Beyker qaydaları — Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin kim olduğunu müəyyənləşdirən danışıqlar prosesi prinsipləri. Ermənistan və Azərbaycan Respublikası əsas tərəflər, Qarabağdakı erməni icması və Azərbaycan icması maraqlı tərəflər kimi müəyyən edilir.[1]
Beyker qaydaları Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün ATƏT-in vasitəçilik səyləri çərçivəsində ABŞ-nin baş danışıqçısı təyin olunan 61-ci ABŞ dövlət katibi III Ceyms Beykerin adını daşıyırdı. Danışıqlar zamanı münaqişə tərəflərinin necə təmsil olunacağına dair qaydalar Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən razılaşdırıldı. Yarandığı gündən bəri, Beyker qaydaları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində əsas təməl olmuşdur.[2][3]