Yolpaq

YolpaqAzərbaycan Respublikasının Goranboy rayonunun Yolpaq kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yolpaq kəndi Muzdurlar kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yolpaq kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Yolpaq
40°43′26″ şm. e. 46°37′37″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 611 nəf. (2009)
Xəritəni göstər/gizlə
Yolpaq xəritədə
Yolpaq
Yolpaq

Yaşayış məntəqəsini miskinli tayfasına mənsub ailələr Yolpaq adlı yerdə salmışlar. Tədqiqatçılar bu oykonimi qırğız dilindəki çolpaq (çöl, düzənlik, hamar yer) coğrafi termininin variantı hesab edirlər. Xalq etimologiyasına görə, kəndin adı Yelpaq olub, "yel tutan yer" deməkdir. Azərbaycan dilində "başıkəsik ot, kol" mənasında yol/yolpan, "dağıtmaq, dağınıq hala salmaq, qoparmaq" mənalarında yolpalamaq sözləri işlənir. Görunür, kənd qırılmış, kəsilmiş, hamarlanmış kolluq yerdə salındığı üçün belə adlandırılmışdır.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 611 nəfər əhali yaşayır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  3. Yolpaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]