Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Portu
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Yoru
Aleatiko sortu
Aleatiko sortu — İtaliyanın üzüm sortudur. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort İspaniya, Fransa, Ukraynada, Orta Asiya respublikalarında geniş əkilib-becərilir. Sort Qərbi Avropa sortları qrupuna (convar orentalis subconvar occidentalis Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 12–16 sm, eni 11–15 sm), dəyirmi, bəzən oval formada, zəif yarılmış, 3–5 dilimlidir. Ayanın müstəvisi nisbətən düz, üzəri hamar olub, tünd-yaşıl rəngdədir. Yuxarı kəsikləri açıq, yaxud bağlı olub, tam bağlı, ellipsvari, yumurtavari formada, yaxud açıq, qayışşəkilli və ya liraşəkillidir. Aşağı kəsikləri girintili bucaq şəklindədir, yaxud izi görünür. Saplaq oyuğu bağlı, iti dibli, ellipsvari, bəzən açıq oxvari, liraşəkilli, yaxud enli-tağşəkillidir.
Aliqote sortu
Aliqote sortu — Fransanın yerli üzüm sortudur. Sort Avropanın 17 ölkəsində və ABŞ-da geniş əkilib-becərilir. Dünyanın üzümçülük ölkələrində 80 min hektara qədər əkin sahəsi vardır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən sarı rəngdədir. Sort Qərbi Avropa sortları qrupuna (convar occidentalis Negr.) mənsubdur. Aliqote sortu Azərbaycan ərazisində XIX əsrin sonlarından əkilib-becərilir. == Yarpaqları == Yarpaqları orta ölçüdə, yaxud iri (uzunluğu 14-20 sm, eni 13-19 sm), dəyirmi formada, ayası dilimsiz, yaxud 5 dilimlidir. Yuxarı və aşağı kəsiklərinin izi görünür, yaxud girintili bucaq şəklindədir. Dilimlərin ucundakı dişciklər enli, iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə tərəfləri nisbətən qabarıq üçbucaqşəkilli-mişarvaridir.
Arzular tortu
Ayerşekke tortu
Ayerşekke (alm. Eierschecke‎ — "яичный шекке")-Alman tortu olub, kəsmikli xəmirdən və alma içliyindən, kəsmik və xaş-xaşın qarışığından ibarətdir. Tarixi Saksoniya və Trürinqindən gəlir. == Adı == Şekke-kişi geyim aksesuarı olub, XIV əsrə aiddir. Belə ki, üç hissədən ibarət kəmərli gödəkçədir. Yuxarı, orta və aşağı hissə. Necə ki, bu tortda üç hissədən ibarətdir. Ayerşekkenin yuxarı hissəsi yumurtalı olub, yumurtanın sarısı, kərə yağ, şəkər tozu, vanil və yumurtanın ağından ibarətdir. İkinci qat özündə vanilli kəsmikli, yumurtalı, kərə yağlı, şəkər tozlu və südlüdür. Tortun əsasını isə üçüncü kəsmikli xəmirdən ibarətdir.
Bal tortu
Battenberq tortu
Battenberq və ya Battenburq tortu cemli parçalar ilə örtülmüş yüngül bir tort növü. == Mənşəyi == Əvvəllər Battenburq tortu "Domino tortu"(Aqnes Bertha Marşalın resepti, 1898), "Neopolitan ruleti"(Robert Uels, 1898) və ya "Kilsə pəncərəsi tortu" kimi adlanıb. Tort kraliça Viktoriyanın nəvəsi Şahzadə Viktoriyanın 1884-cü ildə Battenberq şahzadəsi Luizlə nigahı şərəfinə bu adı alıb.
Biskvit tortu
Buççellato tortu
Buççellato (it. buccellato) — Siciliyanın yumru tortudur == Haqqında == Hansı ki, xaç atasının öz xaç oğulluğuna vəftiz günündə verir. Tortun çox iri olması vacibdir. Çünki xaç suyuna salınan uşağa tort nə qədər iri olsa daha çox uğur gətirmiş olacaq. Tortun içərisinə təbii və konservləşdirilmiş meyvələr, müxtəlif çərəzlərdə qatılır. Bu tortun bənzəri yalnız anis əlavəli İtaliyanın Lukka şəhərinin məşhur desertidir.
Həməşərə sortu
Həməşərə sortu - Azərbaycanın ən qədim üzüm sortudur. Qiymətli yerli texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 62,7%; bar əmsalı 0,76; məhsuldarlıq əmsalı 1,20; salxımların sayı 34 ədəd; salxımların orta kütləsi 256 qr; məhsuldarlığı 8,6 kq; hektardan məhsuldarlıq 191,1 s/ha təşkil edir. Sort Qara dəniz hövzəsi qrupuna (convar pontica Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 14-18 sm, eni 13-17 sm), dəyirmi formada olub, 5 dilimlidir. Ayanın kəsikləri dərindir. Səthi torşəkilli qırışıqlı olub, tünd-yaşıl rəngdədir. Alt səthi isə nisbətən açıq rəngdədir.
Kosmos tortu
Kosmos tortu-Qlazurlu və xamalı tort.Tort üç qatdan ibarətdir. == Tarixi == SSRİ dövründən tortun satışına icazə verilmişdir.Klassik tort qəhvəyi rəngli qlazurdan ibarət olub, bezedən ibarət deyil. 2000-ci ildən isə tortun hazır korjlarının satışına başlanmışdır.
Napoleon tortu
Napoleon tortu bir neçə qayda ilə hazırlanır:əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremi isə "zavarnoy" kremdir. Əgər sizin özünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz. == Tarixi == Avropada ilk olaraq 1733-cü ildə Mille-fuelle(min vərəq) adı ilə hazırlanan tort daha sonralar üzəri mürəbbə ilə örtülmüş və 1876-ci ildə Urbena Dubois tərəfindən yeni resepti hazırlanmışdır. Digər versiyalar: Rusiyada 1812-ci ildə Napaleon üzərində qələbədən sonra Çar bu əlamətdar tarixin yüzüncü ildönümünü qeyd olunması şərəfinə diqqətli hazırlıq işləri görülməsinin əmr etdi.Aşpazlar da görkəmli bir tort hazırlamaq qərarına gəldilər. Napoleon tortunun macar versiyasında, xidmət edərkən tort mütləq kublara kəsildiyi diqqəti çəkir.Bu Kremeşin mənşəyinə bağlıdır.Məşhur miqnon tortunun ixtiraçısı Jak Miqnon yalnız dünyəvi xanımların kiçik çərəzlərə meyilli olduğunu,digər insanların isə böyük hissələr üstünlük verdiyini deyir. == Lazım olan ərzaqlar == === Xəmir Üçün: === 200 q soyuq kərə yağı - iri-iri doğrayın 4 stəkan un 1 yumurta 1 stəkan xama === Krem Üçün: === 3 yumurta 1 stəkan yarım şəkər tozu 6 xörək qaşığı un (qaşığı çox doldurmayın) 4 stəkan süd 200 q kərə yağı == Hazırlanma qaydası == Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın.
Opera tortu
Opera tortu (fr. Opéra) — fransız biskvit desertidir. == Hazırlanması == Biskvitlər badamlı olur. Biskvitlər siroplarla isladılır. Bəzən kofe, şokolad kremi və ya şokolad qlazuru ilə isladılır. Larus ensiklopediyasına görə opera tortu-çətin badamlı kofe ilə isladılmış biskvitdir. == Tarixi == Tort fransız şirniyyatçısı tərəfindən 1906-cı ildə Lui Klişi tərəfindən Fransada hazırlanmışdır. Bu desert Klişinin ən məşhur şirniyyatıdır. Bəzilərinə görə isə tort 1960-cı ildə Qaston Lenotr tərəfindən hazırlanmışdır. Dİgər bir mülahizəyə görə isə tort fransız operasının şərəfinə Dalloyau şirniyyat şirkəti tərəfindən hazırlanmışdır.
Oyun portu
Oyun portu - (ing.game port, ru.игровой порт) - IBM PC-uyumlu kompüterlərdə coystikləri və ya oyun pultlarını qoşmaq üçün oyuq. İlk modellərdə adapterin hamısı oyun portu üçün ayrılırdı; hazırda belə kartlarda (xüsusən IBM şirkətinin istehsalı olmayan) oyun portları ilə yanaşı digər portlar da (məsələn, əlavə ardıcıl və ya parallel port) olur. Oyun adapteri - IBM PC-uyumlu kompüterlərdə coystik və ya oyun pultlarını qoşmaq üçün giriş-çıxış portu. Belə adapterin nüvəsi analoq-rəqəm dönüşdürücüsüdür (ADC). Coystik və ya idarəetmə pultu ilə manipulyasiya etdikdə bir və ya iki potensiometrin mövqeyi dəyişilir ki, nəticədə gərginliyin səviyyəsinin şəkli dəyişilir; sonra ADC bu gərginlikləri coystikin və ya pultun mövqeyini müəyyənləşdirən ədədi qiymətlərə çevirir. == Şəkillər == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pavlova tortu
Pavlova tortu (ing. pavlova, сокр. pav) —Bizeli tort olub meyvələrdən ibarətdir. == Haqqında == Balerin kimi həssas və kövrək olan bu tort Avstraliyada və Yeni Zellandiyada məşhurdur. Beze, çalınmış xamadan tropik meyvələrdən və giləmeyvələrdən ibarətdir. Pavlovanı bəzən tort kimi bəzən isə kiçik hissəciklər şəklində porsiyon olaraq hazırlanır və ona uyğun bəzədilir. == Tarixi == Balerina Anna Matveyivna Pavlovanın şərəfinə adlandırılıb.1926-cı ildə Avstraliyadan Yeni Zellandiyaya gələn zaman hazırlanmışdır. Bu məşhur rəqqasənin adına müxtəlif şokaladlar, konfetlər, müxtəlif geyimlər, ətirlər adlandırılmışdır. Tortun dəqiq yaranması haqqında məlumatlar avstraliyalılar və yeni zellandiyalılar arasında mübahisə doğurmuşdur. Lakin bu mübahisələrə baxmayaq hal-hazırda bir çox bayramlarda həm Yeni Zellandiyada, həm də Avstraliyada süfrələrdə yer alır.
Portağal tortu
Portu-Aleqri
Portu-Aleqri — Braziliyada yerləşən şəhər. Riu-Qrandi-du-Sul ştatına daxildir.
Portu FK
Portu FK — Portuqaliyada futbol klubu. 1893-cü ildə yaranmışdır.
Portu muzeyi
Portu FK muzeyi, sponsorluq səbəblərindən rəsmi olaraq BMG tərəfindən Portu Muzeyi (port. Museu do Futebol Clube do Porto by BMG) — Portu şəhərində yerləşir və Portuqaliya liqasında çıxış edən "Portu"nun tarixini özündə əks etdirir. Muzeyin girişində nəhəng mavi ulduz yerləşir. Muzeyin rəsmi açılışı klubun 120 illik tarixi ilə əlaqədar 2013-cü ilin 28 sentyabr tarixində baş tutmuş və 26 oktyabr tarixində isə muzeyin qapıları ictimaiyyətin üzünə açılmışdır. Muzeyin yaradılması və tikintisi Sibina Partners (Barselona) və MUSE (London) şirkətləri tərəfindən həyata keçirilmişdir. Muzey Draqao stadionunun şərq hissəsində yerləşən sektorun altında yerləşir. Burada 27 müxtəlif mövzunu əhatə edən; klubun tarixi tədbirlərini, oyunlarını, uğurlarını, məşqçi və oyunçularını xatırladan görüntülü elektron məlumatlar göstərilməkdədir. Bundan başqa "Portu" klubunun yalnız futbol sahəsində deyil həmçinin həndbol, basketbol və digər idman növlərində qazandığı uğurlar nəticəsində əldə etdiyi mükafatlar ziyarətçilərə nümayiş etdirilir. Muzeyin mərkəzi bölməsində klubun daxili çempionatda qazandığı kuboklar və Avropa miqyaslı turnirlərdə əldə etdiyi mükafatlar sərgilənir. Bundan başqa burada keçmiş zamanlarda futbolçuların geyindiyi orjinal formalar, foto şəkillər, sənədlər və medallar nümayiş olunur.
Praqa tortu
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Soğan tortu
Soğan tortu (alm. Zwiebelkuchen‎) — Maya və ya acıtmalı xəmir,soğan, bekon, krem və zirə toxumundan Almaniyada hazırlanan tort.
Tennis kortu
Tennis kortu — tennis oynamaq üçün düzbucaqlı meydança. Tennis meydançası yaratmaq üçün müxtəlif səthlərdən istifadə olunur. Hər bir səthin xüsusiyyətləri oyunun oyun stilinə təsir göstərir.
Zebra tortu
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Şakotis tortu
Şakotis tortu-(lit. šakotis, pol. sękacz) - Yumurtalı xəmirdən hazırlanmış fərqli formaya malik Litva və Polşa mətbəxinin milli şirniyyatıdır. == Haqqında == Açıq ocaqda hazırlanması ilə seçilir. Əsasən toy mərasimləri üçün hazırlanır. Litvacadan tərcümədə şaxəli mənasını verir. Litvanın milli kulinariya fonduna əlavə edilib. 1 kq una 30-50 yumurta çalmaqla hazırlanır. Hazırlanan zaman acıq ocağın üstündə fırladılaraq hazırlanır. Xəmir axaraq şaxəli budaqlar formasını alır.
Daş Körpü (Tartu)
Daş Körpü (Tartu) — Estoniyanın Tartu şəhərində Emajogi çayı üzərində qorunmamış daş körpü. Livoniyadakı ilk daş körpü, erkən klassik dövrün əhəmiyyətli memarlıq əsəri. == Tarixi == Daş körpü 1775-ci ildə Tartuda baş vermiş böyük yanğından sonra general qubernator Yuri Yuryeviç Brounun təşəbbüsü ilə tikilmişdir. Layihənin müəllifləri İohan Zaklovski və İ. Ziqfriedendir. Körpünün daşları ağır əmək üçün Estoniyaya sürülmüş Puqaçov üsyanının iştirakçıları tərəfindən yonulub. Tikinti 1779-cu ildə başladı və 1784-cü ildə tamamlandı. Körpü 1784-cü il sentyabrın 16-da açılmışdır. Körpünün mərkəzi hissəsi antikvarı xatırladan zəfər tağları ilə bəzədilmişdir. Körpü Tartu şəhərinin mərkəzi meydanının tarixi ansamblının kompozisiyasının əsas elementlərindən biri idi. Körpü meydanın uzununa oxunda yerləşərək ona bir növ təntənəli giriş kimi xidmət edirdi.