mərkəz

is. 1) centre m ; ağırlıq ~i centre de gravité ; ticarət ~i centre commercial ; mədəniyyət ~i centre culturel ; diqqət ~ ində olmaq être l’objet de l’attention ; 2) central m (rabitə)

mərifətsizlik
mərkəzçi
OBASTAN VİKİ
Elmi Mərkəz (1975)
Film Azərbaycan Elmlər Akademiyasının müxtəlif institutlarının elmi fəaliyyətinə həsr olunmuşdur.
Mərkəz
Mərkəz (şahmat) — Şahmat termini. Mərkəz (qəzet) — Azərbaycanda qəzet.
Aerodinamik mərkəz
Maye içində hərəkət edən və ya səthlərindən maye hərəkətinə məruz qalan bir aerofoilin aerodinamik mərkəzi, hücum bucağı dəyişsə də, sabit qalan burun ucu nöqtəsidir. Simmetrik profillər üçün, hücum kənarından dörddə bir məsafədir. Bu nöqtə dörddə bir veter nöqtəsi adlanır. Sınaq xarakterli məlumatlar asimmetrik profillər üçün istifadə olunur və ya təxmini dəyərlər alınır.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Mərkəz, Çekmeköy
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (Babək)
Mərkəz — Babək rayonu ərazisində, Paiz kəndinin şimalındakı Çalxanqala ilə üzbəüz dağın yamacında orta əsrlərə aid yaşayır yeri. Şimala doğru uzanan dar keçidlər Cəhriçayla birləşir. Ərazidə çay daşı və möhrədən inşa edilmiş, gil məhlulla bir-birinə bərkidilmiş dairəvi və dördkünc planlı tikinti qlaıqları vardır. Yaşayış yerinin üzərindən boz və çəhrayı rəngli keramika məmulatı və s. toplanmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Mərkəz (qəzet)
Mərkəz — qəzet. Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (şahmat)
Mərkəz — Şahmat termini. Şahmat taxtasının dörd xanası (a4, e4, e5, d5).
Mərkəz Məmmədov
Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor. Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir. M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Qalaktik Mərkəz
Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür. Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir. Görmə xətti boyunca ulduzlararası tozun olması səbəbiylə, Galaktik Mərkəz vizual, ultrabənövşəyi və ya yumşaq (aşağı enerjili) rentgen süalanması oblastında aparılan müşahidələrdə tədqiq oluna bilmir. Qalaktika Mərkəzin müşahidəsi gamma şüalanma, ağır (yüksək enerjili) rentgen, infraqırmızı, submilimetr və radio dalğalar oblastlarında aparılır. İmanuel Kant "Ümumi Təbii Tarix və Göylərin Nəzəriyyəsi" (1755) əsərində, böyük bir ulduzun Süd Yolu Qalaktikası mərkəzində olduğunu və bu ulduzun Sirius ola biləcəyini ifadə etmişdir. Harlow Şapley 1918-ci ildə Süd Yolunu əhatəyə alan kürəvi ulduz topalarının halterinin Oxatan bürcünündəki ulduz topalarının üzərində mərkəzləşmiş olduğunu, lakin bu bölgədəki qaranlıq molekulyar buludlar optik astronomların görüş sahəsinin qarşısını aldığını ifadə etdi 1940-cı illərin əvvəllərində Mount Wilson Rəsədxanasında Walter Baade 100 düym (250 sm) Hooker Teleskopu ilə mərkəzin axtarışını aparmaq üçün Los-Ancelesdəki müharibə şəraitindən faydalandı.
Gizli Mərkəz
Gizli Mərkəz (farsca:مرکز غیبی) — 1906-cı ilin oktyabrında Təbrizdə yaradılmış inqilabi təşkilat. Mərkəzi Təbriz şəhərində yerləşən və əsasən İran azərbaycanlılarının cəmləşdiyi bu təşkilat İran məşrutə inqilabında mühüm rol oynamışdır. Gizli Mərkəz Sosial Demokrat Partiyası ilə yaxın əlaqələrə malik idi. Sosial Demokrat Partiyası və ya digər adı ilə İctimaiyyun-Amiyyun Təbrizdə gizli əlaqələrə malik idilər. Onların Bakıdan olan 3 üzvü - Məşədi İsmayıl, məşədi Məhəmmədəli xan və Hacı xan - 1906-cı ilin oktyabrında yerli tacirlərin yardımı ilə təşkilatın ilk qolunun əsasını qoyurlar. Bu əsası qoyulan qrupa əsasən Gizli Mərkəz deyə müraciət edilirmiş. Tiflisdəki hümmətçilərlə yaxın əlaqələrə malik olan Azərbaycanlı radikal tacir olan Əli Müsyo bu qrupun rəhbəri kimi fəaliyyət göstərirdi. Yaradılmasından demək olar ki, dərhal sonra Gizli Mərkəz özünün silahlı mücahid dəstələrini formalaşdırmağa başladı. Bu mərkəzin yayın orqanı olan Mücahid Təbrizdə 1907-ci ilin sentyabrından yayımlanmağa başladı. Bu qəzet növbəti aylardan Rəştdə də yayımlandı və tədricən Gizli Mərkəz sayəsində İctimaiyyun-Amiyyunun təsiri bütün şimal vilayətlərinə yayıldı.
Edinburq mərkəz məscidi
Edinburq mərkəz məscidi (ing. Edinburgh Central Mosque) — Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşən məscid. Məscid şəhərin mərkəzi hissəsində, Edinburq Universitetinin yaxınlığında yerləşir. Tikilini və ərazisinə daxil olan İslam Mərkəzinin memarı Vasil Əl-Bəyatidir. Altı il davam edən tikinti işləri 1998-ci ildə yekunlaşmış və toplamda 3.5 milyon funt sterlinqə başa gəlmişdir. Edinburq mərkəzi məscidi ənənəvi İslam memarlığı formasında inşa olunsa da, məsciddə şotland memarlığının ornamentlərindən də istifadə olunmuşdur. İbadət evinin daxilində daha çox adamın dua edə bilməsi üçün az sayda əşyadan istifadə edilmişdir. Qadınlar üçün xüsusi ibadətxana mövcuddur.
Mərkəz (Azərbaycan qəzeti)
Mərkəz — qəzet. Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (məhəllə, Çəkməköy)
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (qəzet, Azərbaycan)
Mərkəz — qəzet. Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz - Luara vadisi
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Mərkəz Federal Dairəsi
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur.
Mərkəz bölgəsi (Malavi)
Mərkəz bölgəsi — Afrika ölkəsi olan Malavinin üç bölgəsindən biri.. Mərkəz bölgəsinin sahahəsinə görə ölkənin bölgələri arasında birinci, əhalisinə görə isə ikinci yerdədir. Bölgə qərbdə Zambiya və Mozambik, şimalda Şimal bölgəsi, şərqdə Malavi Gölü, cənubda isə Mozambik və Cənub bölgəsi ilə qonşudur. Bölgənin inzibati mərkəzi, həmdə ölkənin paytaxdı olan Lilonqvedir. Mərkəz bölgəsinin rayonlarıː Kasunqu mahalı Nxotakota mahalı Ntçisi mahalı Dova mahalı Mçini mahalı Lilonqve mahalı Salima mahalı Dedza mahalı Ntçeu mahalı Bölgə 2008-ci ilin məlumatlarına görə 5,491,034 nəfər yaşayır. Bu rəqəm Malavinin %42-ni əhatə edir.
Mərkəz bölgəsi (Uqanda)
Mərkəz bölgəsi — Uqandanın inzibati ərazi vahidi. Ərazisi - 37 489 km² . Əhalisinin sayı - 6 683 887 nəfər (2002-ci il) İnzibati mərkəzi ölkənin paytaxtı - Kampala şəhəri. 2002-ci il əhalinin siyahıya siyahıyaalınması zamanı bölgəyə 16 ərazi vahidi, 2010-cu ilin iyul ayında isə Mərkəz bölgəsinə 24 ərazi vahidi o cümlədən ölkənin paytaxtı Kampala şəhəri daxil idi. 2010-cu ilin iyuna ayına əsasən Uqandanın inzibati xəritəsi (Ministry of Local Government.
Mərkəz dairəsi (İsrail)
Mərkəzi dairə (ivr. ‏מחוז המרכז‏‎, mexoz-a-merkaz) — İsrailin əsas yeddi inzibati ərazi vahidindən biri. Şaron vilayətinin böyük bir hissəsini əhatə edir. İnzibati mərkəzi — Ramle, ən iri şəhəri — Rişon-le-Tsion. Sahəsi — 1 293 km². İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2011-ci ildə dairənin əhalisi 1 854 900 nəfər olub, bunlardan: Yəhudilər — 1 630 700 nəf. (88 %) ərəblər — 152 000 nəf. (8 %) Digəriləri — 72 200 nəf.
Mərkəz sağ siyasət
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Dari (Mərkəzi İran dialekti)
Zərdüştü dari - Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dild. Yəzd ostanı və Kirman ostanında yaşayan Zərdüştülər tərəfindən danışılır, Əfqanıstanda danışılan dari dilində fərqlidir.
Daşbulaq (Kağızkonan-i Mərkəzi dehistanı)
Daşbulaq (fars. داش بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Diqlas Ticarət Mərkəzində yanğın (2019)
Diqlas Ticarət Mərkəzində yanğın — Bakıda, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində baş vermiş yanğın. Yanğın səhər saatlarında baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib: Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olub: Yanğın zamanı bir nəfər əlinin kəsilməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, həmin şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib: 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkiminin verdiyi məlumata görə yanğında 10 nəfər tüstüdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb. Yanğın elektrik naqillərini də sıradan çıxarıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır. Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti "Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında" Sərəncam imzalamışdır.
Diqqət mərkəzində
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır. Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb. 2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Diqqət mərkəzində (film, 2015)
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır. Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb. 2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (Azərbaycan)
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) — Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir və 5 üzvdən ibarətdir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci ilin 1 aprel tarixindən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə də ev sahibliyi edir. Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Mərkəz MDB məkanında DİF tərəfindən yaradılmış ilk mərkəzdir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi 3 əsas platforma üzrə fəaliyyət göstərir. Mərkəz ölkəmizdə "Süni İntellekt və Maşın öyrənməsi", "Əşyaların İnterneti və Şəhər Transformasiyası" və "Rəqəmsal Ticarət" platformaları üzrə təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir. Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur. Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir. Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.
Dünya Ticarət Mərkəzi
Dünya Ticarət Mərkəzi aşağıdakılara istinad edə bilər:
Dünya Ticarət Mərkəzi (1973-2001)
Dünya Ticarət Mərkəzi (İngilis dili: World Trade Center) - ABŞ-nin Nyu-York şəhərində Manhetten səmtində yerləşən və 11 sentyabr 2001-ci ildə terror hücumlarında məruz qalaraq dağıdılan ticarət mərkəzi. Əkiz Qüllələr olaraq adlandırılan mərkəzin inşasına 1960-cı ildə başlanmışdır. Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi 1973-cü ildə inşa edildikdən sonra Manhattanın çöhrəsini dəyişdirən Dünyanın ən yüksək əkiz qüllələri oldu. Qüllələrdən birinin 107 ci mərtəbəsində olan The Windows on the World adlı restorantı öz müştərilərinə axşam yeməklərində Nyu-York və Hudson çayını izləmə fürsətini verən dünyanın ən böyük restoranı idi. Qüllələr 11 sentyabr 2001-ci ildə terror hadisəsi nəticəsində dağıdıldı.
Dünya Ticarət Mərkəzi 7
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
Dəvəyatağı (Çaroymaq-i Mərkəzi dehistanı)
Dəvəyatağı (fars. دوه ياتاقي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (24 ailə).
Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub. Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir. "Təfəkkür" universitetinin ABŞ-nin Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri olub. Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür. 2016-cı ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. “Təfəkkür” Universiteti haqqında Sabiq rəsmi saytı Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti Arxivləşdirilib 2007-11-20 at the Wayback Machine "Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” - PROREKTOR “Təfəkkür” Universiteti bağlandı, bəs tələbələr?..
Elmi mərkəz (film, 1975)
Film Azərbaycan Elmlər Akademiyasının müxtəlif institutlarının elmi fəaliyyətinə həsr olunmuşdur.
Elmi İnnovasiyalar Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) - Azərbaycan Respublikasının informasiya və innovasiya mərkəzidir. EİM-in fəaliyyətinin məqsədi - yeni bilik və texnologiyaların istifadəsi, mənimsənilməsi və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşması prosesində koordinasiya funksiyasını icra etmək, respublikada yerinə yetirilən elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin və regionların innovasiya inkişafı ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, qabaqcıl texnologiyaların transferi, innovasiyalar haqqında məlumatın toplanması, bu sahədə məlumat bazasının yaradılması və ondan istifadənin təmin edilməsi. Direktor Direktorun I müavini Tədris-təhsil mərkəzinin direktoru Sahə elmləri üzrə informasiya resurslarının formalaşması şöbəsi Humanitar və ictimai elmlər üzrə informasiya resurslarının formalaşması şöbəsi Təhlil və proqnoz şöbəsi İnnovasiya inkişafının tədqiqi və idarə olunması şöbəsi Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin kommersiyalaşdırılması və texnologiyaların transferi şöbəsi Elmi redaksiya şöbəsi Doktorantura və kadr şöbəsi Texniki və proqram təminatı şöbəsi Beynəlxalq əlaqələr şöbəsi ETTKİ aparılan təşkilatların məlumat bazası ETTKİ üzrə aktual məlumat bazası Elmi kadrlar üzrə məlumat bazası Elmi mövzuların axtarışını təmin edən açar sözlərinin tezaurusu İnnovasiya texnologiyaları bazası Müdafiə olunmuş dissertasiya avtoreferatlarının bazası Azərbaycan elminin sitat indeksləri üzrə biblioqrafik baza «Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri.
Ermənistan Respublikası Mərkəzi Bankı
Ermənistan Respublikasının Mərkəzi Bankı (erm. Հայաստանի Հանրապետության Կենտրոնական Բանկ) — Ermənistannın mərkəzi bank funkiysaını yerinə yetirən qurum. Ermənistan Respublikasında yeganə təsisçisi olan, hüquqi şəxs, bank tənzimlənməsi və bank nəzarəti orqanıdır. Mərkəzi bankiın əsasən hədəfi ölkədə qiymətlərin stabil qalmasını təmin etməkdir. Əsas vəzifələri Ermənistan Respublikasının bank sisteminin sabitliyinə, likvidliyinə, ödəmə qabiliyyətinə və normal fəaliyyətinə zəruri şəraitin yaradılması və səmərəli ödəniş-hesablaşma sisteminin təşkili və inkişafıdır. Mərkəzi Bank öz səlahiyyətlərini həyata keçirərkən icra hakimiyyətindən asılı deyildir. Mərkəzi Bankın sədri Mərkəzi Bankın ən yüksək vəzifəli şəxsidir. O, Ermənistan Respublikasının Prezidentiinin təklifi ilə altı il müddətinə Ermənistan parlamenti tərəfindən təyin edilir. Ermənistan Respublikasının Prezidenti tərəfindən Mərkəzi Bankın sədr müavinləri 6 il müddətinə, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə beş il müddətinə təyin edilir. Ermənistan Respublikasının Mərkəzi Bankının sədri 2008-ci ilin iyun ayından — Artur Cavadyan.
Estoniya Mərkəzi Bankı
Estoniya Mərkəzi Bankı (est. Eesti Pank, ing. Bank of Estonia) — Estoniyanın mərkəzi bankıdır, ölkənin iki pilləli bank sisteminin üst qatı, Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Estoniya Bankı Müvəqqəti Hökumətin bankın nizamnaməsini təsdiqlədiyi və xəzinədən 10 milyon marka bank hesabına köçürdüyü 1919-cu ildən bəri il dönümünü sayır. İlk əskinaslar 1921-ci ildə buraxılmışdır. 1940-cı ildə bank SSRİ Dövlət Bankının respublika idarəsinə çevrilir. Kronlardakı əmanətlər 1 kron = 8.10 rubl həqiqi alıcılıq qabiliyyəti ilə 1 kron = 1.25 rubl nisbətində Sovet rubluna dəyişdirilir. 1941-1944-cü illərdə bank Almaniya işğal orqanlarının nəzarəti altında olur. 1944-1990-cı illərdə SSRİ Dövlət Bankının respublika bankı kimi fəaliyyət göstərir. 1989 il: 15 dekabrda Estoniya Respublikasının Ali Şurası, 1919-cu ildə qurulan Estoniya Bankının hüquqi varisi olaraq 1 yanvar 1990-cı ildən Estoniya Bankının yenidən qurulmasını elan edir.
Florensiya Milli Mərkəzi Kitabxanası
Fransa Mərkəzi Bankı
Fransa Mərkəzi Bankı (fr. Banque de France) — Fransa Respublikasının mərkəzi bankı.
Göltəpə (Çaroymaq-i Mərkəzi dehistanı)
Göltəpə (fars. گل تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (29 ailə).
Haitinin Mərkəzi departamenti
Haitinin Mərkəzi departamenti (fr. Le département du Centre) — Haiti Respublikasının 10 departamentindən biri. Ölkənin mərkəzi hissəsində, Dominikan Respublikası ilə sərhəddə yerləşir. Dənizə çıxışı olmayan yeganə departamentdir. Sahəsi — 3487 km², əhalisi — 678 626 nəfər (2009-cu ildə). İnzibati mərkəzi — Enş.
Hakim mərkəzi göstərir... Tofiq Bəhramov
Film ilk Azərbaycanlı FİFA futbol referesi Tofiq Bəhramova həsr olunub. İngilis futbol mütəxəssisi Ramseyin bu fikrini həmişə özünə aid edərdi Tofiq Bəhramov: "Futbol mənim həyatımdır. Mən isə yaşamaq istəyirəm..." Adı Azərbaycan futbol hakimləri məktəbinin baniləri sırasında çəkilən, Tofiq Bəhramov özündən sonra gələn futbil hakimlərinin mənəvu ustadıdır... Əlbəttə, ilk Azərbaycanlı FİFA referisinin fəaliyyəti gələcək nəsillər üçün əsl örnək mənbəyidir. Tofiq Bəhramovun adı Müstəqil Azərbaycanın ən iri futbol meydanının ünvan göstəricisidir. Tofiq Bəhramovun adı zirvədə dayanan mayak kimi həmişə ucalıqlara aparan yolu nişan verir.... 1966-cı il, iyulun 30-u, Londonun "Uembli" stadionunda 100 min tamaşaçının izlədiyi, 7-ci dünya çempionatının İngiltərə — AFR yığma komandaları arasında keçirilən final oyununun 100-cü, əlavə vaxtın 10-cu dəqiqəsi. İngilislər qol deyib əllərini havaya qaldırır... Almanlar heç nə baş verməmiş kimi sakitdirlər.... Stadion sukut içindədir...
Hakim mərkəzi göstərir (film, 2009)
Film ilk Azərbaycanlı FİFA futbol referesi Tofiq Bəhramova həsr olunub. İngilis futbol mütəxəssisi Ramseyin bu fikrini həmişə özünə aid edərdi Tofiq Bəhramov: "Futbol mənim həyatımdır. Mən isə yaşamaq istəyirəm..." Adı Azərbaycan futbol hakimləri məktəbinin baniləri sırasında çəkilən, Tofiq Bəhramov özündən sonra gələn futbil hakimlərinin mənəvu ustadıdır... Əlbəttə, ilk Azərbaycanlı FİFA referisinin fəaliyyəti gələcək nəsillər üçün əsl örnək mənbəyidir. Tofiq Bəhramovun adı Müstəqil Azərbaycanın ən iri futbol meydanının ünvan göstəricisidir. Tofiq Bəhramovun adı zirvədə dayanan mayak kimi həmişə ucalıqlara aparan yolu nişan verir.... 1966-cı il, iyulun 30-u, Londonun "Uembli" stadionunda 100 min tamaşaçının izlədiyi, 7-ci dünya çempionatının İngiltərə — AFR yığma komandaları arasında keçirilən final oyununun 100-cü, əlavə vaxtın 10-cu dəqiqəsi. İngilislər qol deyib əllərini havaya qaldırır... Almanlar heç nə baş verməmiş kimi sakitdirlər.... Stadion sukut içindədir...
Hindistan Həmkarlar İttifaqları Mərkəzi
Hindistan Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca HHİM — Hindistanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Yeni Dehlidə yerləşir. 1947-1948-ci illərdə Hindistanda 2 aparıcı həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdi. Bunlar Hindistan Kommunist Partiyasının nəzarəti altında olan Ümumhind Həmkarlar İttifaqları Konqresi və millətçilərin təşəbbüsü ilə yaradılan Hindistan Milli Həmkarlar İttifaqları Konqresi idi. Göründüyü kimi, hər iki təşkilat müxtəlif siyasi partiyaların himayəsinə və ideologiyasına söykənmişdi. Bu isə işçilərin hüquqlarını qoruyan bir qurum üçün çox da arzuolunan hal deyildi. Məhz bu səbəbdən 1948-ci ildə tam müstəqil fəaliyyət göstərən, heç bir siyasi partiyadan asılılığı olmayan Hindistan Həmkarlar İttifaqları Mərkəzi yaradıldı. Təşkilatın yaranmasını təsdiq edən konqresdə Hindistan Əmək Federasiyası, Hind Mazdoor Paçayat və digər müstəqil həmkarlar ittifaqları iştirak ediblər. Konqresdə 427 təşkilat 600 nəfər nümayəndə ilə təmsil olunurdu. Mərkəz əməkçi insanların əmək və sosial hüquqlarının müdafiəsini demokratik prinsiplərə əsaslanmaqla özünun prioritet vəzifəsi hesab edir.

Digər lüğətlərdə