Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2-5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Çürütmə
Çürütmə Təbrizin ən dadlı və əski ənənəvi şiriniyyatlarından biridir ki onun hazırlanma qaydası Eris kimindir, ancaq Erisdən daha bərk və quru olmalıdır.Eramızda Çürütmənin az hazırlamasına görə Təbrizin az tapılan və bahalı şiriniyyatlarından biri sayılır.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Türmə
Həbsxana (ing. Prison) — Cinayət törətmiş və ya qanunsuz hərəkət törətməkdə təqsirli bilinən şəxslərin saxlanıldığı yer.
Bayırku yürüşü
Bayırku yürüşü – Qapağan xaqanın Doqquz Oğuzlardan Bayırkular üzərinə təşkil etdiyi və qələbə qazandığı son yürüşüdür. == Döyüşdən əvvəl == Göytürk imperiyası böyük siyasi qarışıqlıq içərisində idi. Tanq imperatoru Hsüan Tsunq Qapağan xaqanı tamamilə ortadan qaldırmaq ya da ələ keçirmək istəyirdi. Bu məqsədlə Göytürk dövlətində üç ayrı bölgədə olan və Tanq ilə daha əvvəllər ittifaq qurmuş olan türk boylarının öndərlərinə daha öncə də edildiyi kimi müxtəlif titullar və hədiyyələr təqdim edildi. Beləcə, türk boyları Göytürk xaqanlığına qarşı üsyan etmələri üçün təhrik edildilər. 709-cu ildə çiklər və qırğızlar, 711-ci ildə türkeşlər, 714-cü ildə də qarluqlar üsyan qaldırdı və üsyanlar bir-birinin ardıyca meydana çıxdı. Buna əlavə olaraq, Qapağan xaqanın mərhəmətsizcə bütün üsyanları yatırtması vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Bir çox türk boyu Tanq sülaləsinə sığındı. Hətta bir müddət sonra Qapağan xaqanın öz kürəkəni Aşidə Hu-lu da Tanqa bağlılığını bildirdi. == Döyüş == Üsyanlar ardı-ardına davam edərkən bu dəfə də Göytürk xaqanlığının onurğasını təşkil edən Doqquz Oğuzların üsyan etməsi dövləti çətin vəziyyətə saldı.
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi. Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər.
Qırmızıya sürüşmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Suğdak yürüşü
Suğdak yürüşü — Anadolu Səlcuqlu qüvvətləri tərəfindən Qara dənizin şimal sahillərinə təşkil edilən dəniz və quru yürüşüdür. == Haqqında == Monqolların Qıpçak ölkəsini işğal etmələrindən (1223) sonra, Qara dəniz ticarət yolunun təhlükəsizliyi sarsıldı. Digər tərəfdən, Trabzon Rum imperiyasının hakimiyyəti altındakı Suğdakın rum hakimləri də cənubdan gələn tacirlərin hücumlara məruz qalmasına göz yumduqlarında, Anadolu ilə Krım arasında ticarətin həcmi xeyli dərəcədə azaldı. Ticarət əlaqələri baxımından Qara dəniz yolunun açıq tutulmasına önəm verən Anadolu Səlcuqlu hökmdarı I Əlaəddin Keyqubad Sinopda qurdurduğu tərzanədə güclü donanma hazırlatdıqdan sonra Kastamonu uc bəyi əmir Hüsamətdin Çobana Sudak yürüşünə çıxmağı əmr etdi (1224) 20 min əsgər və yeni yaradılmış ilk Səlcuqlu donanması iilə Qara dənizə çıxan Hüsamətdin Çoban Krım sahillərinə çıxaraq, mühasirəyə aldığı Suğdakı rumlardan aldı. Rus-Qıpçaq birləşmiş ordusunun etdiyi hücumları da dəf edib, bütün bölgəni Anadolu Səlcuqlu dövlətinə birləşdirdi. Sudakı bölgənin mərkəzi edən Çoban şəhərə əsgərlər yerləşdirdikdən sonra geri döndü. Səlcuqluların bölgədəki hakimiyyəti buraların 1239-cu ildə monqollar ətərfindən ələ keçirilməsinə qədər davam etdi. Monqollar, qıpçaqları dilləri və mədəniyyətləri ilə oxşarlıqlarına işarə edərək onları tərk etməyə inandırdıqdan sonra Alanları məğlub etdilər. Buna baxmayaraq, qıpçaqlar sonradan məğlub oldular. Xan Kötenin rəhbərliyi altında qıpçaqlar Kiyevin Böyük Knyazlığına (Ruteniyalılar) qaçdılar, burada qıpçaqların bir neçə evlilik əlaqəsi oldu, bunlardan biri də Qalisiyanın Köten'in kürəkəni Mstislav Mstislaviç idi.Rutenlilər və qıpçaqlar monqollara qarşı ittifaq qurdular və onları tapmaq üçün Dneprdə görüşdülər.
Sürüşmə (1991)
== Məzmun == Film leninçi-bolşevik S.M.Kirovun Bakının ən uca yerində-Dağüstü parkda ucaldılmış möhtəşəm heykəlinin götürülməsi hadisəsi fonunda tarixi yaddaşımızın ağ ləkələrindən bəhs edir. == Film haqqında == Filmdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən və kino-foto sənədlərdən istifadə edilmişdir.
Səlib yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. == Arxaplan == Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Təbuk yürüşü
Təbuk yürüşü — Təbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. == Təbuk yürüşünün səbəbi == İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Xaç yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. == Arxaplan == Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Zigetvar yürüşü
Ziqetvar yürüşü (mac. Szigetvári csata, xorv. Bitka kod Sigeta və ya serb-xorv. Sigetska bitka, türk. Zigetvar Savaşı) - Osmanlının Macarıstana olan yürüşlərindən biri. Sultan Süleyman Qanuninin son səfəri. O, öldükdən sonra Sokullu Mehmed Paşa yürüşə başçılıq etdi. Yürüş 1566-cı ildə baş verib. == İstinadlar == == Mənbə == Lieber, Francis (1845). Encyclopædia Americana: A popular dictionary of arts, sciences, literature, history, politics, and biography.
Ziqetvar yürüşü
Ziqetvar yürüşü (mac. Szigetvári csata, xorv. Bitka kod Sigeta və ya serb-xorv. Sigetska bitka, türk. Zigetvar Savaşı) - Osmanlının Macarıstana olan yürüşlərindən biri. Sultan Süleyman Qanuninin son səfəri. O, öldükdən sonra Sokullu Mehmed Paşa yürüşə başçılıq etdi. Yürüş 1566-cı ildə baş verib. == İstinadlar == == Mənbə == Lieber, Francis (1845). Encyclopædia Americana: A popular dictionary of arts, sciences, literature, history, politics, and biography.
İraqeyn yürüşü
İraqeyn yürüşü — Osmanlı ordusunun şərqə doğru tərtiblənən ən böyük və ən uzun müddətli hərbi səfəridir. Səfər 2 mərhələdən ibarətdir. Birinci mərhələ 1534-cü ilin yayında baş tutmuş və İraq-i Əcəm adlanan İranın şimal-qərbinə yönəlmişdi. İkinci mərhələ isə 1535-ci ilin yazında başlamış, Bağdad və ətrafına yönəlmişdir. Buna görə də tarixi mənbələrdə İraqeyn (iki İraq) Səfəri adlanır. == Sultan Süleymanın I yürüşü == Mənbələrdə deyilir ki, Üləma bəy Osmanlı sultanını Azərbaycana və İraqa yürüş etməyə sövq edirdi. O, şahı əmin edirdi ki, indi şahın başlıca qüvvələri özbəklərin Xorasana basqınını dəf edirlər və sultanın qızılbaş qoşunlarının olmadığı ölkəni ələ keçirməsi çətin olmayacaqdır. 1534-cü ilin yayında Sultan Süleyman çox böyük ordu ilə Azərbaycana hərəkət etdi. Ordunun ön dəstəsini Sədrəzəm İbrahim Paşanın 90 min nəfərlik qoşunu təşkil edirdi. Üləma bəy 10 min nəfərlə irəli çıxarılmışdı.
Ölüm yürüşü
Ölüm yürüşü — etnik qrup mənsublarını və məhkumları uzun müddət ərzində kilometrlərlə piyada yeridərək məhf etmək taktikasıdır. Yürüşdə olanlara çox az yemək və su verilirdi. Nəticə olaraq isə aclıqdan, susuzluqdan və əksər hallarda yorğunluqdan taqətdən düşən əsirlər ölürdülər. Yürüşə qarşı çıxanlar, dincəlmək üçün dayananlar və huşunu itirənlər edam edilir və ya işgəncəyə məruz qalırdılar.
Qarabağ yürüşü
Qarabağ yürüşü — 2020-cı ilin 12-15 iyul tarixlərində Azərbaycanda Tovuz döyüşlərinin nəticələrinə görə başlayan aksiya. == Tarixi == 2020-cı il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun təmas xəttində yerləşən bölmələrini artilleriya atəşinə tutması nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olur. Üstəlik düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu da şəhid olur. Bunun ardından iyulun 14-ü saat 16:00 radələrində Sumqayıtda və Əhmədlidə “Qarabağ yürüşü” başlayır, burada yüzlərlə iştirakçı “Azərbaycan!”, “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!!” və "Sumqayıt, yatma, şəhidimiz var" kimi sözlər səsləndirdi. Sonra nümayişlər minlərlə iştirakçı toplayaraq Bakının digər bölgələrinə də yayıldı. İştirakçılara görə, təxminən 15 min nümayişçi var idi. Qız Qalasına çatdıqdan sonra nümayişçilər Şəhidlər xiyabanına yönəldilər. Saat 23: 30-da nümayişçilər Şəhidlər Xiyabanına çatdılar. Burada nümayişçilər "Ya Qarabağ ya ölüm!!" və "Karantin bitsin, müharibə başlasın!". Bu zamana qədər yürüş dinc xarakter daşıyır.
Sürüşmə gərginliyi
Sürüşmə gərginliyi və ya kəsmə gərginliyi: Ümumi simvol: τ BS-də vahidi: paskal Digər kəmiyyətlərdən alınması: τ =F/A Kəsmə gərginliyi (çox vaxt τ ( yunanca : tau ) ilə işarələnir) material kəsiyi ilə paralel gərginliyin tərkib hissəsidir. O, materialın kəsişməsinə paralel qüvvə vektorunun komponenti olan kəsmə qüvvəsindən yaranır. Normal gərginlik, əksinə, təsir etdiyi materialın kəsişməsinə perpendikulyar olan qüvvə vektor komponentindən yaranır. == Ümumi kəsmə gərginliyi == Orta kəsmə gərginliyini τ və ya vahid sahəyə düşən qüvvəni hesablamaq üçün düstur: τ =F/A burada: F = tətbiq olunan qüvvə;A = en kəsiyi sahəsi. İştirak edilən sahə, tətbiq olunan qüvvə vektoruna paralel olan maddi üzə, yəni qüvvəyə perpendikulyar səthin normal vektoru ilə uyğun gəlir.
Sintetik hürmə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Türmə işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vaşinqtona yürüş
İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200–300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş. Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir. Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi. Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.
Burime
Burime (fr. bouts-rimés — "qafiyəli sonluqlar") — əvvəlcədən verilmiş qafiyələrə və ya mövzulara uyğun zarafatcıl şeirlərin yazılmasından ibarət olan ədəbi oyun. Burimenin yaradılmasını 17-ci əsr fransız şairi Dülonun adı ilə bağlayırlar. Menagianaya görə, 1648-ci ildə Dülo şikayətlənir ki, onun şeirləri olan kağızıarı, 300 sonetini oğurlayıblar. Ətrafdakıların onun bu qədər çox şeir yazmasına təəccübləndiyini görəndə isə, bildirir ki, onlar hazır şeirlər deyildi, sadəcə qafiyələr idi.
Yutube
YouTube (azərb. Yutub‎) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır. "Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır. == Tarixi == Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir. YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır. == İş sistemi == YouTube video formatı olaraq Flash Video Formatı (*.
Albiqoy səlib yürüşü
Albi müharibələri və ya Albiqoy (Katar) səlib yürüşü — Lanqedok əyalətində katar təriqətinin kökündən ləğv edilməsi məqsədi ilə Roma-Katolik kilsəsinin təşəbbüsü ilə keçirilən səlib yürüşləri. Roma papası III İnnokentinin katar hərəkatının dayandırılması təşəbbüsü yerli ruhanilərə və feodallara təsir etmədikdən sonra, o silah gücünə əl atmağa qərara gəldi. 20 il çəkən bu səlib yürüşü ərzində azı 1 milyon adam öldürüldü. Albiqoy səlib yürüşü Dominikan ordeninin və inkvizisiyanın təsis olunmasında, katolik kilsəsinin bidətlə mübarizəsində güclü vasitə olmasında əsas rol oynadı. Bəzi tədqiqatçılar Albiqoy yürüşünü Avropada ilk düşünülmüş soyqırım hesab edirlər. == Müharibənin səbəbləri == XII əsrin sonlarından etibarən Fransada aparılan mərkəzləşdirmə siyasətinin gedişində şimal əyalətlərinin cənuba qarşı apardığı müharibə. Cənub əyalətlərinin iqtisadi cəhətdən çox güclü olması şimal əyalətlərinin cənubu iqtisadi cəhətdən asılı hala salmasına mane olurdu. Cənubda yayılmış, öz xüsusiyyətlərinə görə şəhərlilərin mənafeyini müdafiə edən Valdenslərlə Katarlar təriqətinin Papa III İnnokenti tərəfindən bidətçi elan olunması bu müharibənin başlanmasını daha da sürətləndirdi. == Albiqoyçular hərəkatı == Cənubi Fransa şəhərlərinin tərəqqi etmiş iqtisadi vəziyyəti və onların siyası müstəqilliyi bu şəhərlərdə ictimai ziddiyətlərin qüvvətlənməsinə və kəskin məfkurə mübarizəsinə səbəb oldu.Bu özünü cənub vilayətlərində valdenslər və katarların təriqətçı təlimlərinin yayılmasında büruzə verdi.Bu təlimlər anti-feoadal xüsusiyyətə malik idilər.12-ci əsrin ortalarında onları ümumi adla-“Albiqoyçular” (təriqətlərin baş şəhəri Albi şəhərinin adı ilə) adlandırmağa başladılar.Albiqoyçular bu dünyanı və katolik kilsəsinin özünü şeytan əməli hesab edirdilər , əsas kilsə ehkamlarını rədd edirdilər , kilsə iyerarxiyası , kilsə torpaq sahibliyi , və desyatinin ləgv olunmasını tələb edirdilər.Dini örtük halında şəhərlərin daha da inkişafına mane olan feodallara qarşı , ilk növbədə , katolik kilsəsinə qarşı mübarizə başlamışdı.Albiqoyçuların əsas kütləsi şəhərlilər idi.Lakin onlara xüsusilə hərəkatın əvvəlində , kilsənin torpaq sərvətinə göz dikən cəngavərlər və əyanlar da qoşulmuşdular.Tuluza qrafı Raymond da albiqoyçulara meyl edirdi. == Müharibənin başlanması == Kilsə hələ 12-ci əsrin 70-ci illərində təriqətin qarşısını almağa cəhd göstərdi.Lakin bu uğursuzluqla nəticələndi.Onun təsiri Şimalı Fransada , habelə bəzi Qərbi Avropa ölkələrində də hiss olunmağa başladı.1209-cu ildə Papa III İnnokenti albiqoyçulara qarşı Şımalı Fransa yepiskopları və onların vassallarının Papa nümayəndəsinin başçılığı altında “xaç yürüşü” təşkil edə bildi.Varlı cənub şəhərlərinin hesabına varlanmaq niyyətinə düşən Şımalı Fransa cəngavərləri yürüşdə həvəslə iştirak etdilər.Onlardan biri-Baron Simon de Monfor yürüşün hərbi başçısı oldu.Mərdliklə müqavimət göstərmələrinə baxmayaraq bir çox cənub şəhərləri (Bezye , Karkasson və s ) alındı və qarət olundu.Əhali isə qilincdan keçırıldı.Müre yaxınlığındakı vuruşmada (1213) xaçlılar həlledcı qələbə qazandılar.Tuluzalı Raymond yalnız Tuluza , Nim , Boker və Ajanı öz əlində saxlaya bildi , başqa şəhərlərdə isə Monfor hökmranlıq edirdi.O, həlak olduqdan sonra (1218) Cənubi tabe etmək etmək uğrunda müharibəyə fransa kralı VIII Ludovikin özü qarışdı.1224-cü ildə və 1226-cı illərin uğurlu yürüşləri nəticəsində o , Tuluza qraflığını və Aralıq dənizi sahil boyu torpaqların bir hissəsinin (1229) kral mülklərinə birləşdirdi.Cənub-qərb qraflıqları müstəqilliklərini saxladılar.
Alman səlib yürüşü
Alman səlib yürüşü, həmçinin Reynland qırğınları (ivr. ‏גזירות תתנ"ו‏‎) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır. Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir. == Tarixi == Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir. İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Urumi
Urumi (sinh. ethunu kaduwa; malaya. uṟumi; hind. āra) – əyilgən və qamçıyaoxşar tiyəsi olan hind qılıncı. Hindistanın Kerala ərazisində yaranmışdır. Bu qılınc növünün ilk dəfə Sanqam dövründə hazırlandığı düşünülür. Urumi polad qamçı hesab olunur və ondan istifadə etmək üçün xeyli təcrübə tələb olunur. Buna görə hind döyüş sənətlərində urumi ən sonda öyrənilən silahlardan biridir. == Etimologiya == "Urumi" sözü bu silahın malayalam dilindəki adıdır və silah ən çox bu adla tanınır. Malayalam dilində bu silaha "çuttuval" da deyilir.
Yurse
Ürse (fr. Urçay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03293. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 287 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qurum
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
Yusuke Minaqava
Yusuke Minaqava (d. 9 oktyabr 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Yusuke Omi
Yusuke Omi (d. 26 dekabr 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.