Raziyə Sultan

Raziyə Sultan (Osmanlı türkcəsi: راضیہ سلطان‎) (d. 1525 - ö. 1556 - Osmanlı padşahı I. Süleymanın qızıdır.[1])

Raziyə Sultan
Doğum yeri
Vəfat yeri
Dəfn yeri
Atası Sultan Süleyman Qanuni

Osmanlı arxivlərində "Tasasız Raziye", yəni "Qayğısız Raziyə" olaraq tanınır. Buna səbəb isə həyatı boyunca dərviş həyatı yaşaması və sarayla əlaqəsini kəsməsidir. Həyatının bütöv bir hissəsini atasının süd qardaşı olan Yəhya Əfəndinin dərgahında keçirmişdir. 1556-cı ildə vərəm xəstəliyindən 31 yaşında vəfat etmişdir.[2] Qəbri atası I. Süleymanın süd qardaşı Yəhya Əfəndinin Türbəsində yerləşir.

  1. Uluçay, M. Çağatay (1985). Padişahların Kadınları ve Kızları sf.35
  2. Uluçay, M. Çağatay (1985). Padişahların Kadınları ve Kızları. Türk Tarih Kurumu. s. sf. 39.