Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Macarə
Macarə (fars. مجره‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,328 nəfər yaşayır (325 ailə).
Mahirə Abbasova
Mahirə Abdulla
Mahirə Abdulla — yazıçı, rəssam, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Mahirə Abdulla Qubadlı rayonunun Əliyanlı (indiki Başarat) kəndində anadan olmuşdur. Mahirə Abdulla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. On yeddi yaşında "Kimyaçı" qəzetində əmək fəaliyyətinə başlamışdır. "Kimyaçı" qəzetinin redaktoru, "Yazıçı" nəşriyyatının poeziya şöbəsinin böyük redaktoru, Respublika “Kitab evi”nin direktoru, "Azərkitab" Respublika Kitab Ticarəti Birliyi birləşmiş həmkarlar komitəsinin azad sədrı vəzifələrində çalışmışdır. 1980-1982-cı illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin Təbliğat şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu İdarə heyətinin üzvüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyində nəsr üzrə məsləhətçi işləyir. AYB üzvlüyünə qəbul üzrə ekspert qrupunun sədridir.
Mahirə Hüseynova
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən) == Həyatı == Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Mahirə Nağıqızı
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən) == Həyatı == Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Mahirə Quliyeva
Mahirə Quliyeva — Filologiya elmləri doktoru == Həyatı == Quliyeva Mahirə Həmid qızı 1950-ci ildə may ayının 13-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mahirə Quliyeva 1972-ci ildə BDU-nun “Şərqşünaslıq” fakültəsinin ərəb filologiyası bölməsini bitirmiş, 1973-cü ildən AMEA-nın Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamış, 1984-cü ildə tanınmış şərqşünas, folologiya elmləri doktoru, professor Rüstəm Əliyev in rəhbərliyi ilə “Səkkakinin Miftəhül-ülum” (“Elmlərin açarı”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” adlı namizədlik dissertasiyası, 2001-ci ildə isə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda öz elmi fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində davam etdirir və həmin şöbənin nəzdindəki “Füzulişünaslıq” sektoruna rəhbərlik edir. Onun elmi yaradıcılığı Azərbaycan filologiyasında indiyədək ilkin qaynaqlar əsasında öyrənilməmiş Şərq poetikası və üslubiyyat nəzəriyyəsinin mühüm qaynağı sayılan bəlağətin əsaslarının tədqiqinə yönəlib. M.H.Quliyevanın 120-dən artıq elmi məqaləsi çap edilmişdir. Müəllif Bakı, Moskva, Strasburq, Türkiyə, Misir, Polşa, Pyatiqorsk və İranda keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, 12 ildən artıq elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. == Məqalələri == "Klassik ədəbiyyatda Quran üslubu (Allahın ad və sifətlərinə işarə)".Bakı-2001 "Azərbaycan ədəbiyyatşünaslığının nəzəri problemlərinə yeni baxış". "Səda". Bakı-2006 "Quran bəlağətinin ümumi özəllikləri". "Nikmət"N18., 2011 "Quran söz möcüzəsi kimi".Bakı-Nurlan-2011 "Aşıq Ələsgər yaradıcılığında merac"."Nikmət"Elmi araşdırmalar toplusu19.İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzi.2012 "Klassik Şərq ədəbiyyatşünaslığının terminologiyası".Elmi konfrans.Bakı-2012 "Nizaminin "Sirlər xəzinəsi" və Quran üslubu".
Mahirə Yaqubova
Mahirə Mehdi qızı Yaqubova (4 dekabr 1954, Bakı) — azərbaycanlı aktrisa, pedaqoq, Azərbaycan Respublikasının əməkdar artisti (2002), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023). == Həyatı == Mahirə Yaqubova 1954-cü il dekabr ayının 4-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 101 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinifdən sonra məktəbəqədər pedaqoji məktəbdə təhsil alıb. İlk dəfə səhnəyə də burada çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" novellası əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb (məktəbdə yalnız qızlar təhsil alırdı). 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Anarın "Adamın adamı" əsərində (quruluşçu rejissor Ədalət Ziyadxanov) At Balaxanım, Lope de Veqanın "Sevilya ulduzu" əsəri əsasında hazırlanan diplom tamaşasında isə Natella obrazlarını uğurla ifa edib. 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir.
Mahirə Əliyeva
Mahirə Əliyeva — (d.16 sentyabr 1936, Qubadlı rayonu, Azərbaycan SSR) Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professoru. == Həyatı == Əliyeva Mahirə Xasay qızı 1936-cı ilin sentyabr ayının 16-da Qubadlı rayonun Qubadlı qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə təhsilini başa vuraraq həmin ildən Azərbaycan EA-nın Fizika İnstitutunda işə başlamışdır. 1967-ci ildən isə "Yarımkeçiricilər fizikası" labaratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. == Fəaliyyəti == Azərbaycanda ilk dəfə A3B6 və A3B3C62 yarımkeçiricilərinin fotoelektrik, fotolüminessent, termostimullaşmış keçiricilik və s. xassələrini kompleks tədqiq etmiş və 1968-ci ildən "Yarımkeçiricilərdə qeyri-tarazlayıcı prosesslərin tədqiqi" qrupuna rəhbərlik etmişdir. 1991-ci ildə doktorluq elmi dərəcəsini müdafiə edərək, fizika elmləri doktoru adına layiq gorülmüşdür. Elə həmin ildən Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professorudur. Onun 90-dan çox elmi məqaləsi çap olunmuş və 6 ixtiranın müəllifidir. Onun elmi məqalələri Amerika, İngiltərə, Fransa, Yaponiya və digər ölkələrdə dövrü mətbuatda çap edilmişdir.
Mahirə Cəfərova
Mahirə Cəfərova == Həyatı == Mahirə Cəfərova — Sumqayıt şəhərində anadan olub. Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin Fortepiano fakültəsində 1982–1986, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının Fortepiano şöbəsində (1986–1991), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində (1991–1996) təhsil alıb.1998-ci ildə "Mir" Dövlətlərarası Teleradio şirkətində rejissor assistenti, rejissor işləyib. Burada işlədiyi illərdə "Фонд друзья культуры Азербайджана", "Талышский этнос", "Скальпель и перо", "11 эпитетов Расима Оджагова", "Писатель", Живой классик", "Лицо без грима", "Məhəbbət və musiqi", "Ceyhun musiqisi", "Güllər aləmində", "Mübariz" və s. sənədli filmlərin rejissoru olub. 2002–2004-cü illərdə "Lider" televiziyasında rejissor işləyib, "Bizim muzey" və "Caz time" verilişlərinin rejissoru olub. 2007–2015-ci illərdə AzTV-də musiqi redaksiyasında rejissor işləyib. 2015–2019-cu illərdə İctimai TV-də quruluşçu rejissor işləyib, "Caz saatı" və "Soundtrack" verilişlərinin müəllifi və rejissoru olub. Burada çəkilən "Ömrün rəngləri" (Tofiq Bakıxanov), "Nur adımdı işıq andım" (Paşa Qəlbinur) sənədli filmlərinin ssenari müəllifi və rejissorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (2003–2012). Hazırda Azərbaycan televiziyasında çalışır və "Saundtrek" verilişinin həm müəllifi rejissorudur.
Malware
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. == Növləri == Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Qaspare Spontini
Qaspare Spontini (it. Gaspare Luigi Pacifico Spontini; 14 noyabr 1774[…], Mayolati-Spontini[d], Ankona əyaləti[d] – 24 yanvar 1851[…], Mayolati-Spontini[d], Marke) — İtaliyanın opera bəstəkarı və dirijoru. == Həyatı == Ankonada doğulan Qaspare karyerasının böyük hissəsini Parisdə və Berlində keçirmişdir, lakin ömrünün son illərində doğulduğu şəhərə geri dönmüşdür. 19-cu əsrin ilk iki onilliyi ərzində Spontini fransız operasının ən önəmli xadimlərindən biri idi. Gənc yaşlarında Qaspare Neapolun dörd ən məşhur musiqi konservatoriyalarında biri olan Pietà de' Turchini konservatoriyasında təhsil almışdır. İtaliyanın müxtəlif şəhərlərinə səfər edən Qaspare ilk dəfə olaraq Roma şəhərində Li puntigli delle donne (Karnaval 1793) adlı uğurlu əsərini bəstələdi. 1803-cü ildə Parisə gəldi və burada 1804-cü ilin 11 fevralında komediya janrında olan La finta filosofa operasını bəstələdi. Qasparenin ilk əsərlərinin böyük əksəriyyətinin komediya janrına yazılmasına baxmayaraq daha sonralar Fransada məşhur olan musiqili faciə janrına da müraciət etdi və özünün ən məşhur əsəri hesab olunan La vestale əsərini bəstələdi. Paris şəhərində keçirilən premyerasında Qaspare öz dövrünün ən yaxşı italyan bəstəkarı adlandırıldı. Müasirləri olan Lyuci Kerubini və Cakomo Meyerber adı çəkilən operanı şah əsəri adlandırdı, daha sonralar isə bəstəkarlar Hektor Berlioz və Rixard Vaqner də bu əsəri yüksək qiymətləndirdi.
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Maqare Tşekiso
Maqare Tşekiso — Botsvanalı boksçu. Maqare Tşekiso Botsvananı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maqare Tşekiso birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Şərqi Almaniyanın nümayəndəsi Rene Braytbart ilə üz-üzə gəldi. Həmin görüşdə Maqare Tşekiso rəqibinə 0:5 hesabı ilə uduzdu.