Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teyde
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Teyzo Takeuçi
Teyzo Takeuçi (6 noyabr 1908 - 12 aprel 1946) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Teye-Arjanti
Teye-Arjanti (fr. Teillet-Argenty) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03279. 2008-ci ildə əhalinin sayı 517 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 331 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi fəal, 77 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 76,7%, 1999-cu ildə bu 68.6%) idi. Fəal olan 254 nəfərdən 226 nəfər (128 kişi və 98 qadın), 28 nəfər işsiz (13 kişi və 15 qadın) idi. Aktiv olmayan 20 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Paul fon Heyze
Paul İohann Lüdviq fon Heyze (alm. Paul Johann Ludwig von Heyse‎, 15 mart 1830[…], Berlin – 2 aprel 1914[…], Münxen) — alman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1910). Alman şairi, nasir və dramaturq Paul İohann Lüdviq fon Heyze Berlində, professor ailəsində doğulmuşdu. Atası ixtisasca filoloq olsa da, sənətə məhəbbət, yaradıcılıq istəyi və istedadı ona "emosional, qeyri-adi dərəcədə parlaq qadın" kimi xatırladığı yəhudi əsilli anasından keçmişdi. Təbii ki, Berlin bomondunun toplaşdığı evləri və ailə mühiti də burada mühüm rol oynamışdı. Paul Hayze Berlin və Bonn universitetlərində klassik ədəbiyyat və roman filologiyası üzrə mühazirələr kursu dinləmişdi. Sonra təhsilini İtaliyada davam etdirmişdi. İtaliyaya uzun müddətli səfər alman şairini həmişəlik bu ölkəyə bağlamış və onu italyan poeziyasının alman dilinə ən yaxşı tərcüməçilərindən biri kimi tanıtmışdı. Heyzenin ədəbi zövqünün müəyyənləşməsinə Dante, Bokkaçço və Cakomo Leonardi kimi İntibah şairlərinin böyük təsiri olmuşdur. 1854-cü ildə kral II Maksimillian 24 yaşlı gənci Münhenə, öz sarayına dəvət etmişdi.
Teyde Milli Parkı
Teyde Milli Parkı — İspaniyada, Kanar adalarının Tenerife adasında yerləşən və Teyde dağının ətraf ərazilərini əhatə edən milli park. Dünya irsi siyahısına alınmışdır. Kanar adalarındakı milli parkın ən əhəmiyyətli xüsusiyyəti, dünyanın üçüncü ən yüksək vulkanik dağı olan Teyde-Piko Viejo dağına sahib olmasıdır. Dəniz səviyyəsindən 3,718 m (12,198 ft) yüksəkliyi ilə bu vulkanik dağ İspaniya torpaqlarının və Atlantik adalarının ən yüksək zirvəsidir. Okean səviyyəsindən yüksəkliyi təxminən 8,000 m.dir. Tarix boyunca hərəkətli bir vulkan olması və həyat mərkəzlərinə yaxınlığı səbəbiylə, meydana gələ biləcək təbii fəlakətləri qabaqlamaq məqsədiylə vulkanik dağ elmi tədqiqat üçün əsas yerlərdən biri olaraq qəbul edilmişdir. Geologiya və geomorfologiya sahələrində əhəmiyyətli bir tarixi olduğundan beynəlxalq araşdırma mərkəzlərindən biri olmuşdur. Bu mövzuda xüsusilə Von Humboldt, Von Baç və Lyellin işləri elm tarixində əhəmiyyətli bir mövqeyə səbəb olmuşdur.
Çarlz Teyz Rassel
Çarlz Teyz Rassel (ing. Charles Taze Russell; 16 fevral 1852[…] – 31 oktyabr 1916[…]) – katib və baş mühasib, Müqəddəs Kitab Tədqiqatçıları dini hərəkatının qurucularından biri olub. O, 1884-cü ildən etibarən "Sion Gözətçi Qülləsi Cəmiyyətinin" prezidenti olub. Çarlz T. Rassel minillik krallığın peyğəmbəri olaraq qəbul edilirdi. Yehovanın Şahidləri onun yaratdığı dini hərəkatdan yaranıb. Çarlz T. Rasselin atası Jozef Litel Rassel (Joseph Lytel Russell; 17 dekabr 1897), anası Ann Elayza Berni (Ann Eliza Birney; 25 yanvar 1861) olub. Onlar Şotland-İrland irqindən, protestant (presbiteryan) idilər. O, valideynlərinin təzyiqindən hələ gənc yaşdan dinlə maraqlanmağa başladı. Presbiteryan ənənəsində böyüdüyünə görə, əvvəllər protestant presbiteryan kilsəsinə bağlı idi. Sonradan isə cəmiyyət kilsəsinə qoşuldu və burada böyük missionerlik fəaliyyəti göstərdi, amma kilsənin ənənəvi tədrisi olan, cəhənnəmə məhkum edilmiş günahkarların əbədi əzabı fikri Rassel üçün o qədər qəbuledilməz oldu ki, o, 17 yaşında imanını şübhə altına almağa qərar verdi.
Neyzə
Neyzə-i Vusta (Sərdəşt)
Təzə-Kənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzə Alvadı
Təzə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 6429 nəfərdir. Qarşılığı Köhnə Alvadıdır. Oykonim təzə (yeni) və Alvadı (oykonim) sözlərindən ibarət olub, “yeni Alvadı, yeni salınmış Alvadı” mənasındadır. Jindi Kıncıvo Monidigah Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları vardır.
Təzə Hindkəndi
Təzə Hindkəndi (az-əbcəd. تزه هیندکندی‎, fars. هندی‌کندی جدید‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 772 nəfər yaşayır (237 ailə).
Təzə Kənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzə Qala
Təzəqala (Bukan)
Təzə İbiş
Təzə İbiş, İbiş — İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir.
Təzə Şilyan
Təzə Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2931 nəfərdir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyçay çayının keçmiş yatağında salınmışdır. Oykonim təzə və Şilyan sözlərindən ibarət olub, “yeni Şilyan, təzə salınmış Şilyan” mənasındadır. Kənddə Təzə Şilyan kənd məscidi dini icması fəaliyyət göstərir. Şilyan: özü, sözü, çeşmənin gözü.
Təzə Ənzər
Təzə Ənzər (az-əbcəd. تزه انذر‎, fars. انذر جدید‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 634 nəfər yaşayır (202 ailə).
Təzə il
Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və islamda Hicri yeni il qeyd edilir. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Leyte
Leyte adası (ing. Leyte) — Filippin arxipelaqının mərkəzində, Mindanao adası adasından şimalda yerləşir. Əhalisi — 2 188 295 nəfərdir (2010). Adanın uzunluğu (şimaldan cənuba) — 183 km, sahəsi — 7367,6 km² təşkil edir. Mərkəzdə və qərbdə alçaq dağlar yerləşir. Burada vulkan məşəlli Lobi dağı vardır (1349 m). Subekvatorial iqlimə malik olaraq, il ərzində 2000 mm yağıntı düşür. Ərazidə Musson meşələri geniş yayılmışdır. Maxaqnao-Volkano və Kuipnit-Balinsasayo parkları vardır. Ada yaxınlığında dünya tarixində İkinci Dünya müharibəsinin Yaponiya və ABŞ hərbi donanmaları arasında ən qanlı dəniz döyüşü baş vermişdir.
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Aşağı Neyzə (Sərdəşt)
Aşağı Neyzə (fars. نيزه سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (27 ailə).
Yuxarı Neyzə (Sərdəşt)
Yuxarı Neyzə (fars. نيزه عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (24 ailə).
Təzə Ay fazası
Yerdən Ay müxtəlif şəkillərdə : tam dairə, yarımdairə, oraq və s. şəkillərdə görünür. Bunlar dövrü olaraq bir-birini əvəz edir və təkrarlanır.Günəşdən Aya və Aydan Yerə olan istiqamətlər ara-sındakı bucağa faza bucağı y deyilir.I vəziyyətində Ayın Yerə tərəf çevrilmiş yarısı işıqlanmır və ona görə Yerdən Ay görünmür. Buna təzə Ay deyilir. Təzə Ay fazasında Ay Yerlə Günəş arasında olur. Bu fazada Ay birləşmə konfiqurasiyasındadır, onun fazası və faza bucağı Ф =0, y = 180o olar. Təzə Ay fazasından 2-3 gün sonra Ay Günəş batan kimi qabarıq tərəfi Günəşə tərəf çevrilmiş nazik oraq şəklində görünür. II vəziyyətində Yerdən baxdıqda Ay yarım disk şəklində görünür. Yarımdiskin qabarıq tərəfi Günəşə doğru yönəlib. Bu fazaya I rüb deyilir.
Təzə Kənd (Maku)
Təzə Kənd (fars. تازه كند‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (34 ailə).
Təzə Kənd (Xoy)
Təzə Kənd (fars. سرابدال‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (91 ailə).
Təzə Kənd (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.
Təzə Pir məscidi
Təzə Pir məscidi — Abşeron ərazisində yerləşən, bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan tikili. Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Qəbrin itməsinə baxmayaraq həmin türbə bu günə qədər də qorunub-saxlanılır. Müqəddəs türbəyə daxil olmaq üçün pilləkənlərlə məscidin altına düşmək lazım gəlir. Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub.
Təzə Qala (Sulduz)
Təzə qala (fars. تازه قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 725 nəfər yaşayır (143 ailə).
Təzə həyat (qəzet)
"Tazə həyat" qəzeti — gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet. İlk sayı 1907-ci il aprelin 1-də, sonuncusu 1908-ci il oktyabrın 7-də çıxmışdır (cəmi 439 nömrə). Bakıda "Kaspi" mətbəəsində çap edilirdi. Redaktoru dramaturq və publisist Haşım bəy Vəzirov, naşiri Hacı Zeynalabdin Tağıyev idi. "Tazə həyat" milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. "Tazə həyat"-ın ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması Cəlil Məmmədquluzadə tərəfindən kəskin surətdə tənqid olunmuşdur. Bununla da, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır.
Təzə kənd (Çaldıran)
Təzə kənd (fars. تازه كند‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Beyza
Beyza və ya Bəyza – İranın Fars ostanının Sipidan şəhristanının Beyza bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,593 nəfər və 845 ailədən ibarət idi.
Teide
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Teizm
Teizm (yun. Θεός, Teos — tanrı) — zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir. Aləmdə baş verən şeyləri teizm çox vaxt Allah qayəsinin həyata keçirilməsi kimi nəzərdən keçirir. Təbii qanunauyğunluq teizmdə Allah qayəsindən asılı şəkildə götürülür. Deizmdən fərqli olaraq teizm Allahın bütün dünya hadisələrində bilavasitə iştirakını qəbul edir, panteizmdən fərqli olaraq allahın dünyadan kənarda və dünya üzərində mövcudluğunu müdafiə edir. Teizm klerikalizmin, teologiyanın və fideizmin ideoloji əsası olmaqla elmə və elmi dünyagörüşə ziddir. Monoteizm yalnız bir tanrının olduğu inancıdır.
Temza
Temza (ing. Thames, lat. Tamesis) — İngiltərənin cənubundan başlayan çay. Temza çayı London şəhərinin mərkəzindən keçərək, Şimal dənizinə tökülür. Uzunluğu 346 km və hövzəsinin sahəsi 13000 km²-dir. Londonun mərkəzində yerləşən Tauer körpüsü Temza çayının üzərində inşa olunmuşdur. Temza çayının adının etimologiyası haqqında müxtəlif fikirlər vardır. Əsas fikrə görə "Temza" sözü kelt dilində olan Tamesa sözünündən keçmişdir və tərcüməsi "qaranlıq" deməkdir.
Tenge
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Deyzi Şah
Deyzi Şah (ing. Daisy Shah, hind. (dev.) डेज़ी शाह) — Hindistanlı model, rəqqasə və aktrisa. 25 avqust 1984–cü ildə Hindistanın Maharaştra ştatında, Bombay (hazırda Mumbay) şəhərində, qucaratlı ailədə anadan olmuşdur.
Feyzi Ağüzüm
Feyzi bəy Əsədulla bəy oğlu İskəndərbəyov və ya Feyzi Ağüzüm (1922, Qars, Qars ili – 26 dekabr 1991, Ankara) — yazıçı, Azərbaycan Kültür Dərnəyinin rəhbəri (1973–1990) Feyzi Ağüzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk və orta təhsilini Qarsda başa vurduqdan sonra Ankara Universitetinin Ziraət fakültəsinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra Türkiyə Kənd Təsərrüfatı Nazirliyində çalışmışdır. O, burada yüksək vəzifələrdə işləmişdir. 1949-cu ildən isə Azərbaycan Kültür Dərnəyinin işlərində böyük fəallıq göstərmişdir. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın təmasda olmuşdur. Sonralar Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür Dərnəyinin başqanı olan Feyzi Ağüzüm "Azərbaycan" dərgisində çoxlu sayda dəyərli yazılar çap etdirmişdir. Feyzi Ağüzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir Atası Əsədulla bəy İskəndərbəyov — Şörəyel Milli Şurasının sədri. Lətif, İsgəndər və Feyzi Ağüzümün atası. Ulu babaları XVIII əsrdə Şuşadan Qarsın Arpaçay ilçəsinə köçmüşdü.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Henrix Heyne
Kristian İohan Henrix Heyne (alm. Christian Johann Heinrich Heine‎, transkripsiya: Kristian Yohan Haynrih Hayne; 13 dekabr 1797[…], Düsseldorf, Müqəddəs Roma imperiyası[…] – 17 fevral 1856[…], Paris, İkinci Fransa İmperiyası[…]) — XIX əsr alman şairi və jurnalisti. Heyne öz əsərləri ilə gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne dövründə tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir. Heyne Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin (1764 – 1828) və Betti Heynenin ilk övladı kimi dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və burada da balaca Henricdə xristian dininəə rəğbət yaranmış və bu rəğbət onu bütün həyatı boyu izləmişdir. Fransızlarla müharibə zamanı böyük vətənpərvərlik ruhunda olan gənc Henrix Napoleonun məğlubiyyətindən sonra məyusluğa uğrayır, çünki müharibədən sonra onun vətənində qalib prussiyalıların feodal qayda-qanunlarını bərpa etməklə yanaşı, Napoleonun yəhudilərə verdiyi dini və digər azadlıqlar ləğv etmişdilər. Heynenin valideynləri oğullarını Napoleon ordusunun generalı kimi görmək istəsələr də, məğlubiyyətdən sonra onlar onun üçün tacir peşəsini seçirlər. 1816-cı ildə o milyonçu əmisi Solomon Heynenin yanına ticarət işini öyrənməyə yollanır.
Heyzel faciəsi
Heyzel stadionu faciəsi — adlandırılan bu hadisə 29 may 1985-ci ildə Belçikanın Brüssel şəhərində İtaliyanın Yuventus FK və İngiltərənin Liverpul FK klublarının Çempion Klublar Kuboku finalında qarşılaşmasından əvvəl baş vermişdir. Hadisə zamanı izdihamdan qurtulmağa çalışan azarkeşlər divarda sıxışdırılmış, çoxluğunu Yuventus azarkeşləri təşkil etməklə 39 nəfər həlak olmuş, 600 insan isə yaralanmışdır. Yuventus-Liverpul final qarşılaşması başlamazdan təxminən 1 saat əvvəl böyük bir qrup Liverpul azarkeşi hasarları aşaraq "neytral ərazi" adlandırılan, əsasən Yuventus azarkeşlərinin olduğu tribunaya daxil olmuşdular. Azarkeşlər terraslara və təhlükədən qurtulmaq üçün beton istinad divarlarına doğru qaçdılar. Divara yaxın yerdə oturan azarkeşlər əzildi, sonda isə divar uçdu. Bir çox insan yuxarı dırmaşaraq təhlükədən qurtuldu, lakin digərləri qurtula bilməyib həlak oldu və yaxud ağır şəkildə yaralandı. Oyun azarkeşlərin yenidən yarada biləcəyi zorakılığın qarşısını almaq üçün oynandı və Yuventusun 1–0-lıq qalibiyyəti ilə nəticələndi. Faciə UEFA’nın ingilis klublarını bütün UEFA müsabiqələrindən uzaqlaşdırılması ilə nəticələndi. Bu qadağa 1990–91 sezonundan etibarən aradan qaldırıldı, lakin Liverpula əlavə 3 il cəza verilməklə bu güzəştdən istisna edildi. Daha sonra cəza 1 ilə endirildi.
Keyzo İmay
Keyzo İmay (d. 19 noyabr 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 29 oyun keçirib.
Konrad Tsuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…] – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.
Leyla Neyzi
Leyla Neyzi (29 iyul 1961) - tarixçi, sosioloq Leyla Neyzi 1961-ci il 29 iyulda İstanbulda doğulmuşdur.Türk akademiki,antropoloq,sosioloq,tarixçi olmaqla yanaşı, Sabancı Universitetinin müəllimidir.İş adamı və yazıçı Əli Neyzinin və məşhur pediatr Olcay Neyzinin qızıdır. Robert Kollecini bitirdikdən sonra ABŞ-da Stanford Universitetində Antropologiya, Cornell Universitetində Sosiologiya təhsili almışdır.Boğaziçi Universitetində köməkçi dosentlik dövründən sonra tədqiqatlarını tarix üzrə dərinləşdirmişdir.İndiyədək Sabancı Universitetində Sosiologiya üzrə təhsil almaqdadır.Bundan əlavə,Oksford Universiteti St.Antoni Kollecində Müasir Türkiyə proqramında qonaq tədris üzvüdür. Çox dəyərli iki tədqiqatından birincisini İstanbul Təşviqiyə məhəlləsinin sakinlərinin söylədiklərinə əsasən,ikincisini isə 20-ci əsrin əvvəli Ankarasının kiçik Musəvi əhalisi arasında doğulmuş və bütün əsrə şahidlik etmiş Yaşar Pakerin gündəliyinə əsaslanaraq gerçəkləşmişdir.Xüsusilə,ikincisi Yaşar Pakerin həyatı boyunca iki dəfə (öncə Qurtuluş savaşında 2 mart 1921 tarixli Məclis qərarı ilə,daha sonra II dünya müharibəsi ərəfəsində) qeyri-müsəlmanların yerinə yetirdiyi amalə taburları haqqında verdikləri məlumatlar xeyli maraqlıdır.Amələ taburlarına qarşı bir çox keyfiyyətsiz iddia və nəşrlərə qarşı elmi fakt gətirməklə,həmçinin Türkiyə yəhudilərinin tarixini işıqlandırmaqla mühüm əhəmiyyət kəsb edir. Malkolm Kerr Dissertasiya mükafatı,Middle East Studies Association of North America, 1992. Population Council Middle East Awards Tədqiqat proqramı mükafatı,1998-1999.
Lolium tenue
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
Maks Teyler
Maks Teyler (ing. Max Theiler; 30 yanvar 1899[…], Pretoriya – 11 avqust 1972[…], Nyu-Heyven[d], Konnektikut) — amerikan bioloqu, 1951-ci ildə sarı qızdırmaya qarşı peyvənd kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb. Nobel mükafatı tarixində hələ ki virus peyvəndinə görə mükafatlandırılmış yeganə alimdir. Maks Teiler 30 yanvar 1899-cu ildə Cənubi Afrikanın paytaxtı Pretoriya şəhərində dörduşaqlı ailədə anadan olub. Onun atası tanınmış isveçrəli baytar alim idi. Maks əvvəlcə yerli məktəblərə gedir, sonra isə Rouds Universitetinin Kollecinə və 1916–1918-ci illərdə Keyptaun Universitetinin tibbi fakültəsində oxuyur. Ardından İngiltərədə St. Tomas Hospitalına və Londonun Tropik Təbabət Məktəbinə oxumağa gedir, və 1922-ci ildə tibbi diplomunu qazanır. Eyni ildə Terapevtlərin və Cərrahların Kral Kolleclərinin diplomantı olur. 1922-ci ildə Harvard Tibbi Məktəbinin (Boston, Massaçusets) Tropik Təbabət fakültəsinə assistent, sonra isə təlimatçı kimi təyin olunur.
Cəvzə
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Gənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Heybə
Heybə – kənd və dağlıq rayonlarda məişətdə istifadə edilir. Formasına görə xurcuna bənzəyir. Lakin ondan iki dəfə kiçikdir. Əsasən xovsuz xalça texnikasında toxunur. Cecimdən tikilmiş heybə də olur. Belə ki, heybənin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilir. Onunla xırda əşyalar daşınır. Heybə türk dilli xalqlar arasında geniş yayılmışdır. Torba kimi dirək deyilən dəzgahlarda toxunar, vəsaitləri eynidir.
Həmzə
Ərəb əlifbasına məxsus diakritik işarə. Həmzənin (ء) öz səsi yoxdur, yalnız hərəkə ilə işlənəndə səs ifadə edir. Bu bir neçə ildə, İranda Ərəb qrafikalı Azərbaycan əlifbalı Azərbaycan dilində çalışanlar həmzəni bir səsli hərf kimi işlətməyə çalışırlar.[mənbə göstərin] Həmzəylə gələn hərflər və onların səsləri: Gündəlik Azərbaycan-ərəb mətnlərində çox yazılan həmzə ئـ (ye) həmzəsidir ki I, ı və E, e səsi verir. Həmzə başda gələndə əlif ilə gəlir.
Kənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Leylə
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Meymə
Meymə — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Meymə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,733 nəfər və 1,790 ailədən ibarət idi.
Meyvə
Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü olan "meyvə" sözü əski türk dillərində yemiş adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi bölgələrində Əncirə "yemiş" deyilir. Yemiş, adətən 2 bölümdən təşkil olunmuşdur: meyvəyanlığı toxumdan Meyvəyanlığı yumurtalığın divarından, toxum isə yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki yerə ayrılır: şirəli quru. Yemişlər toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Ancaq yemişlərin yaranmasında çiçək yatağı, erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə deyilir (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma meyvə. Qida məhsulu kimi işlədir, mürəbbə, qatı şirələr (doşab və ya bəkməz) düzəldir.
Mərzə
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
Qəzzə
Qəzzə və ya Qəzza — Fələstinin cənub-qərbində yerləşən şəhər. Şəhər inzibati baxımdan Qəzzə bölgəsinə daxildir və həmin bölgənin ən böyük şəhəri hesab olunur. Qəzzədəki insan yaşayış tarixi bu şəhəri dünyadakı ən qədim şəhərlərdən biri edəcək şəkildə 5.000 ilə çatır. Şimali Afrika və Levant arasındakı Via Maris deyilən ticarət rotası üzərində iştirak etdiyi üçün tarixinin böyük bir hissəsində Cənubi Fələstinin qiymətli bir antreposu və Qırmızı dəniz üzərindən gələn Ədviyyat Yolu üzərində əhəmiyyətli bir fasilə yeri olaraq funksiya gördü. Romalılar və daha sonra Bizanslılar altında, Qəzzə və nisbi sülh dövrü yaşayaraq əhəmiyyətli bir məskunlaşma vahid oldu. 635-ci ildə, İslam Ordusu tərəfindən fəth edildi və sürətli bir şəkildə İslami bir hüquq mərkəzi halına gəldi. Ancaq, Xaçlılar zəbti ilə şəhər xarab oldu. Aşağıdakı hissələrdə bir tarixçinin Xaçlıların şəhəri "pilotsuz və xarab tapdığından" bəhs etdiyi yazmaqda olub bu mövzuda qəti qaynaq yoxdur. Sonrakı əsrlərdə, Qəzzə sellər və Monqol axınları üzündən bir çox çətinlik yaşadı. 16-cı əsrdə, Osmanlı İmperatorluğuna daxil olduqda bir kənd idi.