Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Android Market
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Market adamı
Market adamı (コンビニ人間, Kombini ninqen) – Yaponiya yazıçısı Sayaka Murata tərəfindən 2016-cı ildə nəşr olunmuş roman. Müəllifin sayca 10-cu romanıdır. Murata bu əsərinə görə Yaponiyada Akutaqava mükafatına layiq görülmüşdür. Romanın Yaponiyada 1,5 milyondan çox nüsxəsi satılmış və 30-dan çox dilə tərcümə olunmuşdur. == Məzmun == Romanın baş qəhrəmanı Keyko Furukura adlı qadındır. O, çox gənckən bir mağazada işləməyə başlayır. Furukura 36 yaşına çatmasına baxmayaraq, hələ də mağazadakı işləməyə davam edir və bakirədir, evlənməkdə maraqlı deyil. Buna görə də bacısı da daxil olmaqla bir çox şəxs onun anormal olduğunu düşünür və Furukura cəmiyyətin təzyiqləri ilə üzləşməli olur. == Analiz == Sayaka Murata roman yazmaqdan əlavə Tokioda bir mağazada kassir kimi işlədiyi üçün əldə etdiyi təcrübələr əsasında romanı yazmışdır. Buna görə baş qəhrəmanla müəllif arasında bir çox oxşarlıq mövcuddur.
OBA Market
OBA Market — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1400-ə yaxın mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir.[mənbə göstərin] == Tarix == Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf sayının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. == Market sayı == "OBA Market" MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1400-ə yaxın marketi və 9000-dən çox əməkdaşı ilə ölkənin ən böyük marketlər şəbəkəsidir. == İcraçı direktor == "OBA" Marketlər şəbəkəsinin icraçı direktoru Natəvan İbrahimovadır.
AL Market
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Marke
Marke — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Ankona şəhəri region mərkəzidir. == Coğrafi mövqeyi == Tətil diyarları və incə qumlu çimərlikləri ilə dünyaca məşhur region Apenin Dağları ilə Adriatik dənizi arasında uzanır. Adriatik dənizinə baxan qisimi daha çox dağlıq və təpələrlə əhatəlidir. == Əhalisi == 1.560.785 milyon nəfərdir. == Sahəsi == 9.694 km²-dir.
Maket
Maket (fr. maquette — miqyaslı model, it. macchietta, macchia) — adətən təmsil olunan obyektin funksionallığından məhrum olan kiçik miqyaslı və ya tam ölçülü obyektin modeli (kiçik miqyaslı modellərdə yüksəlmənin fiziki modelləşdirilməsi qeyri-mümkündür; yüksəlmənin bütün xüsusiyyətlərini təyin etməyin ən etibarlı yolu sahədir). Maket — bir şeyin modeli, ilkin nümunəsi, sınaq nümunəsi. Bir obyekti təmsil etmək üçün nəzərdə tutulmuşdur; orijinal obyektin təsvirinin əsassız dərəcədə bahalı, qeyri-mümkün və ya sadəcə olaraq qeyri-mümkün olduğu hallarda istifadə olunur. Maketləmək — tərtibatın yaradılması prosesi == Növləri == Şəffaf maket — prototipin daxili quruluşunu, iş prinsipini göstərir. Aktual maket — prototipin işləmə prinsipini göstərir. Elektron maket — məhsul və onun komponentləri haqqında elektron formada ümumiləşdirilmiş məlumat.
Diskursiv marker
Diskursiv marker — Diskurs markeri diskursun axını və strukturunun idarə edilməsində rol oynayan söz və ya ifadədir. Onların əsas funksiyası nitq və ya cümlə səviyyəsində deyil, diskurs səviyyəsində (nitq ardıcıllığı) olduğundan, diskursiv markerlər sintaksisdən nisbətən müstəqildir və adətən cümlənin şərti həqiqət qiymətini dəyişmir. Diskursiv markerlərə misal olaraq o, yaxşı, indi, onda, bilirsiniz və mən nəzərdə tuturam hissəcikləri və belə ki, və, lakin, və və ya diskursiv bağlayıcıları daxildir. "Diskurs markeri" termini Deborah Şiffrin tərəfindən 1987-ci ildə "Diskurs markerləri" kitabında populyarlaşdı. == İstifadəsi == İngilis dilində istifadə olunan ümumi diskursiv markerlərə “siz bilirsiniz”, “əslində”, “əsasən”, “bəyəndim”, “mən demək istəyirəm”, “yaxşı” və “belə” daxildir. Məlumatlar göstərir ki, diskursiv markerlər çox vaxt zərflər ("yaxşı") və ya ön söz birləşmələri ("əslində") kimi müxtəlif söz siniflərindən gəlir. Sərbəst konstruksiyadan diskursiv markerə aparan prosesi qrammatikləşdirmə üzrə tədqiqat və resurslar vasitəsilə izləmək olar. Ənənəvi olaraq, diskurs markerləri hesab edilən bəzi sözlər və ya ifadələr “doldurucu” və ya “ifadəçi” kimi qəbul edilirdi: heç bir funksiyası olmayan söz və ya ifadələr. İndi onlara təhlilin müxtəlif səviyyələrində funksiyalar verilir: mövzunun dəyişdirilməsi, yenidən formalaşdırılması, müzakirənin planlaşdırılması, vurğulanması, arxa kanal. Yael Maşler diskurs markerlərini dörd geniş kateqoriyaya ayırdı: şəxsiyyətlərarası, istinad, struktur və idrak.
Meyer
Meyer dovşanalması
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Markem adası
Markem adası (ing. Markham Island) — Ross dənizində yerləşən elə də böyük olmayan ada. Ada Viktoriya Torpağının sahilində yerləşən Terra Nova körfəzində Oskar burnundan bir qədər aralıda yerləşir. Ada 1900-ci ilin fevralında Britaniya ekspedisiyası tərəfindən kəşf edilmişdir. Ekspedisiyaya Karsten Borhqevink rəhbərlik etmişdir. Adanı Borhqevink Klement Narkemin şərəfinə adlandırmışdır. O, Merkemlə əvvəllər yaşanmış narazılığı aradan qaldırmaq məqsədi ilə bu addımı atsa da jest qəbul olunmamışdır..
Markem boğazı
Markem boğazı — Rusiyanın Arxangelsk vilayətinə daxil olan olan Frans-İosif Torpağı arxipelaqının şərqində, Luici, Çamp adalarını Kyoltiş, Nansen, Alcer, Bromic və Nyukomb adalarından ayıran boğaz. 1874-cü ildə Veyprext-Payerin Avstriya-Macarıstan qütb ekspedisiyası tərəfindən aşkar edilmiş və xəritəyə salınmışdır. Qütb tədqiqatçısı Albert Hastinqs Markemin adını daşıyır. Boğaz Britaniya boğazında başlanılır və Avstriya boğazında bitir. İngilis qütb tədqiqatçısı Federik Cekson "Arktikada bir min gün" adlı gündəliyində Markem boğazının girişinin təsvirini verir. onun gündəliyindəki yazıları 25 aprel 1895-ci il (dördüncü gün) tarixində başlayır. Onun məlumatına görə, təxminən səkkiz mil boğazın daha dərinliyinə girən Ceksonun ekspedisiyası, toros buzunun üstünündən şimal-qərbə doğru görünən bir ərazini aşkarlayır. Ertəsi gün, 26 aprel tarixində, Markem boğazını əhatə edən adalara vizual baxış keçirilir. 1896-cı ildə Ceksonun araşdırmalarının nəticələri "English Mechanics and the World of Science" adlı britaniya jurnalının səhifələrində müzakirə edilir. Ceksona görə, o xəritələrdəki Markem boğazının xəttini tamamilə dəyişdirməli idi.
Markem dağı
Markem dağı (ing. Mount Markham) — Antarktida ərazisində yerləşən Transantarktika dağlarının Kraliça Elizavet silsiləsində yerləşən ən hündür zirvə. Onun hündürlüyü 4350 metr təşkil edir. == Coğrafiya == Dağ Şərqi Antarktidanın Şelkton sahili ərazisində yerləşir. Təqribi olaraq Kerkpatrik dağından 175 km şimal-qərbdə, Elizabet dağından isə 148 km şimal-qərbdə yerləşir. Markem dağı öz növbəsində uzanan dağ massividir. Dağın üç zirvəsi mövcuddur. Ən yüksək pik 4351 netrdir. Dağ massivi Britaniya Antarktida ekspedisiyası zamanı kəşf edilmişdir. Eksoedisiyaya rəhbərlik Robert Skott etmişdir.
Marketa Davidova
Marketa Davidova (3 yanvar 1997, Yablonets-nad-Nisou[d], Severoçeşski diyarı[d]) — Çexiyalı biatlonçu. Marketa Davidova Çexiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marketa Davidova birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Davidova 22:03.3 saniyəlik nəticəsi ilə 87 atlet arasında 15-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Rafael Markes
Rafael Markes (isp. Rafael Márquez) — meksikalı futbolçu. Meksika millisinin oyunçusu olub. 5 FİFA Dünya Kubokuna iştirak edib.
Selina Markez
Selina Markez (d. 16 iyul 1999) — Salvadorlu üzgüçü. Selina Markez Salvadoru 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Selina Markez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:22.73 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Beyker adası
Beyker adası – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda, ekvatordan bir qədər şimala, Honoluludan cənub – qərbə 3100 km məsafədə yerləşən qeyri-məskun adası. == Ədəbiyyat == Энциклопедия стран мира / Глав. ред. Н. А. Симония; редкол. В. Л. Макаров, А. Д. Некипелов, Е. М. Примаков; предисл. Н. А. Симонии; М.: ЗАО "Издательство «Экономика», 2004.
Beyker qaydaları
Beyker qaydaları — Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin kim olduğunu müəyyənləşdirən danışıqlar prosesi prinsipləri. Ermənistan və Azərbaycan Respublikası əsas tərəflər, Qarabağdakı erməni icması və Azərbaycan icması maraqlı tərəflər kimi müəyyən edilir. Beyker qaydaları Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün ATƏT-in vasitəçilik səyləri çərçivəsində ABŞ-nin baş danışıqçısı təyin olunan 61-ci ABŞ dövlət katibi III Ceyms Beykerin adını daşıyırdı. Danışıqlar zamanı münaqişə tərəflərinin necə təmsil olunacağına dair qaydalar Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən razılaşdırıldı. Yarandığı gündən bəri, Beyker qaydaları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində əsas təməl olmuşdur.
Cülyen Beyker
Cülyen Rouz Beyker (29 sentyabr 1995, Memfis, Tennessi) — amerikalı müğənni-bəstəkar və multi-instrumentalist. Fibi Bricers və Lüsi Dakus ilə birlikdə yaratdığı Boygenius qrupunun üzvüdür. == Həyatı == Tennessi ştatının Memfis şəhərində anadan olub böyüyən Beyker, Tennessi Dövlət Universitetində tələbə olarkən debüt albomu Srained Ankle (2015) buraxdı. Albom müsbət rəylər aldı və 2015-ci ilin sonunda bir neçə siyahıda yer tutdu. Sonradan Beyker, Matador Records ilə müqavilə imzaladı və daha çox kritik uğur əldə etmək üçün 2017-ci ildə Turn Out the Lights adlı ikinci studiya albomunu dərc etdi. Onun üçüncü albomu, Little Oblivions (2021) daha dolğun səsi əhatə etdi və onun Billboard 200 hit-paradında ilk 40-da yer alan ən yaxşı albomu oldu.
Alber Marke
Alber Marke (fr. Albert Marquet, 27 mart 1875, Bordo — 14 iyun 1947, Paris) — fransız rəssam-postimpresionist. == Həyat və yaradıcılığı == Alber Marke 27 mart 1875-ci ildə Bordo şəhərində dəmiryol işçisinin ailəsində anadan olmuşdur . 1890-1895-ci illərdə Paris Gözəl Sənətlər Məktəbində Qyustav Monronun sinfində təhsil almışdır. Bir müddət Fovizmlərə yaxın idi, Matisse və Derain ilə dost idi, əsərləri 1905-ci il payız salonunda və 1906-cı ildə İstiqlal salonunda bir qrup sərgidə nümayiş etdirildi. Kitab illüstrasiyası ilə məşğul idi (Şarl-Lui Filippin "Montparnasse-dən Byub" romanı, 1903). 1919-cu ildən İle-de-Fransa bölgəsinin kiçik şəhərlərində yaşadı, çox səyahət etdi, o cümlədən SSRİ-də olmaq (1934). 1920-ci ildə rəssamın əsərinə dair ilk monoqrafiya nəşr olundu. İkinci Dünya Müharibəsi illərini 1911-ci ildə Matisse ilə ilk ziyarət etdiyi Əlcəzairdə keçirdi; Müqavimətdə iştirak etdi. 1945-ci ildə Parisə qayıtdı.
Orijinal-maket
Orijinal-maket (camera-ready)– nəşriyyat sistemlərində sənədin hazırlanmasının elə mərhələsidir ki, onda bütün mətbəə elementləri, qrafik görüntülər öz yerlərində olur və çap xidmətinə verilə bilər. Çap xidməti orijinal-marketin fotoşəklini çəkir və bu fotoşəkillərdən çap formalarının hazırlanmasında istifadə edir. Bəzi səhifə bağlama proqramları elementləri əl ilə düzməklə və quraşdırmamaqla sənədi icra edilməyə tam hazır vəziyyətə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rozanna Arket
Rozanna Loren Arket (ing. Rosanna Lauren Arquette, 10 avqust 1959, Nyu-York) — amerikalı aktrisa, film rejissoru və prodüseri. 1977-ci ildə aktrisa kimi fəaliyyətə başlamışdır.
Maket plata
Maket plata və ya maket lövhəsi, sxem lövhəsi (ing. Breadboard) — elektron cihazların prototiplərinin yığılması və modelləşdirilməsi üçün universal dövrə əmələ gətirən çap lövhəsidir.
Kolin Beyker
Kolin Beyker (ing. Colin Baker; 8 iyun 1943, London) — İngilis aktyoru. Ən çox 1984-ci və 1986-cı illər arasında «Doktor Kim» serialında altıncı Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Məskər
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Tom Beyker
Tomas Stüart «Tom» Beyker (ing. Thomas Stewart «Tom» Baker; 20 yanvar 1934, Liverpul) — İngilis aktyor. Ən çox 1974 və 1981-ci illər arasında «Doktor Kim» serialında dördüncü Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Çet Beyker
Çet Beyker (23 dekabr, 1929 - 13 may, 1988) — Amerikalı caz müğənni və truba çalanı. XX əsrin ən məşhur caz ustalarından biri. == Həyatı və Karyerası == Baker Oklahomanın Yale şəhərində musiqiçi ailəsində anadan olmuş və böyümüşdür. Onun atası, Chesney Baker Sr., peşəkar gitarist, anası, Vera Moser isə pianist olmuşdur. Baker ilk musiqi təhsilinə Glendale orta məktəbində başlasa da, 16 yaşındaykən ABŞ ordusunda xidmət etməyə başlamışdır. 1948-ci ildə ordudan ayrıldıqdan sonra Los-Ancelesdə musiqi təhsilini davam etdirmişdir. Lakin, təhsilini ikinci ilində yarımçıq saxlayaraq yenidən orduya qayıtmış, yalnız 1951-ci ildən sonra öz musiqi karyerasına başlamışdır. 1952-ci ildə Gerry Mulliganın rəhbərliyi ilə yaradılmış musiqi qrupu ilə birgə çıxışlarında öz soloları ilə qısa bir zamanda məşhurlaşan Baker daha sonralar yeni caz qrupu yaradaraq 1953 - 1956-cı illər ərzində bir neçə albom çıxartdı və bununla da caz ustası kimi adını tanıtdı. 1956 və 1959-cu illərdə Avropaya qastrol səfərərinə çıxmışdır. Lakin, 60-cı ildə Avropada qastrol səfərində olarkən üzərində narkotik maddə ilə yaxalanaraq İtaliyanın Pisa şəhərində həbs olunur.
Troy Beyker
Troy Edvard Beyker (ing. Troy Edward Baker; 1 aprel 1976, Dallas) — ABŞ səs aktyoru. Bir sıra video oyunlarda əsas personajları səsləndirmişdir. O, "BioShock Infinite"də Buker Devitti, "Infamous: Second Son"da Delsin Rounu, "The Last of Us"da Coeli, "Batman: Arkham Origins"də Cokeri və daha başqa personajları səsləndirmişdir.
Ceyms Beyker
Ceyms Beyker (ing. James Addison Baker III 28 aprel 1930[…], Hyuston, Texas) — amerikalı siyasətçi, ABŞ-ın Maliyyə Naziri, Prezident Ronald Reyqanın administrasiyanın rəhbəri və 1989-1992-ci illərdə ABŞ Dövlət Katibi.
Beyker kistası
Beyker kistası və ya dizaltı kista (ing. Baker´s cyst) – diz oynağının arxa səthində sinovial cibdən və ya kapsulanın zəifliyi nəticəsində sinovial membranın qabarmasıdır. Dizaltı çuxurda minimal ağrı ilə gedən şişkinlik yaranır.
Florens Beyker
Florens Beyker (ing. Florence, Lady Baker), və ya Florika Mariya Sas, Barbara Sas, Mariya Freyn fon Zass, Barbara Mariya Sas (6 avqust 1841 – 11 mart 1916, Devon qraflığı) — macar əsilli ingilis kəşfiyyatçısı. O, Transilvaniyada (ozamankı Macarıstan krallığında) anadan olub. Onun valideynləri və qardaşı 8–9 yanvar 1849-cu ildə Naqyenyeddə əsasən macarlardan ibarət təxminən 1000 mülki vətəndaşı öldürən İohan Aksente Sever və Simion Prodanın başçılıq etdiyi rumın talançıları tərəfindən öldürüldükdən sonra, Florens yetim qalıb. Macarıstan ordusunun qalıqları ilə Osmanlı imperiyasına, Vidinə qaça bilib. Burada uşaq ikən yoxa çıxsa da, 1859-cu ildə onu xilas edən Samuel Beyker ilə qarşılaşıb. Beyker Şotlandiyadakı mülkündə Athol hersoqu ilə görüşdükdən sonra Maharaca Dalip Sinqx ilə dostluq etməyə başladı. Onlar 1858–1859-cu illərdə Frankfurt, Berlin, Vyana və Budapeşt, Mərkəzi Avropa və Balkanlara böyük ov səfərləri etdilər. Səfərlərinin son vaxlarında Beyker və Maharaca Budapeştdə taxta qayıq icarəyə götürərək tərk edilmiş, donmuş Dunaya da getdilər. İkili Vdindəki qul bazarına gedir.
Jozefina Beyker
Frida Jozefina Beyker (ing. Josephine Baker), qızlıq soyadı Makdonald (ing. McDonald) (3 iyun 1906[…], Sent-Luis, Missuri, ABŞ – 12 aprel 1975[…], Paris, Fransa) — ABŞ-də doğulmuş Fransa rəqqasəsi, müğənnisi və aktrisası. Karyerası əsasən Avropada, xüsusilə də Fransada olub.
Jarkent
Jarkent (qaz. Жаркент) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Panfilov rayonunun inzibati mərkəzi. Sarıozek dəmir yolu stansiyasından 200 km şərqdə (Semey - Almatı xəttində) Sarıozek - Xorqos magistral yolunda, Çin sərhədindən 29 km məsafədədir. Kadastr kodu 266-dır. == Tarixi == Jarkent, Böyük İpək Yolunun Qazaxıstan ərazisinə girdiyi X əsrin sonunda bilinirdi. Məşhur antik tədqiqatçı İ.A.Kastaniyer müxtəlif formalı çoxsaylı kurqanları qeyd edir, eyni zamanda Semirechye'nin qədim və erkən orta əsrlər tarixi ilə əlaqəli xristian-nestorian və müsəlman abidələrindən bəhs edir. Jarkent şəhərinin qədimliyinin sübutu hələ izləri qorunub saxlanılan şəhər qala divarıdır. Belə bir gil müdafiə divarı Orta Asiyanın orta əsrlər və qədim tarixi üçün xarakterikdir. Çokan Vəlixanov, Bilal Nazim, Tuğluk Timur, İ.A. Səyyah və alim Çokan Çingisoviç Vəlixanov 1856-cı ildə gündəlikində Jarkent şəhəri və Karaturuk kəndi haqqında qeydlər etmiş, bir xəritə çəkmişdir. "Zhetisu" ensiklopediyasında Karaturuk məskunlaşmasının görünüşü dövrümüzün 6-7-ci əsrlərinə aid edilir.
MARİƏM
MARİƏM (CARICC) – Narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors) Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir. Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir. Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni, polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komisiya tərəfindən müəyyən edilir. Bundan başqa hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar. Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. MARİƏM-in hüquqi bazasını "MARİƏM-in yaradılması haqqında Razılaşma" təşkil edir. Həmin Razılaşma üzv ölkələrin prezidentləri tərəfindən imzalandıqdan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ali qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra 22 mart 2009-cu il tarixdə qüvvəyə minmişdir.. Rusiya həmin razılaşmanı 9 mart 2011-ci il tarixində ratifikasiya etmişdir. MARİƏM-in xüsusiyyətləri ondan ibarətdir ki, o, heç bir siyasi, hərbi, iqtisadi və yaxud hər hansi qurumdan asılı deyil, bütün əlaqədar orqanlarla (polis, milli təhlükəsizlik orqanları, gömrük, sərhəd xidməti) əməkdaşliq edir və onlara xidmət göstərir, narkotik vasitələrlə mübarizə sahəsində marağı olan hər bir ölkə MARİƏM-ə üzv ola bilər.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Markiz
Markiz (fr. marquis, ing. marquess, it. marchese, Latınca marchisus və ya marchio, alm. Markgraf‎) — Qərbi Avropa zadəgan titulu. İyerarxiyaya görə hersoq və qraf titularının arasındadır. İngiltərədə hersoqların böyük oğlu markiz titulu daşıyır.
Marlea
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Marmot
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Marsea
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.