Qarabağda vəzifə tutan separatçıların həbsi


S/S
Həbs edilən
Foto
Qısa tərcümeyi-halı
İttiham
1.
Ruben Vardanyan Ruben Karlenoviç Vardanyan 1968-cı ildə doğulub. 2022-2023-cü illərdə qondarma "Dağlıq Qarabağın Dövlət naziri" vəzifəsində çalışıb. 214-1, 279.3 və 318.1
2.
Davit Manukyan Davit Azati Manukyan 1971-ci ildə doğulub. Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edib. Qondarma "Dağlıq Qarabağın Müdafiə Ordusu Komandanının birinci müavini" vəzifəsində çalışıb. 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.3 və 318.1
3.
Levon Mnatsakanyan Lyova Henrixi Mnatsakanyan 1955-ci ildə doğulub. Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, general-leytenant ali hərbi rütbəsində xidmət edib. 2015-2018-ci illərdə qondarma "Dağlıq Qarabağın müdafiə naziri" vəzifəsində çalışıb. 113
4.
David Klimoviç Babayan David Klimoviç Babayan 1973-cü ildə doğulub. 2022-2023-cü illərdə qondarma "Dağlıq Qarabağın xarici işlər naziri", 2023-cü ildən isə qondarma "Dağlıq Qarabağ prezidentinin dövlət müşaviri" vəzifəsində çalışıb. 100.1, 100.2, 32.3, 114.1, 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10, 117.2-ci, 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4, 283.2.1 və 283.2.3
5.
Arayik Vladimiri Harutunyan Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 2007–2017-ci illərdə qondarma "Dağlıq Qarabağın baş işlər naziri", 2017–2018-ci illərdə "dövlət naziri", 2020-ci ildən isə qondarma "Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı" vəzifəsində çalışıb. 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218 və 279

Ruben Vardanyanın həbsi

[redaktə | mənbəni redaktə et]

Sentyabrın 27-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DTX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni gələn qondarma "Dağlıq Qarabağın Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycanın Ermənistan istiqamətində gələn zaman saxlanıldı.[1] Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularının müşayiəti ilə Bakı şəhərinə gətirildi.[1] Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verildi.[1]

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Ruben Vardanyan xarici dövlət vətəndaşı olduğu halda terror-təxribat əməlləri törədilməsi məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədinə qanunsuz daxil olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin qurulmasında, habelə idarələrə və ayrı-ayrı şəxslərə insanların öldürülməsinə və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi nəqliyyat vasitəsi və əsgəri ləvazimatla təchiz edilməsində rol alıb.[2] Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin qurulmasına maliyyələşdirib.[2] Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildi.[2]

Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı.[3] Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edildi və Ruben Vardanyan barəsində 4 aylıq həbs tədbiri seçildi.[3]

Davit Manukyanın həbsi

[redaktə | mənbəni redaktə et]

Sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanın Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edildiyini bildirdi. DTX məlumatında əldə olunmuş sübutlar əsasında, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.3 və 318.1-ci maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edildiyini bildirdi.[4] İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistanda anadan olmuş və orada qeydiyyatda olan, həmin dövlətin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycanın Qarabağ ərazisində cinayət əməllərini davam etdirdi, qondarma “Dağlıq Qarabağın Müdafiə Ordusu Komandanının birinci müavini” adı altında Azərbaycanın ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qurulmasında və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində rol alıb.[4]

Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı. Prosesdə təqdimat təmin edildi və Davit Manukyan barəsində 4 aylıq həbs tədbiri seçildi.[4]

Levon Mnatsakanyanın həbsi

[redaktə | mənbəni redaktə et]

Sentyabrın 29-da Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni gələn qondarma "Dağlıq Qarabağın müdafiə naziri" vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycanın Ermənistan istiqamətində gələn zaman saxlanıldı.[5] Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularının müşayiəti ilə Bakı şəhərinə gətirildi.[5] Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verildi.[5]

  1. 1 2 3 Dövlət Sərhəd Xidmətinin rəsmi internet səhifəsi. "Dövlət Sərhəd Xidmətinin məlumatı". www.dsx.gov.az (az.). 2023-09-20. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
  2. 1 2 3 DTX rəsmi internet səhifəsi. "Ermənistan vətəndaşı R.Vardanyan təqsirləndirilən şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunmuşdur". www.dtx.gov.az (az.). 2023-09-20. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
  3. 1 2 Azəri Press Agentliyi. "Ruben Vardanyan barəsində 4 aylıq həbs tədbiri seçilib". www.apa.az (az.). 2023-09-20. İstifadə tarixi: 20.09.2023.
  4. 1 2 3 DTX rəsmi internet səhifəsi. "Ermənistan vətəndaşı D.Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilmişdir". www.dtx.gov.az (az.). 2023-09-20. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.
  5. 1 2 3 Dövlət Sərhəd Xidmətinin rəsmi internet səhifəsi. "Dövlət Sərhəd Xidmətinin məlumatı". www.dsx.gov.az (az.). 2023-09-20. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.09.2023.