Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfərotu
Səfərotu (lat. Lithospermum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Bənövşəyi səfərotu
Dərman səfərotu
Dərman səfərotu (lat. Lithospermum officinale) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin səfərotu cinsinə aid bitki növü.
Cəfərotu
Dalaqotu (lat. Chrysosplenium) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. === Növləri === Cinsə 57 növ daxildir. Bunlardan bəziləri aşağıdakılardır: ==== Azərbaycanın dərman bitkiləri ==== Chrysosplenium nudicaule Bge. — Çılpaqgövdə dalaqotu ==== Digər növləri ==== Chrysosplenium alpinum — Alp dalaqotu Chrysosplenium alternifolium L. — Adi dalaqotu Chrysosplenium americanum Schwein. ex Hook. — Amerika dalaqotu Chrysosplenium dubium J.Gay Chrysosplenium flagelliferum F.Schmidt — Bığcıqlı dalaqotu Chrysosplenium glechomifolium Nutt. Chrysosplenium iowense Rydb. Chrysosplenium oppositifolium L. typus Chrysosplenium pilosum Maxim. — Tükcüklü dalaqotu Chrysosplenium ramosum Maxim.
Aytən Səfərova
Piriyeva Aytən Sədaqət qızı (doğum soyadı: Səfərova; Ağsu) — azərbaycanlı jurnalist, teleaparıcı. == Həyatı == Aytən Sədaqət qızı Səfərova martın 18-də Azərbaycanın Ağsu şəhərində anadan olub. 6 yaşından etibarən ailəsilə birlikdə Rusiyanın Tümen vilayətinin Nyaqan şəhərinə köçüb. Lakin bir neçə ildən sonra balaca qardaşı Arazın faciəvi şəkildə vəfatından sonra yenidən ailəliklə Azərbaycana qayıdıblar. Əmək fəaliyyətinə "Ayna"-"Zerkalo" qəzetlərində başlayıb. 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbər buraxılışlarının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı, prodüseri, Baş aparıcı-redaktoru vəzifələrində çalışıb. 2005-ci il yanvarın 28-də ailə qurub. 2006-cı il yanvarın 23-də Ayza adlı qız övladı dünyaya gəlib. Bir müddət televiziyadan ayrılsa da (analıq məzuniyyəti) 2007-ci ilin may ayında yenidən ANS TV-yə işə qayıdıb.
Bəşir Səfəroğlu
Bəşir Səfər oğlu Səfərov (11 mart 1925, Rustov, Quba rayonu, Azərbaycan – 23 mart 1969, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1968). == Həyatı == Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşından etibarən şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb. 1941-ci ilin axırlarında İkinci Dünya müharibəsinə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb.
Elmira Səfərova
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934) — Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Leyla Səfərova
Leyla Həzrət qızı Səfərova — Azərbaycan rejissoru, ssenari müəllifi, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Leyla Səfərova 15.10.1945-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. 1969–1974-cü illədə Moskvada ÜDKİ-nun kinorejissorliq fakultəsində təhsil alıb. 1985–1987-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkıtində, 1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Lütviyyə Səfərova
Səfərova Lütviyyə Şamil qızı — Azərbaycan aktrisası. == Həyatı == Lütviyyə Səfərova 1942-ci ildə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun "Gözün aydın" komediyasında Leyli, Vasif Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, Emin Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb. 1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik"də Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlər yaradıb. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.
Məryəm Səfərova
Məryəm Səfərova (d. 3 iyul 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. O, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin baş qəhrəmanı olan Mina obrazını canlandırıb. == Həyatı == Məryəm Səfərova 2004-cü il 3 iyulda anadan olub. == Karyerası == Məryəm Səfərova 2009-cu ildən etibarən bədii gimnastika ilə məşğul olur. Məryəm Səfərova beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Məryəm Səfərova, Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü. Elə həmin ildə o, Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı və yenə, yarışların qızıl medalına layiq görüldü. 2015-ci ildə isə Məryəm Səfərova Bakı Çempionatında da qızıl medala sahib oldu. === IV İslam Həmrəyliyi Oyunları === Məryəm Səfərova 2017-ci il 12 mayda Bakı Olimpiya Stadionunda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, Mina obrazınının canlandırdı.
Qafqaz nəfəsotu
== Ümumi yayılması == Şərqi Avropada, Zaqafqaziyada, Qazaxstanda, Şimali Qafqazda və Qərbi Sibirin cənubunda yayılmışdır. == Azərbaycanda yayılması == Yabanı halda Kiçik Qafqazın mərkəzi hissəsində təsadüf edilir. Qarabağda (Xanbulaqda) yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. CR B1ab(ı, ıı, ııı,)+2ab(ı, ıı, ııı). == Bitdiyi yer == Quru kasıb şamlıqlarda, çöllərdə, yamaclarda, yolların ətra-fında rast gəlinir. == Təbii ehtiyatı == Çox deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 80 sm-ə qədər olan koldur. Budaqları düz və ya əyilən, bozumtul-qonur və ya bozdur. Zoğları ipək-vari, ağımtıl-boz tükcüklüdür.
Rus nəfəsotu
== Təbii yayılması: == Şərqi Sibirin quru çınqıllı sahələrində, Avropa, Qərbi Asiya, Şimali Afrika və Makroneziyada yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 1 növü məlumdur. == Botaniki təsviri: == Hündürlüyü 1,5-2 m, dik qalxan budaqlara, üçər yarpaqlara malik olan koldur. Yarpaqcıqları tərs yumurtavari, oturaq, alt tərəfdən ipəkvari tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qızılı-sarı rəngdə olub, tək-tək salxımlarda yerləşir. Meyvələri avqust ayında yetişir. Paxlası xətvari, qara rəngli, tükcüklü olub, 3 sm uzunluqdadır. == Ekologiyası: == Bu növ şaxtaya, quraqlığa dözümlü və işıqsevəndir. == Azərbaycanda yayılması: == Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.
Sevinc Səfərova
Sevinc Səfərova (Bakı) — "ENES.F production"un və "Şərq ulduzları" teatr ansablının, eyni zamanda "Şərq ulduzları” telelayihəsinin rəhbəri, prodüser, yazar, dramaturq. == Həyatı == Sevinc Fikrət qızı Səfərova Bakı şəhərində anadan olmuşdur. Atası mühəndis, anası həkim olub. 2009-cu ildə canlı ifa edən ansambldan ibarət olan "Xəzər" qrupunu yaradıb. Bu qrupda 17-27 yaş arasında olan istedadlı gənclər toplaşıb. Sevinc Səfərova hazırda "ENES.F production" şirkətinin rəhbəridir. 2009-cu ildən fəaliyyətə başlayan bu şirkət bugünədək bir çox layihələrə imza atıb. Sevinc Səfərova 2012-ci ildə ATV telekanalında yayımlanan "Şərq ulduzu" layihəsini həyata keçirmişdir. == Filmoqrafiya == "Qatillə görüş", "Ruhun səsi", "Kömək edin", "Nə idi o günlər?", "Burulğan" filmlərinin həm rejissoru və həm də ssenari müəllifidir. Sevinc Səfərova “Şərq ulduzu” məktəblərinin rəhbəridir.
Xalidə Səfərova
Xalidə Ələkbər qızı Səfərova (25 avqust 1926, Gəncə – 23 dekabr 2005, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1989). == Həyatı == Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır. Xalidə Səfərova 1946-cı ildə rəssam Mahmud Tağıyev ilə ailə həyatı qurmuşdur. Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir. Rəssam Mahmud Tağıyevin həyat yoldaşı, Əkrəm Tağıyevin anasıdır. == Yaradıcılığı == Xalidə Səfərovanın ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olmuşdur. Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənmişdir. Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985), ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.
Zemfira Səfərova
Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2017), sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017) == Həyatı == Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir. Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir. Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır. Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür. Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır. == Mükafatları == Əməkdar incəsənət xadimi(1989) Əməkdar elm xadimi(2006) "Humay" mükafatı laureatı AMEA-nın fəxri fərmanı Şöhrət ordeni(2022) == Əsərləri == === Kitabları === "Azərbaycanın musiqi elmi" (XIII–XX əsrlər). Bakı: "Elm", 1998. "Музыкально-эстетические взгляды Узеира Гаджибекова".
İlahə Səfərova
İlahə Qiyas qızı Səfərova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == İlahə Qiyas qızı Səfərova 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirib və həmin ilin sentyabr ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktrisa işləyir. Teatrda işlədiyi müddətdə o, Sumqayıt teatrının səhnəsində onlarca müxtəlif xarakterli obrazlar yarada bilib. Onlardan: Şərəfnisə (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Jahan (Ə.M.Lələdağ "Qorxaq"), Qurbağa (L.Ustinov "Cəsur qurbağa"), Saray müğənnisi (F.Məhərrəmov "Oğuzlar"), Mariya (A.Kamyu "Ağlasığmaz faciə"), Minayə (İ.Məlikzadə "Gəl qohum olaq"), Olya (A.İvaşenko "Uşağa bir üç yazın"), Eldar ( K.Həsənov "Sehrli yaylıq"), Sərvinaz (M.İbrahimov "Yaxşı adam"), Fərhad (F.Məmmədov "Anasının gül balası"), Ağacdələn (O.Kolçinskaya "Tramvayı kim oğurlayıb"), Dilbər və Rəhimə (Ç.Məmmədov "Kişi"), Səidə (T.Vəliyeva "Mənim ağ göyərçinim"), Padşahın arvadı (Anar "Yaxşı padşahın nağılı"), Qadın (F.Mustafa "Əqrəb bürcü"), Ana (Ç.Aytmatov "Ümid sahili"), Nazilə (M.Haqverdiyev "Fədakarlıq"), Nazlı (Ə.Qiyas "Qarışqa yuvası"), Şadxəbər (Renportyor) Ə.Əmirli ("Varlıq qadın ) vəs. göstərmək olar. İ.Səfərova 1997-ci ildə Qazax rayon Dövlət teatrını dirçəltmək məqsədi ilə Mədəniyyət Nazirliyinin göstərişi ilə həmin teatra ezam olunmuş və orada Gülbalayeva (M.İbrahimov "Alov"). Yetər (N.B.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük"), Nonna (R.Muxtar "Şəhərli kürəkən") obrazlarını yaratmışdır. İ.Səfərova İ.Məlikzadənin "Gəl qohum olaq" və M.Quliyevin "Qeybdən gələn səs" əsərlərinin telefilmlərində Minayə və Dilbər obrazlarını özünəməxsus ştrixlərlə yaratmışdır. == Mükafatları == 2004-cü ildə İ.Səfərova "Tərəqqi" medalına layiq görülmüşdür. 2014-cü ildə əməktar artist adına layiq görülmüşdür.
Albert Səfərov
Albert Səfərov Nurəddinoviç (azərb. Səfərov Albert Nürəddin оğlu‎) — Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC-nin rəisi (2007–2021), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010). == Həyatı == Səfərov Albert Nurəddin oğlu 06.05.1956-cı ildə Azərbaycan Respublikası, Qusar rayonunun, Aşağı Ləgər kəndində anadan olub.1963–1973-cü illərdə Aşağı Ləgər kənd orta məktəbində təhsil alıb. 1974-cü ildə Bakı Dəmiryol Nəqliyyat texnikomuna daxil olub və 1980-cı ildə " Vaqon təsərrüfatı " ixtisası üzrə həmin texnikomu bitirib. İlk iş fəaliyyətinə 1978-ci ildə Bakı Vaqon Deposunda çilingər vəzifəsilə başlayıb,1980–1986-cı illərdə vaqon baxıcısı kimi işini davam etdirib.1986–1994-cü illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda eyni vəzifədə çalışıb. 1995-ci ildə Azərbaycan Texniki Universitetinin "Lokomotiv və Vaqon təsərrüfatı" fakultəsinə qəbul olub,1999-cu ildə bitirib.2005-ci ildə həmin universitetdə Magistr təhsili alıb. 1994–1995-ci illər ərzində Keşlə Vaqonların Təmiri Konteyner Deposundatexniki məntəqənin rəisi təyin edilib.1995–1997-ci illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda rəisi işləyib. 1997–1999-cu illərdə Bakı Bələdçilər Ehtiyatının rəisi vəzifəsində işləyib. 1999–2007-ci illərdə Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının rəisi olub. 2007–2010-cu illərdə "Qəza Bərpa Qatarı"MMC-nin rəisi, 2010-cu ildən 31.03.2021-ci ilədək Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC rəisi vəzifəsində çalışıb.
Anar Səfərov
Anar Həsən oğlu Səfərov (1953, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I, II, III və IV çağırış deputatı, Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. == Həyatı == Anar Həsən oğlu Səfərov 1953-cü ildə Sədərək kəndində doğulmuşdur. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu, 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. O, ali təhsilini tamamladıqdan sonra Sədərək orta məktəbində müəllim olaraq çalışmışdır. == Siyasi fəaliyyəti == Anar Səfərov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 44 nömrəli ikinci Sədərək seçki dairəsi üzrə deputat seçilmişdir. O, elə həmin il Naxçıvan Ali Məclisi sədrinin müavini seçilmişdir. Anar Səfərov Naxçıvan Ali Məclisinə 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə 2 saylı Sədərək, 5 noyabr 2000-ci il tarixində keçirilmiş seçkilərdə 2 saylı Qarağac dairəsindən, 2005-ci il və 2010-cu il tarixlərində keçirilmiş seçkilərdə isə 2 saylı Heydərabad dairəsindən deputat seçilmişdir. Anar Səfərov 1996-cı il tarixindən 2000-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası dövlət əmlak nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Anar Səfərov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Atabala Səfərov
Səfərov Atabala Osman oğlu (1 sentyabr 1949, Dəvəçi – 20 dekabr 2020, Bakı) — aktyor, Azərbaycanın əməkdar artisti (2012) == Həyatı == Atabala Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972–1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Bafadar Səfərov
Bafadar Səfərov (tam adı: Bafadar Ağamirzə oğlu Səfərov; 8 mart 1923, Baxışlı, Xızı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1923-cü il martın 8-də Xızı rayonunun Baxışlı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Berlinə qədər yetişmişdir. Müharibədən sonra 25 il milis orqanlarında işləmişdir. 3 uşağı, ona yaxın nəvə-nəticəsi olmuşdur. Qanlı Yanvar faciəsi ərəfəsində təqaüdçü idi. == Qanlı Yanvar faciəsi == 19-dan 20-nə keçən gecə Q-87—99 AQ markalı "Moskviç" maşınında Salyan kazarmasına tərəf gedərkən yolda hərbçilər tərəfindən öldürülmüşdür. Meyidi yalnız yanvarın 27-si Təzəpir Məscidində tapılmışdır. Meyid Hərbi Hospitaldan gətirilmiş, meyidin bel və bud nahiyəsində süngü, beyin nahiyəsində isə güllə yarası olmuşdur. Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Bayram Səfərov
Bayram Əsəd oğlu Səfərov (1951, Şuşa, Dağlıq Qarabağ) — Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş sədri == Həyatı == Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. Son illər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində ("AZAL") rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib.
Cavid Səfərov
Cavid Telman oğlu Səfərov (10 dekabr 1965, Ürkməzli, Qazax rayonu – 27 mart 2022, Almaniya Federativ Respublikası) — Rostok Universitetinin (Almaniya) Texniki Termodinamika kafedrasının əməkdaşı, texnika elmləri namizədi. == Həyatı == Cavid Səfərov 1965-ci il dekabrın 10-da Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1982-ci ildə Ürkməzli kənd orta məktəbi bitirib, həmin il də Azərbaycan Texniki Universiteti (əvvəlki Azərbaycan Politexnik İnstitutu) mexanika fakültəsinin Soyuducu-kompressor maşın və qurğuları ixtisasına daxil olub. 1989-cu ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Mühəndis-mexanik ixtisasına yiyələnib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Azərbaycan Texniki Universitetində əyani aspiranturaya daxil olmuş və 1993-cü ildə vaxtından əvvəl Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1993–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında baş laborant, assistent, dosent vəzifəsində çalışmışdır. 1995-ci ildə Türkiyənin Ankara şəhərinin nüfuzlu Bilkent Universietində elmi təcrübə keçmişdir. 2005-ci ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasının dosenti diplomunu almışdır. 2005–2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universiteti ndə elmi işçi kimi çalışmışdır.
Ceyhun Səfərov
Ceyhun Səfərov (Ceyhun Akif oğlu Səfərov) - Lerik rayonunda İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Bir bacı 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin ən kiçiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbi bitirib. == Hərbi xidməti == Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ceyhun Goranboy rayonunda xidmət edib. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Səfərov Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir.
Coşqun Səfərov
Coşqun Əhməd oğlu Səfərov (2 may 1997, Salyan rayonu – 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Səfərov 2 may 1997-ci ildə Salyan rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə Salyan şəhər 2 nömrəli tam orta məktəbində təhsil almışdır. Həmçinin, musiqi təhsilini Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsində almışdır. Coşqun Səfərov hərbi xidmətini başa vurduqdan sonra Salyan Qaz İstismarı İdarəsində nəzarətçi vəzifəsində çalışmışdır. == Hərbi xidməti == Coşqun Səfərov 2015-2017-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı ildə hərbi xidmətdə olarkən sintezatorda ifası ilə Gəncə şəhərində hərbi qulluqçular arasında keçirilən bədii özfəaliyyətə baxışda 2-ci yeri tutataraq fəxri fərman və TİSSOT saatı ilə mükafatlandırılmışdır. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Coşqun Səfərov da 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Coşqun Səfərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa komandiri olaraq iştirak etmişdir.
Cəlil Səfərov
Cəlil Səfərov (28 yanvar 1962, Lecbəddin, Marneuli rayonu – 15 may 1992, Turşsu, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlil Səfərov 28 yanvar 1962-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində anadan olmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. O, 1969–1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C. Naxçıvanski adına Ali Hərbi Liseyə qəbul edilmişdir. 1980-ci ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlamışdır. Cəlil Səfərov 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir. == Döyüşlərdə iştirakı == Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra döyüş bölgəsində qalaraq hərbi hissədə xidmət edir. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi.