11 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 11 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[3]
11 №-li Qayıdış qəsəbəsi | |
---|---|
39°43′54″ şm. e. 47°30′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 sentyabr 2004 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Nəqliyyat kodu | 19 |
Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
3 aprel 2020-ci il tarixinə olan məlumata görə qəsəbədə 881 nəfər yaşayır.[4]
Qəsəbədə "Qayıdış qəsəbə 8 № li tam orta məktəb" fəaliyyət göstərir.[5]
Məktəb 360 şagird yerlik, 24 sinif otaqlıdır.[6]