Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tefida
Tefida, Tefiya, Tetiya, Tifiya, Tetis (yun. Τηθύς) — qədim yunan mifologiyasında titan ilahə, Uran və Geyanın qızı, Okeannın həm bacısı, həm də arvadı. Bu nigahdan olan üç min çayın – oğlanın və üç min qızın – okeanidanın anası. Tefida və Okean dünyanın qurtaracağında yaşadıqları üçün Zevs və Kron qarşıdurması zamanı Reyanın xahişi ilə Heranı yanlarına alaraq onu gizlətmişdilər. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Tofiqi
Tofiqi — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Tofiqi kəndi Şirvan düzündədir. XIX əsrə aid mənbədə Toyfiqi formasında qeydə almmışdır. Yerli əhali Toroo şəklinda da işlədir. Oykonim çox güman ki, Tofiq antroponimi ilə əlaqədardır. == Din == Kənddə Tofiqi kənd məscidi dini icması fəaliyyət göstərir.
Tofik
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) — Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi Tofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi, Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor. Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf Tofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru. Tofiq Hüseyn — şair, publisist, "Tərəqqi" medalına layiq görülüb (2005).
Tofiq
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) — Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi Tofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi, Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor. Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf Tofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru. Tofiq Hüseyn — şair, publisist, "Tərəqqi" medalına layiq görülüb (2005).
Müfidə İlhan
Müfidə İlhan (11 fevral 1911 – 2 fevral 1996, Bodrum, Muğla ili) — türk ictimai və dövlət xadimi. O, Türkiyədə vilayət inzibati idarəetmə vahidi səviyyəsində seçilmmiş ilk qadın bələdiyyə başçısıdır. == Həyatı == Müfidə İlhan 19 fevral 1911-ci ildə İstanbulda anadan olub. Atası Mustafa Nazif ordu zabiti, anası Əminə evdar qadın idi. Birinci Dünya Müharibəsində atası Nafiz həlak olduğu zaman dörd yaşında idi. Müharibədən sonra Ankaraya göndərildi. Əmisi Fevzi Çakmakın himayəsində böyüdü. Ankarada ibtidai məktəbi dayısının uşaqları ilə bitirdikdən sonra təhsilini İstanbulda Qəndilli Qızlar Liseyində davam etdirdi. Orta məktəbi bitirdikdən sonra İstanbul Müəllim Məktəbində ibtidai sinif müəllimliyi üzrə təhsil aldı. 1928-ci ildə ordu zabiti Nuri Çətinkaya ilə evlənmiş və Türkiyənin müxtəlif şəhərlərində əri ilə birgə yaşadıqdan sonra ərinin hərbi attaşesi vəzifəsinə təyin olunması ilə Almaniyanın Berlin şəhərinə köçmüşdür.
Tefida (ay)
Tefida və ya Saturn III, Saturn planetinin diametri 1,060 kilometr (660 mil) olan peykidir. Peyki 1684-cü ildə C.D. Kassini kəşf edib və ona Yunan mifologiyasının titanı Tefidanın adını verib.
Tofiqi bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Cahanbəxt Tofiq
Cahanbəxt Tofiq (az-əbcəd. جهانبخت توفیق‎ ing. Jahanbakht Tofigh d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır. == Həyatı == 1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur. Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir. Zahirəddövlə məzarlığında dəfn edilmişdir.
Mofid Universiteti
Mofid Universiteti (fars. دانشگاه مفید‎), — İran İslam Respublikasında 1989-cu ildə təsis edilmiş, əsəsən humanitar elmlər sahəsində fəaliyyət göstərən ali təhsil müəssisəsi. Universitetdə iki əsas elmi jurnalı fəaliyyət göstərir: "Nameye Mofid" və "Daneşpəjuhan".
Qara Tofiq
Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri. == Həyatı == 1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib. == Siyasi fəaliyyəti == 1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı il tarixində Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir. Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur. 1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib. 1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.
Tofik İbrahimov
Tofik Polad oğlu İbrahimov (1 noyabr 1997; Qusar rayonu, Azərbaycan — 11 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tofik İbrahimov 1997-ci il noyabrın 1-də Qusar rayonunun Düztahir kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tofik İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tofik İbrahimov oktyabrın 11-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofik İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofik İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tofik İbrahimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tofiq Abasov
Tofiq Abasov (tam adı Tofiq Teymur oğlu Abasov; d.11 yanvar 1924; Bakı – ö.21 fevral 2005; Bakı) – Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988). == Həyatı == Tofiq Abasov 11 yanvar 1924-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Tofiq Abasov həmçinin Böyük Vətən müharibəsi iştirakçısı olmuş, 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir. == Karyerası == 1952–77-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–96-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olmuşdur. 1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur. == Mükafatlar == Qırmızı Bayraq, I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.
Tofiq Hüseynzadə
Tofiq Məhəmməd oğlu Hüseynzadə (20 sentyabr 1946, Sarıyaqub, Basarkeçər rayonu – 13 noyabr 2006, Bakı) — Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist. SSRİ Jurnalistlər Birliyinin üzvü (1987). Tofiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir. == Həyatı == Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər (1969-cu ildən Vardenis) rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur. Tarixdə Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli ideoloqu, dövlət xadimi və böyük Övliyası, hərbi sərkərdə, sufi şair, mütəfəkkir (filosof), Ozandan Aşığa (Haqq Aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" ve sair çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin — Aşıq havalarının müəllifi, müqəddəs Ocaq-Pir sahibi Seyyid Hüseyn Məhəmməd oğlunun (1430–1535) oğlu Şadmanın nəslindəndir. Sovet hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci il Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və fəaliyyətini burada davam etdirmişdir. Xalq şairi Xəlil Rza Ulutürk ilə yaxın dostluq əlaqələri olmuşdur. == Təhsili == Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya üzrə ali təhsil almışdır (1965–1971). Daha sonralar təhsilini AMEA-nın Folklor İnstitutu nəzdində davam etdirmişdir.
Tofiq Həsənli
Tofiq Həsənli (tam adı: Tofiq Xasay oğlu Həsənov ; d. 29 avqust 1970, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi. == Həyatı == 1970-ci ilin avqustun 29-da Lənkəran rayonunda anadan olub. 2005-ci ildə də o, narkotik ittihamıyla 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb. Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. Ancaq şair ittihamla razılaşmayaraq yazdığı satirik, tənqidi şeirlərə görə cəzalandırıldığını bildirmişdi. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.
Tofiq Əkbərov
Tofiq Əliyev
Tofiq Əliyev (rektor)
Tofiq Əmirli
Tofiq Şəmsəddin oğlu Əmirli (27 fevral 1992; Cəlilabad rayonu, Azərbaycan - 13 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. == Hərbi xidməti == Çevik Hərəkat Dəstəsinin giziri olan Tofiq Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tofiq Əmirli oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi == Təltiflər == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) • (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)).
Tofiq Əsgərov
Tofiq Nəzir oğlu Əsgərov- 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Həyatı == Tofiq Nəzir oğlu Əsgərov 1935-ci ildə bakı şəhərinin Binə kəndində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlananda, ailəsi ilə birlikdə QazaxıstanınSemipalatinsk vilayətinin Iasmin rayonuna sürgün olunmuşdur. 1952-ci ildə Tofiq Əsgərov Tükmənistan Dövlət Tibb İnstitutuna daxil olur. 1958-ci ildə institutu bitirdikdən sonra, təyinat ilə Krasnovdsk şəhər xəstəxanasında həkim -cərrah kimi fəaliyyətə başlayır və həmin xəstəxananın baş həkimi vəzifəsində çalışır. == Fəaliyyəti == Bakıya qayıtdıqdan sonra 1965-ci ildə o, biliyini daha da artırmaq üçün Azərbaycan Dövlət Tibb Universitetinin klinik ordinaturasına daxil olmuşdur. 1967-ci ildə ordinaturanı bitirərək Azərbaycan respublikası xəstəxanasında cərrah-uroloq kimi işləməyə başlayır. Həmin ilin noyabr ayında Sankt-Peterburq şəhərində həkimlərin təkmilləçdirilməsi institutunun uroloji aspiranturasına daxil olmuşdur. Tofiq Əsgərov 1971-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını alır. Dissertasi müdafiəsindən sonra Azərbaycan respublikası Uroloji xəstəxanasında akademik M.D.Cavadzadənin rəhbərliyi altında cərrah-uroloq vəzifəsində çalışmağa başlamışdır.
Tofiq Həsənov
Tofiq Həsənov (paleontoloq)
Tofiq Kazımov
Tofiq Səməd Mənsur oğlu Kazımov (14 yanvar 1923, Bakı – 2 avqust 1980, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1974), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Azərbaycan Milli Dram Teatrının baş rejissoru (1964-cü ildən). == Həyatı == Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi. Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939–1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb. Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olub. Bakıda II Fəxri Xiyabanda dəfn olunub.
Tofiq Kiemas
Məhəmməd Tofiq Kiemas (31 dekabr 1942 və ya 31 dekabr 1943, Cakarta – 8 iyun 2013, ) 2009-cu ildən 2013-cü ilədək, yəni vəfatına qədər İndoneziya Xalq Məşvərət Məclisinin spikeri. Tofiq (bəzən Tofik yazılmışdır) 2001-ci ildən 2004-cü ilədək ölkənin ilk cənabı kimi İndoneziyanın prezidenti Meqavati Sukarnoputrinin əridir. Tofiq Meqavati ilə 1973-cü ildə evləndi; bu Meqavatinin üçüncü nikahı idi. Birlikdə bir qızı olan Puan Maharani var idi. Meqavatinin də əvvəlki nikahdan iki oğlu var idi. Tofiq İndoneziyanın aparıcı siyasi partiyalarından biri olan İndoneziya Demokratik Mübarizə Partiyasının (PDİ-P) fəal dəstəyi ilə Meqavati ilə birləşdi. 2008-ci ildən etibarən Taufiq PDİ-P-nin Müsəlman dini qanadı olan BMİ-nin lideri idi. PDI-P işlərinin tanınmış iştirakçısı idi və tez-tez 2014-cü il qanunvericilik və prezident seçkiləri üçün hazırlıq kimi milli məsələləri şərh edirdi. İndoneziyada və bəzən həyat yoldaşı ilə partiya rəhbərliyi və liderliyi ilə bağlı müəyyən məsələlərdə fərqlənirdi. Tofiq 2000-ci ildə Avstraliyada əməliyyat keçirdi və müalicədən sonra bir sıra hallarda xəstəxanaya yerləşdirildi.
Tofiq Köçərli
Tofiq Qasım oğlu Köçərli (11 fevral 1929, İsalı, Gədəbəy rayonu – 31 oktyabr 2007, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı və təhsili == Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1950-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib. 1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub. 1993–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. 1950–1990-cı illərdə Tofiq Köçərlinin elmi yaradıcılığı Azərbaycanda sosialist inqilabı və sosializm quruculuğu tarixinə həsr edilmişdir.
Tofiq Kərimov
Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf. Tofiq Kərimov (zabit) — mayor.
Tofiq Mahmud
Tofiq Mahmud oğlu Mehdiyev (6 noyabr 1931, Şahbuz rayonu, Naxçıvan MSSR – 4 aprel 1997, Bakı) — şair, nasir, tərcüməçi, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı mükafatı laureatı (1984). == Həyatı == Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olmuşdur. O Bakıda 31 saylı məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində 1949–1954-cü illərdə bakalavr təhsili alıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlamışdır (1954). Sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958–1961), "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961). == Yaradıcılığı == İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür.
Todidae
Todilər (lat. Todidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Dofine
Dofine (fr. Dauphiné Fransızca tələffüz: [dofine]) — Fransanın cənub-şərqində yerləşən tarixi bölgə. Fransa dofeni titulu Dofine bölgəsindən meydana gəlmişdir. İlk dəfə 1349-cu ildə bölgənin şahzadəsi V Şarla verilmişdir. Şarl hökmdar olduqdan sonra həmin regionu və titulu ən böyük oğluna ötürmüşdür. Beləliklə, bu titul "taxta ən yaxın prens və ya prenses" mənasında, yəni "vəliəhd" mənasında işlənmişdir.
Teide
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Maeda Toşiie
Maeda Toşiie (前田 利家, 15 yanvar 1538 və ya 15 yanvar 1539, Naqoya – 27 aprel 1599) – Azuçi-Momoyama dövrünün nüfuzlu Yaponiya daymyolarından biri. 1551-ci ildə Oda Nobunaqaya xidmət etməyə başlamışdır. 1559-61-ci illər istisna olmaqla, Nobunaqanın ölümünə qədər onun xidmətində olmuşdur. Bu dövr ərzində Nobuqananın əsas generallarından birinə çevrilmiş, Ovari əyalətinin daymyosu olmuşdur. Növbəti illərdə isə Toyotomi Hideyoşinin yaxın müttəfiqinə çevrilmişdir. == Fəaliyyəti == === Oda klanı ilə === Toşşie Nobunaqanın başlıca hərbi əməliyyatlarının çoxunda iştirak etmişdir. 1560-cı ildə ronin kimi Okehazama döyüşündə, 1561-67-ci illərdə Mino əyalətinin işğalında, 1570-73-cü illərdə Asaqi Naqamasa və Asakura Yoşikaqeyə qarşı hərəkatlarda, Osakada Təmiz torpağın buddizmi rahiblərinin silahlı qüvvələrinə qarşı mübarizədə, 1575-ci ildə muşketyor kimi Naqaşino döyüşündə Nobunaqa üçün döyüşmüşdür. 1575-ci ildə Nobunaqa Eçizen əyalətini yenidən işğal etmiş və əyalətin idarəsini Şibata Katsuieyə tapşırmışdır. Bu zaman Toşiieni Şibatanın idarəçiliyini təftiş etməklə vəzifləndirmişdir. Tezliklə o, bir daymyonun gəlirinə və statusuna malik olmuş, 1581-ci ildə isə Nobunaqa tərəfindən Noto əyalətinin daymyosu seçilmişdir.
Moisey Toidze
Moisey İvanoviç Toidze (gürc. მოსე ივანეს ძე თოიძე) — gürcü rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1947), professor, SSRİ xalq rəssamı (1953). Sosialist Əməyi Qəhrəmanı (1932). == Həyatı == Moisey Toidze 2 fevral 1871-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1896—1899-cu ildə Sankt-Peterburqdakı İmperator rəssamlıq akademiyasında oxumuş, İlya Repinin şagirdi olmuşdur. 1899-cu ildə Tiflisə qayıtmışdır. Xalq məişətindən səhnələr ("Msxetoba", 1899—1901), portretlər (anasının portreti, 1904—1905) çəkmişdir. 1920—1940-cı illərdə əsərlərində sosializm quruluşunu, gürcü xalqının yeni həyatını, Böyük Vətən müharibəsi (1941—1945) hadisələrini əks etdirmişdir ("Xoşbəxt həyat", 1934, "Cəbhədən məktub", 1942, "Qələbə mahnısı", 1948—hamısı Gürcüstan SSR İncəsənət Muzeyindədir, Tbilisi). 1930—1953-cü illərdə Tbilisi rəssamlıq akademiyasının professoru olmuşdur. SSRİ xalq rəssamı Uça Caparidze, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze və s.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.