Cavid Telman oğlu Səfərov (10 dekabr 1965, Ürkməzli, Qazax rayonu – 27 mart 2022, Almaniya Federativ Respublikası) — Rostok Universitetinin (Almaniya) Texniki Termodinamika kafedrasının əməkdaşı, texnika elmləri namizədi.
Cavid Səfərov | |
---|---|
Cavid Telman oğlu Səfərov | |
Doğum tarixi | 10 dekabr 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 27 mart 2022 (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | İnfarkt |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Telman Səfərov |
Anası | Yeter Səfərova |
Elm sahələri | fizika, kimya |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | dosent |
İş yeri | Rostok Universiteti |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Elmi rəhbəri | professor Yaşar Naziyev |
Tanınmış yetirmələri | Bəhruz Əhmədov, Rəna Həmidova, Esmira Məmmədova |
Tanınır | Termodinamik alim |
Cavid Səfərov 1965-ci il dekabrın 10-da Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1982-ci ildə Ürkməzli kənd orta məktəbi bitirib, həmin il də Azərbaycan Texniki Universiteti (əvvəlki Azərbaycan Politexnik İnstitutu) mexanika fakültəsinin Soyuducu-kompressor maşın və qurğuları ixtisasına daxil olub. 1989-cu ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Mühəndis-mexanik ixtisasına yiyələnib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Azərbaycan Texniki Universitetində əyani aspiranturaya daxil olmuş və 1993-cü ildə vaxtından əvvəl Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1993–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında baş laborant, assistent, dosent vəzifəsində çalışmışdır. 1995-ci ildə Türkiyənin Ankara şəhərinin nüfuzlu Bilkent Universietində elmi təcrübə keçmişdir. 2005-ci ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasının dosenti diplomunu almışdır. 2005–2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universiteti ndə elmi işçi kimi çalışmışdır. 2006-cı ildən Almaniyanın Rostock Universiteti nin Texniki Termodinamika kafedrasının elmi işçisidir. Cavid Səfərov IAPWS (Beynəlxalq su və su buxarı cəmiyyəti)-in Almaniya bölməsinin üzvüdür. O Almaniyanın DAAD (2002 və 2006), Aleksandr von Humboldt (2003–2004, 2007) və Yaponiyanın JSPS (2004) elmi təqaüdlərinə layiq görülmüşdür. 2011-ci ildən Rostok Universitetinin Texniki Termodinamika kafedrasının daimi elmi işisi və Mayelərin istilik-fiziki xassələri elmi laboratoriyasının rəhbəridir.
27 mart 2022-ci ildə Almaniyada ürək tutmasından vəfat etmişdir.[1]
Cavid Səfərov 1989-cu ildən Azərbaycan Texniki Universitetində pedagoji fəaliyyətə başlamışdır. Daha sonra 2006-cı ildən elmi araşdırmaları ilə bərabər Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında pedagoji fəaliyyətini davam etdirmişdir. Azərbaycan dili ilə bərabər sərbəst olaraq alman və ingilis dillərində tələbələr üçün Texniki termodinamika, İstilik-kütlə mübadiləsi, Qarışıqlar termodinamikası, Soyuqluq texnikası, Alternativ enerji mənbələri, Yanma termodinamikası və s. fənnlərdən mühazirə və seminarlar aparır. Cavid Səfərov 1 dərslik, 1 monoqrafiya və 4 dərs vəsaitinin müəllifidir.
Maddələrin istilik-fiziki xassələri. Elmi işlərinin istiqaməti:
Cavid Səfərov 450–dən artıq elmi məqalənin və konfrans çıxışlarının, 1 kitab, 1 dərsliyin və 4 dərs vəsaitinin müəllifidir. Məqalələri Amerika Kimya cəmiyyətinin, İngiltərənin Kral cəmiyyətinin və dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu impakt faktorlu (Impact Factor) Acta Chimica Slovaca, Acta Chimica Slovenica, Aquatic Geochemistry, Fluid Phase Equilibria, International Journal of Thermophysics, Journal of Deep Sea Research, Journal of Chemical Engineering Data, Journal of Molecular Liquids, Journal of Solution Chemistry, Ocean Science, The Journal of Chemical Thermodynamics, Thermochimica Acta və s. jurnallarında çap olunmuşdur.
Cavid Səfərov dünyanın bir çox ölkələrinin (ABŞ, Almaniya, Avstriya, Çexiya Respublikası, Fransa, İngiltərə, Portuqaliya, Rusiya, Slovakiya Respublikası, Türkiyə, Yaponiya, Yunanıstan, Ukrayna və s.) elmi konfranslarında geniş məzmunlu məruzələrlə çıxış etmişdir. Cavid Səfərovun Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında rəhbərlik etdiyi Mayelərin istilik-fiziki xassələrinin araşdırılması [1] elmi qrupu dünyanın çox saylı elm mərkəzləri ilə müştərək elim araşdırmalar aparır. Bunlara misal olaraq Amerikanın Milli standartlar (NİST) institutunu, Florida, Wedener, Marilend Universitetlərini, Türkiyənin Isı Bilimi ve Tekniğ" cəmiyyətini, İstanbul, Ankara, Ərzurum, Van, İzmir, Elazıq, Sivas və s. şəhərlərinin universitetlərini, Portuqaliyanın Porto və Yeni Lissabon Universitetlərini, Yunanıstanın Tessaloniki şəhərinin Aristotel Universitetini, Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və ş. şəhərlərinin Universitetlərini və elmi-tədqiqat mərkəzlərini, eləcə də Fransa, İspaniya, Avstriya, Norveç, İsveç, İtaliya, Misir, Polşa, Sloveniya, Belorus, Ruminiya və s. ölkələrin müxtəlif elm mərkəzlərini göstərmək olar. Dəniz, okean, çay, termal sularının, ionlu maddələrin, absorpsion soyuducu və günəş istilik sistemlərin alternativ istilik daşıyıcılarının və s. istilik-fiziki xassələrinin araşdırılması sahəsində müxtəlif elmi layihələr həyata keçirmişdir. Yüksək təzyiqlərdə mayelərin istilik-fiziki xassələrinin araşdırılması sahəsində dünyada aparıcı alimlərdən biridir.[2]
Cavid Səfərovun Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında rəhbərlik etdiyi Mayelərin istilik-fiziki xassələri" elmi qrupu dünyanın çox saylı elm mərkəzləri ilə müştərək elmi araşdırmalar aparır. Bunlara misal olaraq Amerikanın Milli standartlar (NİST) institutunu, Florida, Kanzas, Marilend, Wedener, Universitetlərini, Türkiyənin Isı Bilimi ve Tekniği cəmiyyətini, Ankara, Ərzurum, İstanbul, İzmir, Rizə, Samsun, Sivas, Van və s. şəhərlərinin universitetlərini, İspaniyanın Saraqosa Universietini, Portuqaliyanın Porto və Yeni Lissabon Universitetlərini, Yunanıstanın Tessaloniki şəhərinin Aristotel Universitetini, Rusiyanın Kalininqrad, Kazan, Kursk, Moskva, Novosibirsk, Sankt-Peterburq, və ş. şəhərlərinin Universitetlərini və elmi-tədqiqat mərkəzlərini, eləcə də Avstriya, Belorus, Fransa, İsveç, İtaliya, Misir, Norveç, Polşa, Ruminiya, Səudiyyə Ərəbistanı, Sloveniya və c. ölkələrin müxtəlif elm mərkəzlərini göstərmək olar.
Azərbaycan hər bir azərbaycanlının vətənidir. Vətəndən kənarda yaşayanda da gərək Vətənlə bir nəfəs alasan. Fəxrlə qeyd etmək olar ki, bu sahədə Almaniyada çoxsaylı tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin, xüsusi ilə də Heydər Əliyev Fondunun dəstəyi ilə Almaniyada təşkil edilən mədəni, siyasi proqramlar bu sahədə çox böyük rol oynayır. |
Qeyd etmək lazımdır ki, Cavid Səfərovun Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə çox sıx əlaqələri var. O mütəmadi olaraq diaspor fəaliyyəti istiqamətində təşkil edilən tədbirlərdə iştirak edir. Bu tədbirlərdə eyni zamanda Rostok Universitetinin əməkdaşları da böyük maraqla iştirak edirlər. Bundan başqa Rostokda dəfələrlə Azərbaycanla bağlı tədbirlər təşkil edilmişdir. Cavid Səfərov Almaniyada Azərbaycan diaspor cəmiyyətləri ilə sıx əlaqələr saxlayır, tez-tez müxtəlif siyasi və mədəni tədbirlərdə fəal iştirak edir. Amma bir elm adamı kimi Cavid Səfərov hesab edir ki, onun əsas vəzifəsi Azərbaycan elminin, elmi mərkəzlərin, universitetlərin Almaniyada təbliği olması və Alman Universitetləri ilə onların elmi əlaqələrinin yaradılması və inkişaf etdirilməsidir. Məhz buna görə də o əsasən diaspor fəaliyyətini Azərbaycan elm mərkəzlərinin Almaniya universitetləri, elmi-tədqiqat institutları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsində görür.
Cavid Səfərovun bir-başa rəhbərliyi və ya yaxından işirakı ilə 9 texnika üzrə fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlamışdır. Yetirmələrindən Aytəkin Quluzadə, Bəhruz Əhmədov, Təvəkkül Quliyev, Rəna Həmidova, Esmira Məmmədova, Xəqani Süleymanlı, Misir vətəndaşı Valid Mohammed Abd Elhay Ahmed El-Avady və s. qeyd etmək olar.
Qazandığı elmi təqaüdlər:
Cavid Səfərov dünyanın bir çox ölkələrinin (ABŞ, Almaniya, Avstriya, Çexiya Respublikası, Fransa, İngiltərə, İspaniya, Portuqaliya, Rusiya Federasiyası, Slovakiya Respublikası, Türkiyə, Yaponiya, Yunanıstan, Ukrayna və s.) elmi konfranslarında geniş məzmunlu məruzələrlə çıxış etmişdir. Cavid Səfərov eyni zamanda 2012-ci ildən başlayaraq hər il "Maddələrin istilik-fiziki xassələri" beynəlxalq elmi konfransını təşkil edir.
Cavid Səfərov Almaniyada çalışdığı ilk illərdən bu günə qədər Rostok Universitetinin Azərbaycan Respublikasının elm mərkəzləri ilə əməkdaşlığı sahəsində çoxsaylı işlər görmüşdür. Bu sahədə, təhsil aldığı və əvvəllər çalışdırğı Azərbaycan Texniki Universiteti ilə Rostok Universitetinin artıq 20 ildən çox olan əməkdaşlığı gözəl bir nümunədir. 2012-ci ildə Rostok Universitetiinin rektoru Professor Wolfqanq Schareck Rostok Universitetin professor heyəti ilə birlikdə Bakıda yerli elmi potensial ilə tanış olmuşdur. Həmin il Bakıda Azərbaycan Texniki Universiteti və Rostok Universiteti arasında rəsmi əməkdaşlıq protokolu imzalanmışdır. Azərbaycan Texniki Universitetinin qərarı ilə Rostok Universitetinin "Texniki Termodinamika" kafedrasının müdiri Professor Eqon Hassel AzTU-nun fəxri doktoru adına layiq görülmüşdür. Professor Eqon Hassel və Cavid Səfərov Azərbaycana mütəmadi səfərlər edərək elmi işçilər və tələbələr qarşısında mühazirələr oxuyur, AzTU-da elmi dissertasiya müdafiələrində iştirak edirlər. Hər il AzTU-nun əməkdaşları Rostokda elmi işlər aparmağa gəlirlər. Bu illər ərzində texniki termodinamika sahəsində, xüsusilə də texniki proseslər üçün istilik-fiziki xassələrin ölçülməsində birlikdə elmi araşdırmalar aparılmış, 200-dən artıq beynəlxalq miqyaslı məqalələr və konfrans materialları dərc edilmişdir, 10-a yaxın elmi istiqamətlərdə araşdırmalar aparmışıq.
Mayelərin istilik-fiziki xassələrinin öyrənilməsi sahəsi illər öncə AzTU-dan Rostok Universitetinə inteqrasiya edilmiş və indi də bu birgə araşdırmalar müvəffəqiyyətlə davam etdirilir. Belə ki, bu illər ərzində çoxsaylı birgə layihələr həyata keçirilmişdir. Xəzər dənizinin, Kür çayının, Azərbaycanın 150-dən artıq geotermal və mineral sularının istilik-fiziki xassələri öyrənilmişdir. Təcrübələr Bakıda və Rostokda aparılır. 2005-ci ildə Aleksandr von Humboldt fondunun maliyyə dəstəyi ilə buxar təzyiqinin ölçülməsi üçün elmi qurğu AzTU-ya hədiyyə olunub. Daha sonra 2016-cı ildə Rostok Universitetində hazırlanmış və dünyada analoqu olmayan 3 laboratoriya qurğusu tələbələrin istifadəsi üçün AzTU-ya təhvil verilmişdir.
Azərbaycan elm mərkəzləri ilə olan əlaqələr sırasında daha bir uğurlu əməkdaşlıq Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Elmi Tədqiqat İnstitutu ilədir. İstitutun direktoru akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü ildə Rostokda elmi səfərdə olmuşlar və Rostok Universiteti ilə birlikdə hər iki elm mərkəzləri arasında əməkdaşlıq protokolu imzalamışlar. Qısa müddət ərzində institutun 4 elmi işçisi Rostoka ezam olunmuş və 1 il ərzində ən müasir qurğularda neft və kimya sahəsində əhəmiyyətli elmi işlər yerinə yetirmişlər. Bu işlər bu gün də davam etdirilir. Hal-hazırda Azərbaycan neft və kataliz məhsullarının istilik-fiziki və kimyəvi xassələri Rostok Universitetin və Neft-Kimya Elmi Tədqiqat İnstitutunun laboratoriyalarında birgə tədqiq edilir. Bu cür əməkdaşlıq gənc azərbaycanlı elm adamlarına daha çox lazımdır və onların beynəlxalq biliklərə yiyələnməsinə imkanlar yaradır. Gənc elmi işçilər xaricdə aldığı elmi bilikləri sonra Azərbaycanda tətbiq etmək imkanı qazanırlar.