulu xan, Azərbaycanca və farsca şeirlər yazıb. == Qaynaqlar == عاقلی، باقر. خاندان های حکومت گر در ايران (جلد دوم). تهران: نشر نامک، 1386. ISBN 964-6895-42-5.
Hüseynqulu xan Bəyləri
Heydərqulu xan Abbasqulu xan oğlu Bəyləri (10 may 1905, Təbriz – 1981, Təbriz) — Cənubi Azərbaycan hərbçisi, general-mayor. == Həyatı == Heydərqulu xan Abbasqulu xanın oğlu, Mirzə Əhməd xan Bəylərinin nəvəsidir, Ağacan xanın nəticəsidir. Atası Abbasqulu xan İran kazak diviziyasının polkovniki idi. Özü də 1919-cu ildə hərbi məktəb leytenant rütbəsi ilə bitirmişdi. Heydərqulu xan Bəyləri 1926-cı ildə Salmas hərbi hissəsində baş verən qiyamın yatırılmasında iştirak etmişdi. 1930-cu illərdə Maku, Sərdəşt, Sobucbulaq əməliyyatlarında iştirak etmişdi. Heydərqulu xan Bəyləri "Bir əsgərin xatirəsi" kitabının müəllifidir. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Hüseynqulu xan Dünbili
Hüseynqulu xan Əhməd xan oğlu Dünbili (?-1798) — Xoy xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Cəsarət və şücaətdə məşhur olan qardaşı Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Cəfərqulu xana Marağalı Əhməd xan, Urmiyəli Məhəmmdəqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli dünbülü tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə Gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı və həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı Xoy xanlığının taxtına oturtdu.
Hüseynqulu xan Etimadəddövlə
Hüseynqulu xan Hacı Mirzə Mehdi xan oğlu Etimadəddövlə (?-?) — Urmiyanın hakimi. == Həyatı == Hüseynqulu xan Hacı Mirzə Mehdi xan Etimadi-Dəftərin oğlu, o da Hacı Mirzə İshaq xan Mustovfinin, o da Mirzə Məhəmməd Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hüseynqulu xan Etimadəddövlə bir neçə dəfə Urmiyanın hakimi olmuşdu. İşlədiyi dövrdə ədaləti, işgüzarlığı və davranışı ilə seçilirdi. 1917-ci ildə Rusiyada inqilab baş verəndən sonra Cənubi Azərbaycanda da oyanma baş verdi. Daha heç kim köhnə qayda-qanunla yaşamaq istəmirdi. Yeni qəzetlər yarandı, nümayişlər baş verdi. Şeyx Məhəmməd Xiyabani, İsmayıl Növbəri və başqa inqilabçılar tez-tez Urmiyada görünməyə başladılar. Şəhərin Məşrutədən sonrakı sakit havası pozuldu.
Hüseynqulu xan Nuri
Hüseynqulu xan Nuri (1850–1899) — İranın Qacar dövrünün səfiri, dövlət xadimi == Həyatı == Hüseynqulu xan Mirzə Ağa xan oğlu 1850-ci ildə anadan olmuşdur. Hüseynqulu xan Nuri İranda "Hacı Vaşinqton" adı ilə tanınırdı. O, İranın Fransa, ABŞ və başqa ölkələrdə səfiri olmuşdu. Hüseynqulu xan Nuri 1899-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Hüseynqulu xan Nəvvab
Hüseynqulu xan Cəfərqlu xan oğlu Nəvvab (Motaməd ül-Vüzarə, sonra Sədr əs-Səltənə) (fars. حسینقلی خان صدرالسلطنه‎; 1864, Tehran – 1920, Tehran) — İran naziri, diplomat, siyasətçi. == Həyatı == Hüseynqulu xan Cəfərqlu xan oğlu 1864-cü ildə Şiraz şəhərində anadan olmuşdu. Babası Məhəmmədrza xan Mazandarani Hindistanda, Böyük Moğollar dövlətində nəvvab kimi xidmət etmişdi. Ondan sonra Cəfərəli xan bu soyun başçısı olmuşdu. O, Kərbəlaya gedərkən Şirazlı Mirzə Həsənəli ibn Hacı Ağası bəy onun bacısı ilə evlənmişdi. Bu izdivacdan sonra Nəvvab soyu Şirazda məskunlaşmışdı. Cəfərəli xanin Mirzə Məhəmmədəli xan adlı oğlu vardı. O da Fars əyalətinin məşhur simalarından idi. Mirzə Məhəmmədəli xan da Cəfərqlu xan adlı oğlu olmuşdu.
Hüseynqulu xan Qacar
Hüseynqulu xan Qovanlı-Qacar — Qacar sərkərdəsi, Fətəli şahın atası Hüseynqulu xan Qacar (İrəvan) — İrəvan xanı.
Hüseynqulu xan Sərdar
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir. Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir.
Hüseynqulu xan Xoyski
Xoyski Hüseynqulu xan İsgəndər xan oğlu (1869, Yelizavetpol – 1955, İstanbul) – çar ordusunun general-mayoru. Fətəli xan və Rüstəm xan Xoyskilərin böyük qardaşı. == Həyatı == Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İsgəndər xan rus ordususunun general-leytenatı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı. General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur. == Azərbaycan Demokratik Respublikası dövründə == Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi.
Hüseynqulu xan Zəngənə
Hüseynqulu xan Zəngənə (?-?) — Zəngənə elinin başçılarından, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. == Həyatı == Hüseynqulu xan Hacı Hüseynəli xan oğlu Kirmanşah şəhərində doğulmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı. 12 mart 1729-cu ildə Nadir Hüseynqulu xanı Gilan əyalətinə hakim təyin etdi. Həmin zaman Gilan rusların əlində idi. Nadir Rusiyaya elçi göndərin Gilan və Astrabadı geri tələb etdi. 1730-cu ilin martında Nadir Həmədana doğru istiqamət götürdü. Onun qoşunu 25 min nəfərlik süvari və piyadalardan ibarət idi. Bu yürüşdə onu toplar və zənburəklər müşayiət edirdilər. Eyni zamanda o, Tehrandakı qüvvələrə də xəbər göndərdi ki, Qəzvin-Ave yolu ilə Azərbaycanın cənub-qərbinə doğru hərəkət etsinlər. Hüseynqulu xan Zəngənə özünün beş min nəfərlik dəstəsi ilə Gülpayqan yaxınlığında düşərgə saldı.
Hüseynqulu Mirzə Qovanlı-Qacar
Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1884, Təbriz – 1945, Tehran) — şahzadə, əyalət valisi == Həyatı == Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Nüsrətüssəltənə ləqəbi almışdı. Hüseynqulu mirzə orduda xidmət etmişdi. Əmir tuman rütbəsi daşıyırdı. 1897-ci ildə Tehranın valisi olmuşdu. 1905-ci ildə atasının məiyyətində Avropaya getmişdi. Hüseynqulu mirzə 1945-ci ildə vəfat edib. Hüseynqulu mirzənin törəməsi Nüsrət-Müzəffəri soyadını daşıyırlar. Hüseynqulu mirzə Əzəmsəltənə xanım (Valiə Zəndşahi) ilə ailə qurmuşdu.
Hüseynqulu xan (Bakı xanı)
Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu — 1792-1806 - cı illərdə Bakı xanı. == Həyatı == Huseynqulu xan I Mirzə Məhəmməd xanın nəvəsidir. Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta çıxmışdır. O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib 1792-1806-cı illərdə hakimiyyətdə olmuş Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə Rusiya və Qacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəlində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir. Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır.
Hüseynqulu xan Qacar (İrəvan)
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir. Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir.
Hüseynqulu xan Qasımlı-Avşar
Hüseynqulu xan İmamqulu xan oğlu Qasımlı-Avşar (?-1821) — Urmiya xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Hüseynqulu xan Urmiya hakimiyyətini öz qanuni haqqı bilirdi. Ona görə də əmisinə qarşı gah gizlin, gah aşkar mübarizə aparırdı. Ağaməhəmməd şah Qacarın ölümündən sonra Güney Azərbaycan xanlarından bəziləri müstəqillik eşqinə düşdülər. Məhəmmədqulu xan da onlara qoşuldu. Onlar Təbrizə yığışıb, hərəkətə başlamağı qərara aldılar. Məhəmmədqulu xan yolda Urmiyadan məktub alır. Ona bildirirdilər ki, qardaşıoğlu Hüseynqulu xan üsyan qaldırıb.
Hüseynqulu Şahmuradov
Hüseynqulu Ramazan oğlu Şahmuradov (21 mart 1932, Qubadlı rayonu – 10 iyun 1994, Bakı) — cərrah, daxili xəstəlikər həkimi, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Hüseynqulu Şahmuradov 1932-ci il martın 21-də Qubadlı rayonunda dünyaya göz açmışdır. 1949-cu ildə Qubadlıda orta məktəbi əla qiymətlərlə bitirən Hüseynqulu kimya və biologiya fənlərinə xüsusi marağı olduğu üçün Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə cərrah ixtisası üzrə institutu bitirir. Onun təyinatını Qazaxıstana versələr də, həkim buna qəti etiraz edir ve Qubadlıda qalıb işləmək istədiyini və burda daha gərəkli olduğunu bildirir. Hüseynqulu həkim rayondan xeyli uzaqda Muradxanlı kəndində fəaliyyətə başlayır və burada çalışdığı 2 il ərzində kənd camaatının böyük hörmətini qazanır. Hüseynqulu Şahmuradov 1959-cu ildə ailə həyatı qurur. 1961-ci ildə o, Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını dəyişib daxili xəstəliklər həkimi ixtisasına yiyələnir. 1993-cü ildə erməni işğalı nəticəsində Qubadlı rayonundan ayrı düşən həkim, elə həmin il oğlunu itirir. Bu dərdlərə dözə bilməyən həkim 1994-cü il iyunun 10-da ürək xəstəliyindən Bakı şəhərində vəfat edir.
Hüseynqulu Əliyev
Hüseynqulu Əli oğlu Əliyev (3 fevral 1949, Bist, Ordubad rayonu) — Azərbaycan rəssamı və heykəltaraşı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Hüseynqulu Əliyev 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. 1971–1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977–1982-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsində təhsil almışdır. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Rəsm Qalereyasında işləmişdir. 1988-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı işləyir. Hazırda Naxçıvan Dövlət Universitetində kafedra müdiridir. == Yaradıcılığı == Hüseynqulu Əliyev "Koroğlu" və "Bəhruz Kəngərli" heykəllərini (Naxçıvan şəhəri), "Ana abidəsi"ni (Şəhidlər Xiyabanı), Şəhidlər abidəsini (Vənənd və Nehrəm kəndləri) yaratmışdır. Rəngkarlıq, qrafika, karikatura janrlarında əsərləri var. C.Məmmədquluzadənin portreti (1990), "C.Məmmədquluzadə və H.Cavid" (1990), "C.Məmmədquluzadə oğlu Midhətlə" (1990), "C.Məmmədquluzadənin oğlu Ənvərin ailə üzvlərinin portreti" (1994), "Qurbanəli bəy" hekayəsi mövzusunda barelyef (1989), "Saqqallı uşaq" (1989), "Konsulun arvadı" (1989) əsərlərinə illüstrasiyalar, C.Məmmədquluzadənin büstü (1985) və sair əsərləri yaratmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün "Ölülər" tamaşasının geyim eskizlərini çəkmişdir (1988–1989).
Məşədi Hüseynqulu
Məşədi Hüseynqulu — Cəlil Məmmədquluzadənin ata tərəfdən babası. == Həyatı == Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. XIX əsrin 40-cı illərində Naxçıvana gəlmiş, burada evlənmişdir. Bənnalıqla məşğul olmuşdur. Dindar olmuş, Məşhəddə( İran, Xorasan) imam Rzanın qəbrini ziyarət etmişdir. === Vəfatı === 1905-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. == Ədəbiyyat == Qulam Məmmədli,Molla Nəsrəddin (salnamə),Bakı,1984 İsa Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühit və müasirləri,Bakı,1997 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Molla Hüseynqulu Həmədani
Molla Hüseynqulu Həmədani (1823 -1893) — islam alimi, müctəhid. == Həyatı == Ayətullah Həsən Sədr “Əməl vəl Aməl” kitabında belə buyurur: Onun söz və davranışda və hətta fətva verməməkdə və vəzifələri qəbul etməməkdəki tərzi və yolu Seyyid ibn Tavus kimi idi. Belə ki, camaat namazlarını belə açıq şəkildə iqamə etməzdi. Fiqh və üsul elmlərini ustadı Şeyx Ənsarinin qələmə aldığı təqrir kitabından dərs verir, camaat namazını isə az bir xas şəxslərlə evdə iqamə edərdi. Tələbələrinin tərbiyə və dərsləri (yetişmələri) üçün səy edərək onları cəhalət zülmətindən mərifət nuruna hidayət edərək, şəri riyazətlərlə və əməli mübarizələrlə hər növ çirkinliklərdən təmizləyərək Allahın saleh qullarından etdi. Mərhum Mirzə Cavad Məliki-Təbrizi (İmam Xomeyninin əxlaq ustadı) Axund Molla Hüseynqulu Həmədaninin seçilmiş tələbələrindəndi, belə deyir: Şeyx və haqq elmlərdə mənim qabaqcıllarım belə deyirlərdi: axirəti istəyənlər dini məqamlarda heç bir yerə gəlməyiblər, sadəcə gecəni oyaq qalıb, gecələri ibadətlə keçirənlər bu məqama çatıblar. == Bəzi tələbələri == Şeyx Məhəmməd Bəhari (özündən sonra vəsisi) Seyyid Əhməd Kərbəlayi Seyyid Həsən Sədr Seyyid Əbdülğəffar Mazandarani Şeyx Əli Zahid Qummi Mirzə Cavad Məliki-Təbrizi Seyid Cəmaləddin Əfqani Əmirəl Möminin Əli (ə) “Vadius-Səlam” ruhlarına feyzləri Axundun xas tələbələrindən olan Ayətullah Seyyid Əbdülhüseyin Lari onun haqqında belə buyurur: “Axund Molla Hüseyinqulu Həmədaninin belə buyurduğunu eşitdim: “Nəcəfdə elə insanlar varki, bu insanlar Hz. Əmirəlmöminin Əlinin (ə) nurani türbəsindən yuxarı çıxan feyzlərin “Vadius-Səlam”dakı ölülərin ruhlarına çatmalarını zahiri gözləriylə görməkdədirlər. Bunun bənzəri qəbirlərlə birləşən nur xətləri kimidir.” Biz o kimsə dediyi insanların, özü olduğunu bilirdik, amma bunları büruzə verməzdi və bu cür kəramətlər və mükaşifələri olduqca çox idi. Axund Molla Hüseyinqulu Həmədani, bir ömür nəfsiylə mübarizədən və mərifətə teşnə (ehtiyacı) olanların tərbiyə və təliminə özünü sərf etdikdən sonra 28 şaban 1311 hicri qəməri ilində (1890 miladi ilində) Kərbəlada İmam Hüseyin (ə) ziyarət etdiyi vaxtda əbədi aləmə köçdü.
Hüseynqulu xan Qasımlı-Avşar (kitab)
Hüseynqulu xan Qovanlı-Qacar
Hüseynqulu xan Qovanlı-Qacar (1751-1775) — Qacar sərkərdəsi, Fətəli şahın atası. == Həyatı == Məhəmmədhəsən xanın ikinci oğlu Hüseynqulu xan 1751-ci ildə Astrabad civarında dünyaya gəlmişdir. Hüseynqulu xan Kərim xan Zənd tərəfindən Damğanın hakimi olmuşdu. Sonra qiyam qaldırıb müstəqilliyini elan etmişdi. Polkovnik Qold Smit Hüseynqulu xanın öldürülməsi barədə belə yazır: "Kərim xan Zənd gördü ki, Cahansuz şahın öhdəsindən gələ bilmir. Onun üstünə qoşun çəkəsi olsa, gərək milyonlarla pul xərcləyə və özü də Astarabada gedə. Ona görə qərara gəldi ki, bir nəfər qatil göndərsin. Ona görə Əli xan Dəvəlini hüzuruna çağırıb ona dedi: "Nə qədər pul istəsən, sənə verəcəyəm, bu şərtlə ki, Hüseynqulu xanı öldürəsən. Ona tapşırdı ki, Astarabada çatanda özünü ipək taciri kimi qələmə versin". Əli xan Dəvəli-Qacar Hüseynqulu xanın qan düşmənlərini tapıb başına topladı.
Hüseynqulu xan Qovanlı-Qacar (kitab)
Hüseynqulu xan Sərdar İrəvani
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir. Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir.
Babək Hüseynoğlu
Babək Hüseynoğlu — Jurnalist == Həyatı == Babək Hüseynoğlu 1951-ci ildə Zəngibasarda doğulub. Yerevan Dövlət Pedaqoji İnstitutunu bitirib. "Sovet Ermənistanı" qəzetində məsul katib, "AzTV"-də şöbə müdiri vəzifələrində çalışıb. 1990-cı ilin avqustundan 1993-cü ilədək "Aydınlıq" qəzetinin baş redaktoru olub. 1993-cü ilin avqustundan 1996-cı ilin sentyabrınadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri işləyib.
Cəfər Hüseynoğlu
Əliyev Cəfər Hüseyn oğlu (Cəfər Hüseynoğlu) — publisist, 1950-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Cəfər Hüseynoğlu 1925-ci il dekabrın 23-də Füzuli rayonunda, faytonçu ailəsində anadan olmuşdur. Burada orta təhsilini almış, sonra ikiillik Şuşa Müəllimlər İnstitutunda təhsil almışdır (1939–1941). Əmək fəaliyyətinə Ağdam rayonunun Gülablı kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır (1941–1942). 1942–1946-ci illərdə İkinci dünya müharibəsində döyüşən ordu sıralarında olmuşdur. Tərxis edildikdən sonra bir müddət Bakıda müəllim, sonra rayon komsomol komitəsində katib, rayon partiya komitəsində təbliğatcı, "Qızıl Araz" qəzetinin məsul katibi işləmişdir (1946–1948). "Bakinski raboçi" qəzetinin Arazboyu və Ağdam bölgələrində xüsusi müxbir işləmişdir (1948–1966). "Kənd həyatı" jurnalında müxbir, Azərbaycan Elmlər Akademiyasının "Xəbərlər" məcmuəsində baş redaktorun müavini (1966–1976), Azərbaycan Dostluq Cəmiyyətində Xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsinin müdiri (1976), Bakı şəhər Veteranlar Şurasının sədr müavini (1983–1987), Təbrizdə nəşr edilən "Azadlıq beşiyi" və "Körpü" qəzetlərinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri (1993–2000) olmuşdur. Dövri mətbuatda külli miqdarda müxtəlif janrlarda yazıları dərc olunmuşdur. Xarici ölkə qəzet və jurnallarda Azərbaycan həqiqətləri haqqında məqalələri işıq üzü görmüşdür.
Gülhüseyn Hüseynoğlu
Gülhüseyn Hüseyn oğlu Abdullayev və ya Gülhüseyn Hüseynoğlu (16 oktyabr 1923, Mollaoba – 8 iyul 2013, Bakı) — azərbaycanlı yazıçı, nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), Azərbaycanın Xalq yazıçısı (2005). Antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatında orta nəslə mənsub görkəmli ədiblərdən biridir. O, öz saf, səmimi, təbii hiss, həyacanlarını bədii sözün qüdrətilə həmişə oxucularına demiş, onları düşündürmüş ruhunu və zövqünü oxşamışdır. Gülhüseyn Hüseynoğlu yaradıcılığa başladığı zamandan oxucuların rəğbətini qazanmış, öz imzasını oxucularına sevdirə bilmişdir. Görkəmli söz ustası Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatına mənsur şeir janrını gətirib. G. Hüseynoğlu yaradıcılığının dəyərli cəhətləri barədə saatlarla, günlərlə, danışmaq olar. Onun əsərlərinin hamısı məhz insana xidmət, onun əqli və bədii zövqü cəhətdən inkişafına yardım məqsədilə qələmə alınmışdır. Bir sözlə G. Hüseynoğlunun yaradıcılıq fəaliyyətinə nəzər salsaq onun nə qədər keşməkeşli, zəngin xatirələrlə dolu yaradıcılıq və həyat yolu keçdiyinin şahidi olarıq. Həyat və yaradıcılığı Gülhüseyn Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub.
Seymur Hüseynoğlu
Seymur Hüseyn (20 oktyabr 1993, Şəhriyar, Naxçıvan Muxtar Respublikası – 26 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Hüseyn 1993-cü il oktyabrın 20-də Ordubad rayon Şəhriyar qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Seymur Hüseyn 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Seymur Hüseyn 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Hüseyn oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı ağır yaralanıb. Noyabrın 26-da Bakı şəhərində müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.