Süleyman Nazif

Süleyman NazifOsmanlı İmperiyasıTürkiyə Cümhuriyyəti zamanında yaşamış türk şair, yazıçı və bürokrat.

Süleyman Nazif
türk. Süleyman Nazif
Doğum tarixi
Doğum yeri Diyarbəkir, Osmanlı İmperiyası
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Vəfat səbəbi Ağciyər iltihabı
Dəfn yeri Ədirnəqapı bayırı
Vətəndaşlığı Türkiyə Türkiyə
Atası Səid Paşa
Anası Ayşə Xanım
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili türk dili
Vikimənbənin loqosu Süleyman Nazif Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərvəti Fünun dövrü şairi olan Süleyman Nazif[1], ədəbi anlayış və üslub olaraq Namiq Kamalın davamçısıdır. Ədəbi bacarığı qədər hazırcavablığı və zəkası ilə də məşhurlaşmışdır.[2]

1870-ci ildə Diyarbəkirdə anadan olub. Atası tarixçi və şair Səid Paşa, anası bir əşirət liderinin qızı olan Ayşə xanımdır. Şair Faiq Əli Ozansoyun böyük qardaşı, İffət Həlim Oruzun dayısı, Munis Faiq Ozansoyun əmisidir.[3]

Atasının işi səbəbindən HarputMaraşda olduqdan sonra Diyarbəkirdə ibtidai təhsilini almışdır. 1879-cu ildə Mardinə, atasının yanına getdi və sonrakı təhsilini özü davam etdirmişdir.

Farscanı atasından, ərəbcəni Muş müftisi Emin Əfəndidən, fransızcanı da Aleksandr Qriqoryan adlı bir ermənidən öyrənmişdi. 1892-ci ildə atasını itirdikdən sonra, Diyarbəkir Valiliyində Məclis-i Vilayət katibi vəzifəsində işləmişdi. 1895-ci il tarixli Diyarbəkir Vilayət Salnaməsini hazırladı. Eyni zamanda Diyarbəkir qəzetində baş redaktorluq etmiş, vilayət mətbəəsini idarə etmişdir.

1896-ci ildə Diyarbəkirə Erməni məsələsini araşdırmaq üçün gələn Abdullah Paşanın təqdirini qazandı və onunla Mosula getdi. Yeddi ay sonra, yenidən Diyarbəkirə qayıtdı, vəzifəsindən istefa edərək İstanbula getdi. II Əbdülhəmid idarəetməsinə qarşı mübarizə apara bilmək üçün 1897-ci ildə Parisə qaçdı. Səkkiz ay Parisdə qaldığı müddətdə Əhməd Rza bəyin Məşvərət qəzetinə istibdad əleyhinə yazılar yazırdı. “Məlumi İlam” adlı risalə ilə “Namiq Kamal” adlı risaləsini Abdullah Tahir ləqəbi ilə çap etdirdi.

Vətənə qayıdışından sonra, II Əbdülhəmid tərəfindən vilayət məktubçusu kimi Bursada məmur təyin olundu, 1908-ci ilə qədər Bursada qaldı. Bu illərdə Misirdə “İmzasız Risalələri” yayımlamış və Sərvəti Fünun dərgisinə də babasının adı olan İbrahim Cəhdi ləqəbi ilə yazılar göndərmişdi. Ardınca isə Əl Cəzirə Məktubları adlı əsəri işıq üzü gördü.

II Məşrutiyyət dövrü

[redaktə | mənbəni redaktə et]

1908-ci ildə II Məşrutiyyətin elanından sonra İstanbula geri qayıtdı və İttihad və Tərəqqi Partiyasına üzv oldu. Bir müddət Əbuziya Tofiq ilə birlikdə Təsvir-i Əfkar qəzetini çıxardı. Daha əvvəl Parisdə nəşr etdirdiyi “Məlumi İlam” adlı risaləsini yenidən çap etdirdi.

Yeni rəhbərlik tərəfindən Bəsrə (1909), Kastamonu (1910), Trabzon (1911) qubernatorluqlarında vəzifələrə layiq görüldü. 1912-ci ildə İstanbula gəlib, Haqq qəzetini çıxardı. 1913-cü ildə Mosul və 1914-cü ildə Bağdad qubernatoru oldu. Bağdad qubernatoru olduğu zaman, Süleyman Hüsnü Paşanın qəbrini düzəltdirərək məzarının başında bir xitabə hazırlamaq istədi, lakin həyata keçirə bilmədiyindən bu arzusunu xitabəni risalə kimi "Süleyman Paşa" adı ilə çap etdirərək həyata keçirdi.

I Dünya Müharibəsi illəri

[redaktə | mənbəni redaktə et]

1915-ci ildə dövlət məmurluğunu buraxaraq bütün vaxtını yazıçılığa ayırdı. Yazılarını 1917-ci ildə “Batareya və Atəş” adı altında nəşr etdirdi. Həmin il Türk əsgərinin Qalisiya Cəbhəsindəki qəhrəmanlıqlarını özündə ehtiva edən “Asitanı Tarixdə”ni çap etdirdi.

1918-ci ildə “Firaqı İraq” adlı ikinci şeir kitabını nəşr etdirdi. Kitabda “Kubalılar” şerindən başqa bütün nəsr və nəzm yazılar İraqın Osmanlıdan ayrılması məsələsinə həsr olunmuşdur.[4]

Mütarəkə dövrü

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Cənab Şəhabəddin ilə birlikdə “Hadisat” qəzetini çıxardı. İstanbulun işğalından sonra, bu qəzetdə işğalçıları xalqın bu işğalla barışmayacağı ilə xəbərdar etmişdi. Vilayət-i Şərqiyyə Müdafiəyi Hüquq Cəmiyyətinin qurulmasına rəhbərlik etdi. 23 Yanvar 1920-ci ildə Darülfünunda Türk Dostu Pyer Lotinin xatirəsinə təşkil olunmuş kimi göstərilən, ancaq əslində Fransız qüvvələrinə etiraz məqsədi daşıyan toplantıda məşhur “Pyer Loti Xitabəsi” ilə dinləyiciləri qızışdırmışdı. İstanbulun işğalını ciddi şəkildə tənqid etdiyi “Qara Bir Gün” başlıqlı yazısı Hadisatda nəşr olundu və böyük səs-küyə səbəb oldu. Yazısında təkəbbürlü Napoleon duruşu ilə İstanbula girən Fransız komandirini aşağılayırdı. Parisin də bir vaxtlar almanlar tərəfindən belə işğal edildiyini xatırladır və onları alqışlayanları da yerə vururdu. Bu kimi hərəkətlərinə görə ingilislər tərəfindən Maltaya sürgün edildi.

Malta sürgünü

[redaktə | mənbəni redaktə et]

Süleyman Nazif, Maltada 20 aya qədər qaldı. Orada ikən, “Çal Çoban Çal” adlı əsəri nəşr olundu (1921). “Daüssila” adlı şeri məşhurluğunu xeyli artırdı. Nəhayət, 1922-ci ildə İstanbula qayıda bildi.

Malta sürgünündən qayıtdığında milli duyğulara xitab edən yazılar yazmağa davam etdi. İstanbul Müəllim Məktəbində Namiq Kamal adlı konfrans verdi; 1922-ci ildə konfransın mətni eyni adla nəşr edildi. Həmin il məktub və məqalələrdən ibarət “Tarixin İlan Hekayəsi” adlı əsərində sonuncu Osmanlı hökmdarı Mehmed Vahidəddinə şiddətlə qarşı çıxdı. Şahların xalqdan oğurlayaraq sahib olduqları şeylərlə bağlı məqalələrini də 1922-ci ildə “Oğurlanmış Ölkə” adı altında kitab halına saldı. 1923-cü ildə, əvvəllər yeni Təsvir-i Əfkar qəzetində nəşr olunan “Nəsirüddin şah və Babilər” adlı əsərini, 1924-cü ildə isə Malta sürgünündəki əhvalını izah edən, üçüncü şeir kitabı olan “Malta Gecələri”ni çap etdirdi; Millətlər Liqasındakı İngilis nümayəndəsinin Türkiyədəki xristian azlıqlara edilən rəftarın isbat edilməsi üçün bir heyət göndərilməsini istəməsi və eyni zamanda Mərakeşdəki istiqlal mübarizəsini yatırmaq üçün fransız, ispan və ingilis qüvvələrinin birləşməsi məsələsi üzrə Süleyman Nazif, bu məsələ ilə əlaqəli məqalələrini bir yerə toplayaraq 1924-cü ildə Həzrəti İsaya Açıq Məktub” əsərini çap etdirdi. Bu, xristianları İsaya şikayət edən bir şikayətnamə idi.

Ölümünə qədər yazdığı digər əsərləri bunlardır: Mehmet Akif (1924, əvvəl Sərvət-i Fünunda çıxan beş məqaləsindən meydana gəlib), Külliyatı Ziya Paşa (1924), İki dost (Ziya Paşa və Namiq Kamal), Füzuli (1926), İmana Təsəllüt- Şlyapa Məsələsi (1925, fəs yerinə şlyapa örtülməsi məsələsində İskilipli Atıf Xoca ilə girişdiyi polemik yazıları), Kafir Həqiqət (1926, Mərakeş Mücahidi Əbdülhəmidin əsir düşməsinə həsr olunmuşdur), Livan Qəsrinin Sahibəsi (1926, fransız yazıçı Pyer Benoitdən tərcümə), Yıxılan Müəssisə (1927, İttihad və Tərəqqi haqqında yazdıqları).

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Gizli Figanlar (Şeirlər, 1908)
  • Batareya və Atəş (1917)
  • Firaqı İraq (İraqdan ayrılış, şeirlər, 1918)
  • Füzuli (1920)
  • Tarixin İlan Hekayəsi (1922)
  • Çal Çoban Çal (1922)
  • Malta Gecələri (1924)
  • Mehmet Akif (1924)
  • Həzrəti İsaya Açıq Məktub[5] (1924)
  • İki Dost (1926)
  • Əl-Cəzirə Məktubları
  • Məlumi İmal
  • Viktor Hüqonun Məktubu
  • Boş Hərif
  • Süleyman Paşa
  • İki İttifaqın Tarixcəsi
  • Asitanı Tarixdə
  • Pyer Loti Xitabəsi
  • Namiq Kamal
  • Tarixin Üsyan Hekayəsi
  • Nəsirüddin şah və Babilər (1923)
  • Oğurlanmış Ölkə
  • İmana Təsəllüt
  • Külliyatı Ziya Paşa
  • Kafir Həqiqət
  • Livan Qəsrinin Sahibəsi
  • Yıxılan Müəssisə
  1. Necati Alkan. "Süleyman Nazif's Nasiruddin Shah ve Babiler: an Ottoman Source on Babi-Baha'i History. (With a Translation of Passages on Tahirih*)". Research Notes in Shaykhi, Babi and Baha'i Studies. h-net. 4 (2). November 2000. 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-13.
  2. Dr. Önder Göçgün. Süleyman Nazif'te nükte ve hazırcevaplılık. 39. Ərzurum: A.Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi, Prof. Dr. Hüseyin Ayan Özel Sayısı. 2009. 173–186.
  3. Aksar, Gülşah. Türk kadın şairlerde kadın ve çocuk teması (1886 - 1960). Balıkəsir: Balıkesir Universitesi. 2016. səh. 32.
  4. Nurullah Çətin. Süleyman Nazif'in Fırak-ı İrak adlı eseri (PDF). nömrə 1, 11. Ankara: Ankara Universitesi Türkoloji Dergisi. 1993.
  5. Süleyman Nazif. Hz. İsa'ya Açık Mektup. LAMURE Yayınları. Noyabr, 2006. ISBN 9944469025.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]