Duy (mahnı)

DuyAygün Kazımovanın "Duy" albomundakı mahnılardan biri.[1]

Duy
Aygün Kazımova tərəfindən Duy albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 2018
Format sinql
Janr Pop
Dil Azərbaycan dili
Müddət 6:11 (albom versiya)
Prodüser Aysel Rəcəbli
Bəstəkar David Vendetta, Aygün Kazımova
Sözlərin müəllifi MC Murad
Studiya Gürcüstan Bravo Records
Aygün Kazımova sinqllarının xronologiyası
"Əlbəttə"
(2018)
"Duy"
(2018)
"Cücələrim"
(2017)

Mahnı haqqında[redaktə | mənbəni redaktə et]

Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan “Duy” adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifada muğamdan istifadə olunub. Həmçinin milli musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüsseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib.[2]

Klip haqqında[redaktə | mənbəni redaktə et]

Klipdə Aygün Kazımovanın 1 dekabr "Baku Elektra Events Hall"-da baş tutan konsertindən görüntülərdən istifadə olunmuşdur. Dünyaca məşhur DJ David Vendettanın da rol aldığı ekran işini Fuad Əlişov ərsəyə gətirib. Klip Türkiyənin məşhur “NetD Müzik” və “NetD Müzik World” musiqi portallarında yerləşdirilib.Ekran işində David Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir. Lakin bu mesajlaşmalar sözügedən “NetD Müzik” kanalında ingilis dilində həyata keçirilsə də, bildirilir ki, “NetD Müzik World” kanalında Azərbaycan dilindədir.[3][4]

Hit parad[redaktə | mənbəni redaktə et]

Siyahı Ən
yüksək
Azerbaijan Apple Music Top Songs [5] 1
Azerbaijan iTunes Top Songs [6] 1
İsveçrə iTunes Top Songs - Top 200 [7] 190
Deezer Top 100 [8] 62
Turkey iTunes Top Songs [9] 32

Yayımlanma tarixi[redaktə | mənbəni redaktə et]

Albom versiya[redaktə | mənbəni redaktə et]

Ölkə Tarix Format(lar) Şirkət
Azərbaycan 7 sentyabr 2018 [1] MP3 SS Production
Dünya

Sinql versiya[redaktə | mənbəni redaktə et]

Ölkə Tarix Format(lar) Şirkət
Azərbaycan 22 fevral 2019 [4] MP3 SS Production, Yeni Dünya Müzik
Dünya

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2018-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
  2. "Arxivlənmiş surət". 2019-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-11.
  3. "Arxivlənmiş surət". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.
  4. 1 2 "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.
  5. Azerbaijan Apple Music Top Songs Arxivləşdirilib 2022-04-27 at the Wayback Machine 8 sentyabr 2018 tarixində yüksəlmişdir
  6. Azerbaijan iTunes Top Songs Arxivləşdirilib 2020-05-21 at the Wayback Machine 8 sentyabr 2018 tarixində yüksəlmişdir
  7. İsveçrə iTunes Top Songs Arxivləşdirilib 2022-09-02 at the Wayback Machine 25 avqust 2019 tarixində yüksəlmişdir
  8. Deezer "Top 100 "[ölü keçid] 20 yanvar 2020 tarixində yüksəlmişdir
  9. Soundcharts Duy Arxivləşdirilib 2021-09-19 at the Wayback Machine 15 iyun 2020 tarixində yüksəlmişdir