Dan yeli

Dan yeliKamal Yaşarın rejissorluğu ilə 2019-cu ildə çəkilmiş qısametrajlı Azərbaycan filmi. Müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Film "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilmişdir.

Dan yeli
Filmin posteri.
Filmin posteri.
Janr müharibə
Rejissor Kamal Yaşar
Prodüser Müşviq Hətəmov
İcraçı prodüser Tofiq Musayev
Ssenari müəllifi Türkan Zamanova
Operator Əli Sultanov
Bəstəkar Azər Hacıəsgərli
Rəssam Arif Niftiyev
İstehsalçı Azərbaycanfilm
Müddət 35 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2019
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Ermənistanla cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanlardan bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı "Qaqaş" adlı oğlandır. Onun əsas məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim isə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir.[1]

Heyət[redaktə | mənbəni redaktə et]

Filmin quruluşçu rejissoru Kamal Yaşar, ssenari müəllifi Türkan Zamanova, operatoru Əli Sultanov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərli, ikinci rejissoru Elman Şeydayev, icraçı prodüseru Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.[1] Filmdə əsas rolları Rasim Cəfər, Məhəmməd Şəmmədzadə və Kəbirə Həşimli canlandırmışdırlar.[2]

İstehsal[redaktə | mənbəni redaktə et]

Filmin ilk rejissoru başqa şəxs olsa da, o film üzərində işləməkdən imtina edib və filmin rejissorluğuna Kamil Yaşar keçib.[3] İlkin ssenaridə filmin adı "Protez" idi. O, 2 ay boyunca filmin ssenarisi üzərində işləyib, ssenari üzərində xeyli dəyişikliklər apararaq "müharibəsiz müharibə" filmi çəkməyə çalışmışdır.[4][5] Rejissor bu filmi çəkdiyi filmlər arasında ən bəyəndiyi filmi olduğunu bildirmişdir.[5]

Filmin çəkilişləri dörd ay davam edib və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilib.[1]

Qəbul[redaktə | mənbəni redaktə et]

Filmin ssenaristi Türkan Zamanova 2019-cu ild baş tutmuş X Bakı Beynəlxalq Qısa Film Festivalında "ən yaxşı ssenari" kateqoriyasının qalib olmuşdur.[6] Film 2019-cu ildə Milli Kino Günü münasibətilə Nizami kinoteatrında, eləcə də, 2020-ci ildə baş tutmuş "Azərbaycan ailəsi" film festivalında nümayiş etdirilmişdir.[7][8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Müharibədən əziyyət çəkən insanlar haqda film - "Dan yeli"". Sputnik (az.). 14 iyun 2019. 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  2. "Dan yeli" müharibə, sevgi və fədakarlıqdan bəhs edir". Mədəniyyət Nazirliyi (az.). 5 iyun 2019. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  3. "KAMAL YAŞAR: "Böyük məsələləri dəyişmək üçün gərək hamı özünü fəda etsin"". Fraza.az (az.). 29 iyun 2023. 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  4. "Radio aparıcısı: "Efirdə roman da oxuyacağıq..." - Müsahibə". Teleqraf (az.). 8 oktyabr 2019. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  5. 1 2 ""Film çəkmək üçün 22 gün İraq çöllərində qaldım, çadırlarda yatdım"". Üç Nöqtə (az.). 24 iyun 2019. 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  6. "10. Festival / Yerli müsabiqə". Bakı Beynəlxalq Qısa Film Festivalı (az.). 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  7. "Pirallahı rayonunda "Azərbaycan ailəsi" film-festivalı çərçivəsində "Dan yeli" filmi nümayiş etdirildi". Pirillahı rayonu (az.). 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  8. "Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunan tədbir keçirilib - FOTO". Report (az.). 2 avqust 2020. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.