Lyudevit Qay (xorv. Ljudevit Gaj[5][6] mac. Gáj Lajos;8 avqust 1809[1] və ya 8 iyul 1809[2], Krаpinа[4][2] – 20 aprel 1872[1][3][…], Zaqreb, Transleytaniya[4][2]) — xorvat dilçi, siyasətçi, jurnalist və yazıçısı. O, panslavist İlliriya hərəkatının banislərindən biri olub.
Lyudevit Qay | |
---|---|
Doğum tarixi | 8 avqust 1809[1] və ya 8 iyul 1809[2] |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 1872[1][3][…] (63 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | dilçi, yazıçı, publisist, jurnalist, siyasətçi, şair, filosof |
Vikianbarda əlaqəli mediafayllar |
O, 1809-cu il avqustun 8-də Krapinada (daha sonra Xorvatiya krallığının, Varazdin qraflığı) anadan olub.[7] Atası İohan Qay Macarıstan krallığından alman mühaciri, anası isə 1770-ci illərdə gələn alman mühacir qızı Yuliana ne Şmidt idi.[8][9]
Qaylər əslən Burqundiya, Hugenot əsilli idilər. Onlar XVI-XVII əsrlərdə Batizfalvaya (indiki Batizovce, Slovakiya) Macarıstan krallığına gəliblər. Sonradan onlar XVIII əsrdə Mariass de Markusfalva və Batizfalva ailələrinə təhkim olundular. Həmin ərazidə çoxlu etnik almanlar olduğu üçün Qaylər qısa zamanda assimlyasiyaya uğradı. Ljudevitin atası Markuşovce kəndinə köçür.[10]
Ljudevit orta məktəbi Varazdin, Zaqreb və Karlovacda bitirmiş, Vyana və Qratsda fəlsəfə (1828-ci ildə bitirmiş), Budapeştdə isə hüquq (1829-1831) üzrə təhsil almışdır.[7]
Qay çox erkən nəşrə başladı: doğma rayonundakı əzəmətli malikanələr haqqında doğma alman dilində yazılmış 36 səhifəlik kitabçası artıq 1826-cı ildə Die Schlösser bei Krapina adı ilə çıxdı.[11][12]
1830-cu ildə Budada Qayın latın əlifbası ("Xorvat-slavyan orfoqrafiyası üçün qısa əsas") nəşr olundu ki, bu da ilk ümumi Xorvat orfoqrafiyası kitabı idi (İqnyat Dürçeviç və Pavao Ritter Vitezoviçin əsərlərindən sonra).[13][14] Kitab iki dildə, xorvat və alman dillərində çap edilib. Xorvatlar latın əlifbasından istifadə etdilər, lakin bəzi xüsusi səslər vahid şəkildə verilməmişdi. Qay, Pavao Ritter Vitezoviç və çex orfoqrafiyasından nümunə götürərək dildəki hər səs üçün latın qrafikasının bir hərfindən istifadə etdi. O, diakritiklərdən və lj və nj diqraflarından istifadə etmişdir.
Kitab Qayın ümummilli şöhrət qazanmasına kömək etdi. 1834-cü ildə o, Duro Matiya Sporerin on beş il əvvəl uğursuzluğa düçar olduğu yerdə uğur qazandı, yəni Habsburq monarxiyasının kral hökumətindən Xorvatiya gündəlik qəzetini nəşr etmək üçün razılaşma əldə etdi. Bundan sonra o, ziyalı lider kimi tanındı.6 yanvar 1835-ci ildə Novine Horvatske (“Xorvatiya xəbərləri”), yanvarın 10-da isə “Danicza horvatzka, slavonzka y dalmatinzka” (“Xorvat, Slavoniya və Dalmatiya Daystar”) ədəbi əlavəsi çıxdı. "Novine Horvatske" həmin ilin sonuna qədər kaykav dialektində, "Danic[z]a" isə kaykav dialekti ilə yanaşı ştokav dialektində də çap olundu.
1836-cı ilin əvvəlində nəşrlərinin adları müvafiq olaraq Ilirske narodne novine ("İlliriya Xalq xəbərləri") və Danica ilirska ("İlliriya Səhər ulduzu") olaraq dəyişdirildi. Bunun səbəbi o zaman tarixçilərin İlliriyalıların slavyan olduqlarını və indiki Cənub slavyanlarının birbaşa əcdadları olduğunu söyləməsi idi.
Qay publisist fəaliyyəti ilə yanaşı, həm də şair idi. Onun ən məşhur şeiri 1833-cü ildə yazılmış "Još Hrvatska ni propala" ("Xorvatiya hələ xarabalıqda deyil") idi.
Qay 1872-ci ildə 62 yaşında Avstriya-Macarıstan, Xorvatiya-Slavoniya krallığının Zaqreb şəhərində vəfat edib.[7]
Serb-xorvat dilində istifadə edilən latın əlifbası Qayın Kratka osnova Hrvatskog pravopisa əlifbasına aiddir. Qay Pavao Ritter Vitezoviç və çex orfoqrafiyasından nümunə götürərək dildəki hər səs üçün latın qrafikasının bir hərfini düzəltdi. XIX əsrin əvvəllərində Vuk Karadjiçin kiril islahatından sonra, 1830-cu illərdə Lyudevit Qay eyni əməliyyatı Latın dilində həyata keçirdi.[15] 1840-cı illərin ortalarında təqdim edilən Sloven əlifbası da Qayın Latın əlifbası sisteminin bir versiyasıdır ki, bu da ć və đ hərflərinin olmaması ilə fərqlənir.
O, 1842-ci ildə Mariya Bistritsadakı abbatın qardaşı qızı 26 yaşlı Paulina Krizmaniç ilə ailə həyatı qurub. Onların qızlarıı Lyuboslava və oğulları Velimir, Svetoslav, Milivoye və Boqdan adlı beş övladları dünyaya gəlib.[16]
... following Vuk's reform of Cyrillic (see above) in the early nineteenth century, Ljudevit Gaj in the 1830s performed the same operation on Latinica,...