Markem boğazı — Rusiyanın Arxangelsk vilayətinə daxil olan olan Frans-İosif Torpağı arxipelaqının şərqində, Luici, Çamp adalarını Kyoltiş, Nansen, Alcer, Bromic və Nyukomb adalarından ayıran boğaz. 1874-cü ildə Veyprext-Payerin Avstriya-Macarıstan qütb ekspedisiyası tərəfindən aşkar edilmiş və xəritəyə salınmışdır. Qütb tədqiqatçısı Albert Hastinqs Markemin adını daşıyır. Boğaz Britaniya boğazında başlanılır və Avstriya boğazında bitir.
Markem boğazı | |
---|---|
Yerləşməsi | |
80°36′ şm. e. 55°00′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Frans-İosif Torpağı arxipelaqına daxil olan adaları ayırır. |
|
İngilis qütb tədqiqatçısı Federik Cekson "Arktikada bir min gün" adlı gündəliyində Markem boğazının girişinin təsvirini verir. onun gündəliyindəki yazıları 25 aprel 1895-ci il (dördüncü gün) tarixində başlayır. Onun məlumatına görə, təxminən səkkiz mil boğazın daha dərinliyinə girən Ceksonun ekspedisiyası, toros buzunun üstünündən şimal-qərbə doğru görünən bir ərazini aşkarlayır. Ertəsi gün, 26 aprel tarixində, Markem boğazını əhatə edən adalara vizual baxış keçirilir.
1896-cı ildə Ceksonun araşdırmalarının nəticələri "English Mechanics and the World of Science" adlı britaniya jurnalının səhifələrində müzakirə edilir. Ceksona görə, o xəritələrdəki Markem boğazının xəttini tamamilə dəyişdirməli idi. Səbəb isə onlar Avstriya-Macarıstan səyyahı Yulius Payer tərəfindən tərtib edilən xəritədəkilərdən çox fərqlənirdi.