Qarabağ yürüşü[1] — 2020-cı ilin 12-15 iyul tarixlərində Azərbaycanda Tovuz döyüşlərinin nəticələrinə görə başlayan aksiya.
Qarabağ yürüşü | |
---|---|
Yer | Azərbaycan |
Tarix | 14 iyul 2020 |
Səbəb | Tovuz döyüşləri zamanı Azərbaycan ordusunda əsgər və yüksək rütbəli zabitlərin itkisi əlaqədar etirazlar |
Vikianbarda əlaqəli mediafayllar |
2020-cı il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun təmas xəttində yerləşən bölmələrini artilleriya atəşinə tutması nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhid olur. Üstəlik düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu da şəhid olur.[2] Bunun ardından iyulun 14-ü saat 16:00 radələrində Sumqayıtda[3] və Əhmədlidə[4] “Qarabağ yürüşü” başlayır, burada yüzlərlə iştirakçı “Azərbaycan!”, “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” və "Sumqayıt, yatma, şəhidimiz var!"[5] kimi sözlər səsləndirdi. Sonra nümayişlər minlərlə iştirakçı toplayaraq Bakının digər bölgələrinə də yayıldı.[6] İştirakçılara görə, təxminən 15 min nümayişçi var idi. Qız Qalasına çatdıqdan sonra nümayişçilər Şəhidlər xiyabanına yönəldilər. Saat 23: 30-da nümayişçilər Şəhidlər Xiyabanına çatdılar.[7] Burada nümayişçilər "Ya Qarabağ, ya ölüm!"[8] və "Karantin bitsin, müharibə başlasın!".[8] Bu zamana qədər yürüş dinc xarakter daşıyır.
İlkin nümayişlərdən sonra bir qrup Milli Məclisə yürüş təşkil edir.[9] Milli Məclisin birinci mərtəbəsində toplaşan nümayişçilər bir sıra parlament əmlakına 22.150 manat dəyərində ziyan vurmuşlar.[10] Polis nümayişçiləri binanı tərk etməyə çağırır. Ardından polis nümayişçiləri parlament binasından çıxarır.[11]
Ölkə xaricində olan bir sıra şəhərlərdə (Berlin, Kaliforniya, Paris, Moskva) etirazlar başlayıb. Londonda isə Ermənistan öz səfirliyi etiraz olunakən Azərbaycan tərəfdən insanlar ilə toqquşması ilə nəticələnib.