Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müstəhəb
Müstəhəb — əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə heç bir günah yazılmayan əməldir. Müstəhəb, yəni bəyənilən, məsləhət bilinən əməllərin edilməsi vacib olmasa da, edilməsinə görə mükafat verilir. Məsələn, sədəqə vermək, gecə namazı qılmaq və s. == Müstəhəb gözəl əməl == Sevimli olan, xoş, uyğun, gözəl görülən əməl deməkdir. Həzrət Peyğəmbərin bəzən yerinə yetirib, bəzən tərk etdiyi, Sələfi-i salihinin sevib işlədiyi və önəm verdiyi işlərə müstəhəb deyilir. Bəzi naiflə namaz və oruclar kimi ibadətləri müstəhəbə şamil edə bilərik. İbadətlərin yerinə yetirilməsində Fərz, Vacib, və Sünnətlərin xaricində qalan və müstəhəb növünə daxil olan işlər vardır. Sabah namazının, ortalıq aydınlanana qədər, isti şəraitə görə günorta namazının sərin vaxta qədər gecikdirilərək qılınması, axşam namazında isə tələsmək, yenə namaz qılarkən paltarın açıq göstərən yerini düymələyərək örtməsini müstəhəbə nümunə kimi, görsədə bilərik. === Hökmü === Yerinə yetirildikdə savab qazanılıb, tərk edilməsində isə qınanılmasıdır. == İstinadlar == Xəyyam İsmayılov, "Azərbaycanın dövlət və hüquq tarixi".
Müstəzad
Müstəzad (ərəbcə: əlavə edilən, artırılan) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması. Mövzu və məzmunca qəzəl və qəsidəyə yaxındır və müxəmməs və müəşşərin köməyi ilə də yaradılır. Həcmi 20-40 misra arasındadır. Misraları əsasən sətiraşırı uzun və qısa olur. Müstəzadi-müxəmməs, Müstəzadi-müsəddəs tərci, Müstəzadi-müəşşər, Müstəzad təsnis və s. formalarına da təsadüf edilir. XIX-XX əsrlər poeziyasında müstəzadın lirik xarakteri nisbətən dəyişmiş, o, ictimai-satirik məzmun kəsb edir. == Digər formaları == === Müstəzadi-müxəmməs === === Müstəzadi-müsəddəs tərci === === Müstəzadi-müəşşər === === Müstəzad təsnis === Təcnisin bir növü olan müstəzad təsnisdə (həm də ayaqlı təcnisdə) hər bəndin sonuna onunla qafiyələnən kiçik bir misra əlavə edilir. Məsələn: Aşıq Ələsgərin nümunə üçün aşağıdakı müstəzad təsnisinə baxaq. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır: Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Müsnəd İmam Əhməd
Müsnəd İmam Əhməd (ərəb. مسند الإمام أحمد‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair, müəllifi görkəmli hədis alimi, zahid, imam, hənbəli məzhəbinin banisi — Əhməd ibn Hənbəl əl-Şeybani tərəfindən toplanan hədislər toplusu. == Müəllif == Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuşdur. Əhməd hələ çox gənc olanda atası vəfat edib. Atasının ölümündən sonra onun bir az dolanışıq vasitəsi və anası ilə birlikdə yaşadığı ev qalıb. 15 yaşından 20 il hədis və fiqh elmləri ilə məşğul olub. O, müsəlman ilahiyyatının əsas mərkəzlərini ziyarət etmiş, dövrünün demək olar ki, bütün qabaqcıl üləmaları, o cümlədən Əbu Yusif və Şafii ilə görüşmüşdür. O, Hicaz, Suriya və İraqın Vəki ibn əl-Cərrah, Yezid ibn Harun, Yəhya ibn Main kimi nüfuzlu şəxsləri ilə əlaqələr qurur. Dərin biliyi, təqvalı həyat tərzi və əlaqələri sayəsində Əhməd ibn Hənbəl tədricən şöhrət qazanır. Əhməd ibn Hənbəl hicri 241-ci ildə, yəni miladi təqvimlə 855-ci ildə Bağdadda vəfat etmişdir.
Müsnəd Əbu Hənifə
Müsnəd Əbu Hənifə (ərəb. سنن النسائي‎) — məşhur müsəlman hüquqşünası və ilahiyyatçısı İmam Əbu Hənifədən nəql olunmuş hədisləri ehtiva edən 15-ə yaxın hədis toplusunun ümumi adı. İmam Şafiinin "Müsnədi" kimi Əbu Hənifənin "Müsnədi" də Əbu Hənifənin özü deyil, onun tələbələri və sonrakı ardıcılları tərtib etmişlər. Hədislərin bu kitablara daxil edilməsinin meyarı Əbu Hənifənin bu hədislərin isnadında (rəvayətçilər silsiləsində) olması, yəni şəxsən onun müəllimlərindən və şeyxlərindən bu hədisləri nəql edən şəxs olması idi. Əbu Hənifədən gələn Müsnədlərin müəllifləri 15 üləmadır: Əbu Abdullah ibn Məhəmməd ibn Yaqub ibn əl-Haris əl-Harisi əl-Buxari, Əbu Abdullah əl-Ustaz adı ilə məşhurdur. Əbul-Qasim Təlhə ibn Məhəmməd ibn Cəfər əş-Şəhid əl-Ədl. Əbülhüseyn Məhəmməd ibn Mütəhhir ibn Musa ibn İsa ibn Məhəmməd. Əbu Nuaym Əhməd ibn Abdullah ibn Əhməd əl-İsfahani. Əbu Bəkr Məhəmməd ibn Əbdül-Baqi ibn Məhəmməd əl-Ənsari. Əbu Əhməd Abdullah ibn Adi əl-Curcaniyyə Əl-Həsən ibn Ziyad əl-Lului.
Müsnəd Əbu Əvani
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. == Kitabın təsviri == Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd Əbu Əvanə
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. == Kitabın təsviri == Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd əl-Bəzzar
Müsnəd əl-Bəzzar (ərəb. مسند البزار‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis Əbu Bəkr əl-Bəzzar tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əl-Bəzzar Bəsrədə anadan olub. Dəqiq doğum ili məlum deyil, lakin 825-dən əvvəl deyil. İsfahan, Bağdad, Misir, Məkkə və Ramlada dərs demişdir. O, müsəlman təqvimi ilə 292-ci ildə (905) Ramla (müasir İsrail) şəhərində vəfat etmişdir. Əd-Daraqutni və əl-Hakimə görə, əl-Bəzzar isnad və hədis mətnlərinin nəqlində səhvlərə yol verib. Əl-Bəzzarın tələbələri bunlar idi: ət-Təbərani, Əbu əş-Şeyx və bir çox başqaları. == Kitabın təsviri == Əl-Bəzzarın Müsnədi bəzən Müsnədin ilk nəşrinə naşir tərəfindən verilən başlığa görə əl-Bəhr əz-Zəhhar (ərəb. البحر الزخار‎) adlanır.
Müsnəd əl-Humeydi
Müsnəd əl-Humeydi (ərəb. مسند الحميدي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair imam Əbu Bəkr əl-Humeydi tərəfindən tərtib edilmiş hədislər toplusu. Kitabın müəllifliyini bu müsnədin dəqiq olaraq "Müsnədül-Humeydi" adı ilə tanınması, eləcə də məcmuədə nəql olunan bütün hədislərin şəxsən İmam əl-Humeydiyə gedib çıxması təsdiq edir. Kitabdakı hədislərin mənbələri əl-Humeydinin müəllimləri və şeyxləridir (məsələn: Süfyan ibn Uyeynə). Müsnəd əl-Humeydidə Məhəmmədin (s.a.v.) 182 səhabəsindən 1300-ə yaxın hədis toplamışdır ki, bunlardan 582 hədis Səhihi-Buxaridən, 152 hədis isə Müslim ibn əl-Həccacdandır (yəni 1300 hədisdən 830-u səhihdir). "Müsnəd"də səhih hədislərlə yanaşı, yaxşı (həsən) və zəif hədislər də vardır. Sonrakı tədqiqatçıların fikrincə, zəif hədislərin sayı ümumi hədislərin 7%-ni təşkil edir. Bu sünni hədis alimləri arasında əl-Humeydidən gələn rəvayətlərə yüksək dərəcədə etibarlılıq və etibara dəlalət edir. Əl-Humeydi Süfyan ibn Uyeynənin güclü tələbələrindən biri, İmam Şafiinin dostu, əl-Buxari, əz-Zuhli, Əbu Zura ər-Razi və Əbu Hatim ər-Razinin müəllimi idi.
Müsnəd əş-Şafii
Müsnəd əş-Şafii (ərəb. مسند الشافعي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair hədislər toplusu İmam Şafiinin özü tərəfindən deyil, onun şagirdləri tərəfindən tərtib edilmişdi. == Müəllif == "Müsnəd əş-Şafii" məcmuəsinin tərtibçisi bu hədisləri öz müəllimi ər-Rəbi ibn Süleymandan (ərəb. الربيع بن سلي‎) götürmüş Əbul-Abbas əl-Əsammdır (ərəb. أبو العباس الأصم‎). ər-Rəbi ibn Süleyman da öz növbəsində İmam Şafiinin tələbəsi idi. Məcmuədə Şafiinin "əl-Umm" kitabında və digər əsərlərində istinad etdiyi hədislər var. Müsnədin dörd hədisdən başqa bütün hədisləri ər-Rəbi ibn Süleyman tərəfindən birbaşa Şafiidən qəbul edilmişdir. Bu dörd hədis isə Şafiinin başqa bir tələbəsi Yusif ibn Yəhya əl-Bəvitidən nəöql ediləndir. == Kitabın təsviri == Şafiinin "Müsnəd"i nizamsız təqdimat və eyni hədislərin dəfələrlə təkrarlanması ilə səciyyələnir ki, bu da onların sırasının Şafiinin kitablarındakı hədislərin sırası ilə bağlı olması ilə əlaqədar ola bilər.
Müsnəd İshaq ibn Rahaveyh
Müsnəd İshaq ibn Rahaveyh (ərəb. مسند إسحاق بن راهويه‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair sünni mühəddis İshaq ibn Rahaveyh tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == İshaq ibn Rahaveyh Mərvdən idi və müsəlman təqviminə görə 161 və ya 166-cı ildə anadan olduğu ehtimal edilir. Onun "İbn Rahaveyh" ləqəbi atasının Məkkəyə gedən yolda doğulması və Mərv sakinlərinin ona öz dillərində "yolda doğulmuş" mənasını verən "Rahaveyh" deyə müraciət etməsi ilə əlaqədardır. İshaq ibn Rəhaveyh hədis yazmaq və öyrənmək üçün bir çox şəhərlərə səfər etmişdir. Sonralar məşhur imam olan bir çox görkəmli alimlər İshaqdan dərs almışlar. Onların arasında: Hənbəli hüquq məktəbinin banisi Əhməd ibn Hənbəl, ən etibarlı hədislər toplusu olan "Səhih əl-Buxari"nin müəllifi Məhəmməd əl-Buxari, "Səhih Müslim"in müəllifi Müslüm ibn Həccac, Əbu İsa at -Tirmizi, ən-Nəsai və b. == Kitabın təsviri == İbn Rəhaveyhin "Müsnədi" hədislərin əsas mənbələrindən biri hesab olunur, Əhməd ibn Hənbəlin "Müsnəd"inə, İshaq ibn Rahaveyhin tələbələri olan və ondan hədislər nəql etmiş əl-Buxari və Müslimin toplularına əsasdır. İshaq ibn Rahaveyhin "Müsnədi" bu günə qədər öz orijinal şəklində gəlib çatmamışdır. Hicri 10-cu əsrə qədər kolleksiya tam idi, sonra naməlum səbəblərdən bir hissəsi itirilir.
Müsnəd Əbu Yala əl-Mövsili
Müsnəd Əbu Yala əl-Mövsili (ərəb. مسند أبي يعلى الموصلي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Əbu Yala əl-Mövsili tərəfindən toplanan hədislər toplusu. == Müəllif == Əbu Yala hicri təqvimi ilə 210-cu ilin şəvval ayının 3-də anadan olub. O, elm axtarışında müsəlman dünyasını gəzmiş, Əbu Bəkr ibn Əbu Şeybə, Əli ibn əl-Mədini, Yəhya ibn Məin və o dövrün bir çox başqa üləmalarından dərs almışdır. Əbu Yalaya görə hədisləri ən-Nəsai, İbn Hibban, ət-Təbərani, İbn Ədi, İbn əl-Sünni və başqaları nəql etmişlər. == Kitabın təsviri == “Müsnəd Əbu Yala”nın iki variantı var: Müsnəd əs-Sağir (ərəb. المسند الصغير‎, Kiçik müsnəd) — Əbu Amrdan (Məhəmməd ibn Əhməd ibn Həmdani əl-Xiri) nəql olunan qısa variant. Hafiz Əli ibn Əbu Bəkr əl-Heysəmi “Məcmə əz-Zəvaid” əsərində bu versiyaya istinad etmişdir. Müsnəd əkl-Kəbir (ərəb. المسند الكبير‎, Böyük müsnəd) — Əbu Bəkrdən nəql olunan daha uzun variant (Məhəmməd ibn İbrahim ibn Əli ibn Asim ibn əl-Mukri əl-İsfahani).
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
Müştərək istehsal olunan məhsul
Müştərək istehsal olunan məhsul (ing. joint product) — başqa bir məhsulla eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan məhsul. == Tərifi == İngilis professoru Kolin Druri birgə məhsulu eyni vaxtda istehsal olunan və hər birinin müstəqil satış qiyməti olan müəssisənin əsas məhsulları kimi müəyyən edir. == Birgə istehsal olunan məhsulların uçotu == Ayrılma nöqtəsinə (məhsulların ayrıldığı istehsal nöqtəsi) çatana qədər müxtəlif məhsullar üzrə məsrəflərin uçotu müəyyən edilmir. Ayrılma nöqtəsi məhsulların bölünə bilməsi, bir-birindən ayrı satıla bilməsi və ya sonrakı emala məruz qalması ilə müəyyən edilir. Ayrılma nöqtəsini keçdikdən sonra birgə istehsal olunan məhsullarla bağlı bütün əlavə xərclər satılana qədər hər bir məhsul üçün ayrıca saxlanılır. Bölünmə nöqtəsinə qədər ümumi biznes xərcləri aşağıdakı üsullarla məhsullara bölünə bilər: natural göstəricilərdən istifadə üsulu (xərclər istehsalın həcminə mütənasib olaraq bölüşdürülür). Metod üzrə hər bir məhsul bərabər gəlirə malikdir, kompleks məsrəflərin payı hər bir məhsul üzrə onun ümumi istehsal həcmindəki payına mütənasib olaraq tutulur və hər bir məhsul növü üzrə vahid maya dəyəri eyni olur. Əgər məhsulların qiyməti fərqlidirsə, onda süni gəlirli və gəlirsiz məhsullar meydana çıxa bilər. Müxtəlif ölçü vahidləri olan məhsullar istifadə edildikdə metodu tətbiq etmək də çətindir; bölünmə nöqtəsində satışın dəyərinə əsaslanan metod (xərclər satış gəlirinə mütənasib olaraq bölüşdürülür).