İsabala Hüseynov (tam adı: İsabala Ceyhun oğlu Hüseynov; 15 sentyabr 2001; Bakı, Azərbaycan — 4 noyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İsabala Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Laçın, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur. |
Dəfn yeri | Suraxanı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Ceyhun Hüseynov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 2020 2020 2020 |
İsabala Hüseynov 2001-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub.[1] 2007-2018-ci illərdə 318 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu illərdə isə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə 16 nömrəli Bakı Peşə Liseyində "Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər" ixtisası üzrə təhsil alıb. Subay idi.
İsabala Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsabala Hüseynov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunun Əmircan qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]