Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spunk Ransom
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. == Karyerası == Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Ransomware
Ransomware, bir miqdar pul ödənilmədikdə qurbanın şəxsi məlumatlarını dərc etməklə və ya ona girişi həmişəlik bloklamaqla hədələyən kriptovirusologiyadan olan zərərli proqram növüdür. Bəzi sadə ransomware heç bir fayla zərər vermədən sistemi kilidləyə bilsə də, daha inkişaf etmiş zərərli proqram kriptovirus qəsb adlanan üsuldan istifadə edir. O, qurbanın fayllarını şifrələyir, onları əlçatmaz edir və onların şifrəsini açmaq üçün fidyə ödənişi tələb edir. Düzgün şəkildə həyata keçirilən kriptovirus qəsb hücumunda, şifrə açma açarı olmadan faylları bərpa etmək çətin bir işdir. İzləmək çətin olan paysafecard və ya Bitcoin kimi rəqəmsal valyutalar və digər kriptovalyutalar fidyə üçün istifadə olunur, bu da günahkarların axtarışını və təqibini çətinləşdirir. == Əməliyyat == Faylları şifrələyən ransomware konsepsiyası Kolumbiya Universitetində Young və Yung tərəfindən icad edilmiş və tətbiq edilmişdir və 1996-cı ildə IEEE Təhlükəsizlik və Məxfilik konfransında təqdim edilmişdir. Bu kriptovirus qəsb adlanır və Alien filmindəki qondarma facehuggerdən ilhamlanıb. Kriptovirus qəsb, təcavüzkarla qurban arasında həyata keçirilən aşağıdakı üç mərhələli protokoldur. [hücumçu→qurban] Təcavüzkar açar cütü yaradır və müvafiq açıq açarı zərərli proqrama yerləşdirir. Zərərli proqramın buraxılması üçün.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! — Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
Karl Rensom Rocers
Karl Rensom Rocers (ing. Carl Ransom Rogers; 8 yanvar 1902[…], Ouk-Park[d], İllinoys – 4 fevral 1987[…], La-Hoyya[d], Kaliforniya) — amerikan psixoloqu, humanistik psixologiyanın banilərindən biridir (Abraham Masslou ilə birgə). Rocers subyektin sosial mühim ilə qarşılıqlı əlaqəsi zamanı fomalaşan "mənlik konsepsiyasını" şəxsiyyətin quruluşunun mühüm tərkib hissəsi hesab edirdi. Rocers qeyri direktiv psixoterapiyanın yaradılmasında mühüm rol oynamış və onu "şəxsiyyət yönümlü psixoterapiya" (ing. person-centered psychotherapy) adlandırmışdır. 1947-ci ildə ABŞ psixologiya assosasiyasının prezidenti olmuşdur. Rocers öz üsulunu universal hesab edirdi. Belə ki, həmin üsulu mədəniyyətindən, fəaliyyət sahəsindən, dini baxışlarından asılı olmayaraq müxtəlif müştəri tiplərinə həm qruplar (tələbəvə şagirdələrə, əmək kollektivlərinə), həm də fərdi (məktəblilərə, valideynlərə, veteranlara) şəkildə tətbiq etmək mümkündür. Bu metod həm fərddaxili, həm də fərdlər arası və qruplararası münaqişələrin həllində istifadə edilə bilər. Rocersin "şəxsiyyət yönümlü psixoterapiya"sı müştərilərin üzləşdiyi müxtəlif əməli problemlərin həllində istifadə edilir.
Random Access Memories
Random Access Memories — fransız elektron musiqi dueti Daft Punkun 2013-cü ilin mayında buraxılmış dördüncü studiya albomu.
Razoom
Şanson
Şanson (fr. chanson — mahnı) — vokal musiqi janrı. == Xarici keçidlər == Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Chanson.
Fandom
Fandom, ümumi maraqları paylaşan pərəstişkarlardan ibarət submədəniyyətdir. Azarkeşlər adətən fandomlarının obyektlərinin xırda təfərrüatları ilə də maraqlanırlar və sosial şəbəkədə vaxtlarının əhəmiyyətli bir hissəsini maraqlarına sərf edirlər. Fandom insan maraqlarının və ya fəaliyyətinin istənilən sahəsini əhatələndirir. Azarkeşlərin maraq dairəsi kiçik bir şəkildə müəyyən edilə bilər, eləcə də məşhur bir şeyə yönəldilə bilər və ya bir neçə hobbi, janr və ya modaları əhatə edə bilər. Hazırda bu termin hər hansı bir mövzuya heyran olan insan qruplarına şamil edilsə də, ilk əvvəl idman həvəskarlarına aid edilirdi. Merriam-Webster lüğətində bu terminin istifadəsi 1903-cü ilə qədər gedib çıxır. == Mütəşəkkil submədəniyyət kimi == Ədəbi detektiv Şerlok Holmsun pərəstişkarları Holmes 1893-cü ildə "öldürüldükdən" sonra ictimai matəm nümayişləri keçirərək təxminən 1897-ci ildən 1902-ci ilə qədər ilk fan-əsərlərini yaratmışlar və bu təşkil olunmuş ilk müasir fandom hesab olunur. Medianın əhatə dairəsindən kənarda dəmir yolu həvəskarları 19-cu əsrin sonlarından populyarlıq qazanmağa başlayan və 20-ci əsrin əvvəllərinin ilk onilliklərində getdikcə daha çox tanınan başqa bir erkən fandom olmuşdur. Media fandomu 1970-ci illərin əvvəllərində elmi fantastika fandomundan ayrıldı və diqqət mərkəzi TV və filmlər daxilindəki personajlara yönəldi, məsələn: Star Trek və The Man from U.N.C.L.E.. Anime və manqa fandomu 1970-ci illərdə Yaponiyada təşkil olundu.
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rasam
Rasam (hind. रस्सम. kann. చారు) — Hind mətbəxində tərəvəz şorbası. Rasam şorbası Tamillər tərəfindən qəbul edilib. Həmçinin digər regional adları da vardır (teluquda çaaru, kannada da saaaru). Rassam şorbası Cənubi Hindistanda ən məşhur yeməklərdən biridir. Ənənəvi olaraq pomidor, çili bibəri, bibər, kemyon və digər ədviyyatlar tamarind suyuna əlavə edilərək hazırlanır. Buxarda bişirilmiş mərciməkdə yeməyə dad verməsi üçün əlavə edilə bilər. Əvvəlcədən bütün ədviyyatlar bişirilir.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim Nəbiyev Rasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001) Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rasim Başak — Azərbaycan-Türk peşəkar basketbolçusu Rasim Mövsümov — "Golden Foot" mükafatının jüri üzvü Rasim Quliyev Rasim Quliyev (mühəndis) Rasim Quliyev (jurnalist) — jurnalist.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Fandom (sayt)
Fandom – vikiləri pulsuz host etmək üçün yaradılmış xidmət. Fandom açıq kodlu proqram təminatı olan Mediaviki əsasında qurulub və yüz minlərlə vikidən ibarətdir. Vikiyanın əsası Cimmi Ueyls tərəfindən qoyulmuşdur. 2016-cı ilə kimi Wikia adlanmışdır.
Kəmalə Yanson
Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən) == Həyatı == Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir. == Təhsili == Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır. 2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur. 2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır. 2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.
Marilyn Manson
Merlin Menson (ing. Marilyn Manson) — musiqi qrupu. == Qrup haqqında == Qrup musiqiyə 1989-ci ildə Marilyn Manson and the Spooky Kids adıyla başladı. Qrupun ilk heyətində gitarist Daisy Berkowitz, bas gitarist Olivia Newton Bundy və keyboard'da Zsa Zsa Speck var idi. Qrup ilk qurulduğunda "drum-machine" istifadə edilirdi. Qrupa qısa müddət sonra Pogo adını istifadə edən keyboard'çı Madonna Wayne Gacy və bas gitarist Gidget Gein qatıldı. Bu heyət ilə demo albom yazdılar. 1991-ci ildə "drum-machine" in yerini Sara Lee Lucas aldı. Qrup diqqət çəkməyi bacarmışdı. Nine Inch Nails qrupunun beyni Trent Reznor'un diqqətini çəkən qrup onun firması Nothing Records ilə razılaşdılar.
Tuve Yanson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. == Həyatı == Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
Vandom (rayon)
Vandom (fr. Vendôme) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Luara və Şer. Suprefektura — Vandom. Rayonun əhalisi 2006-cı ildə 69 690 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 41 nəf / km² . Rayon ərazisi — 1719 km².
Vandom meydanı
Vandom meydanı (fr. Place Vendôme), əvvəlki “Böyük Lüdovik meydanı” (fr. Place Louis le Grand) — Parisin “beş kral meydanından” biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xəttləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699 cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720 ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. == Tarixi == Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Riçard Hanson
Sör Riçard Deyvis Hanson (6 dekabr 1805, London – 4 mart 1876) — Cənubi Avstraliyanın dördüncü baş naziri (30 sentyabr 1857 – 8 may 1860-cı illərdə). Cənubi Avstraliyanın Ali Məhkəməsində Baş Hakimi (20 noyabr 1861 – 4 mart 1876-cı illərdə). == Mənbə == 'Hanson, Sir Richard Davies (1805–1876)', Australian Dictionary of Biography, Volume 4, MUP, 1972, pp 336–340. Retrieved 20 January 2009 Serle, Percival. Hanson, Richard // Dictionary of Australian Biography. Sydney: Angus and Robertson. 1949. İstifadə tarixi: 2009-01-20. This article incorporates text from a publication now in the public domain: Kisholm, Hyu, redaktor Hanson, Sir Richard Davies // Britannika Ensiklopediyası. 12 (XI).
Anson arxipelaqı
Anson arxipelaqı (ing. Anson Archipelago) — Sakit okaenda, Yaponiya ilə Havay adaları arasında sahəni əhtə edən edir. Qrupa Ueyk rifi, Minamitori və bir neçə Kabus ada daxildir. Kabus adalar: Los Hardines (Los Jardines) — Marşall adalarından şərqdə, iki kabus ada. Adalar 1528-ci ildə Alavaro de Saavedra və 1542-ci ildə isə Lopes de Vilyalobes ziyarət etmişdir Nakanotorişima, həmcinin Qanqnes adı ilə (ing. Ganges Island) tanınır. — kabus ada 30°45′ şm. e. 154°25′ ş. u.
Corc Anson
Corc Anson (1697–1762)
Kanso boğazı
Kanso boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adasını Yeni Şotlandiya yarımadasından ayırır. Uzunluğu 27 km, eni 3 km, dərinliyi 61 m təşkil edir. Boğazın hər iki tərəfi ilə gəmilərlə əlaqə yaradılır. Sahillərində Port-Honsberi və Malqreyli şəhərləri vardır.
Rasim Abbasov
== Siyahı ==
Rasim Abdullayev
Rasim Yaqub oğlu Abdullayev (21 fevral 1975; Milli, Kəlbəcər rayonu, Azərbaycan SSR — 10 noyabr 2020; Çanaqçı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşləri zamanı yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərmişdir. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində hərbi tibb qulluqçusu kimi iştirak edən Rasim Abdullayev Hadrut qəsəbəsi və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə yerindəcə tibbi yardım göstərmişdir. Yeni-yeni azad edilən, təhlükəli və döyüşdə ən qaynar nöqtələr olan yerlərdə qalmış hərbçilərə də ilk tibbi yardım göstərmişdir. İkinci Qarabağ müharibəsinin son dəqiqələrində Komandanlıq tərəfindən verilən Şuşa istiqamətində ağır yaralı zabitlərə ilk tibbi yardım göstərmək tapşırığını yerinə yetirdiyi zaman Xocalı rayonunun Çanaqçı kəndində Ermənistan Ordusunun zabitləri tərəfindən pusquya düşürülərək aldığı yaralardan həlak olmuşdur. O, Azərbaycanın hərb tarixində və həmçinin, İkinci Qarabağ müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur. == Həyatı == Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində Yaqub Abdullayev və Nübar Qasımovaların ailəsində anadan olub. Onun nəsli 1918-ci ilə qədər Dərələyəzdə məskunlaşmış, 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanlıların kütləvi şəkildə deportasiyası zamanı yurdlarından qovularaq Kəlbəcər rayonunun Milli kəndində məskunlaşmışlar. Rasim Abdullayevin ailəsində 7 nəfər olub – özü, atası Yaqub, anası Nübar, qardaşı Əvəz və bacıları Yeganə, Aybəniz, Əntiqə. 1993-cü ilin aprelin 2-də Kəlbəcər rayonunun Milli kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Rasim və ailəsi qaçqın həyat tərzi sürməli olur.
Rasim Abuşev
Rasim Fərzi oğlu Abuşev (15 oktyabr, 1963, Azərbaycan SSR, SSRİ) — Sovet və Azərbaycan futbolçusu. Azərbaycan yığmasının heyətində 40 oyun keçirdmişdir. == Həyatı == Bakı yaxınlığında anadan olub və orada böyüyüb. Hərbi xidmət zamanı respublika birinciliyində ordu komandasında oynayırdı. Buna görə böyük futbola artıq yetkin yaşda başladı. Əvvəlcə ikinci liqada çıxış edən Bakının "Gənclik" komandasında oynayırdı, yarım ildən sonra isə "Neftçi"də. Yuxarı liqada ilk oynunu Kiyevdə yerli "Dinamo" komandasına qarşı keçirtdi, oyun heç-heçə bitdi. 1997-ci ilin yazında həmin vaxt Ağdamın "Qarabağ" klubunun oyunçusu Rasim Azərbaycan yığması ilə birgə Kiprdə məşq edirdi. Onlardan başqa orada Dinamo Stavropol komandasının təmsilçiləri var idilər ki, onlar Azərbaycan futbol federasiyası ilə "ağ-mavilər"in düşərgəsinə keçmək barədə məsələni həll etdilər. Stavropol Dinamosunun heyətində uzun müddət ərzində oynadı və tez-tez kapitan sarğısı ilə meydana çıxırdı, sonradan "Jemçujina Budyonnovsk" klubunda çıxış etməyə başladı, xaricdə son klubu Kafkaztransqaz oldu.
Buas-Panşo
Buas-Panşo (fr. Boisse-Penchot, oks. Boissa e Panchòt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12028. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 40 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 211 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 70.2%).