Maks Teyler (ing. Max Theiler; 30 yanvar 1899[1][2][…], Pretoriya[3] – 11 avqust 1972[3][1][…], Nyu-Heyven[3]) — amerikan bioloqu, 1951-ci ildə sarı qızdırmaya qarşı peyvənd kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb. Nobel mükafatı tarixində hələ ki virus peyvəndinə görə mükafatlandırılmış yeganə alimdir[4].
Maks Teiler 30 yanvar 1899-cu ildə Cənubi Afrikanın paytaxtı Pretoriya şəhərində dörduşaqlı ailədə anadan olub. Onun atası tanınmış isveçrəli baytar alim idi. Maks əvvəlcə yerli məktəblərə gedir, sonra isə Rouds Universitetinin Kollecinə və 1916–1918-ci illərdə Keyptaun Universitetinin tibbi fakültəsində oxuyur. Ardından İngiltərədə St. Tomas Hospitalına və Londonun Tropik Təbabət Məktəbinə oxumağa gedir, və 1922-ci ildə tibbi diplomunu qazanır. Eyni ildə Terapevtlərin və Cərrahların Kral Kolleclərinin diplomantı olur.
1922-ci ildə Harvard Tibbi Məktəbinin (Boston, Massaçusets) Tropik Təbabət fakültəsinə assistent, sonra isə təlimatçı kimi təyin olunur. 1930-cu ildə Rokfeller Fondunun (Nyu-York Uluslararası Sağlamlıq Bölümünə qoşulur, 1951-ci ildən həmin fondda Tibb və Səhiyyə bölümünün laboratoriya direktoru olur.
1928-ci ildə Lilian Grehemlə ailə qurub, 1 qızı var.[5]
Onun ilk işləri amöb dizenteriyasına və siçovul dişləməsi qızdırması ilə əlaqəlidir. O, 1927-ci ildə öz həmkarları ilə birgə sübut edir ki, sarı qızdırmanın törədicisi bakteriya yox, filtrdən keçriləbilən virusdur. O, həm də göstərə bildi ki, bu xəstəlik siçanlara da keçə bilər. Ondan əvvəl laborator eksperimentlər meymunlarda aparılırdı: sınağlarda siçanların istifadə edilməsi tədqiqata lazım olan pul məbləğinin xeyli azalmasına gətirib çıxardı. 1930-cu ildə Rokfeller fondu sarı qızdırmaya qarşı mübarizə edirdi. Maks Teiler həmkarları ilə birgə kütləvi istehsala hazır olan təhlükəsiz, standartlaşmış peyvənd düzəldir.
Onun digər elmi işləri bəzi yoluxucu xəstəliklərin səbəbi və immunoloji mexanizmlərinə həsr edilmişdi: leptospiroz, denge qızdırması, yapon ensefaliti. Laborator siçanlarında tapdığı poliomiyelitə oxşar xəstəliyə hazırda Teiler xəstəliyi (ensefalomiyelit).
İki tədqiqat işinin rəhbəri olub: İnsanda virus və rikketsia infeksiyaları (1948) və Sarı qızdırma (1951). The American Journal of Tropical Medicine (Amerikanın Tropik Təbabət Jurnalı) və Annals of Tropical Medicine and Parasitology (Tropik Təbabət və Parazitologiyanın Salnamələri) jurnallarında bir çox məqalənin müəllifidir.
- Tropik Təbabət və Higiyena üzrə Kral Cəmiyyətinin Çalmer Medalı (London, 1939)
- Flatteri Medalı (Harvard, 1945)
- Lasker Fondunun Lasker Ödülü (1949)
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı lauretları |
---|
1901-1925 | | |
---|
1926-1950 | 1926: Yohannes Fibiger · 1927: Yulius Vaqner-Yaureqq · 1928: Şarl Nikol · 1929: Kristian Eykman, Frederik Hopkins · 1930: Karl Landşteyner · 1931: Otto Varburq · 1932: Çarlz Şerrinqton, Edqar Edrian · 1933: Tomas Morqan · 1934: Corc Uipl, Corc Maynot, Uilyam Mörfi · 1935: Hans Şpeman · 1936: Henri Deyl, Otto Lövi · 1937: Albert Sent-Dyördyi · 1938: Korney Heymans · 1939: Gerxard Domaqk · 1940-42: verilməmişdir · 1943: Henrik Dam, Eduard Doyzi · 1944: Cozef Erlanqer, Herbert Qasser · 1945: Aleksandr Fleminq, Ernst Çeyn, Houard Flori · 1946: Herman Muller · 1947: Karl Ferdinand Kori, Gerti Kori, Bernardo Usay · 1948: Paul Müller · 1949: Valter Hess, Antoniu Eqas Moniş · 1950: Eduard Kendall, Tadeuş Reyxşteyn, Filip Henç |
---|
1951-1975 | 1951: Maks Teyler · 1952: Zelman Vaksman · 1953: Hans Krebs, Frits Lipman · 1954: Con Eders, Tomas Ueller, Frederik Robbins · 1955: Aksel Teorell · 1956: Andre Kurnan, Verner Forsman, Dikinson Riçards · 1957: Daniel Bove · 1958: Corc Bidl, Eduard Teytem, Coşua Lederberq · 1959: Severo Oçoa, Artur Kornberq · 1960: Frenk Börnet, Piter Medavar · 1961: Georq fon Bekeşi · 1962: Frensis Krik, Ceyms Uotson, Moris Uilkins · 1963: Con Ekls, Alan Hockin, Endrü Haksli · 1964: Konrad Blox, Feodor Linen · 1965: Fransua Jakob, Andre Lvov, Jak Mono · 1966: Peyton Rous, Çarlz Haggins · 1967: Raqnar Qranit, Haldn Hartlayn, Corc Uold · 1968: Robert Holli, Har Qobind Xorana, Marşall Nirenberq · 1969: Maks Delbrük, Alfred Herşi, Salvador Luriya · 1970: Bernard Kats, Ulf fon Eyler, Culius Akselrod · 1971: Erl Sazerlend · 1972: Cerald Edelman, Rodni Porter · 1973: Karl fon Friş, Konrad Lorents, Nikolas Tinbergen · 1974: Alber Klod, Kristian de Düv, Corc Palade · 1975: Devid Baltimor, Renato Dulbekko, Houard Temin |
---|
1976-2000 | 1976: Barux Blamberq, Deniel Qaydusek · 1977: Roje Qiymen, Endrü Şalli, Rozalin Yalou · 1978: Verner Arber, Deniel Natans, Hamilton Smit · 1979: Allan Kormak, Qodfri Haunsfild · 1980: Barux Benaserraf, Jan Dosse, Corc Snell · 1981: Rocer Sperri, Devid Hyubel, Torsten Vizel · 1982: Sune Berqström, Benqt Samuelson, Con Veyn · 1983: Barbara Mak-Klintok · 1984: Nils Kay Yerne, Georq Köler, Sezar Milşteyn · 1985: Maykl Braun, Cozef Qoldstayn · 1986: Stenli Koen, Rita Levi-Montalçini · 1987: Susumu Toneqava · 1988: Ceyms Blek, Gertrud Elion, Corc Hitçinqs · 1989: Con Bişop, Harold Varmus · 1990: Cozef Marrey, Eduard Donnall Tomas · 1991: Ervin Neer, Bert Zakman · 1992: Edmond Fişer, Edvin Krebs · 1993: Riçard Roberts, Fillip Şarp · 1994: Alfred Gilman, Martin Rodbell · 1995: Edvard Luis, Kristina Nüsslayn-Volhard, Erik Vişhaus · 1996: Piter Doerti, Rolf Tsinkernagel · 1997: Stenli Pruziner · 1998: Robert Furxqott, Luis İgnarro, Fərid Murad · 1999: Günter Blobel · 2000: Arvid Karlsson, Pol Qrinqard, Erik Kandel |
---|
2001-günümüz | 2001: Leland Hartvell, Tim Hant, Pol Nörs · 2002: Sidney Brenner, H. Robert Horvitz, Con Salston · 2003: Pol Loterbur, Piter Mansfild · 2004: Riçard Aksel, Linda Bak · 2005: Berri Marşall, Robin Uorren · 2006: Endrü Fayr, Kreyq Mello · 2007: Mario Kapeççi, Martin Evans / Oliver Smitis · 2008: Harald tsur Hauzen, Fransuaz Barre-Sinussi, Lük Montanyer · 2009: Elizabet Bləkbörn, Karel Qreyder, Cek Soztak · 2010: Robert Edvards · 2011: Brüs Bötler, Jül Hoffmann, Ralf Staynman · 2012: Con Gördon, Şinya Yamanaka · 2013: Ceyms Rotman, Rendi Şekman, Tomas Züdhof · 2014: Con O'Kif, Mey-Britt Mozer, Edvard Mozer · 2015: Uilyam Kempbell, Satosi Omura, Tu Yuyu · 2016: Yoşinori Oşumi · 2017: Ceffri Holl, Maykl Rozbaş, Maykl Yanq · 2018: Ceyms Ellison, Tasuku Hondzö · 2019: Uilyam Kelin, Peter Ratkliff, Qreqq Semenza · 2020: Harvey J. Alter, Michael Houghton, Charles M. Rice · 2021: David Julius, Ardem Pataputyan |
---|