Sisqala

Sisqala (gür.: g.ə. სისკალა, l.ə. siskala; 1991-ci ildən: gür.: g.ə. ბალახაური, l.ə. balaxauri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Sayalıoğlu" adlandırırlar.[3] Arıxlı, Qoçulu, Daşdıqullar, HasanxocalıƏsmələr kəndləri ilə birlikdə Arıxlı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ნახიდურის თემის საკრებულო, l.ə. naxiduris temis sakrebulo) təşkil edir.[4] Kənd şimali-qərbdə Samşvilde (Ağbulaq bələdiyyəsi) və Dağet-Xaçın (Ağbulaq bələdiyyəsi) kəndləri ilə, şimali-şərqdə Ağbulaq şəhəri, şərqdə Muxuti kəndi (Ağbulaq bələdiyyəsi), cənub-şərqdə Raçisubani kəndi, cənubda Bolnisi şəhəri, cənub-qərbdə isə Ratevani kəndləri ilə əhatələnib. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 502 nəfər (261 nəfəri kişilər, 241 nəfəri qadınlar) əhali yaşayır.[4] Kəndin azərbaycanlı əhali tərəfindən məskunlaşdırılması təxminən XIX əsrin 70-ci illərində baş vermişdir.[5] Sisqala kəndi salındığı vaxtdan monoetnik əhaliyə sahibdir. 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Tiflis quberniyası, Borçalı qəzası, Yekaterinenfeld şöbəsi, Arıxlı kənd icmasına daxil olan Sisqala (mənbədə: rus. Цицкала) kəndində 12 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan[6] ibarət 74 nəfər (39 nəfəri kişilər, 35 nəfəri isə qadınlar) əhali qeydə alınmışdı.[7] 1909-cu ildə Tiflisdə nəşr edilmiş "1910-cu il üçün Qafqaz təqvimi"nin I hissəsində, 1 yanvar 1909-cu il tarixinə verilən məlumata görə isə Tiflis quberniyası, Borçalı qəzası, Yekaterinenfeld şöbəsinə daxil olan kənddə 94 nəfər azərbaycanlı[8] yaşayırdı.[9]

azərb. Sisqala
gürc. ბალახაური
ბალახაური
41°26′48″ şm. e. 44°40′12″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Rayon [[Bolnisi bələdiyyəsi]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 620 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 455 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 358
Poçt indeksi 1105[2]
Xəritəni göstər/gizlə
azərb. Sisqala‎ gürc. ბალახაური xəritədə
azərb. Sisqala‎ gürc. ბალახაური
azərb. Sisqala
gürc. ბალახაური
  1. https://web.archive.org/web/20140826010819/http://census.ge/en/home.
  2. http://www.gpost.ge.
  3. Sisqala kəndi — borchali.net Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine – yoxlanılıb: 26.7.2014
  4. 1 2 National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine, გვერდი 199
  5. Qeyd: bu bir ehtimaldır, belə ki, kəndin adı 1869-cu ildə tərtib edilmiş "Qafqazın 5 verstlik xəritəsi"ndə və 1869-cu ildə həyata keçirilmiş kameral sayımda Tiflis qəzasına daxil olan yaşayış məntəqələrinin siyahısında yoxdur. Ancaq kəndin adı 1877-ci ildə tərtib edilmiş "Qafqazın 5 verstlik xəritəsi"ndə qeyd edilmişdir. Beləliklə düşünmək olar ki, kənd 1869-1877-ci illər aralığında salınmışdır.
  6. Qeyd: mənbədə "Azərbaycan tatarlarından"
  7. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893.: ....I. Города и уезды Тифлиской губернии, населенный пункт под номером 529
  8. Qeyd: mənbədə tatarlar olaraq verilib.
  9. Кавказский Календарь на 1910 год. Издан по распоряжению Наместника Его Императорского Величества на Кавказе Канцелярией Наместника под редакцией вице-директора Канцелярии В.В.Стратонова. LXV годъ, часть I. Типография и переплетная Т-ва "Либерман и К°". Тифлисъ, Крыловская, 15. : Оглавление 1-ой части Кавказского Календаря на 1910 годъ, Статиетический отделъ, Алфавитный список городов и других населенных мест Кавказа, стр. 406