Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yelpik
Yelpik — sərinləmək və hava axını təmin etmək üçün istifadə edilən qatlanan və qatlanmayan növləri olan əl vasitəsi. Qatlanmayan yelpiklər sabit bir yarpaqla bir sapdan meydana gələr. Qatlanan yelpiklər, bir uclarından sancaqla bir-birinə bərkidilmiş yastı kiçik sütunu vardır. Sütunların üstünə yelpiyin açılıb bağlanmasına imkan verəcək şəkildə qatlanan bir parça ya da kağız yapışdırılır. == Mənbə == Rhead, G. Wooliscroft.
Yelpin
Allüvial yelpik
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Yelpin (Dərələyəz)
Yelpin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Yelbis
Yelbis - türk və altay mifologiyasında dağ qızları. Yelbiz də deyilir. == Xüsusiyyətləri == Müqəddəs dağın iki qızına verilən addır. Bu dağın adı isə Yalbuz və ya Albuzdur. İran mifologiyasında Elbürz dağı deyilər. Yelbiz sözü eyni zamanda ruh, cin kimi mənalara gəlir. Yelbi adı verilən müqəddəs gücə sahibdirlər. Altaylılar "Abu Kaan" dağının qızlarına bu adı verərlər. Onlar, "Yelbi" deyilən gücə sahib olduqlarını üçün bu adı almışlardır. X və XI əsrlərdəki gürcü mənbələrində Qafqaz dağlarının adı "Yalbuz-Albuz" olaraq keçər.
Yolpaq
Yolpaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Yolpaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yolpaq kəndi Muzdurlar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yolpaq kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini miskinli tayfasına mənsub ailələr Yolpaq adlı yerdə salmışlar. Tədqiqatçılar bu oykonimi qırğız dilindəki çolpaq (çöl, düzənlik, hamar yer) coğrafi termininin variantı hesab edirlər. Xalq etimologiyasına görə, kəndin adı Yelpaq olub, "yel tutan yer" deməkdir. Azərbaycan dilində "başıkəsik ot, kol" mənasında yol/yolpan, "dağıtmaq, dağınıq hala salmaq, qoparmaq" mənalarında yolpalamaq sözləri işlənir. Görunür, kənd qırılmış, kəsilmiş, hamarlanmış kolluq yerdə salındığı üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 611 nəfər əhali yaşayır.
Kelpi
Kelpi (ing. Kelpie) — Şotlandiyada göllərdə və hovuzlarda yaşayan və formasını dəyişən su ruhuna verilən ad. Adətən at kimi təsvir olunsada, insan şəklini də qəbul edə bilər. == Etimoloqiya == Kelpi sözünün etimologiyası Şotland german dilində qeyri-müəyyən olsa da, Şotland kelt dilindəki calpa ("düyə") ya cailpeach ("sıpanı") sözündən əmələ gəlməsi təxmin olunur. Sözün ilk qeydə alınması Uillyam Kollinsin qəsidəsində, 1759-cu ildən əvvəl təxmin olunur. == Lox Ness == Demək olar ki, hər böyük Şotlandiya sularının kelpi ilə bağlı bir hekayəsi var, lakin ən geniş məlumatlı olan Lox Ness gölüdür. == Bədii təsviri == 2013-cü ilin oktyabrında Folkirkdə yerləşən Fort və Klayd Kanalında heykəltaraş Endi Skott tərəfindən Kelpi atları ucaldılmışdır.
Yelvi
Anton Delviq
Anton Antonoviç Delviq (rus. Анто́н Анто́нович Де́львиг; 6 (17) avqust 1798[…] və ya 17 avqust 1798, Moskva[…] – 14 (26) yanvar 1831[…], Sankt-Peterburq[…]) — rus yazıçısı və şairi, nəşriyyatçı. == Həyatı == Anton Delviq Moskvada general-mayor ailəsində anadan olmuşdur. 1817-ci ildə Sarskoe selo litseyini bitirmişdir. Aleksandr Puşkinin yaxın dostu və məsləkdaşı olmuşdur. 1825-ci ildə "Şimali çikəkləri" almanax və "Literaturnaya qazeta" 1830–1831-ci illərdə A. L. Puşkin ilə birgə qazetini nəşr etmişdir. İdillik şerlər, sonetlər, rus xalq mahnıları ruhunda nəğmələr yazmışdır. Yaradıçılığında romantic əhvali – ruhiyyə, dostluq və məhəbbətin tərənnümü əsas yer tutur. 1811-ci ildə Cerkoselski liseyinə daxil olmuş. O, orada zəif oxuyurdu, amma o tez şeir yazmağa başlamışdır.
Anton Yelçin
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989, Leninqrad – 19 iyun 2016[…], Studio City[d], Kaliforniya və ya Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb. == Həyatı == Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir.
Volfqanq Helbiq
Volfqanq Helbiq (alm. Wolfgang Helbig‎; 2 fevral 1839, Drezden – 6 oktyabr 1915 və ya 5 oktyabr 1915, Roma) — ömrünün çox hissəsini İtaliyada keçirən Almaniya antikşunası, arxeoloqu və sənət əsərləri satıcısı. == Həyatı == Drezdendə anadan olmuşdur və burada oxumuşdur. daha sonra Göttingen və Bonn universitetlərində klassik filologiya və arxeologiya üzrə təhsil almışdır. Almaniya Arxeoloji İnstitutunun təqaüdçüsü kimi iki ilini Romada keçirdi. İtaliya, Fransa və Yunanıstan üzrə çoxlu səyahətlər etmişdir, Şimali Afrika və Rusiyada olmuşdur. Rus knyaginyası və Listin şagirdi olmuş pianoçu Nadejda Şaxovskaya (1847—1922) ilə evlənmişdir. Cütlük Romada yaşayırdı və Helbiq burada Almaniya Arxeoloji İnstitutunun ikinci katibi, universitet professoru, cənubi Etruriya arxeoloji qazıntılar komissarı və Dei Linçei Akademiyasının üzvü kimi fəaliyyət göstərirdi. == Nəşrləri == Əsas əsərləri aşağıdakılardır:: «Wandgemälde der vom Vesuv verschütteten Städte» (Лейпциг, 1864); «Untersuchungen über die kampanische Wandmalerei» (1873); «Die Italiker in der Po-Ebene» (1879); «Das homerische Epos aus den Denkmälern erläutert» (Лейпциг, 1884—87); «Die Kampanische Wandmalerei»; «Altital. Kultur- und Kunstegeschiche» (1879).
Yollıq xaqan
Yollıq xaqan — İkinci Göytürk xaqanlığının V xaqanı. == Hakimiyyəti == İlk adı İcan olmuşdur. Taxta keçdikdən sonra Yollıq xaqan adını almışdır. Orxon abidələrini qoyduran şəxsdir. Çinlə sülh münasibətləri yürütmüş. 739-cu ildə gözlənilmədən ölmüşdür.
Yolpaq bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İvana Yelçiç
İvana Yelçiç (d. 16 mart 1980; Mostar, Bosniya və Herseqovina) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == İvana Yelçiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Cəliq (Qışlaq)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 16 nəfər yaşayır (6 ailə).
Cəliq (Əhər)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (9 ailə).
Yeliz Yılmaz
Yeliz Yılmaz (d. 19 avqust 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Yılmaz, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yeliz Yılmaz, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Yeliz Özəl
Yeliz Özəl (d. 6 mart 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Özəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yeliz Özəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Cüli Delpi
Cüli Delpi (ing. Julie Delpy; 21 dekabr 1969) — fransız-amerikalı aktrisa, rejissor, bəstəkar və müğənni. O, Nyu-York Universitetinin nəzdində olan Tiş İncəsənət Məktəbində kino təhsili alıb. Cüli o vaxtdan bəri 30-dan çox filmə çəkilib. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Europa Europa", "Voyager", "Three Colours: White", "Əvvəl" trilogiyası, "An American Werewolf in Paris" və "2 Days in Paris" filmləridir. Cüli üç "Sezar", iki "Onlayn Film Tənqidçiləri Cəmiyyəti" və iki "Oskar" mükafatına namizəd olub. O, 1990-cı ildə ABŞ-a köçmüşdür. 2001-ci ildə ABŞ vətəndaşı olmuşdur. == Həyatı == Cüli Delpi Parisdə anadan olub. Albert Delpi və Mari Pilletin yeganə övladıdır.
Bayram Yeli
Vədə Yeli – Azərbaycanda bayramdan qabaq əsən yeldir. Bu yelin əsməsi önəmli bir hadisə sanılır. Azərbaycan folklorunda bu yelin əsməsindən yeddi-on gün sonra, ilin təhvili (köhnə ilin təzə ilə dəyişilməsi) sanılır. Ona görə də, onu “bayram yeli”, və ya “vədə yeli” (müjdə verən yel) adlandırırlar. == Bayram yeli folklorda == Bayram yelinin, başqa yellər (ağyel, meh) kimi olsun deyə, müəyyən bir xarakteri yoxdur, ancaq onun hadisələnməsi önəmli sayılır. Çünki qasırğa olduqda hər şeyi dəyişər. Xalq inanır ki, bu yel əsəndə “halal üşüməz amma haram üşüyər!” (halal ətli heyvanlar üşüməz amma haram ətli heyvanlar üşüyər!). İnsan da haram ətli olduğu üçün bu yeldə üşüyər. == ‌Bayram yeli Azərbaycan ədəbiyatında == Burada, örnək olaraq, Şəhriyar`ın Heydərbaba`sından bir bənd verilir: == İstinadlar == == Həmçinin bax == Meh Qaraçuxa (roman), Nasir Mənzuri.
Dan yeli
Dan yeli – Kamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir. == Məzmun == Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.
Hans fon Eyler-Helpin
Hans Karl Avqust Simon fon Eyler-Helpin (isv. Hans Karl August Simon von Euler-Chelpin; 15 fevral 1873, Auqsburq, Almaniya imperiyası — 6 noyabr 1964, Stokholm, İsveç) — İsveç biokimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (1929). Leonard Eylerin nəslindəndir, Ulf fon Eylerin atasıdır. == Həyatı == Eyler-Helpin 1873-cü ilin fevralın 15-də Almaniyada Auqsburqda anadan olmuşdur. Riyaziyyatçı L.Eylerin nəslindəndir. 1895-ci ildə Berlin Universitetini bitirmişdir. 1896-1897-ci illərdə Qettingen Universitetində V.F.Q. Nernstin və Berlin universitetində Y.X. Vant-Hoffun rəhbərliyi altında, 1897-ci ildən Stokholm universitetində işləyir. 1906-cı ildən Stokholm Universitetinin professoru olur. 1929-1937-ci illərdə bu universitetin Biokimya İnstitutunun direktoru, 1938-1948-ci illərdə Üzvi Kimya İnstitutunun direktoru və eyni zamanda 1940-cı ildən Vitamin İnstitutunun direktoru olmuşdur. Əsas işləri biokimyəvi proseslərin mexanizmlərinin öyrənilməsinə həsr olunub.
Üç Elig xaqan
Üç Elig xaqan (烏質勒) — Türgiş tayfalarının başçısı idi. Aşina Kuşrakın dövründə Bağa Tarxan titulu daşıyırdı. == Hakimiyyəti == Öncəki həyatı barədə çox məlumat yoxdur. 699-cu ildə oğlu Çjen-i Çanqana göndərmişdi. 703-cü ildə Suyab şəhərini ələ keçirərək Aşina Kuşrakı qovmuşdu. Sarı türgişlər və qara türgişləri birləşdirərək tululardan da kömək alan Üç Elig özünü xaqan elan etdi. Hər biri 7 min əsgərdən ibarət 20 sərkərdəsi vardı. 706-cı ildə ona Çin titulu olan Xuaydeçunvanq (怀德郡王) titulu verilmişdi. == Ölümü == 706-cı ildə xəstələnmiş, 708-ci ildə vəfat etmişdir.
Yeli-i Süfla (Kəleybər)
Yeli-i Süfla (fars. يلي سفلي‎) və ya Aşağı Yeli - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (40 ailə).
Yeli-i Ülya (Kəleybər)
Yeli-i Ülya (fars. يلي عليا‎) və ya Yuxarı Yeli - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (35 ailə).