Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şıxbala Əliyev
Şixbala Əbülfəz oğlu Əliyev (28 mart 1910, Bakı – 9 iyul 1960, Bakı) — Azərbaycan-sovet alimi. Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru, professor. 1931-1934-cü illərdə Leninqrad Dövlət Universitetinin aspirantı olmuş, 1934-cü ildə həmin institutun Elmi Şurasında elmlər namizədi elmi dərəcəsi alaraq, 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim olmuşdur. 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi Şurasında Ş. Əliyev "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 32 yaşında kimya elmləri doktoru olmuşdur. 1946-cı ildə respublikada "üzvi kimya" sahəsində ilk olaraq professor adını almışdır. == Həyatı == Əliyev Şixbala Əbulfəz oğlu 1910-cu ildə mart ayinin 28-də Bakinin Binəqədi kəndində anadan olmuşdur. O, 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1934-cü ildə isə Leninqrad Dövlət Universitetinin Elmi Şurasinda kimya elmləri üzrə elmlər namizədi adını almaq ücün dissertasiyanı uğurla müdafiə edib, Azərbaycan elmi tarixində kimya elmləri üzrə ilk elmlər namizədi alimlik dərəcəsini qazandı == Elmi fəaliyyəti == Şıxbala Əbülfəz oğlu Əliyevin elmi fəaliyyəti nəzəri, təcrübi, tədbiqi xarakter daşıdığı kimi, həm də onun elmi fəaliyyəti tarixi baxımdan böyük mənası vardır. Onun kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft senayesində inqilabi irəliləyişlərə səbəb olmuşdur. 1941-ci ildə Ş.Əliyev Kimya İnstitutuna direktor vəzifəsinə təyin edilir. Ona bir sira müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məhsuliyyətli vəzifə tapşırılır.
Şıxbaba
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır. Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. == Arxitekturası == Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır.
Şıxbaba (dəqiqləşdirmə)
Şıx Baba türbəsi (Cəbrayıl) - Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Şıx Baba piri (Qəbələ) - Qəbələnin Həmzəli kəndi ərazisində yerləşən pir. Şıxbabalı - Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd. Şıxbabalı türbəsi (Ağdam) - Ağdam bölgəsinin Şıxbabalı kəndində yerləşən türbə Şeyx Babı türbəsi - Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə. Şıxbaba ocağı - Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah.
Şıxbaba ocağı
Şıxbaba ocağı — Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah. Pir son zamanlar bərpa olunmuş, lakin Araz çayının daşması ilə yenidən dağılmışdır. Pir binasının qalıqları dördkünc formalıdır. Binanın yaxınlığında bir-birinin üzərinə yığılmış qara daşlar var. Ziyarətçilər dilək tutaraq həmin daşların arasında şam yandırırlar. Xalq arasında olan rəvayətə görə Püsyan kəndinə gələn və özünü heç kəsə bəlli etməyən Şıxbaba burada qeyb olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatı tapılmışdır. Pirdə toplanan qara daşlar Erkən tunc dövrünə aid əmək alətləridir. Belə hesab etmək olar ki, pir qədim yaşayış yerinin ərazisində yaranmışdır. Piri e.ə.
Şirbala Hüseynov
Şirbala Hüseynbala oğlu Hüseynov (6 may 1990; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirbala Hüseynov 1990-cı il mayın 6-da Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Şirbala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şirbala Hüseynov oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirbala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirbala Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şıxbağı
Şıxbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Şıxbağı kəndi Zərdab şəhərindən 14 km cənub-şərqdə Zərdab-Çöl Ərəb yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. == Tarix == Kəndin tarixi haqqında dəqiq məlumat yoxdur. Lakin yaşlı nəslin nümayəndələrinin əhvalatlarından məlum olur ki, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir. Kəndin adı "Şıx" və "bağ" sözlərinin birləşməsindən yaranmışdır. "Şıx" sözü "Şeyx" sözünün təhrif olunmuş formasıdır. "Şeyx" ərəb sözü və dini tituldur. "Şeyxbağı" formasından "Şıxbağı" formasına keçərək tarixə düşmüşdür. Kənddə yaşayanlar dövrünün adlı-sanlı nəsillərinə aid insanlarıdır. Kənddə Azamanlı, Əbdürəhmanlı, Mərdkətdi, Məmmədli, Cavadlı, Marallı kimi nəslin nümayəndələri yaşayır.
Şahbala Məmmədov
Məmmədov Şahbala Ağqırax oğlu (1 iyun 1936, Qazax) — Azərbaycanın əməkdar iqtisadçısı (1978), Dövlət Statistika Komitəsi sədrinin müavini, Baş Hesablama Mərkəzinin direktoru, "Şərəf nişanı" ordeni (1981). == Həyatı == Qazax rayonunun Yuxarı Salahlı kəndində 1936-cı il iyunun 1-də doğulmuş, onillik məktəbi Aşağı Salahlı orta məktəbində başa vurmuşdur. Karl Marks adına Xalq Təsərrüfatı İnstitutunun ticarət-iqtisad fakültəsinə daxil olmuş, bu ali məktəbi statistika ixtisası üzrə bitirmişdir (1958). Moskvada SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyası İxtisasartırma İnstitutunda tam kurslar dinləmişdir (1986). == Fəaliyyəti == Əmək fəaliyyətinə təyinatla Şəmkir rayonunda başlamış, orada 1959-cu ilin yanvarında əhalinin siyahıyaalınmasını respublika rayonları arasında birinci olaraq, dəqiq və keyfiyyətlə yerinə yetirdiyinə görə respublika Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Dərhal mərkəzi idarəyə işə dəvət edilən Ş. A. Məmmədov həyatının 50 ildən çoxunu Dövlət Statistika Komitəsində çalışmış, burada əsaslı tikinti və mənzil-kommunal təsərrüfatı şöbəsinin iqtisadçısı, baş iqtisadçısı və həmin şöbənin rəisi işləmişdir. 1968-ci ilin aprelində İdarənin maşın-hesablama stansiyasının rəis müavini təyin edilmiş, sonra hesablama mərkəzi direktorunun müavini olmuşdur. Ş. A. Məmmədov 1976-cı ilin martından Respublika Hesablama Mərkəzinin direktoru olmaqla, Dövlət Statistika Komitəsi sədrinin müavinidir. Azərbaycanın statistika orqanlarının son 50 ildəki inkişaf yolu, kiçik bir idarədən geniş şəbəkəsi olan dövlət strukturuna çevrilməsi, idarənin elm və texnikanın son nailiyyətləri ilə təchiz olunması bilavasitə Ş. A. Məmmədovun adı, fəliyyəti və şəxsi təşəbbüsləri ilə bağlıdır. Milli statistikamızın dünya standartlarına cavab verən bir struktur olaraq, formalaşmasında bu müstəsna xidmətlərinə görə onu öz xidməti sferasında "statistikamızın patriarxı" da adlandırırlar. Ş. A. Məmmədov respublikada statistika kadrlarının hazırlanmasına öz töhfəsini vermiş, istehsalatdan ayrılmamaqla 8 il Xalq Təsərrüfatı İnstitutunda ixtisas fənnindən dərs demiş, 20 il statistika və iqtisadi kibernetika bölmələrində dövlət imtahan komissiyasının sədri olmuşdur.
Sisqala
Sisqala (gür.: g.ə. სისკალა, l.ə. siskala; 1991-ci ildən: gür.: g.ə. ბალახაური, l.ə. balaxauri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Sayalıoğlu" adlandırırlar. Arıxlı, Qoçulu, Daşdıqullar, Hasanxocalı və Əsmələr kəndləri ilə birlikdə Arıxlı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ნახიდურის თემის საკრებულო, l.ə. naxiduris temis sakrebulo) təşkil edir. Kənd şimali-qərbdə Samşvilde (Ağbulaq bələdiyyəsi) və Dağet-Xaçın (Ağbulaq bələdiyyəsi) kəndləri ilə, şimali-şərqdə Ağbulaq şəhəri, şərqdə Muxuti kəndi (Ağbulaq bələdiyyəsi), cənub-şərqdə Raçisubani kəndi, cənubda Bolnisi şəhəri, cənub-qərbdə isə Ratevani kəndləri ilə əhatələnib.
Simbal
Cimbal üst hissəsi geniş trapez formalı gərilmiş metal qutudan ibarət olan kardafon (chordophone) növüdür. Cimbal 2 döyəcləyici (çubuq) ilə simlərə zərbə endirməklə çalınır. Moravyada bu alət xalq musiqi ansamblı üçün əsas alətlərdən biri kimi istifadə olunur. Cimbalom qrupları günümüzdə ənənəvi musiqi sərgiləyən ən gözlə görülən və ikonik topluluqlar arasındadır. 19-cu əsrdə Moravya musqisinin "kiçik" cimbalom xüsusiyyəti, 20 əsrdə geniş bir istifadə sahəsi tapan olduqca yeni bir musiqi aləti olan "standart" cimbalom ilə dəyişdirildi. Cimbalom qrupunun lideri və ya "şefi" Çexiyada "primáš" olaraq adlandırılan skripkaçıdır (violinist). İkinci violinist- "obligát" isə sıxlıqla düz melodiyanı çalar və "primáš"-ı dəstəkləyər (izləyər). Moravya cimbal qruplarının digər önəmli musiqi alətləri klarnet və kontrabasdır.
Şibata
Şibata – soyad. Keyta Şibata – Yaponiya biokimyaçısı və bitki fizioloqu. Kyuo Şibata – Yaponiya təbliğatçısı Hanae Şibata — Yaponiya qadın futbolçusu. Renzaburo Şibata – Yaponiya romançısı. Şibata Katsuie – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.
Mirbala Rəsulov
Mirbala Əmirağa oğlu Rəsulov (17 oktyabr 1989; Şabran rayonu, Azərbaycan SSR — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirbala Rəsulov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirbala Səlimli
Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü. == Həyatı == Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır. 2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir.
Mirbala Səlimov
Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü. == Həyatı == Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır. 2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir.
Pirbala (Mərənd)
Pirbala (fars. پيربالا‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 858 nəfər yaşayır (249 ailə).
Sinhala dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
İsabala Bayramov
İsabala Bayramov (tam adı: İsabala Əli oğlu Bayramov; 1 sentyabr 1967, Hallavar, Böyük Qarakilsə rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il sentyabrın 1-də Ermənistan SSR Quqark rayonunun Hallavar kəndində anadan olub. Hərbi xidmətdən sonra bir müddət Komi MSSR-də praporşik işləyib. 1988-ci ilin 7 dekabrında baş vermiş zəlzələ zamanı evləri dağıldığından, həmçinin azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Bu səbəbdən də, İsabala hərbi xidmətini bitirdikdən sonra Bakıya gəlmiş, ailə üzvləri ilə birlikdə Xutor ərazisində məskunlaşmışdır. Bakıya gəldikdən sonra müxtəlif yerlərdə günəmuzd (Maştağa bağlarında fəhlə, təsərrüfat hesablı emalatxanada işçi, BTTİ-də elektrik montyoru ) çalışmışdır. Ailəli idi. Həlak olduqda oğlu Sahil, ölümündən sonra isə daha 1 qızı Sahilə yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-da əmisi oğlu Bayramov Mübarizlə XI Qızıl Ordu meydanına gediblər. Təxminən 00.30 radələrində dinc əhaliyə silah atılan vaxt İsabala yaralanmış, onu Semaşko xəstəxanasına gətirənəcən yolda aldığı xəsarətdən vəfat etmişdir.
İsabala Hüseynov
İsabala Hüseynov (tam adı: İsabala Ceyhun oğlu Hüseynov; 15 sentyabr 2001; Bakı, Azərbaycan — 4 noyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsabala Hüseynov 2001-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə 318 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu illərdə isə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə 16 nömrəli Bakı Peşə Liseyində "Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər" ixtisası üzrə təhsil alıb. Subay idi. == Hərbi xidməti == İsabala Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsabala Hüseynov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunun Əmircan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Paulo Dibala
Paulo Bruno Ezekiel Dibala (İspanca tələffüz: [ˈpaulo ðiˈβala]; 15 noyabr 1993[…]) — Seria A təmsilçilərindən olan Roma FK klubunda və Argentina milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Argentina futbolçusudur. Dibala karyerasına 2011-ci ildə Argentina klublarından olan İnstituto de Kordoba klubunda başlamışdır. 2012-ci ildə İtaliyanın Palermo klubuna transfer olmuşdur. Seria A-da yüksək performans göstərdikdən sonra 2015-ci ildə Yuventus klubu ilə müqavilə imzalamışdır. Klub ilə ilk mövsümdəcə Seria A-nın, İtaliya Kubokunun, İtaliya Superkubokunun qalibi olmuşdur. Bianconeri ilə 12 kubok qazandıqdan sonra 2022-ci ildə Roma keçdi. Kreativ oyun tərzinə, istedadına, texnikasına, gözqamaşdırıcı oyun üslubuna görə Dibalanı La Joya (İspan dilində zərgər) ləqəbi ilə çağırırlar. == Erkən həyatı == Paulo Argentinanın Kordoba əyalətinin Laquna Larqa şəhərində anadan olmasına baxmayaraq, onun babası Boleslav Dibala Polşanın Krasniov kəndindən idi. İkinci dünya müharibəsi zamanı Boleslav Argentinaya qaçmağa məcbur olmuşdur. Paulonun ailəsinin ana tərəfi isə İtaliya mənşəlidir.
Keyta Şibata
Keyta Şibata (柴田 桂太, Şibata Keyta, 20 sentyabr 1877, Tokio – 19 noyabr 1949) – Yaponiya biokimyaçısı və bitki fizioloqu. == Həyatı == Keyta Şibata 1877-ci ildə Tokioda doğulmuşdur. Tokio Universitetindən məzun olmuş və elə bu universitetdə işləməyə başlamışdır. Almaniyada təhsil almış və bitki fizioloqu Vilhelm Pfefferin tələbəsi olmuşdur. Şibata bitki dünyasında flavonoid birləşmələrinin yayılması üzrə araşdırmalar aparmaqla yanaşı, tənəffüs və metabolizma sahələrində də uğurlu tədqiqatlara imza atmışdır. Bir çox tanınmış alim yetişdirmişdir. == Ailəsi == Şibatanın atası Şokey Şibata tanınmış farmakoloq olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha.
Kyuo Şibata
Kyuo Şibata (柴田 鳩翁, Şibata Kyuo, 4 iyun 1783, Kioto – 13 iyun 1839) və ya digər adı ilə Kenzo – Yaponiya təbliğatçısı və Edo dövründə yaranmış Şinqaku etika məktəbinin alimi. == Həyatı == Kyuo Şibata 1783-cü ildə Kiotoda doğulmuşdur. Buddist keşişi olduqdan sonra Kyuo adını götürmüşdür. O, 20 yaşlarında olanda qəhrəmanlıq nağıllarının – kodanın peşəkar nəqlçisi olmuş, bu sənətdəki bacarıqlarına görə məşhurlaşmışdır. 30 yaşlarının sonunda Satta Tokukenin şagirdi olmuş və ondan Şinqaku dərsləri almağa başlamışdır. Həyatının qalan hissəsini sənətlə, səyahət etməklə və mühazirələr verməklə keçirmişdir. 44 yaşında görmə qabiliyyətini itirmişdir. Sadə və inandırıcı üslubu fermerlər, samuraylar və zadəganlar tərəfindən bəyənilməsinə səbəb olmuşdur. 1835-ci ildə nəşr olunmuş və Bayqan İşida tərəfindən tərtib olunmuş "Kyuo dova" adlı əsəri Şinqaku alimlərinin əsərləri arasında ən əhəmiyyətli işlərdən biri hesab olunur. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).
Renzaburo Şibata
Renzaburo Şibata (柴田錬三郎, Şibata Renzaburo, 26 mart 1917, Tsuruyama[d], Okayama prefekturası – 30 iyun 1978, Tokio) – Yaponiya romançısı. == Həyatı == Renzaburo Şibata 1917-ci ildə Yaponiyanın Okayama prefekturasında doğulmuşdur. Keyo Universitetini bitirmişdir. "İesu no sue" adlı qısa hekayəsinə görə 1951-ci ildə Naoki mükafatını qazanmışdır. 1956–1958-ci illərdə "Shukan shincho" həftəlik jurnalında nəşr olunan "Nemuri Kyoşiro buray hikae" adlı tarixi romanı ilə məşhurlaşmışdır. Roman kobud və hissiz qılınc ustası olan Nemuri Kyoşirodan bəhs edir. Roman o qədər uğurlu olmuşdur ki, tempi sürətli olan, döyüş üslubunda olan bir çox davam romanı yazmışdır. Qomi Yasusuke ilə birlikdə 1950-ci illərdə məşhurlaşan kenqo (güclü qılınc ustası) janrını yaratmışdır. Digər əsərlərinə "Akay kaqeboşi" (1960) daxildir. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Şibata Katsuie
Şibata Katsuie (柴田 勝家, ən geci 1530, Ovari vilayəti[d], Tokaydo[d] – 6 iyun 1583 və ya 14 iyun 1583, Fukui) – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi. O, Oda Nobunaqanın ən çox güvəndiyi generallardan biri olmuşdur. == Hərbi karyerası == Şibata Oda Nobunaqa ilə kiçik qardaşı Nobuyuki arasında baş vermiş münaqişə zamanı Nobuyukinin tərəfini tutsa da, daha sonra ona xəyanət etmiş və Nobunaqanın tərəfinə keçmişdir. O, Nobunaqanın bir çox hərbi əməliyyatında iştirak etmişdir: 1569-cu ildə İsedə döyüşmüş, 1570–1573-cü illərdə daymyolar Asay Naqamasa və Asakura Yoşikaqenin devrilməsində iştirak etmiş, 1570–1575-ci illərdə Eçizen və Osakada İkko İkki silahlı qruplaşmalarına qarşı mübarizə aparmışdır. Eçizen əyalətinin 1575-ci ildə ələ keçirilməsindən sonra əyalətin idarəçiliyi ona verilmiş və Nobunaqanın təyin etdiyi üç müfəttişin nəzarəti altında əyaləti idarə etməyə başlamışdır. Şibatanın Eçizendə tətbiq etdiyi bir çox siyasət – kəndlilərin samuray zümrəsindən uzaqlaşdırılması, qılınc ovu, torpaq soğrusu, dini inkvizisiya Nobunaqa rejiminin əyalət idarəçiliyinə olan yanaşmasını əks etdirir. Onun tətbiq etdiyi bu siyasətlər Nobunaqanın davamçıları olan Toyotomi Hideyoşi və Tokuqava İeyasu tərəfindən mənimsənilmiş, genişləndirilmiş, sistematikləşdirilmiş və bütün Yaponiyada tətbiq olunmuşdur. İkko sektasının Kaqa və Notoda yerləşən ərazilərinin 1580-ci ildə ələ keçirilməsi onun Nobunaqa üçün gördüyü sonuncu əsas iş olmuşdur. Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Hideyoşinin rəqibi olmuşdur. Hideyoşi 11 iyun 1583-cü ildə Şizuqatake döyüşündə Şibatanı məğlub etmişdir.
Sibaa ibn Əbdülüzza
Sibaa ibn Əbdülüzza (ərəb. سباعة بن عبدالعزى‎) — səhabə ilə görüşmüş şəxs. Qüreyş başçıları ona Həbbab ibn əl-Əratta işgəncə vermək vəzifəsini tapşırdılar. Ümmü Ənmar onun bacısı idi.
Şimala gedən yol (film, 2012)
Şimala gedən yol (fin. Tie pohjoiseen, ing. Road North) — 2012-ci ildə Finlandiyada çəkilən film. Komediya elementləri ilə dramı birləşdirən və Miki Kaurismaki tərəfindən idarə olunan kinodur. Film Sankt-Peterburq kinofestivalının tamaşaçılarının rəğbətini və Yusi Fin Milli kinopremiyasında üç mükafat nominasiyası almışdır. == Məzmun == Timo Porola (Edelman) — 38 yaşlı uğurlu musiqiçidir. 30 il bundan əvvəl ailəni tərk edən atası olduğunu iddia edən yaşlı kişi gəlir. İki kişi Finlandiyanın şimalına səyahətə yola düşür. Səfər zamanı onlar müxtəlif insanlarla görüşür, öz keçmişləri haqqında danışır və gələcək planlarını bölüşürlər. == Rollarda == Samuli Edlmen — Timo Porola Vesta Matti Loiri — Leo Porola Piter Françen — Pertti Paakku Mari Perankoski — Minna Paakku Krista Kosonen — Elina İrina Byorklund — Tiya Elina Knikstilya — Maarit Ada Kukkonen — Cenet == Mükafat və nominasiyalar == 2012-ci il-Sankt-Peterburq Beynəlxalq Kinofestivalının "Tamaşaçı Rəğbəti" mükafatı 2013-cü il — Finlandiya Milli Kino Mükafatına üç nominasiya: ikisi "Ən yaxşı aktyor" (Edelman, Loyri) kateqoriyasında, daha biri isə "Epizodik rolda ən yaxşı aktyor" (Fransen) kateqoriyasında.