Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nuy (Urmiya)
Nuy (fars. نوي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 610 nəfər yaşayır (104 ailə).
Mayke de Nuy
Mayke de Nuy (2 may 1983, Eyndhoven, Şimali Brabant) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Mayke de Nuy, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Nuytsiaceae
Buy
Buy (ing. Buoy) — gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
NUO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Ney
Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti. == Söz açımı == == Tarixçə == Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir: == Növləri == XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng . Ağ ney Qara ney (mizmar) Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. == Nuhun adı, əxlaqı və onun xasiyyətləri == Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Nui
Nui (ing. Nui) — Tualuya daxil olan atollardan və inzibati vahidlərdən biridir. == Coğrafiya == 21 adadan ibarətdir: Fenua-Tapu (ən irisi, 1,38 km²), Meanq, Matupuakaka, Pakantou, Piliavieve, Ponqalei, Talalolae, Tokinivae, Unimai və 12 kiçik adacıq. == Tarixi == Yerli əfsanəyə görə Nui adasının sakinləri Gilbert adalarından gəlmişlər. Avropalılardan isə ilk olaraq ispan səyyahı Alvaro de Mendana de Neyra adaya ayaq basmışdır. 1568-ci ildə adada olan səyyah atolu İsa adası (isp. Isla de Jesús) olaraq adlandırır. == Əhali == 2002-ci ildə Nui adasının əhalisi 548 nəfər təşkil etmişdir.Yerli əhali kiribati və tualu dillərindən istifadə edirlər.
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Yuy
Yuy — soyad. Yuy Yani — Çin şahmatçısı, qrosmeyster (2009). Yuy Haseqava — Yaponiya qadın futbolçusu. Digər Yuy Yuan — Çində park.
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Anuy çayı
Anuy çayı — Altay Respublikası vı Altay diyarı ərazisindən axan çay. Çay Obun sol qolunu təşkil edir. Çayın mənbəyi Altay Respublikasının Ust-Kanski rayonu ərazisində yerləşir. Altay diyarı ərazusində çay Solomeşenski, Petropovlovski, Bıstroistokski və Smolenski rayonları ərazisindən axır. Çayın uzunluğu 327 km, hövzəsinin sahəsi isə 6930 km² təşkil edir. Yuxarı axarlarda cəmi 35 km Altay Respublikasının ırazisindən keçir. Əsas qolları: Sibirka (Sibiryaçixa — sol, uzunluğu 34 km), Slyudyanka (sol, 46 km), Solovixa (sağ, 32 km), Kudrixa (sol, 32 km), Kamışevka (sağ, 67 km), Karama çayı (277 km), Karakol çayı (294 km). == Əhəmiyyəti == Sahillərind Soloneşnoye vı Petropavlovsk kimi ayon mərkəzləri yerləşir. 1950 illərdən çaydan meşə məhsullarınln daşınmasında istifadə edilir. 2008-ci ildə "RusHidro" şirkəti Anuy çayı üzırində kaskad su elektrik stansiyalarının tikintisini sraşdırmışdır.
Best Buy
Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. "Best Buy" mağazalarında kompüterlər, kompüter proqramları, video oyunlar, CD, DVD, mobil telefonlar, rəqəmsal foto və video kameralar, internet qoşulma məhsulları, soyuducu və məişət texnikası kimi müxtəlif məhsullar satılır. Elektron mallara əlavə olaraq, musiqi alətləri və albomlar da var. Bunlardan başqa şirkətin öz markaları Insignia, Dynex, Init, Geek Squad və Rocketfish məhsulları satılır. Bu brendlərin hamısı "Best Buy" şirkətinə aiddir. Amerika Birləşmiş Ştatlarından başqa, "Best Buy" şirkətinin Kanada, Çin, Meksika kimi dövlətlərdə, eləcə də Avropanın bir çox ölkələrində mağazaları var.
Buy (şəhər)
Buy – Rusiya Federasiyasında yerləşən şəhər. Kostroma vilayətinə daxildir.
Buy şəhəri
Buy – Rusiya Federasiyasında yerləşən şəhər. Kostroma vilayətinə daxildir.
Duy (albom)
Duy – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Albom 2018-cü ildə Gürcüstanda hazırlanmışdır. Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan "Duy" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Həmçinin tar, kaman, zurna, ud kimi musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. Layihənin "cover" fotosu üçün Kazımovaya maraqlı bir obraz yaradılıb. O, uzunqollu əlçək, böyük şlyapa və dərin sinə dekolteli qara paltarda kamera qarşısına keçib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir.
Duy (konsert)
Duy (mahnı)
Family Guy
Qriffinlər, (ing. Family Guy) — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir. "Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
Huylu-huy
Çeluxuy (IV əsr – IV əsr) — IV əsr jujan qəbilə başçısı idi. == Həyatı == Yuyçzülyü Muqulyünün oğludur. Güclənən Sienbilərə vergi ödədi. Onun dövrü sülh içində keçdi.
Jan Anuy
Jan Anuyl (fr. Jean Anouilh, 23 iyun 1910[…], Bordo – 3 oktyabr 1987[…], Lozanna) — fransız dramaturqu. == Həyatı == Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləri və əxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.
Le-Muy
Le-Muy — Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azur vilayətində Var departamentində yerləşən kommuna. 1944-cü ilin avqust ayında Cənubi Fransa müttəfiqlərin işğalında azad olunan ilk yerlərdən biri idi.
Risaleyi Nur
Risale-i Nur — Səid Nursi tərəfindən qələmə alınmış Quran təfsiri. Orijinal variantı osmanlı türkcəsi ilə yazılmış bu kitablar toplusu ümumi səhifə sayı 6000 səhifəyə yaxındır və 15 kitabdan ibarətdir ("Sözlər", "Məktubat", "Ləm'ələr", "Şüalar", "İşarat-ül İ'caz", "Məsnəvi-i Nuriyə", "Tarixçə-i Həyat", "Barla lahiqəsi", "Qəstəmonu lahiqəsi", "Əmirdağ lahiqəsi", "Sikkə-i Təsdiq-i Qeybi","Əsa-yi Musa", "Zülfiqar", "Sirac-ün Nur", "Tilsimlər").
Ruy Ramos
Ruy Ramos (d. 9 fevral 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib, 1 qol vurub.
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Küy (hərf)
𐕣 (səslənməsi /kʿ/, transkripsiyası K, k) — Alban əlifbasının 52 və sonuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Քի՛ւ (Kʿiw) kimi verilmişdir. Jost Gippertin fikrincə daha doğru ad "Küw" olmalıdır. Xaç formalı qrafem qra. Ք və qədim gürcücə Ⴕ hərfi ilə bənzərlik təşkil edir və Məsih sözünün qarşılığı olan q.yun. Χριστός ilə əlaqələndirilir.