Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akim (vəzifə)
Akim (qaz. әкім, qırğ. аким) — Qazaxıstan və Qırğızıstanda yerli dövlət hakimiyyəti orqanının başçısı. Akim ölkə prezidentinin rəsmi nümayəndəsidir. == Qazaxıstanda Akim == Qazaxıstanda bələdiyyə başçısı respublika prezidentinin və hökumətinin nümayəndəsi olan (bölgənin, respublika əhəmiyyətli şəhərlərin və ya paytaxtın, bölgənin rayonları və bölgənin kənd rayonlarının rəhbərliyi) rəhbərliyin rəhbəridir. Ölkənin bütün bələdiyyə sədrlərinin (rayon əhəmiyyətli şəhərlər, kənd rayonları, qəsəbə və kəndlər) 91% -i dolayı səsvermə yolu ilə seçilir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın rəhbərləri Qazaxıstan Baş nazirinin təklifi ilə Prezident tərəfindən təyin edilir. 2013-cü ildən bu yana Qazaxıstan Respublikasının kənd əhəmiyyətli bir hissəsi olmayan kənd şəhərləri, kənd bölgələri, qəsəbə və kəndlərinin rəhbərləri dolayı seçkilər yolu ilə dörd il müddətinə seçilirlər. Seçicilər müvafiq bölgənin məsləhət müavinləridir. 2018-ci ildə yerli özünüidarəetmənin inkişafı konsepsiyası çərçivəsində rayon və rayon əhəmiyyətli şəhərlərin bələdiyyə sədrləri seçkilərinin tətbiq olunmasının məqsədəuyğunluğu məsələsinin hazırlanması nəzərdə tutulmuşdur.
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. == Tarixi == Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Vaqif
Vaqif — Kişi adı. Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (2003–2020). Vaqif Quliyev — professor (1997), AMEA-nın müxbir üzvü (2014). Vaqif Fərəcov — Vaqif Gülməmmədov — Vaqif Məmmədov (əməkdar mühəndis) — Vaqif Süleymanov — Vaqif Səfərov — Vaqif İsaqoğlu — Vaqif Əliyev Vaqif Əliyev (nazir müavini) — Mədəniyyət nazirinin birinci müavini(2018–2023). Vaqif Əliyev (aktyor) — Azərbaycan Respublikasının xalq artisti (2002). Vaqif Əliyev (alim) — fizika-riyaziyyat elmləri doktoru. Vaqif Vəliyev Vaqif Vəliyev (ədəbiyyatşünas) — filologiya elmləri doktoru (1972), professor (1976). Vaqif Vəliyev — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) Vaqif Abdullayev Vaqif Abdullayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Vaqif Abdullayev (siyasətçi) — Azərbaycanlı siyasətçi.
Vasif
Vasif — Kişi adı. Mənası: vəsf edən, tərənnüm edən.
Saziye Erdoğan
Şaziyə Ərdoğan Okur (23 fevral 1992, Ankara) — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir. == Karyerası == O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb. 2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb. Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb. 2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.
Qarabağda vəzifə tutan separatçıların həbsi
== Siyahı == == Proses == === Ruben Vardanyanın həbsi === Sentyabrın 27-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DTX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni gələn qondarma "Dağlıq Qarabağın Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycanın Ermənistan istiqamətində gələn zaman saxlanıldı. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularının müşayiəti ilə Bakı şəhərinə gətirildi. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verildi. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Ruben Vardanyan xarici dövlət vətəndaşı olduğu halda terror-təxribat əməlləri törədilməsi məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədinə qanunsuz daxil olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin qurulmasında, habelə idarələrə və ayrı-ayrı şəxslərə insanların öldürülməsinə və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi nəqliyyat vasitəsi və əsgəri ləvazimatla təchiz edilməsində rol alıb. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin qurulmasına maliyyələşdirib. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildi. Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı. Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edildi və Ruben Vardanyan barəsində 4 aylıq həbs tədbiri seçildi. === Davit Manukyanın həbsi === Sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanın Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edildiyini bildirdi. DTX məlumatında əldə olunmuş sübutlar əsasında, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.3 və 318.1-ci maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edildiyini bildirdi.
Vaqiye İttifaqiye
Vaqiye İttifaqiye — 1850-51-ci illərdə (1807-1852) Nəsrəddin şah Qacarın (1848-1896) dövründə İranın baş naziri (1847-1851) işləmiş dövlət xadimi Mirzə Tağı xan Əmir Kəbirin dövründə buraxılan qəzet. Buradakı mövzulardan Əmir Kəbirin hansı dünyagörüşünə malik olmasını görmək olar...Onun hakimiyətdə olmasının bir ili ərzində qəzetdə aşağıdakı məqalələr çap olunmuşdur: "Avropa dövlətlərinin məşvərət assambleyaları(parlamentlər) barədə"," Görkəmli italyan xadimi Madzini və italyan inqilabçılarının və azadpərvər xadimlərin dünyagörüşləri və onların Avstriya ilə mübarizəsi", "Suveyş kanalının qazılması planı və onun tarixi","Dəmir yollarının inşası", " Hindistanın içtimai vəziyəti", "Astronomiya sahəsində tətqiqtlar və Saturn planetinin üzükləri barədə","Zəlzələlərin geoloji səbəbləri","Amerikanın əski mədəniyəti","Yeni Qitənin(Amerikanın) qazıntıları","Amerikada qızıl hasilatı və bunun İngiltərədə qızılın qiymətinə təsiri","Mançester fabrikaları", "Nil vadisinin münbitliyi"," Amerikan pambığının İranda əkinləri"," Hava kürəsinin ixtirası","İngiltərə əhalisinin siyahıyaalınması","İçməli suyun təmizlənməsi və bunun sanitar əhəmiyyəti","Borneo adasının kaniballarının vəziyəti" == Mənbə == Новая история Ирана. Хрестоматия. Издательство "Наука" Главная редакция восточной литературы Москва 1988 стр. 112-113, tərcümə.
Vasile Florea
Vasile Florea (25 oktyabr 1967) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vasile Florea Rumıniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Vasile Miriuță
Vasile Miriuță (d. 19 sentyabr 1968) — Rumıniya əsilli Macarıstan milli futbol meneceri və keçmiş futbolçudur . O, 2020-ci ilin dekabrından 2021-ci ilin iyuluna kimi III Liqa klubu Minaur Baia Marenin baş məşqçisi olub. O, 2021-ci ilin iyul ayından həmin komandaya baş məşqçi təyin olunub. Yarımmüdafiəçi kimi 21 avqust 2002-ci ildə İspaniya ilə yoldaşlıq oyununda Macarıstan millisinin heyətində qol vurdu. O, yığmada ümumilikdə 9 oyun keçirib. Cərimə zərbələri və taktiki bacarıqları ilə tanınan Miriuță, 2000-ci ildə Energie Cottbus ilə Bundesliqaya yüksəldi, lakin klubun əsas oyunçusu olmasına baxmayaraq, 2002-ci ilin sonunda müqaviləsi ləğv edildi. O, vaxtının çoxunu MSV Duisburg-da start 11-dən kənarda keçirirdi. == Futbol karyerası == Miriuță futbola 1988-ci ildə FCM Baia Mare ilə başlayıb. 1990-cı ildə Buxarestin "Dinamo"su ilə müqavilə imzalayıb.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Nazif Qəhrəmanlı
Nazif Ələkbər oğlu Qəhrəmanlı (1949-2012) — Filologiya elmləri doktoru, professor. == Həyatı == Nazif Ələkbər oğlu 1949-cu il martın 10-da Azərbaycannın Quba rayonunun Birinci Nügədi kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakı Yeyinti Sənayesi Texnikumunda oxumuş (1966-1967), Bakı Universitetinin filologiya fakültəsini bitirmişdir (1973). 1975-ci ilin fevralından Azərbaycan Ensiklopediya¬sının Baş redaksiyasında işləmişdir: kiçik redaktor, elmi redaktor, böyük elmi redaktor, ədəbi nəzarət və komplektləşdirmə redaksiyasının müdiri, 1990-cı ildən Kütləvi nəşrlər və tərcümə redaksiyasının müdiri olmuşdur. 1993-cü ildən Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunda elmi işçi, 1995-ci ildən böyük elmi işçi, 1996-cı ilin yanvarından aparıcı elmi işçi işləmişdir. 2003-cü ildən MEA Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2002-ci ildən Bakı Qızlar Universitetinin professorudur. Sumqayıt Dövlət Universitetinin magist¬raturasında mühazirələr oxumuşdur. 1986-cı ildə Nizami adına Ədəbiyyat İnstitutunda “Mikayıl Rəfilinin ədəbi-tənqidi yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası, yenə həmin institutda 1999-cu ildə “Azərbaycan Ədəbiyyatı tarixçiliyi (XIX-XX əsrlər)” mövzu-sunda doktorluq dissertasiyası müdafiə etmişdir. İlk məqaləsi “Azərbaycan pioneri” qəzetində (1973), ilk resenziyası “Bakı” (axşam) qəzetində (1978) dərc olunmuşdur.
Süleyman Nazif
Süleyman Nazif — Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyəti zamanında yaşamış türk şair, yazıçı və bürokrat. Sərvəti Fünun dövrü şairi olan Süleyman Nazif, ədəbi anlayış və üslub olaraq Namiq Kamalın davamçısıdır. Ədəbi bacarığı qədər hazırcavablığı və zəkası ilə də məşhurlaşmışdır. == Həyatı == 1870-ci ildə Diyarbəkirdə anadan olub. Atası tarixçi və şair Səid Paşa, anası bir əşirət liderinin qızı olan Ayşə xanımdır. Şair Faiq Əli Ozansoyun böyük qardaşı, İffət Həlim Oruzun dayısı, Munis Faiq Ozansoyun əmisidir. Atasının işi səbəbindən Harput və Maraşda olduqdan sonra Diyarbəkirdə ibtidai təhsilini almışdır. 1879-cu ildə Mardinə, atasının yanına getdi və sonrakı təhsilini özü davam etdirmişdir. Farscanı atasından, ərəbcəni Muş müftisi Emin Əfəndidən, fransızcanı da Aleksandr Qriqoryan adlı bir ermənidən öyrənmişdi. 1892-ci ildə atasını itirdikdən sonra, Diyarbəkir Valiliyində Məclis-i Vilayət katibi vəzifəsində işləmişdi.
Vaqif Ibrahimov
Vaqif İbrahimov (tam adı: Vaqif İbrahimov Rza oğlu; 9 may 1947, Cəhri, Naxçıvan rayonu) — AMEA-nın müxbir üzvü (2017), Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (30.09.2009). == Həyatı == Vaqif Rza oğlu İbrahimov 9 may 1947-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. O, hesablama riyaziyyatı sahəsində tanınmış alimdir. Onun tədqiqat sahəsi yüksək tərtib törəmələrdən istifadə edən Obreşkov tipli çoxaddımlı üsullardan və bu üsulların adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiqindən ibarətdir. Fizika-riyaziyyat elmləri doktoru V.R.İbrahimov irəliyə qaçma, ekstrapolyasiya və interpolyasiya üsullarını ümumi formada tədqiq etmək məqsədi ilə Obreşkov tipli dayanıqlı k- addımlar üsulunun dəqiqlik tərtiblərinin ən böyük qiymətlərinin hesablanılması üçün bir neçə düstur qurmuş və bu düsturların effektivliyini göstərmişdir. O, irəliyə qaçma üsullarının istifadəsi üçün proqnoz-korreksiya tipli üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtləri müəyyənləşdirmişdir. Dayanıqlı irəliyə qaçma üsullarının digər üsullara nisbətən daha dəqiq olması V.R.İbrahimov tərəfindən isbat olunmuş və bu şərtləri ödəyən konkret üsullar qurulmuşdur. O, Riçardson ekstrapolyasiya üsulundan bir dəfə istifadə etdikdə, çoxaddımlı üsulun dəqiqliyinin artmasının yuxarı sərhəddini müəyyənləşdirmiş və bu məqsədlə üsulun xətası üçün xüsusi asimptotik münasibət almışdır. Daha dəqiq üsulların qurulması üçün V.R.İbrahimov hibrid üsulların qurulmasını təklif etmiş, birinci və ikinci tərtib adi diferensial tənliklərin həlli üçün hibrid üsullar qurmuş və onları tədqiq etmişdir. V.R.İbrahimov Volter tipli inteqral tənliklərin həlli üçün hər addımda inteqral nüvəsinin sabit sayda hesablanmasından istifadə edən çoxaddımlı üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtlər tapmışdır.
Vaqif Kərim
Kərimov Vaqif Həsən oğlu (Vaqif Kərim; 10 mart 1966, Ardanış, Krasnoselsk rayonu) — şair-publisist. == Həyat və yaradıcılığı == Vaqif Kərim 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində dünyaya gəlib. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstituna qəbul olub. Lakin 2-ci kursu bitirdikdən sonra təhsilini davam etdirməyib. Uzaq Şərqdə iki il əsgəri xidmət keçib. 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 1993-cü ildə universiteti bitirib. Müxtəlif idarə, müəssisə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə "525-ci qəzet" də müxbir, 1996–2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatında baş məsləhətçi, 2005–2006-cı illərdə isə "Öndər" qəzetində baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Beynəlxalq və Qərb Universitetlərində pedaqoji fəaliyyət göstərib. Hazırda özəl sektorda çalışır.
Vaqif Kərimov
Vaqif Kərimov (tam adı: Kərimov Vaqif Yunus oğlu; 5 iyul 1949, Bakı) — geologiya‑mineralogiya elmləri doktoru, professor (2001). İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri. == Həyatı == Kərimov Vaqif Yunus oğlu 1949-cu il iyulun 5-də Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "dağ mühəndisi-geoloq" ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov "Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı" mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda "Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir. Hazırda Neft və Qaz İnstitutunun direktorunun elmi məsləhətçisidir. == Ailəsi == Akademik Sübhi Salayevin bacısı oğludur. Evlidir, 3 övladı var. == Siyasi fəaliyyəti == Vaqif Kərimov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Vaqif Mahmudov
Vaqif Mahmudov (14 dekabr 1954, Bakı) — "Baş müəllim" (1983), "SSRİ Maarif Əlaçısı" (1983), "Azərbaycan SSR Xalq Maarifi Əlaçısı" (1989), Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqının idarə heyətinin üzvü (1997), "Akademik M. Mehdizadə diplomu laureatı" (1999), Azərbaycan Təhsil Şurası İctimai Birliyinin üzvü (2001), "Azərbaycanın Tanınmış Maarifçiləri" Beynəlxalq müsabiqəsinin qalibi (2004), "Pedaqogika üzrə fəlsəfə doktoru" (2010), "Qabaqcıl təhsil işçisi" (2018), "Əməkdar müəllim" (2019), "Azərbaycan bayrağı" və "Qızıl qələm" media mükafatları laureatı (2020). == Həyatı == Mahmudov Vaqif Həsən oğlu 1954-cü il dekabr ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayonunda yerləşən 13 saylı orta məktəbi bitirmişdir. Elə həmin ildə də N. Tusi adına ADPU-nun (keçmiş V. İ. Lenin adına APİ-nin) riyaziyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirərək "Riyaziyyat", "Kibernetika və həyat" ixtisaslarına yiyələnmişdir. 1975-ci ildə təyinatla Abşeron (indiki Xızı) rayonunun Şuraabad kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1983–1986-cı illərdə Abşeron Rayon Təhsil Şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, 1991–2000-ci illərdə Azərbaycan Pedaqoji Kadrlarin İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda laboratoriya müdiri, 2000–2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda İnformatika və informasiya texnologiyaları kabinetinin müdiri vəzifələrində çalışmışdır. 2006–2021-ci illərdə isə 177 saylı tam orta məktəbdə və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunda riyaziyyat və informatika müəllimi işləmişdir. İşlədiyi müddətdə səmərəli pedaqoji fəaliyyətimə görə "Baş müəllim", "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Xalq Maarifi Əlaçısı", "Qabaqcıl Təhsil İşçisi" döş nişanları, "Akademik M. Mehdizadə diplomu laureatı", "Azərbaycanın tanınmış maarifçiləri" Beynəlxalq müsabiqəsinin qalibi diplomları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları və s. ilə təltif olunmuş, dəfələrlə dövlət və yerli təşkilatlar tərəfindən fəxri fərmanlara layiq görülmüşdür. 30-dan artıq elmi, metodik tövsiyə və kitabçanın, 100-dən çox jurnal və qəzet məqalələrinin müəllifidir.
Vaqif Mirzəyev
Vaqif Həsənağa oğlu Mirzəyev (5 yanvar 1953, Mərdəkan) — Azərbaycanlı aktyor. == Həyatı == Vaqif Mirzəyev 5 yanvar 1953-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olunmuş, 1971-ci ildə məktəbi klarnet ixtisası üzrə bitirmişdir. Vaqif Mirzəyev 1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1970-ci ildə Moskva qurultaylar sarayında Ümumittifaq festivalın iştirakçısı olmuş və festivalın laureatı adına layiq görülmüşdür. Bundan sonra isə Böyük Oktyabr İnqilabının 70 illiyi münasibətilə yenə də Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında "Humayun" xalq çalğı alətləri ansamblında işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "solist" adına layiq görüldükldən sonra, özünün "Azərbaycan təranələri" ansamblını yaratmış və uzun müddət Musiqi Ansamblları Birliyində çalışmışdır. Eyni zamanda 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında birinci yeri tutaraq festivalın medalını almış, 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan İrana gedən 10 nəfər xüsusi seçilmiş sənətkarlar arasında klarnet ustası kimi iştirak etmişdir. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ etdiyinə görə diploma layiq görülmüşdür.
Vaqif Musa
Musayev Vaqif Məmmədyusif oğlu – nasir, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1964) == Həyatı == 1936-cı ilin yanvarın 15-də Quba rayonunun Rustov kəndində anadan olub. Bakıdakı 2 saylı tibb texnikumunda (1954-1956), sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965). İlk hekayəsi –“Kişi, qadın və qız” 1965-ci ildə “Azərbaycan” jurnalında çap olunub. Əmək fəaliyyətinə “Azərbaycan” jurnalının nəsr şöbəsində ədəbi işçi kimi başlamışdır (1965-1976). 1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü olmuşdur (1991). Yeddi kitabın – o cümlədən çox saylı povest və romanların (“Od, yaxud gecə mahnısı”, “Bəyim çayı boyunca”, “Səhər mehi”, və s.) müəllifidir. 1996-cı il oktyabrın 24-də vəfat etmiş, Rustov kəndində dəfn edilmişdir.
Vaqif Musayev
Musayev Vaqif Hacı Rəsul oğlu (1950 – 29 noyabr 2019) — iş adamı, Dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı, iqtisad elmləri doktoru, professor (1998) == Həyatı == Vaqif Hacı Rəsul oğlu Musayev — 1950-ci ildə Lerik rayonunun, Lerik qəsəbəsində anadan olub. 1973–1974-ci illərdə ordu sıralarında hərbi xidmət keçmişdir. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub. == Siyasi fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1995-ci il parlament seçkilərində Vaqif Musayev Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir. Vaqif Musayev isə deputat seçilə bilməmişdir. == iş fəaliyyəti == 1974-cü ildə Sovxozlar Nazirliyinin Meyvə tingliyi trestində iqtisadçı vəzifəsinə təyin olunmuşdur, daha sonra Abşeron Südçülük sovxozunda baş iqtisadçı vəzifəsində işləmişdir. 1975-ci ilin avqust ayından Azərbaycan Tədarük Nazirliyinin "2 saylı Bakı Taxıl Məhsulları Kombinatında" satış üzrə iqtisadçı vəzifəsində çalışmış, daha sonra istehsalat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1979-cu ildə Bakı Bulka-Maya Kombinatında, 1980-ci ilin oktyabr ayından Gəncə Çörək -qənnadı İstehsalat Birliyinin baş direktoru olub.
Vaqif Mustafayev
Vaqif Behbud oğlu Mustafayev (28 avqust 1953, Bakı) — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laueratı (1991), Şöhrət,Şərəf, II dərəcəli "Əmək" ordeni laureatı, Avrasiya Televiziya Akademiyasının I vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Rejissor, ssenarist Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun (Eldar Ryazanovun emalatxanası) rejissor bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb və bu günə qədər də davam etdirir. Filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır. == Yaradıcılığı == Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Vaqif Mustafayev ilk kino mükafatını 1984-cü ildə Moskvada Beynəlxalq gənc kinematoqrafçılar kinofestivalında "Belə lazımdır" (rus. Так надо) qısa metrajlı filmində "Ən yaxşı rejissor işinə görə" qazanıb. Həmin ildə "Mosfilm" kinostudiyasının festivalında onun "Musiqili xaş" (rus.
Vaqif Mustafazadə
Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940, Bakı – 16 dekabr 1979, Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır. == Həyatı == 16 mart 1940-cı ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir.
Vaqif Məhərrəmov
Vaqif Əli oğlu Məhərrəmov — Azərbaycan alimi, Azərbaycan Politexnik institutu "Radiotexnika" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Vaqif Əli oğlu Məhərrəmov 6 iyun 1947-ci ildə Qərbi Azərbaycanin Göyçə mahalinda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitunu (indiki Azərbaycan Texniki Universiteti — AzTU) bitirərək "Radioyayım və radiorabitəsi mühəndisi" ixtisasını almışdır. Vaqif Məhərrəmov Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında aspiranturada oxumuş, 1985-ci ildə keçmiş Sovetlər İttifaqının Elmlər Akademiyasının Baş Astronomiya Rəsədxanasında (Leninqrad şəhərində) namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ildə doktorluk dissertasiyaı müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini və 1998-cu ildə "Radiotexnika" kafedrası üzrə dosent 2008-ci ildə professor elmi adı almışdır. O, 1985-ci ildən 1993-cü ilə qədər Azərbaycan Texniki Universitetinin "Ümumi və nəzəri radiotexnika" (indiki Radiotexnika) kafedrasında əvəzçiliklə dosent işləmiş, dekabr 1993-cü ildən 2005-ci ilə qədər "Radiotexnika" kafedarasının dosenti və eyni zamanda 2001-ci ildən 2003-cü ilə qədər "Radiotexnika və rabitə" fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2005-ci il dekabr ayından etibarən V.Ə. Məhərrəmov "Radiotexnika" kafedrasının müdiri vəzifəsində çalışır. 1985-ci ildən fizika riyaziyyat elmlzri namizədir; 2003-cü ildən fizika riyaziyyat elmlzri doktorudur; 1998-ci ildən "Radiotexnika" kafedrası üzrə dosentdir; 2008-ci ildən "Radiotexnika" kafedrası üzrə professordur; 2004-cü ildən "Avropa Astronomlar Şurası"-nın üzvüdür; 1972–1980-cı illərdə MEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük bə baş mühəndis vəzifələrində işləmş, Rəsədxananin aspiranturasında oxumuş, Günəş fizikası və astrofiziki cihazqayirma problemləri ilə məşğul olmuş, Rəsədxana tarixində ilk ixtiranin müəllifidir. 1980–1990-cı illərdə Sovetlər ölkəsinin "BAŞKOSMOS" –unun "Kosmik Tədqiqatları" Elm İstehsalat Birliyində labopatoriya və şöbə müdiri vəzifələrində işləmiş, İnfra-Qırmızı diapazonda işləyən Dövlət əhəmiyyətli yerüstü və kosmik cihazqayirma problemləri ilə məşğul olmuş, təsərüfat hesabli elmi-tədqiqat və təcrübi konstruktor işləmələrinin elmi rəhbəri və baş konstruktoru olmuşdur. 1990–1993-cü illərdə Səhiyyə Nazirliyi nəzdində Təcrübi konstruktor-texnoloji büronun direktoru vəzifəsində işləmiş, tibbi cihazqayirma problemləri ilə məşğul olmuşdur. 1985-ci ildən AzTU-nun "Radiotexnika" kafedrasinda əvəzçiliklə və 1993-cü ildən kafedranin ştatında dosent kimi dərs demişdir.
Vaqif Məmişov
Məmişov Vaqif İmamqulu oğlu (1962, Masallı) — "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri. == Həyatı == Vaqif Məmişov 1962-ci ildə Gürcüstanda, Marneuli rayonunun Kosalı kəndində anadan olmuşdur. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının hüquq fakultəsini bitirmişdir. Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının uzvu, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademikidir. Mərkəzi Federal dairə uzrə RF Prezidentinin Səlahiyyətli Numayəndəsi yanında İqtisadi Ekspert Şurasının uzvu, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye muəssisəsini birləşdirən kompaniyanın direktorlar şurasının sədridir. 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur. Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə Vaqif Məmişov "Tərəqqi" medalı ilə təltif edilib.
Vaqif Məmmədov
Vaqif Məmmədov (yazıçı) — yazıçı
Cazibə
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Validə
Validə — Azərbaycanlı qadın adı. Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru. Validə Tutayuq — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949) Validə Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Cazibə (qrammatika)
Cazibə (qrammatika) — Dilçilikdə cazibə, bir cümlədəki bir xüsusiyyəti bir sözdən digərinə yanlış şəkildə genişləndirən dil istehsalında bir səhv növüdür. Bu, başqa sözlə razılaşma əsasında xüsusiyyətin təyin edildiyi razılığın cəlb edilməsinə aid ola bilər. Bu, adətən ingilis dilində mövzu fel razılaşması ilə baş verir, xüsusən də mövzu mürəkkəb isim fraza quruluşunda feldən ayrıldıqda. O, həmçinin qrammatik rollara əsaslanan xüsusiyyətlər təyin edən hal sürücüsünə və ya ingilis dilinin dialektal formalarında inkar hissəciklərini genişləndirən mənfi sürücüyə aid edilə bilər. == Müqavilə cəlbediciliyi == Razılaşmanın cəlbediciliyi felin mövzudan fərqli olan isimlə uyğunlaşması zamanı baş verir. Bu, ən çox mürəkkəb mövzu isimləri ilə baş verir, bunun əsas nümunəsi New Yorker-də ortaya çıxdı: ABŞ-da ingilis dilini rəsmi dil etmək səyləri getdikcə sürətlənir. Mövzu isim söz birləşməsinin “səy” başlığı cəmdir, lakin fel tək formada görünür, çünki ara cümlədəki “dil” yerli isim təkdir və buna görə də tək xüsusiyyətin “is”də görünməsinə səbəb olur. . Bok bu misala işarə etsə də, cümlədəki kimi yerli isimlərin çoxalma və felə cəmləşməsinin daha geniş yayılmış nümunəsinə əməl etmir: "Kabinetlərin açarı yoxdur" Cəmli isimlərin daha tez-tez cəlb edilməsi tendensiyası çoxluğun bir xüsusiyyət kimi qeyd edilməsindən qaynaqlanır, burada təklik standartın bir hissəsi hesab olunur və isimlərin çoxluq işarəsinin aktivləşməsi felin cəm formasının aktivləşməsini cəlb edir. Razılaşma yalnız Subject Verb razılaşması ilə deyil, həm də İngilis dilində WH hərəkətində Obyekt Verb razılaşması ilə görünür. Bu qeyri-qrammatik quruluşu götürək.
Cazibə qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Cinsi cazibə
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Fazilə Səmədova
Fəzilə İbrahim qızı Səmədova (29 mart 1929, Şamaxı – 8 yanvar 2020, Bakı) — akademik, kimya üzrə mühəndis-texnoloq. == Həyatı == Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir..
Mühərrikli vasitə
Mühərrikli vasitə, aldığı hər hansı bir enerjini mexaniki enerjiyə çevirən vasitələrin köməyi ilə itələmədən və çəkmədən hərəkət edə bilən özüyeriyən bir nəqliyyat vasitəsidir.
Nazilə Səfərli
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. == Həyatı == Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.
Nazimə Sultan
Nazimə Sultan (14 fevral 1866, Konstantinopol – 9 noyabr 1947, Beyrut) — 32. Osmanlı padşahı Əbdüləzizin ikinci qızı. == Həyatı == Nazimə Sultan 1866-cı ildə Dolmabağça sarayında dünyaya gəlmışdır. Atası Sultan Əbdüləziz, anası isə onun dördüncü xanımı Heyranıdil xanım idi. 1890-cı ildə Sultan Əbdülhəmid onu digər bacıları Əminə Sultan və Saliha Sultanla birlikdə Ulduz sarayında evləndirdi. Əri isə İbrahim Dərviş Paşanın oğlu Əli Xalid bəy oldu. Cütlüyə sonrakı illərdə Nazimə Sultan sarayı adlanacaq yeni bir saray təsis edildi. Övladı olmayan Nazimə Sultanın Şövkət adlı bir övladlığı vardı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra əriylə birlikdə Beyruta köçdü. Nazimə Sultan 1947-ci ildə burada vəfat etdi və Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu.
Nəzifə Abasova
Raziyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyə Sultan
Raziyə Sultan (Osmanlı türkcəsi: راضیہ سلطان‎) (d. 1525 - ö. 1556 - Osmanlı padşahı I. Süleymanın qızıdır.) Osmanlı arxivlərində "Tasasız Raziye", yəni "Qayğısız Raziyə" olaraq tanınır. Buna səbəb isə həyatı boyunca dərviş həyatı yaşaması və sarayla əlaqəsini kəsməsidir. Həyatının bütöv bir hissəsini atasının süd qardaşı olan Yəhya Əfəndinin dərgahında keçirmişdir. 1556-cı ildə vərəm xəstəliyindən 31 yaşında vəfat etmişdir. Qəbri atası I. Süleymanın süd qardaşı Yəhya Əfəndinin Türbəsində yerləşir.
Raziyə xatun
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan == Həyatı == İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Raziyə Şabani
Raziyə Qulami Şabani (21 aprel 1925, Təbriz - 28 yanvar 2013,Köln Almaniya) - Azərbaycanlı siyasətçi və aktivist. Azərbaycan Demokrat Firqəsi və İran Tudə Partiyasının üzvlərindən olan Raziyə Şabani İran tarixində ilk qadın siyasi məhbus sayılır. == Həyatı və fəaliyyəti == Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub. Gələcək həyat yoldaşı Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlayır. Sonradan o özü də Tudə Partiyasının üzvü olur. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olur. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi. Azərbaycan Milli Hökümətinin süqutundan iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilir. Həbs olunduğu zaman hamilə olur.
Vahimə (1998)
Vahimə — Natiq Rəsulzadənin ssenarisi əsasında Rüfət Əsədovun filmi. == Məzmun == Psixoloji dram janrında olan bu film həyatda baş verən dəyişikliklərdən sarsılmış bir sənətçinin taleyi haqqında danışır. == Festivallar və mükafatlar == 1)1998-ci ildə Quruluşçu rejissor Rüfət Əsədova rejissor işinə görə "Bakılı" beynəlxalq cəmiyyətinin "Humay" Mükafatı verilmişdir. 2)1998-ci ildə Lorken (Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı Bədii filmdə inandırıcı ab-hava yaratdığına görə quruluşçu rejissor Rüfət Əsədova münsiflər heyətinin xüsusi Prizi verilmişdir. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin "Yuxu" hekayəsinin motivləri əsasında çəkilmişdir. Film Lümyer qardaşlarının Qızıl fonduna daxil edilmişdir. Film rejissor Rüfət Əsədovun quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Natiq Rəsulzadə Quruluşçu rejissor: Rüfət Əsədov Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Adil Azay Rejissor: Ötkəm İsgəndərov (Ötkəm İskəndər kimi) Bəstəkar: Rauf Əliyev Səs operatoru: Teymur Abdullayev Qrim rəssamı: Elbrus Vahidov Redaktor: Vaqif Məmmədov Filmin direktoru: Ədalət Yunusov Bədii rəhbər: Eldar Quliyev Rejissor assistenti: Vüqar Kamranoğlu (titrlərdə yoxdur) === Rollarda === Fuad Poladov — musiqiçi Abbas Qəhrəmanov — ruhi xəstə Ayaz Salayev — psixiatr Firdovsi Atakişiyev — musiqiçinin tanışı Arif Kərimov — televizorda çıxış edən (titrlərdə yoxdur) === Filmi səsləndirən === Eldəniz Rəsulov — musiqiçinin tanışı (Firdovsi Atakişiyev) (titrlərdə yoxdur) == Sponsor == "Azərkinovideo" İstehsalat Birliyi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Validə Məmmədova
Validə İmran qızı Məmmədova (1950, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru (2015–2021), professor (2010), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). == Həyatı == Validə İmran qızı Məmmədova 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. == Təhsili == 1967-ci ildə Bakının 172 saylı orta məktəbi, 1972-ci ildə V. İ. Lenin ad. APİ-nin (indi ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 1973-cü ildə M. Lomonosov ad. MDU-nun "Psixologiya" fakültəsində ixtisasartırma keçib. 1981–1984-cü illərdə istehsalatdan ayrılmaqla AR Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun aspirantı; == Əmək fəaliyyəti == 1974–1976-cı illərdə Xalq Təsərrüfatı işçilərinin ali ixtisasartırma kurslarında Peşə etikası və psixologiya fənni üzrə müəllim; 1975-ci ildən bu günə qədər pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlıdır. 1991–1994-cü illərdə müəllimliklə yanaşı eyni zamanda əvəzçiliklə Universitetin Elmi Şurasının katibi vəzifəsində çalışıb. 2001–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Humanitar və ictimai fənlər" kafedrasının müdiri; 2010–2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor; 2015–2021-ci illərdə ADMİU-da Tədris işləri üzrə prorektor; 2021-dən bu günə kimi ADMİU-nun rektor müşaviri vəzifəsində çalışır. 1988-ci ildən filologiya elmləri namizədi, 1990-cı ildən dosent, 2010-cu ildən professordur.
Validə Sultan
Validə sultan vəya Sədəf-i Dürr-i Xilafət (Osmanlıca: والده سلطان) — taxta çıxan Osmanlı padşahlarının həyatda olan analarına verilən bu ünvan bəzi mənbələrdə "validə-i padşah", "validə-i səadətpənah", "məhdi-ülya-i səltənət" olaraq da qeyd olunur. Kösəm Sultan üçün "ümmül-möminin", Pərtəvniyal Sultan üçün "ümmül-cahan" ünvanları istifadə edilmiş, Dəftərdar Sarı Mehmed Paşa, ölümünün ardından Turhan Xədicə Sultanı "dövlətin bir rükn-ü rəkini" olaraq adlandırmışdır. Osmanlı sülaləsinin hərəmdəki ən yüksək təmsilçisi və hərəmxana sistemində ən yüksək rütbəli şəxs olan validə sultan icazə vermədən ona yaxınlaşmaq, yanında danışmaq vəya oturmaq olmazdı. Osmanlı tarixində oğlunun səltənətini görə bilən validə sultan sayı 23-dür. Bunlar Orxan Qazini anası Malhun Xatun, I Muradın anası Nilüfər Xatun, I Mehmedin anası Dövlət Xatun, II Mehmedin anası Hüma Xatun, II Bəyazidin anası Gülbahar Xatun, I Süleymanın anası Hafsa Sultan, III Muradın anası Nurbanu Sultan, III Mehmedin anası Safiyə Sultan, I Əhmədin anası Handan Sultan, I Mustafanın anası Həlimə Sultan, II Osmanın anası Mahfiruz Sultan, IV Murad və Sultan İbrahimin anası Kösəm Sultan, IV Mehmedin anası Turhan Xədicə Sultan, II Süleymanın anası Saliha Dilaşub Sultan, II Mustafa və III Əhmədin anası Rabiyə Gülnuş Əmətullah Sultan, I Mahmudun anası Saliha Sultan, III Osmanın anası Şahsüvar Sultan, III Səlimin anası Mihrişah Sultan, IV Mustafanın anası Aişə Səniyəpərvər Sultan, II Mahmudun anası Nəqşidil Sultan, I Əbdülməcidin anası Bəzmialəm Sultan, I Əbdüləzizin anası Pərtəvniyal Sultan və V Muradın anası Şevkəfza Sultandır. II Əbdülhəmid isə kiçik yaşlarında anasını itirdiyi üçün onu böyüdən mənəvi anası Piristü Sultanı validə sultan elan etmişdir. Padşahın anası, xanımları, qızları, şahzadələri, qısaca padşahın ailəsi XVI əsrin ortalarına qədər bu gün İstanbul Universitetinin olduğu yerdə Köhnə Sarayda yaşayırdılar. Qanuni Sultan Süleymanın xanımı Xürrəm Sultan qaynanası Hafsa Sultanın vəfatının ardından hərəmin bir hissəsi ilə 1534-cü ildə Topqapı sarayına köçdü. Xələfi Nurbanu Sultan da iqamət olaraq bu sarayı seçmişdi. Beləliklə, yeni sarayın hərəmxana hissəsi getdikcə böyüdü.
Validə Tutayuq
Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968). == Həyatı == 1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir. === Təhsili === 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur. 1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır . == Fəaliyyəti == 1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur. 1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir.
Validə Yusifova
Validə Cavad qızı Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru. == Həyatı == Validə Yusifova 15 oktyabr 1916-cı ildə Şuşa, Azərbaycan SSR-də anadan olmuşdur. 1945-ci ildən başlayaraq İ. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda istilik mübadiləsi laboratoriyasına rəhbərlik etmişdir. Fərdi karbohidrogenlərin, çoxkomponentli neft emalı məhsullarının, dəniz suyu və digər duzlu məhlulların istilik mübadiləsinə, istilik fizikasına, hidrodinamikaya, həmçinin qaz və maye yanacaqların İEM-də yandırılması prosesinə aid elmi-tədqiqat işləri aparmışdır. Dəniz suyunun şirinləşdirilməsi məsələlərinə həsr olunan beynəlxalq simpoziumlarda (İtaliya, 1976; İspaniya, 1978) məruzə etmişdir.