6 №-li Qayıdış qəsəbəsi

6 №-li Qayıdış qəsəbəsiAzərbaycan Respublikasının Füzuli rayonunun 6 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 6 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[3] Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi 6 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır.[4]

6 №-li Qayıdış qəsəbəsi
39°43′35″ şm. e. 47°31′21″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 sentyabr 2004
Saat qurşağı
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 26
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
6 №-li Qayıdış qəsəbəsi xəritədə
6 №-li Qayıdış qəsəbəsi
6 №-li Qayıdış qəsəbəsi

Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

2020-ci ilin yanvar ayına olan məlumata görə 6 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 810 nəfərdir. Qəsəbədə 6 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili var.[5]

6 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[6]

Sosial infrastruktur

[redaktə | mənbəni redaktə et]

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub.

Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

  1. İcra başçısı 6 saylı Qayıdış qəsəbəsində sakinlərlə görüşüb.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  4. "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  5. "İcra başçısı 6 saylı Qayıdış qəsəbəsində sakinlərlə görüşüb". 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  6. Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]