Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dmitri Quliya körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. == Coğrafiya == Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Quliyev
Quliyev — soyad. Teymur Quliyev — Azərbaycan-sovet dövlət xadimi. Vasif Quliyev (çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. Namiq Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əliqulu Quliyev Vahid Quliyev — Azərbaycanın Milli Qəhrəmanı.
Yuliya
Yuliya — ad. Yuliya Lipnitskaya — Rusiyalı fiqurçu. Yuliya Lobjenidze Yuliya Timoşenko Yuliya Samoylova Yuliya Ratkeviç — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Piriseva — Qazaxıstanı təmsil edən su poloçusu.
Qulac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Abasqulu Quliyev
Abasqulu Quliyev (Quliyev Abasqulu Məmməd oğlu; 13 noyabr 1940, Hrazdan – 20 dekabr 2022) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü,, əməkdar elm xadimi. == Bioqrafiya == Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan olub. Orta təhsilini Uluxanlı məktəbində başa vuran alim 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt "Səthi-aktiv maddələr" zavoduna işləmək üçün göndərilib. 1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə SSRİ EA-nın Yüksəkmolekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daxil olub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə professor elmi adına layiq görülüb. 1968-ci ildən Polimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktor müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktoru vəzifələrində çalışıb.
Abbas Quliyev
Quliyev Abbas Şahbaz oğlu (15 sentyabr 1916, Şəkərabad, Naxçıvan rayonu – 30 dekabr 1998, Naxçıvan) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1916-cı ildə Naxçıvan qəzasının (indiki Babək) Şəkərabad kəndində anadan olmuşdur. 1930-cu ildə ibtidai məktəbi, sonra Bakı şəhərindəki fabrik-zavod şagirdliyi məktəbini, 1936-cı ildə isə Pedaqofi məktəbi bitirib Naxçıvan Dövlət Dram Teatrında aktyorluq etmişdir. 1942-ci ildə Topçular Məktəbini bitirdikdən sonra cəbhəyə getmiş, Bryansk, "Mərkəz", 1 Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas şəhərləri, Dnepr, Visla, Oder çayları uğrunda döyüşlərdə, Varşavanın azad edilməsində fərqlənərək qvardiya kapitanı rütbəsinə qədər yüksəlmiş, 1945-ci ilin mart ayında Almaniyanın Noyştetin şəhəri yaxınlığında gedən döyüşlərdə ağır yaralanmış, müalicədən sonra 1945-ci il avqustun axırlarında 1I dərəcəli Vətən Müharibəsi əlili kimi tərxis olunmuşdur. Ona SSRİ MİK-nın 1934-cü il 16 aprel tarixli qərarı ilə təsis edilmiş 1945-ci il 21 fevral tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Polşada Visla çayı uğrunda mübarizədə çətin və məsul əməliyyatın yerinə yetirilməsində şəxsi qəhrəmanlıq və cəsurluq göstərdiyinə, Vislanın qərb "sahilində geniş mövqe tutmaqda piyadalara bacarıqla və qətiyyətlə kömək göstərdiyinə görə Topçu batareyasının komandiri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Lenin, 1-ci dərəcəli Vətən Müharibəsi "Aleksandr Nevski", Qırmızı Bayraq ordenləri və "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. 1945-ci ildən Naxçıvan Dövlət Dram Teatrının direktoru, 1946–1953-cü illərdə Naxçıvan MSSR Maarif nazirinin müavini, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1953-cü ildən isə Naxçıvan şəhər ZDS İK-nın sədri, 1956–1971-ci illərdə Naxçıvan rayon ZDS-nın sədr müavini, sonra isə Naxçıvan rayon İcraiyyə Komitəsində şöbə müdiri vəzifələrində çalışmışdır. İttifaq əhəmiyyətli təqaüdçü olmuşdur. IV, IX, X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar "İzvestiya" qəzeti bu münasibətlə yazmışdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".
Adil Quliyev
Adil Hüseyn oğlu Quliyev (22 noyabr 1922, Bakı – 16 dekabr 1992, Bakı) — əfsanəvi Azərbaycan təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı (1-ci Baltikyanı cəbhəsi, 3-cü aviasiya ordusu, 1-ci qvardiya qırıcı aviasiya korpusu, 4-cü qvardiya qırıcı aviasiya diviziyası, 65-ci qvardiya qırıcı aviasiya polku eskadrilya komandirinin müavini). 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. == Həyatı == 1922-ci ildə Bakıda anadan olmuşdur. Bakı 14 saylı məktəbi bitirmişdir. (Bəzi məlumatlara görə 132 saylı məktəb). 1941-ci ildə hərbi xidmətə çağrılmış və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir. 1942-ci ilin oktyabrından Belorussiya, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşmuşdur. 14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulmuşdu. O, təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə tullanmış və öz tərəfimizə keçə bilmişdi. Sovet İttifaqı Qəhrəmanı adı, Lenin ordeni və 5932 №-li Qızıl Ulduz medalı ona 1945-ci ilin 23 fevralında verilmişdir.
Akif Quliyev
Akif Quliyev (tarixçi) — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, "arxeoloq.az" jurnalının baş redaktoru, "Azərbaycan Arxeoloqlar cəmiyyətinin" təsiscisi, Tarix üzrə fəlsəfə doktoru. Akif Quliyev (bioloq) — bioloq.
Alim Quliyev
Alim Fuad oğlu Quliyev (15 mart 1999, Siyəzən rayonu – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət "Giləzi Quşçuluq Şirkəti" MMC-də fəhlə işləmişdir. 2020-ci ildən "Siyəzən Broyler" ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir. == İkinci Qarabağ müharibəsində iştirakı == Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. 4 gün yaralı vəziyyətdə döyüşüb.
Anar Quliyev
Anar Quliyev (1977, Bakı) — Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri. == Həyatı == Anar Quliyev 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır. == Əmək fəaliyyəti == 1999-cu ildə əmək fəaliyyətinə Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000–2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001–2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005–2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb. 2009–2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparat rəhbəri vəzifələrində işləyib. 2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Təltifləri == Dövlət başçısının 16 may 2014-cü il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Aqil Quliyev
Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi şəhidi. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Aqil M. Quliyev — aktyor, rejissor, ssenari müəllifi, klipmeyker.
Aqşin Quliyev
Aqşin Quliyev (kiçik gizir)
Arif Quliyev
Arif Quliyev (aktyor) — Aktyor, Əməkdar artist (1988), Xalq artisti (1994) Arif Quliyev (neftçi) — Azərbaycan alimi. Arif Quliyev (hüquqşünas) — Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professoru.
Aslan Quliyev
Aslan Quliyev (26 sentyabr 1957, Bilnə, Yardımlı rayonu) — azərbaycanlı yazıçı, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aslan Quliyev 1957-ci il sentyabrın 26-da Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Burada qonşu Vərgədüz kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1975–1977). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsilini qiyabi davam etdirmişdir (1978–1983). Bilnə kənd səkkizillik məktəbində müəllim (1980–1984), 183 saylı Yardımlı peşə məktəbində riyaziyyat müəllimi (1984), orada rayon şahmat məktəbinin direktoru (1984–1989), Yardımlı Müəllimlər Evinin direktoru (1989–1991), Yardımlı rayon xalq təhsili şöbəsində inspektor (1991–1992), orada gənc texniklər stansiyasının direktoru (1992–1996) işləmişdir. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Ədəbi yaradıcılığa 80-ci illərdən başlamışdır. Dövri mətbuatda kiçik hekayələrlə çıxış edir. "Bahar küləkləri" (1987), "Serjant mülki geyimdə" (1996), "Yolun sonu", "Yazıçının savaşı", "Sonuncu", "Ağrı", "İsti və soyuq torpaqlarda" adlı nəsr kitablarının müəllifdir. Ümumilikdə Bakıda 15, Türkiyədə 5 nəsr kitabı çap olunub.
Ayaz Quliyev
Ayaz Quliyev (tam adı: Ayaz Bəxtiyar oğlu Quliyev, rus. Ая́з Бахтия́рович Гули́ев; 27 noyabr 1996, Moskva) — Azərbaycan və talış əsilli Rusiya futbolçusu, hazırda "Ximki" futbol klubu və vaxtilə Rusiyanın gənclərdən ibarət yığmasında çıxış edən yarımmüdafiəçi. == Həyatı == Azərbaycan əsilli futbolçu Ayaz Bəxtiyar oğlu Quliyev 27 noyabr 1996-cı ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindən olan Ayaz hal-hazırda "Rostov" FK və Rusiyanın gənclərdən ibarət yığmasında yarımmüdafiəçi kimi çıxış edir. Ayaz ailənin ilk övladıdır. Onun futbola marağı uşaq yaşlarından özünü göstərməyə başlamışdı. O, 5 yaşında Moskvada "Spartak-2" idman məktəbinə daxil olur. 2002-ci ildə Ayaz "Spartak"ın altıyaşlı futbolçularından ibarət qrupa keçir. 2011-ci ildə Quliyev Rusiyanın yeniyetmələrədən ibarət milli komandasına daxil edilir. Orta təhsilini Moskvada bitirən Ayaz ali təhsilini də Moskvada almışdır.
Azay Quliyev
Azay Əjdər oğlu Quliyev (23 iyun 1971, Vağudi, Sisian rayonu) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin III, IV çağırış, V çağırış və VI çağırış deputatı; ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini (2013–2016); ATƏT PA-nın vitse-prezidenti (2016–2022); ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri (2017-ci ildən); Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının koordinatoru (2019-cu ildən); Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri (2020-ci ildən); ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi (2021–2022); ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri (2022-ci ildən); Siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə rayonunun Vağudi kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1989–1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992–1998-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1995–1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-də Harvard, "Kennedy School"-da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında iştirak etmişdir. 2007–2013-cü illərdə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil almışdır. İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. == Siyasi fəaliyyəti == 2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Ağamir Quliyev
Quliyev Ağamir Ağası oğlı – mətnşünas və şərqşünas alim, tarix elmləri doktoru. == Həyatı == 1926-cı ildə Lerik rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars şöbəsini bitirib. 1958–1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun "Mətnşünaslıq və mənbələri nəşretmə" şöbəsində, 1983–1993-cü illərdə isə Coğrafiya İnstitutunun "Coğrafi fikir tarixi" şöbəsində işləyib. 1966–1969-cu illərdə Əfqanistan, 1980–1983-cü illərdə İranda fəaliyyət göstərib. 1974-cü ildə namizədlik (Azərbaycanda), 1990-cı ildə doktorluq dissertasiyası (Gürcüstanda) müdafiə edib. Ömrünün 35 ilini elmi axtarışlara, tərcümə işinə və kadr hazırlığına həsr edən Ağamir Quliyev olduqca gərəkli və samballı tədqiqat işlərinin müəllifidir. Onun ötən əsrin 70-ci illərində apardığı bir araşdırma elm aləmində böyük əks-səda doğurmuş, yerli və xarici mətbuatda azərbaycanlı alimin böyük uğuru kimi qiymətləndirilmişdi. Söhbət böyük azərbaycanlı səyyah, etnoqraf, coğrafiyaşünas və ədib Hacı Zeynalabdin Şirvaninin məşhur "Riyazüs-səyahət" əsərinin o zamana qədər elmə məlum olmayan 2-ci cildinin tapılib üzə çıxarılmasından gedir. Təxminən 150 illik bir dövr ərzində bu istiqamətdə axtarış aparan və heç bir nəticə əldə edə bilməyən Qərb və Şərq alimləri, xüsusilə rus şərqşünasları və İran tədqiqatçıları bu əsərin itib-batması, yandırılması və ya ümumiyyətlə, mövcud olmaması barədə fərziyyələr irəli sürmüşdülər.
Ağamirzə Quliyev
Quliyev Ağamirzə İlham oğlu (2001 və ya 2 may 2001, Gəncə – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olmuşdur, daha sonradan Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilmişdir. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil almış, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olmuşdur. Ailədə 3 uşaq olmuşlar: 1 bacı və 2 qardaş. Evin böyük oğlu idi. == Hərbi xidməti == 2 may 2019-cu ildə 18 yaşını tamamlamış və iyulun 5-i hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı 3 noyabr 2020-ci ildə Hadrutun azad edilməsində həlak olmuşdur. 19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra 19 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Quliyev Ağamirzə İlham oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Balarəhim Quliyev
Baxış Quliyev
Baxış Hüseyn oğlu Quliyev (22 iyun 1959, Quzanlı, Ağdam rayonu – Bakı) — şəhid. === Həyatı === Baxış Hüseyn oğlu Quliyev 1959-cu il iyunun 22-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub.1976-ci ildə Quzanlı kənd orta məktəbini bitirəndən sonra kolxozda işləyib.1978-ci ildə sovet ordusuna çağrılan Baxış ikiillik hərbi xidmətini Moskva şəhərində başa vurub.Əsgərlikdən sonra kolxozda çalışıb. 1982-ci ildə Qazaxıstana köçən Baxış burada bir müddət kənd təsərrüfatında işlədikdən sonra Altay ölkəsinə gedir, orada fabrikdə işə düzəlir.İşləyə-işləyə politexnik institutuna daxil olur,bir müddət burada oxuduqdan sonra Ümumittifaq yüngül sənaye və toxuculuq institutuna dəyişilir.Təhsilini bitirib yenidən doğulduğu kəndə qayıdır.1990-cı ildən Ağdam dəzgahqayırma zavodunda mühəndis kimi işə başlayır.Xocalı soyqırımından az sonra ,1992-ci ilin martında könüllü olaraq milli orduya yazılır.Şirin Mirzəyevin rəhbərlik etdiyi bataliyonda döyüşə başlayır və tezliklə batareya komandiri vəzifəsinə təyin olunur.Rütbəsi baş leytinant idi.Baxışın döyüş yolu Ağdam və Ağdərə bölgələrinin Yeni Qaralar, Canyataq, Gülyataq, Fərrux, Sırxavənd və başqa kəndlərindən keçir,ta Vəngə qədər gedib çıxır.Döyüşlərdən birində Baxışın başçılıq etdiyi batareya çətin vəziyyətə düşür,güllə və sursat tamamilə tükənmək üzrə idi.Belə ağır şəraitdə, yəqin ki, onların köməksizliyindən xəbərdar olan bir düşmən vertaliyotu batareyanın yerləşdiyi əraziyə sarı yön alır.Sayıqlığını itirməyən komandirin çevikliyi və cəldliyi sayəsində əsgərlərimiz həmin vertaliyotu vurub salırlar. İyulun sonlarında batalyonun bir qrup əsgəri ilə birgə Sırxavənddə mühasirəyə düşən Baxış bədəninin dörd yerindən qəlpə yarası alır. Ancaq yaralandığını ailəsinə bildirmir. Ağdamın Qaradağlı kəndindəki hərbi qospitalda bir neçə gün müalicə olunandan sonra döyüşə qayıdır. Ancaq tezliklə vəziyyəti yenidən pisləşdiyindən avqustun 13-də Bakıya qospitala götürülür. Bir ay burada qalsada müalicənin xeyri olmur, sentyabrın 13-də qospitalda vəfat edir. Quzanlı qəbirsanlığında dəfn olunub. Baxış 1987-ci ildə ailə qurmuşdu.
Baxşəli Quliyev
Baxşəli İmamqulu oğlu Quliyev — Fizika-riyaziyyat elmləri doktoru, professor, == Həyatı == Quliyev Baxşəli İmamqulu oğlu 17 iyun 1936-cı ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur.1954-cü ildə Şamlıq kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almış, 1964-1968-ci illərdə Leninqradda Elmlər Akademiyasının Yarımkeçiricilər institutunun aspirantı olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin assistenti, baş müəllimi, dosenti, professorudur (1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir).1968-1996 illərində Azərbaycan Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr demişdir. Baxşəli Quliyev Bakı Dövlət Universitetində elmi şura üzvü, Bərk cisimlər fizikası üzrə müdafiə şurasının məsul katibi, 1996-cı ildən Türkiyənin Yüzüncü Yıl Uiversitetində fizika professorudur. 2015-ci ildən AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Elmi əsərlərinin sayı-70 Xaricdə dərc olunan əsərlərinin sayı-40 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-20 Kadr hazırlığı-3 müdafiə olunmuş fəlsəfə doktoru Elmi-pedaqoji fəaliyyəti-1968-1996 illərində Bakı Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr. Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis == Əsas elmi nəticələri == Yarımkeçirici nazik təbəqələrdə köçürmə hadisələrinin nəzəriyyəsi qurulmuşdur. Qalvano və termomaqnit əmsallarının ölçüyə görə dəyişməsinin analizindən onların ossilyasiyası və mənfi maqnit müqavimətinin mümükün ola biləcəyi göstərilmişdir. == Əsas elmi əsərləri == 1. Electron transport phenomena in conductive films, Phys.-Stat. Sol.
Bəhruz Quliyev
Bəhruz Quliyev (jurnalist)
Bəxtiyar Quliyev
Bəxtiyar Quliyev (şəhid) — Qarabağ münaqişəsinin ilk şəhidi. Bəxtiyar Quliyev (starşina) — Azərbaycan hərbçisi, starşina; Qarabağ müharibəsi şəhidi.
Qılıç Quliyev
Qılıç Məmmədoviç Quliyev (14 aprel 1913, aul I Gökçə, indiki Marı vilayəti, Türkmənistan — 1990) — sovet - türkmən dövlət xadimi, diplomat, yazıçı, tarixçi. Türkmənistan SSR-nin xalq yazıçısı (1984), səfir. == Həyatı == 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Türkmənistan Pedoqoji İnstitutunu bitirmişdi (1948) və Sİ MK yanında ictimai elmlər akademiyasını tamamlamışdı (1952). 1943—1948 illər. — SSRİ-nin İrandakı Qorqan şəhərindəki konsulluğun əməkdaşı. 1953—1956 illər. — Türkmənistan SSR-nin mədəniyyət naziri. 1956—1957 illər. — SSRİ Nazirlər soveti yanında Türkmənistan SSR-nin nümayəndəsi.
Qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Vulidç
Vulviç (ing. Woolwich) — London şəhərinin rayonu. Temza çayının cənubunda yerləşməsinə baxmayaraq, bir hissəsi çayın şimalındadır (bu yer Nyuhem mahalının bir hissəsidir). 1889-cu ilə qədər Kent vilayətinin bir parçası olmuş, London vilayətinin yaradılması ilə bura birləşmişdir. Bu bölgə, London Planında Böyük Londonun 35 böyük mərkəzindən biri kimi qeyd edilir.
Kuliç
Kuliç Pasxa çörəyinin rus adıdır. == Tarixi == Şərq slavyanlarında bayram çörəyi hündür olub, üzəri bəzədilirdi.Silindrik formada olması onun kilsə ilə əlaqəsi ilə bağlıdır. == Təsviri == Bu mayalı xəmirdən hazırlanan çörək müxtəlif formalarda olub, yalnız həmişə hündür olmalıdır. Katoliklər mayalı kuliçlərdən başqa şəkərli kuliçlərdə hazırlayırdılar ki, bunu da "babı" adlandırırdılar.Üzəri bəzən kişmişlə, qlazurla və ya şəkər tozu ilə bəzədilir. Dadlandırıcılardan vanil, hind qozundan istifadə edilir. Rusiyanın müxtəlif əyalətlərində kuliçin forması fərqli olur.
Uqliç
Uqliç — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir