Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Pepe
Pepe — kişi adı. Pepe (futbolçu) — futbolçu. Pepe Romero — ispan gitarist.
Pide
Pide — Türk və Orta Şərq mətbəxlərində məşhur olan yastı bir çörək növüdür. == Çörək olaraq istifadəsi == Pide somun çörəklər kimi gündəlik süfrələrdə istifadə edilməsinin yanında kabab salonlarının imtina edilməz çörəyidir. Dönər, Adana kababı, İskəndər kababı kimi kabab yeməklərinin üzərinə dördbucaqlı şəklində kəsilmiş parçalar halında qoyularaq xidmət edilər. Pide xüsusilə Ramazan aylarında iftar və sahur süfrələrində seçilən bir çörək növüdür.
Piper
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Piper abajoense Bornst. Piper abalienatum Trel. Piper abbadianum Yunck. Piper abbreviatum Opiz Piper abellinum Trel. & Yunck. Piper aberrans C.DC. Piper abutiloides (Kunth) Kunth ex Steud. Piper achoteanum Trel. Piper achotense Trel.
Pize
Pize (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Cut, copy, paste
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
Chris Pine
Kris Payn(ing. Christopher Whitelaw Pine; d. 26 avqust 1980, Los-Anceles, ABŞ) — Amerikalı aktyor.
Jerar Pike
Jerar Pike — İspaniyanın "Barselona" klubunun,Sabiq Müdafiəçisi
Pape Diuf
Pape Diuf (18 dekabr 1951[…], Abeşe, Fransa Çadı[d] – 31 mart 2020[…], Dakar, Seneqal[…]) — Fransanın Olimpik Marsel FK-nın sabiq prezidenti. == Həyatı == 18 dekabr 1951-ci ildə Çadda doğulub. Pape Diuf 2005-2009-cu illərdə "Marsel"ə rəhbərlik edib. 31 mart 2020-ci ildə səhhətində nasazlıq olan 68 yaşlı Pape Diuf koronavirus xəstəliyinə yoluxduğundan Seneqalın paytaxtı Dakarda vəfat edib.
Pepe (futbolçu)
Kepel Laveran Lima Fereyra vəya Pepe (26 fevral 1983, Maseyo[d]) — Portu və Portuqaliya millisinin müdafiəçisi. Pepe əslən braziliyalı portuqal futbolçudur. == Klub karyerası == === Maritimo === Pepe 18 yaşında bu kluba gəldi. 2001/2002 mövsümünün ikinci hissəsində Portuqaliya 3-cü liqasında oynayan B komandasında oynadı. 20 yanvar 2002-ci ildə CSD qarşısında karyerasının ilk matçına çıxdı və 90 dəqiqə oyunda qaldı. Qısa vaxt ərzində A komandasının diqqətini çəkdi. 12 aprel 2002-ci ildə "Boavişta" ilə oynanan matçda oyuna start heyətdə çıxaraq ilk dəfə "Maritimo" formasını geyindi. 2002/2003 mövsümündə isə A komandasının dəyilməzlərindən oldu. 29 matçda oynayan futbolçu mövsümü 16 sarı və 2 qırmızı vərəqə ilə bitirdi.9 noyabr 2002-ci ildə "Braqa" ilə oynanan və "Maritimo"nun 3-0 qalib gəldiyi matçda karyerasının ilk qolunu atdı. Mövsüm bitdikdə Pepe "Sportinq Lissabon" ilə məşqlərə çıxmağa başladı.
Pide Nekuiye
Pide Nekuiye və ya Pidenkuiye İranın Kirman ostanının Ənbərabad məntəqəsində bir dağlıq məntəqədir. Bu sahədəki bəzi kəndlər 2006(1384 Hicri təqvimi| Hicri Şəmsi)ilin qışında bir qrup İran təhlükəsizlik quvvələr(kəşfiyyat agentləri)nin tərəfindən aşkar edilmişdir. İnsanları çılpaq və mağara adamıidilər və ağac yarpaqlar ilə qidalanırdırlar. Zuraki kəndi bu kəndlərin biridir ki əhalisi 2006(1384) ilinə qədər yeni dünya alətləri və konsepsiyalari (qəzet, teliviziya ,…) ilə tanış deyildirlər. Pide Nekuiye əhalisi farslardan ibarətdir və fars dilində danışırlar.
Piper betle
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper nigrum
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Xerard Pike
Jerar Pike — İspaniyanın "Barselona" klubunun,Sabiq Müdafiəçisi
Çarlz Piper
Çarlz Vankover Piper (ing. Charles Vancouver Piper; 16 iyun 1867, Viktoriya və ya ABŞ – 11 fevral 1926, Vaşinqton) — ABŞ botaniki.
İçli pide
İçli pide — pide çörəyi içinə qıyma və ya pendir qoyularaq sobada bişirildiyində öz başına istehlak edilə bilən başlı başına bir yemək olma xüsusiyyətini qazanar. Pidelər hazırlanmasında istifadə edilən içə görə müxtəlif adlarla tanınar: Qıymalı pide Pendirli pide Yumurtalı pide Sarımsaqlı pide Quşbaşlı pide (ətli pide) Qarışıq pide Göbələkli pendirli pide Pendirli pomidorlu pide Pide xəmiri lahmacun xəmirinə bənzəyir. Bu səbəblə bəzi restoranlar lahmacun və pide salonu olaraq ixtisaslaşırlar.
Piper anisodorum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper malarayatense
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper marianum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper nigricans
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Piper philippinense
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper pinguispicum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper potamogetonifolium
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper puberulinodum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Piper rotundum
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Piper rubroglandulosum
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Pivə
Pivə - taxıl (buğda, arpa və ya çovdar) və şərbətçiotu olan qarışığın qıcqırdılmasından alınan dünyanın ən çox içilən spirtli içkisidir. Qıcqırma prosesinin idarə olunması üçün mayadan (elmi adı Saccharomyces cerevisiae) istifadə edilir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir. Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır. Pivə həm sərinləşdirici, həm də alkoqollu içkidir. Bu içkinin digərlərindən fərqi istifadə olunan məhlulun tərkibindəki şəkərin miqdarının yüksək olub, proses zamanı heç bir distillə, yəni saflaşdırma mərhələsindən istifadə edilməməsindədir. Şərabın istehsalında şəkər kimi bitkillərdən alınma və heyvan mənbələrindən əldə edilmiş (bal) şəkərlərdən istifadə edildiyi halda, pivə üçün ilkin mənbə nişasta götürülür. == Tarixi haqqında == Pivə hələ qədim Misirdən, Babilistandan, Çindən məlum olan içkidir. Fərziyyələrə görə insanlar Misirdə buğda və arpanı ilk zamanlarda yalnız pivə bişirmək üçün əkib becəriblər, çörək bişirmək isə sonralar yaranıb. Qazıntılar zamanı Misirdə ən qədim pivə bişirmək resepti tapılmışdır.
PIP
Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər. == Partiyanın əsas liderləri == Ruben Berrios Manuel Rodríguez Orellana Fernando Martín María De Lourdes Santiago Juan Dalmau Ramírez Prof. Edwin Irizarry Mora Roberto Iván Aponte Dr.
Azərbaycanda pivə
Azərbaycanda pivə populyar alkoqollu içkilərdən biridir. Pivəni Azərbaycanda "narıncı qızıl" da adlandırırlar. Carlsberg Azərbaycan ölkədəki ən böyük pivə istehsalçısıdır. 2014-cü ilin məlumatına əsasən Azərbaycan pivə istehlakına görə müsəlman ölkələri arasında dördüncü yerdədir. 2020-ci ildə Azərbaycanda 54,7 milyon litr pivə istehsal olunub və Azərbaycandakı arpa ehtiyatlarının cəmi 0,96 %-i (13.203 ton) pivə istehsalına sərf olunub. == Tarixi == === 1868–1960 === Azərbaycanda pivə istehsalının əsası XX əsrdə Yelenendorfda yaşayan almanlar tərəfindən qoyulub. Yelenendorfdakı alman icmasına mənsub olan Forer qardaşları 1868-ci ildə pivə zavodu tikdiriblər. Zavodun illik pivə istehsal əvvəlcə cəmi 12 min litr idi. Vaxt keçdikcə Azərbaycanda pivəyə olan təlabat artmış və 1911-ci ildə zavodda 21.900 vedrə pivə istehsal olunmuşdur. Bu zavod gücünə görə XX əsrin əvvəllərində Zığda yerləşən Bakı pivə zavodundan sonra ikinci yeri tuturdu.
RIPE NCC
RIPE NCC (fr. Réseaux IP Européens və ing. Network Coordination Centre; İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu) — dünyadakı 5 regional internet-registratorundan (ing. Regional Internet Registries, RIRs) biri. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir hissəsinə xidmət edir. Məhz bu təşkilat Azərbaycan üzrə İnternet adların paylanması ilə məşğul olan qurumu müəyyənləşdirir. RIPE NCC-nin xidmət etdiyi region üzrə 70-dən artıq ölkədə 7038 üzvü var (2010).
Aster
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Bastı
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası[…] – 14 sentyabr 1321, Ravenna, Papa dövləti[…]) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. == Pastellər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 481.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. === Məşhurlaşması === 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Kasta
Kasta — İspan Amerikası və Filippində müstəmləkə dövründə İspan elitası tərəfindən yaradılmış və 17–18-ci əsrlərdə rəsmi olaraq mövcud olan iyerarxik irqi təsnifat sistemidir, hələ də fəal şəkildə istifadə olunur.
Bastet
Bast (Bastet, Baset, Ubasti və ya Pasht) Qədim Misirdə 𓎰𓏏𓏏 və bu dilin müasir davamı sayılan kopt dilində Ⲟⲩⲃⲁⲥⲧⲉ kimi yazılır. Bastet və ya Bast Misir mifologiyasındakı tanrıçalardan biridir. Per-Bast (yun. Bubastis, müasir Zaqazıq yaxınlığında), öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir . Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü.
Pikə Axundova
Pikə Axundova (Talıblı; 1984, Bakı) — Bəstəkar-pianoçu, pedaqoq, prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr və "Gənclər Mükafatı" laureatı. == Həyatı == Pikə Mirzəağa qızı Axundova (Talıblı) 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini 4 yaşında ikən anasından almış, daha sonra fortepiano ixtisası üzrə, 1989-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin hazırlıq, 1990-cı ildə isə 1-ci sinfinə daxil olmuşdur. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini 3 şöbə üzrə (fortepiano, bəstəkarlıq, nəzəriyyə) əla qiymətlərlə bitirmişdir. 2001-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq və fortepiano şöbələrinə qəbul olmuşdur. Bəstəkarlıq ixtisası üzrə akademik Arif Məlikov, fortepiano ixtisası üzrə isə Dilarə Mirzəquliyevanın sinfində təhsil almışdır. 2005-ci ildə Magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2007-ci ildə aspiranturaya qəbul olmuş və 2010-cu ildə yenə də fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində və G.Şaroyev adına 11 illik musiqi məktəbində bəstəkarlıq və fortepiano ixtisasları üzrə müəllim vəzifəsində çalışır. Bundan başqa Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.
Pivə qiyamı
Pivə qiyamı və ya Hitler-Lüdendorf qiyamı (alm. Hitler-Ludendorff-Putsch‎) — Münhendə 1923-cü il 9 noyabr tarixində Hitlerin rəhbərliyi altındakı nasional-sosialistlərin, "Kampfund" təşkilatı və general Lüdendorfun birgə səyi ilə təşkil edilmiş hakimiyyəti ələ keçirmək uğrunda uğursuz qiyam (putç). == Tarixi fon == 1920-ci illərin əvvəllərində NSDAP Bavariyada güclü təşkilatlardan birinə çevrilirdi. Partiyanın silahlı dəstələrinə Ernst Rem rəhbərlik edirdi. Partiyanın liderlərindən olan Hitler isə Bavariyada nəzərəçarpan və əhəmiyyətli şəxsə çevrildi. 1923-cü ildə Rur ərazisinin Fransa tərəfindən işğal edilməsi Almaniyada yeni gərginlik yaratdı. Əvvəlcə xalqı mübarizəyə səsləyərək ölkədə iqtisadi böhrana səbəb olan sosial-demokrat hökuməti, sonradan Fransanın tələblərini qəbul etməklə həm sağ təmayüllü qüvvələr, həm də kommunistlər tərəfindən tənqidlərə məruz qaldı. Bu şəraitdə nasistlər Bavariyada hakimiyyətdə olan sağ konservativ-separatçılarla ittifaqa girərək Berlindəki sosial-demokrat hökumətinə qarşı birlikdə çıxış etməyə qərar verdilər. Bavariya sağlarının rəhbəri və Bavariya torpağının diktator səlahiyyətlərinə malik olan komissarı fon Karr rəsmi Berlinin bəzi tələblərinə əməl etməkdən, xüsusilə də nasist dəstələrini buraxmaq və "Xalqın nəzarətçiləri" qəzetini (alm. Völkischen Beobachters) bağlamaqdan imtina etdi.
Xırdalan (pivə)
Xırdalan — Azərbaycanın məşhur pivə brendi. Xırdalan pivəsinin 2 növü vardır: Xırdalan klassik və Xırdalan Draft. == Tarixi == Xırdalan brendinin tarixi 2000-ci ilin əvvəlindən başlayır. Brend "Baltika-Bakı" zavodunun yerləşdiyi Xırdalan şəhərinin adının şərəfinə adlandırılıb. Bu gün "Xırdalan" ticarət nöqtələrinin 94%-də təqdim olunur və Azərbaycan Respublikasında liderlik etməyə davam edir. == Hazırlanması == Xırdalan ənənəvi reseptlə istehsal olunur - tərkibinə yalnız klassik inqrediyentlər: maya, mayaotu və su daxildir. "Baltika-Bakı" zavodunda quraşdırılmış müasir avadanlıq, pivəbişirənlərin ustalığı, o cümlədən ən yaxşı xammaldan istifadə Xırdalan pivəsini əlverişli qiymətə dəyişilməz yüksək keyfiyyət və əla dadla təmin edir. Xırdalan pivəsi Azərbaycan istehlakçılarının üstünlük verdiyi dadların nəzərə alınması ilə işlənib hazırlanmışdır. "Xırdalan Klassik" - Azərbaycanın ən populyar pivə brendidir, yalnız sudan, mayadan və mayaotundan istifadə etməklə pivəbişirmənin təmizliyi barədə gizli qanuna uyğun olaraq ənənəvi reseptlə bişirilmiş klassik açıq pivədir. Onun hazırlanması zamanı pivəyə nəcib acılığı verən acı mayaotu növlərindən istifadə olunur.
Yaponiyada pivə
Yaponiyada pivə (日本のビール, Nihon no biiru) ən populyar içkilərdən biridir və 2002-ci ilin məlumatına əsasən sakedən 5 dəfə çox istehlak edilir. Yaponiyada pivə istehsalı ilə məşğul olan əsas şirkətlər Asahi, Kirin, Sapporo və Suntory şirkətləridir. Bu şirkətlər yüngül pivələr istehsal etməyə üstünlük versələr də, bütün mümkün bazarlarda olmaq üçün xüsusi dadlar malik, mövsümi pivələr də istehsal edirlər. == Tarixi == Yaponiyada düyüdən fərqli bitkilərdən spirtli içkilərin alınma tarixi qədim olsa da, arpadan alınan spirtli içkilər ilk dəfə Qərb dünyası tərəfindən tanıdılıb. Yaponiyada ilk pivə zavodu 1870-ci ildə amerikalı Vilyam Koplend tərəfindən qurulmuşdur. Yaponiyada pivə istehlakının inkişafı hərbi tarixlə sıx əlaqəlidir. XX əsrin birinci yarısında məcburi hərbi xidmət zamanı şəhərətrafından olan bir çox oğlan pivə ilə tanış olmuşdurlar. İkinci dünya müharibəsindən sonra Yaponiyada başlayan işğal dövrü zamanı ABŞ əsgərləri pivəni daha da populyarlaşdırmışdılar. 1960-cı illərdən etibarən isə pivə Yaponiyada dayanmadan populyarlaşan içki olmuşdur. Pivə ABŞ-də aşağı sinif içkisi hesab olunsa da, Yaponiyada orta sinif içkisi kimi tanınır.
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. == Elmi əsərləri == Flora caroliniana. 1788. == Ədəbiyyat == Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Dəstə
Dəstə (taksonomik kateqoriya)
Paştet
Paştet (alm. Раstеtе‎) == Ərzaqlar == 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. == Hazırlanma qaydası == 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Poştə
Poştə (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Nəhre Poştə — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.