Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksey Qay
Aleksey Anatolyeviç Qay (ukr. Олексій Анатолійович Гай; 6 noyabr 1982, Zaporojya) — ukraynalı futbolçu. == Karyera == === Klub karyerası === Aleksey Qay Futbol üzrə Ukrayna çempionatında 136 oyun keçirmiş və 22 qol vurmuşdur. O, Futbol üzrə Ukrayna Kubokunda 27 oyun keçirmiş və 6 qol vurmuşdur. Aleksey Qay UEFA turnirlərində 17 oyun keçirmişdir. Aleksey Qay 15 iyun 2013-cü ildə "Çyernomorest" FK ilə iki illik bir müqavilə imzalamışdır. Müqavilə 1 iyul tarixində qüvvəyə minmişdir. O, 10 nömrəli forma ilə çıxış etmişdir. Aleksey Qay 2015-ci ilin yanvar ayında Azərbaycanın "Qəbələ" FK ilə bir il yarımlıq müqavilə imzalamışdır. Buna əlavə olaraq, "Qəbələ" FK-nun yeni baş məşqçisi Qayın "Çyernomorest" FK-dakı keçmiş baş məşqçisi Roman Qriqorçuk təyin edilmişdir.
Qay
Qay (Orenburq vilayəti)
Abismo Qay Kollet
Аbismо Qay Kollet (Abismo Guy Collet) — Braziliyanın şimalında yerləşən mağara, Venesuela ilə sərhədə yaxın qərarlaşır. Karst məşhəlli mağaradır. Mağaranın dərinliyi 670.6 metrdir. Bu göstərici ilə nəyinki Braziliya və Cənubi Amerika həmdə Dünyanın ən dərin mağarasıdır. Mağara ilk dəfə 2006-cı ildə italyan qrupu olan "Akakor Geographical Exploring" tərəfindən aşkarlanmış və sifonlarda daxil olmaqla sonuna çatılmışdır. == İstinadlar == == Mənbə == A Ong Akakor Geographical Exploring Descobre a Caverna Mais Profunda do Mundo em Quartzito Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
Baddi Qay
Baddi Qay (ing. George «Buddy» Guy 30 iyul 1936 Letsvors, Luiziana, ABŞ) — amerikalı blüz musiqiçisi, Qremmi mükafatının beşqat sahibi. Rolling Stone jurnalının bütün zamanların ən yaxşı 100 gitaraçısı sırasında 30-cu yerin sahibi. == Bioqrafiya == Baddi Qay 30 iyul 1936-cı ildə fermer ailəsində doğulub. İlk gitarasını siqar qutularından və ağcaqanad əleyhinə olan gərmənc ipdən hazırlanmış tordan istifadə edərək düzəltmişdi. Radio və valları dinləyərək ifa etməyi özü öyrənmişdir. Yamsılamaq üçün ilk nümunələri arasında Con Li Huker, Laytninq Hopkins, Maddi Uoters yer alırdı. Hələ gənc ikən peşəkar səviyyədə çıxış etməyə başladı, amma sıxıntı, utancaqlıq və inamsızlıqdan kürəyi tamaşaçılara tərəf otururdu, bu keyfiyyətləri ona gələcəkdə də mane olacaqdı. == İlk illər == İlk val qeydlərini Luizana ştatında edib, amma əsl blyuzmen karyerası 25 sentyabr 1957-ci ildə Çikaqo ştatına köçməsi ilə başladı. Orada ifasını təsadüfən eşidən Maddi Uoters dərhal onu himayəsinə götürür.
Luzuinyalı Qay
Luzuinyalı Qay (1150 və ya təq. 1129 – 18 iyul 1194, Nikosiya, Nikosiya rayonu[d]) — Qüds krallığının kralı.
Qay (dastan)
Qay (hüquqşünas)
Qay (lat. Gaius; təq. 120-ci illər, bilinmir – təq. 180, bilinmir) — qədim Roma hüquqşünası.
Qay (hərf)
𐕇 (səslənməsi /q/ və ya /χ/, transkripsiyası X̣, x̣) — Alban əlifbasının 24-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Հայ (Hay) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Qay" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "q" hərfinə çevrilmişdir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərf erməni katiblər tərəfindən səhv təqdim edilmişdir, əslində /ʒ/ səsini göstərir.
Qay Foks
Qay Foks və ya Quido Foks (təq. 13 aprel 1570, York, İngiltərə krallığı – 31 yanvar (10 fevral) 1606, Vestminster[d], İngiltərə krallığı) — O, Katolik bir əsgər idi. 5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisədə əməliyyat icraçılarından biri olmuşdur. == "Barıt sui-qəsdi" hadisəsi == Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır. Hal-hazırda bu, siyasi deyil, əyləncə xarakterli mərasim kimi qeyd olunmaqdadır.
Qay Hamilton
Qay Hamilton (ing. Guy Hamilton; d. 16 sentyabr 1922 – ö. 20 aprel 2016) — İngilis rejissor. == Həyatı == Qay Hamilton 93 yaşında vəfat edib. == Yaradıcılığı == Qay Hamilton “Ceyms Bond” çox seriyalı filminin 4 seriyasının rejissoru olub. O, bu seriyadan olan “Qızıl barmaq”, “Yaşa və qoy ölüm”, “Qızıl silahlı adam”, “Ölümsüz almazlar” filmlərini çəkib. Hamilton “Ceyms Bond” filmlərinin bəzilərində aktyor Roger Murla birlikdə çalışmışdı. Rejissorun son filmi 1989-cu ildə çəkdiyi “Try This One For Size” olub.
Qay Luzon
Qay Luzon — Standard Lyej komandasının baş məşqçisi == Həyatı == Qay Luzon 1975-ci ildə İsraildə anadan olub. 2001-ci ildən futbol məşqçisi kimi fəaliyyət göstərir. 4 mövsüm İsrailin Makkabi Petah-Tikva klubunun baş məşqçisi olub. Güclü komanda sayılmayan bu kluba ölkə çempionatının bürünc medallarını qazandırıb. 2007-ci ildə Hapoel Tel-Əviv klubunun baş məşqçisi postunu tutub. Lakin bu klubla uğur əldə edə bilmədiyinə görə istefaya göndərilib. 2008-2010-cu illərdə Bney Yehuda Tel-Əviv, 2010-2013-cü illərdə İsrailin 21 yaşlılardan ibarət millisini| çalışdırıb. 2013-cü ildən Belçikanın Standart Lyej klubunun baş məşqçisidir. Qay Luzon bir dəfə Makkabi Petah-Tikva, bir dəfə isə Hapoel Tel-Əviv klubu ilə UEFA kubokunda iştirak edib və komandalarını qrup mərhələsinə çıxarıb.
Qay Mari
Qay Mari (e.ə. təqr. 157, Sereate-e.ə. 86, Roma) — Roma siyasi xadimi və sərkərdəsi. Xalq tribunu (e.ə. 119), pretor (e.ə. 115), konsul (e.ə. 107, 104-100, 86) seçilmişdi. Siyasi hakimiyyətə nail olmaq üçün populyarlarla ittifaqa girmiş, e.ə. 100 ildə optimatların tərəfinə, e.ə.
Qay Mbenza
Qay Karel Mbenza Kamboleke (d. 1 aprel 2000) — Konqo Premyer Liqa təmsilçilərindən olan Patroneyc Sent-Anne klubunda və Konqo milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Konqo futbolçusudur. == Milli karyerası == Mbenza Konqo milli futbol komandasında debütünü 11 yanvar 2017-ci ildə Seneqal millisinə qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Sesayre Qandzeni əvəz etmişdir. Yoldaşlıq oyununda Konqo rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.
Qay Pirs
Qay Pirs (tam adı: Qay Edvard Pirs, ing. Guy Edward Pearce; 5 oktyabr 1967) — ingilis əsilli avstraliyalı aktyor. O, Qonşular televiziya serialındakı Mayk Yanq rolu və Səhranın kraliçası Priskillanın macəraları (1994), Məxfi Los-Anceles (1997), Memento (2000), Qraf Monte Kristo (2002), Yol (2009), Kral Danışır! (2010), Prometey (2012) və Dəmir Adam 3 (2013) filmlərində oynaması ilə tanınır. Qay Pirs həmçinin Qanlı təklif (2005), Heyvan krallığı (2010), Qaranlıqdan qorxma və Təqib (2014) kimi filmlərdə də rol almışdır. O, "Emmi" televiziya mükafatının laureatıdır (2011). Bundan başqa o, "Qızıl Qlobus" (2012), "Ekran Aktyorları Dərnəyi" və "AACTA" mükafatlarına da namizəd olmuşdur. == Erkən illəri == Qay Pirs 5 oktyabr 1967-ci ildə İngiltərənin İli şəhərində hərbi hava qüvvələrinin sınaq-pilotunun və məktəb müəlliməsinin ailəsində anadan olub. Qayın 3 yaşı olanda ailəsi Avstraliyaya köçüb. Orada anası fermada maralların çoxaldılması ilə məşğul olub.
Qay Qrakx
Qay Qrakx, Qay Semproni Qrakx (lat. Gaius Sempronius Gracchus; güm. təq. e.ə. 154, bilinmir – e.ə. 121, Roma) — islahatçı Qrakx qardaşlarından kiçiyi. == Bioqrafiyası == == Qay Qrakxın tribunatı == E.ə 123–122 illərdə Qədim Romada cəmiyyətin içtimai-siyasi strukturunu dəyişə biləcək bir sıra qanun layihələri ilə, Tiberi Semproni Qrakxın kiçik qardaşı, xalq tribunu Qay Semproni çıxış etdi. Qay Qrakxın qardaşından daha qəti niyyətləri vardı. Hər şeydən göründüyü kimi, o romalı siyasətçiləri içində, cəmiyyəti doğrudan da demokratikləşmək istəyən yeganə siyasətçi idi. Bu niyyət qardaşının qisasını, dövlətin idarəçiliyində ali vəzifələr tutanlardan almaq niyyəti ilə dramatikləşirdi.
Qay Ritçi
Qay Stüart Ritçi, (ing. Guy Ritchie; 10 sentyabr 1968[…]) – britaniyalı kinorejissor, ssenarist və prodüser. Daha çox "Kart, pullar və iki lülə" filmi ilə məşhurdur. 2002-ci ildə Ələ keçirilmişlər filminə görə ən pis rejissor nominasiyası üzrə "Qızıl moruq" mükafatına layiq görülmüşdür. == Həyatı == Baxmayaraq Ritçi özündə pis rayondan olan sadə oğlan obrazını görür, reallıqda heç də hər şey belə deyil. Ömrünün böyük əksəriyyətni valideynləri boşandıqdan sonra ögey atası ser Maykl Litonun on yeddinci əsrə məxsus malikanəsində keçirmişdir. Disleksiyadan əziyyət çəkən Ritçiyə vaxtını məktəbdə keçirmək dözülməz gəlirdi. O orta təhsili təsdiqləyən GCSE sertifikatını əldə etmək üçün ciddi cəhdlər göstərməli olur. "Buç Kessidi və Sandens Kid" filmini izlədikdən sonra Qay özü-özlüyündə gələcəyinin film istehsalı ilə bağlı olacağına dair qəti qərara gəlir. Lakin o heç də kinoməktəblərinə baş çəkmək haqqında düşünmür.
Lyudevit Qay
Lyudevit Qay (xorv. Ljudevit Gaj mac. Gáj Lajos;8 avqust 1809 və ya 8 iyul 1809, Krаpinа – 20 aprel 1872[…], Zaqreb, Transleytaniya) — xorvat dilçi, siyasətçi, jurnalist və yazıçısı. O, panslavist İlliriya hərəkatının banislərindən biri olub. == Həyatı == === Erkən həyatı === O, 1809-cu il avqustun 8-də Krapinada (daha sonra Xorvatiya krallığının, Varazdin qraflığı) anadan olub. Atası İohan Qay Macarıstan krallığından alman mühaciri, anası isə 1770-ci illərdə gələn alman mühacir qızı Yuliana ne Şmidt idi. Qaylər əslən Burqundiya, Hugenot əsilli idilər. Onlar XVI-XVII əsrlərdə Batizfalvaya (indiki Batizovce, Slovakiya) Macarıstan krallığına gəliblər. Sonradan onlar XVIII əsrdə Mariass de Markusfalva və Batizfalva ailələrinə təhkim olundular. Həmin ərazidə çoxlu etnik almanlar olduğu üçün Qaylər qısa zamanda assimlyasiyaya uğradı.
Asima Qay Kollet
Аbismо Qay Kollet (Abismo Guy Collet) — Braziliyanın şimalında yerləşən mağara, Venesuela ilə sərhədə yaxın qərarlaşır. Karst məşhəlli mağaradır. Mağaranın dərinliyi 670.6 metrdir. Bu göstərici ilə nəyinki Braziliya və Cənubi Amerika həmdə Dünyanın ən dərin mağarasıdır. Mağara ilk dəfə 2006-cı ildə italyan qrupu olan "Akakor Geographical Exploring" tərəfindən aşkarlanmış və sifonlarda daxil olmaqla sonuna çatılmışdır. == İstinadlar == == Mənbə == A Ong Akakor Geographical Exploring Descobre a Caverna Mais Profunda do Mundo em Quartzito Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
Qay (Orenburq vilayəti)
Qay — Rusiya Federasiyasında yerləşən şəhər. Orenburq vilayətinə daxildir.
Qay Appuley Diokl
Qay Appuley Diokl (lat. Gaius Appuleius Diocles 104-146) — Bəşəriyyət tarixində bütün zəmanələrin və xalqların ən gəlirli idmançısı. == Həyatı == II əsrdə Romada yaşamış Qay Appuley Diokl bütün zəmanələrin və xalqların ən gəlirli idmançısı sayılır. O, idman həyatı boyu hazırda 15 milyard dollara bərabər olan qazanc əldə edib. Bununla da Qay Appuley Diokl müasir idmançılar arasında ilk dəfə 2009-cu ildə 1 milyard dollar qazanan məşhur qolfçu Tayger Vudsu da geridə qoyur. Qay Appuley Diokl o dövrün ən iri stadionunda - "Böyük sirk" ("Sirkus maksimus") cıdır meydanında cəng arabaları yarışlarının ən fəal iştirakçılarından sayılırdı. Romada idman karyerasına 18 yaşında başlayıb, əslən müasir Portuqaliyadan olan cəng arabaçısının idman həyatı 42 yaşınadək davam edib. Bu müddət ərzində əldə etdiyi qələbələr ona 35 milyon 863 min 120 sestersiya qazanc gətirib. Bütün Roma ordusunun iki aylıq məvacibi olan həmin məbləğ cəng arabası yarışları çempionun qazıntılar zamanı aşkar edilmiş abidəsinə həkk edilib. Bu abidəni Qay Appuley Dioklun şərəfinə onun azarkeşləri ucaltmışdılar.
Qay Le Strenc
Qay Le Strenc (d. Hunstanton, Norfolk, 24 iyul 1854; ö. Kembric, 24 dekabr 1933) — ingilis şərqşünas. == Həyatı == Henry LEstrange Styleman adlı bir atanın oğlu olaraq Hunstantonda doğuldu; 1875-ci ildə məhkəmə qərarıyla Styleman soyadını buraxdı. Həyatının böyük bir qismını İngiltərə xaricində keçirən Qay le Stranc, Parisdə olduğu bir sırada Julius Mohlun təsirində qalaraq İrana və Fars ədəbiyatına ilgi duymağa başladı. Bu arada Stanislas Guyardın Ərəb dili dərslerine devam edib bu dili dilçi düzeyinde öyrenmeyi başardı. 1877-1880-ci illərini dilini və mədəniyyətini daha yaxşı öyrənmək amacıyla İranda keçirdi. Daha sonra Kembricdə yerləşdi və əsərlərinin çoxunu burada yazdı. Kiçik yaşdan bəri görmə pozuqluğu olan Guy le Strange, 1912-ci ildən etibaren görmə yetənəyini itirmə nöqtəsinə gəldiysə də, çalışmalarına şövqlə davam etdi. Qay Le Strenc 23 dekabr 1933-cü il tarixinde Floransada (İtaliya) öldü.
Qay Musius Ssevola
Qay Musius Ssevola (e. ə. VI əsr, Roma – bilinmir, bilinmir) – Romanın əfsanəvi qəhrəmanı, Romanı etrusklardan xilas etmiş şəxsdir. Tarixdə "Kord" adı ilə də tanınır. == Tarixi == B.e.ə. 509-cu ildə Etrusk hökmdarı Porsena Romanı mühasirəyə alan zaman Roma gənci Mutsiy senatın razılığı ilə Porsenanı öldürmək üçün düşmən qərargahına getmiş, lakin səhv edərək onun sərkərdələrindən birini öldürmüşdür. Mutsiy əsir alınanda süallara cavab verməkdən imtina etmişdir. Porsena onu oda atmaqla təhdid etmiş, lakin cəsur gənc Mutsiy sağ əlini kürəyə soxaraq, şöhrət sevən üçün yanmaq əzabının qorxulu olmadığını söyləmişdir. Sağ əli qopanadək onu odun üzərində saxlamışdır. Bundan heyrətlənən Porsena onu azad etmiş və Roma ilə sülh bağlamışdır.
Qay Semproni Qrakx
Qay Qrakx, Qay Semproni Qrakx (lat. Gaius Sempronius Gracchus; güm. təq. e.ə. 154, bilinmir – e.ə. 121, Roma) — islahatçı Qrakx qardaşlarından kiçiyi. == Bioqrafiyası == == Qay Qrakxın tribunatı == E.ə 123–122 illərdə Qədim Romada cəmiyyətin içtimai-siyasi strukturunu dəyişə biləcək bir sıra qanun layihələri ilə, Tiberi Semproni Qrakxın kiçik qardaşı, xalq tribunu Qay Semproni çıxış etdi. Qay Qrakxın qardaşından daha qəti niyyətləri vardı. Hər şeydən göründüyü kimi, o romalı siyasətçiləri içində, cəmiyyəti doğrudan da demokratikləşmək istəyən yeganə siyasətçi idi. Bu niyyət qardaşının qisasını, dövlətin idarəçiliyində ali vəzifələr tutanlardan almaq niyyəti ilə dramatikləşirdi.
Qay Semproni Qrakxus
Qay Qrakx, Qay Semproni Qrakx (lat. Gaius Sempronius Gracchus; güm. təq. e.ə. 154, bilinmir – e.ə. 121, Roma) — islahatçı Qrakx qardaşlarından kiçiyi. == Bioqrafiyası == == Qay Qrakxın tribunatı == E.ə 123–122 illərdə Qədim Romada cəmiyyətin içtimai-siyasi strukturunu dəyişə biləcək bir sıra qanun layihələri ilə, Tiberi Semproni Qrakxın kiçik qardaşı, xalq tribunu Qay Semproni çıxış etdi. Qay Qrakxın qardaşından daha qəti niyyətləri vardı. Hər şeydən göründüyü kimi, o romalı siyasətçiləri içində, cəmiyyəti doğrudan da demokratikləşmək istəyən yeganə siyasətçi idi. Bu niyyət qardaşının qisasını, dövlətin idarəçiliyində ali vəzifələr tutanlardan almaq niyyəti ilə dramatikləşirdi.
Qay Semproniy Qrakxus
Qay Qrakx, Qay Semproni Qrakx (lat. Gaius Sempronius Gracchus; güm. təq. e.ə. 154, bilinmir – e.ə. 121, Roma) — islahatçı Qrakx qardaşlarından kiçiyi. == Bioqrafiyası == == Qay Qrakxın tribunatı == E.ə 123–122 illərdə Qədim Romada cəmiyyətin içtimai-siyasi strukturunu dəyişə biləcək bir sıra qanun layihələri ilə, Tiberi Semproni Qrakxın kiçik qardaşı, xalq tribunu Qay Semproni çıxış etdi. Qay Qrakxın qardaşından daha qəti niyyətləri vardı. Hər şeydən göründüyü kimi, o romalı siyasətçiləri içində, cəmiyyəti doğrudan da demokratikləşmək istəyən yeganə siyasətçi idi. Bu niyyət qardaşının qisasını, dövlətin idarəçiliyində ali vəzifələr tutanlardan almaq niyyəti ilə dramatikləşirdi.
"Həyatın 12 qaydası: Xaos üçün antidot"
"Həyatın 12 qaydası: Xaos üçün antidot" — 2018-ci ildə kanadalı klinik psixoloq və psixologiya üzrə professor Cordan Piterson tərəfindən yazılmış özünə yardım kitabı. Müəllif kitabda abstrakt əxlaqi prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara həyat məsləhəti verir. Kitab 2018-ci il yanvarın 16-da Birləşmiş Krallıqda, yanvarın 23-də isə Kanadada nəşr olunmuş, 3 milyondan çox nüsxəsi satılmışdır. == 12 qayda == Çiyinlərinizi dik tutub düz dayanın. Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın. Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun. Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox. Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin. Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın. Əlverişli olanı yox, mənalı olanı edin.
"Kursk" atom sualtı qayığı qəzası
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır. Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil. == Dəniz manevri == 2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi. == Partlayışlar == Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub.
"Qaya" Vokal Kvarteti
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. == Tarixi == === Qrupun yaranması === 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
"Qaya" qrupu
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. == Tarixi == === Qrupun yaranması === 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
"Qayınana" əməliyyatı (film, 1999)
"Qayınana" əməliyyatı — tammetrajlı Azərbaycan komediya filmi. == Məzmun == Uzun müddət qayğısız qalan qayınana (Nəsibə Zeynalova) kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir. Lakin bu oyun hamıya çox baha oturur. Film-tamaşaya baxdıqda bu atalar sözü yada düşür: "Bağda ərik var idi, salam-əleyk var idi. Bağdan ərik qurtardı, salam-əleyk qurtardı." == Səhvlər == Orfoqrafik: 1)Titrlərdə film-tamaşanın adı "Qaynana əməliyyatı" yazılmışdır. Doğrusu isə "Qayınana əməliyyatı"dır. 2)Nüşabə Ələsgərlinin adı Nüşabə Ələskərli yazılmışdır. 3)Ələsgər Məmmədoğlunun adı Ələskər Məmmədoğlu yazılmışdır.
10 №-li Qayıdış qəsəbəsi
10 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 10 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Təhsil == Qəsəbədə Uşaq bağçası fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul.
11 №-li Qayıdış qəsəbəsi
11 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 11 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 3 aprel 2020-ci il tarixinə olan məlumata görə qəsəbədə 881 nəfər yaşayır. == Təhsil == Qəsəbədə "Qayıdış qəsəbə 8 № li tam orta məktəb" fəaliyyət göstərir. Məktəb 360 şagird yerlik, 24 sinif otaqlıdır. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan.
1 №-li Qayıdış qəsəbəsi
1 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Poçt == Dövlətyarlı Poçt Şöbəsi 1 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1919. == Təhsil == 1 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. Qəsəbədə "Qayıdış qəsəbə 1 № li tam orta məktəb" fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
2 №-li Qayıdış qəsəbəsi
2 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 2 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 2 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 2 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 2 saylı Qayıdış qəsəbəsində 4 şəhid ailəsi, 12 Qarabağ müharibəsi əlili var. 2019-cu ilin sentyabrına olan məlumata görə qəsəbədə 960 nəfər yaşayır. == Təhsil == 2 saylı Qayıdış qəsəbəsində 120 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. Qəsəbədə "Qayıdış qəsəbə 2 № li tam orta məktəb" fəaliyyət göstərir. == Sosial infrastruktur == Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
3 №-li Qayıdış bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
3 №-li Qayıdış qəsəbəsi
3 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 3 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 3 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 3 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 3 saylı Qayıdış qəsəbəsində 4 şəhid ailəsi və 9 Qarabağ müharibəsi əlili vardır. 2020-ci ilin fevral ayına olan məlumata görə 3 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 980 nəfərdi. == Poçt == Veysəlli Poçt Şöbəsi 3 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1911. == Təhsil == 3 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
4 №-li Qayıdış qəsəbəsi
4 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 4 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 4 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla.ş 4 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 2019-cu ilin dekabrına olan məlumata görə 4 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 1020 nəfərdi. Qəsəbədə 8 şəhid ailəsi, 14 Qarabağ müharibəsi əlili vardır. == Poçt == Qaraxanbəyli Poçt Şöbəsi 4 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1927. == Təhsil == 4 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
5 №-li Qayıdış qəsəbəsi
5 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 5 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 5 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 5 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 5 saylı Qayıdış qəsəbəsində 3 şəhid ailəsi, 17 Qarabağ müharibəsi əlili vardır. 2019-cu ilin iyun ayına olan məlumata görə qəsəbədə 922 nəfər yaşayır. == Poçt == Mirzəcamallı Poçt Şöbəsi 5 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1928. == Təhsil == 5 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
6 №-li Qayıdış qəsəbəsi
6 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 6 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi 6 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 2020-ci ilin yanvar ayına olan məlumata görə 6 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 810 nəfərdir. Qəsəbədə 6 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili var. == Təhsil == 6 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. == Sosial infrastruktur == Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub. Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
7 №-li Qayıdış qəsəbəsi
7 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 7 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 7 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 7 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 2019-cu ilin oktyabr ayına olan məlumata görə 7 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 830 nəfərdir. Qəsəbədə 4 şəhid ailəsi, 6 Qarabağ müharibəsi əlili var. == Təhsil == 7 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. Qəsəbədə "Qayıdış qəsəbə 6 № li tam orta məktəb" fəaliyyət göstərir. == Sosial infrastruktur == Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər.
8 №-li Qayıdış bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
8 №-li Qayıdış qəsəbəsi
8 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 8 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla 8 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Təhsil == 8 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. - 2009. - 31 iyul.
9 №-li Qayıdış qəsəbəsi
9 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 9 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 9 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 9 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Poçt == Aşağı Seyidəhmədli Poçt Şöbəsi 9 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1912. == Təhsil == Qəsəbədə "Qayıdış qəsəbə 7 №-li tam orta məktəb" fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan.
Aslan qayası (poema)
Aslan qayası — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1938-ci ildə yazdığı poema. Əsərin məzmununu əfsanəvi və tarixi faktlar təşkil edir. Poema ilk dəfə "İnqilab və mədəniyyət" jurnalında (1938, № 4–5) dərc edilib. Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bəndlərin çapına 1938-ci ildə senzura icazə verməmişdir. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır. == Məzmunu == "Aslan qayası" poeması Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutur. Poemada əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. Şair poemanı 1938-ci ildə qələmə alıb. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir.
Atom sualtı qayığı
Atom sualtı qayığı (ing. Nuclear submarine; rus. Атомная подводная лодка) — Nüvə reaktoru ilə təmin olunmuş sualtı qayıq tipi. Atom sualtı qayıqları digər sinif sualtı qayıqlara nəzərən daha çox üstünlüklərə malikdirlər. Bu üstünlüklərdən ən önəmlisi oksigendən asılı olmadığı üçün uzun müddət suyun səthinə çıxmadan hərəkət edə bilməsidir. Digər sinif sualtı qayıqlar oksigendən aslı olduğundan tez-tez suyun üzərinə çıxmaq məcburiyyətində qalırlar. Atom sualtı qayıqları sürət baxımından da digər tipli qayıqlardan fərqlənir. İlk atom sualtı qayığı USS Nautilus (SSN-571) olmuşdur. Yeni nəsil atom sualtı qayıqları 25 il ərzində yenidən yüklənmə olmadan hərəkət etmə imkanına malikdir. Ənənəvi sualtı qayıqlarda enerjini akümlyatorda saxlanılır və istifadəsi məhdud səviyyədə olur, atom sualtı qayıqlarında isə belə bir problem yoxdur.
Azərbaycan dilinin orfoqrafiya qaydaları
== Müasir == O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyf, meyil, əsil, şeir, feil. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat. == Samitlərin yazılışı == Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori. Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
Ağ qaytarma
Ağ qaytarma (lat. Potentilla alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Beyker qaydaları
Beyker qaydaları — Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin kim olduğunu müəyyənləşdirən danışıqlar prosesi prinsipləri. Ermənistan və Azərbaycan Respublikası əsas tərəflər, Qarabağdakı erməni icması və Azərbaycan icması maraqlı tərəflər kimi müəyyən edilir. Beyker qaydaları Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün ATƏT-in vasitəçilik səyləri çərçivəsində ABŞ-nin baş danışıqçısı təyin olunan 61-ci ABŞ dövlət katibi III Ceyms Beykerin adını daşıyırdı. Danışıqlar zamanı münaqişə tərəflərinin necə təmsil olunacağına dair qaydalar Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən razılaşdırıldı. Yarandığı gündən bəri, Beyker qaydaları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində əsas təməl olmuşdur.
Hay Day
Hay Day — Supercell şirkəti tərəfindən istehsal olunmuş pulsuz mobil ferma oyunu. iOS platforması üçün 21 iyun 2012-ci ildə, Android platforması üçün 20 noyabr 2013-cü ildə buraxılmışdır. 2013-cü ilin məlumatına görə Supercell şirkəti Hay Day və Clash of Clans oyunlarından ayda 30 milyon $ qazanmışdır. 2013-cü ildə Hay Day ən çox gəlir əldə 4-cü oyun olmuşdur. == Məzmun və geympley == Oyunçunun əmisi artıq fermanın qayğısına qala bilmir və buna görə də fermanı oyunçunun əllərinə əmanət edir. Oyun müqəvvanın müşayiəti ilə oyunçunun buğda biçməyi öyrənməsi ilə başlayır. Oyunçu fermasında yetişdirdiyi məhsulları sataraq qızıl pullar qazana bilər. Qızıl pullardan istifadə edərək istehsal tikililəri və dekorativ əşyalar ala bilər. Həmçinin əldə etdiyi təcrübə xalları (XP) sayəsində səviyyə keçə bilər. Oyunçular öz aralarında "məhəllələr" yaradaraq bir-birilərinə kömək edə bilərlər.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Qöy Qaş (Bicar)
Göy Qaş (fars. گوگقاش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (19 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Göy-Qal
Gay
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Enola Gay
Enola Gay — İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan Boeing B-29 Superfortress tipli bombardman təyyarəsi. Təyyarə adını hələ uçuş xəttində ikən seçən pilot Paul Tibbetin anası Enola Qay Tibbetsdən almışdır. İkinci dünya müharibəsinin son mərhələlərində 6 avqust 1945-ci ildə dünyada atom bombası atan ilk təyyarə olmuşdur. "Little Boy" ("Kiçik Oğlan") adlı atom bombasının hədəfi kimi Yaponiyanın Hiroşima şəhəri seçilmiş və şəhərdə görünməmiş dağınıtıya səbəb olmuşdur. "Enola Gay" Kokuranı hədəf almaq istəyən ikinci atom hücumunda kəşfiyyat təyyarəsi kimi iştirak etmişdir. Lakin buludlar və tüstüyə görə hədəf dəyişdirilərək Naqasaki şəhəri seçilmişdir. İkinci dünya müharibəsindən sonra təyyarə ABŞ-yə qayıdıb Nyu-Meksiko ştatındakı Kəşfiyyatçı Hava Qüvvələri Bazasında istifadə olunmağa başlamışdır. "Crossroads əməliyyatı" zamanı nüvə silahının testi üçün Sakit okeana uçsa da, sonda Bikini atoluna atom bombası atacaq təyyarə kimi seçilməmişdir. Həmin il "Enola Gay" Smitsonian İnstitutunun bazasında illərlə qalmış, 1961-ci ildə sökülüb institutun Merilend ştatının Suitlend şəhərindəki anbarına aparılana qədər havaya və suvenir ovçularına qarşı müdafiəsiz qalmışdır. 1980-ci illərdə bəzi veteranlar Smitsonian İnstitutundan təyyarənin sərgilənməsi tələb etmişlər.
Gay Times
Gay Times (2007-ci ildən — GT) — Böyük Britaniyanın homoseksual və biseksual auditoriyasına yönəlmiş ən populyar jurnal.. 1975-ci ildən bəri hər ay buraxılır. == Nəşr və məzmun == Gay Times (GT) jurnalı Millivres Prowler Group Ltd tərəfindən dərc olunur. Gay Times jurnalının ilk nömrəsi Lyuis Mennonun posteri ilə birlikdə 1984-cü ildə buraxılmışdı (başlanğıcda Gay Times 1975-ci ildə yaradılmış HIM jurnalının tərkib hissəsi idi). Millivres Prowler şirkəti həmçinin lezbiyan auditoriyaya yönəlmiş Avropanın aparıcı aylıq DIVA jurnalını, habelə transgender icması üçün META rəqəmsal jurnalını dərc edir. Bundan başqa onlar PinkPaper.com LGBT onlayn-xəbər brend saytının sahibidirlər. Gay Times ilin sonunda baş vermiş 13 ən əsas hadisələri dərc edir. Jurnalın əsas rubrikaları müsahibə, xəbər, musiqi, film, ədəbiyyat, moda və səyahət kimi maraqlı bölmələrdən ibarətdir. Burada həmçinin həyat tərzi, reklam, eskort və məsləhət xidmətləri də daxil olmaqla, böyük bir kataloq bölmə mövcuddur. Jurnalın üz qabığına çox sayda məşhur insanlar çəkilmişdilər.