Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səyid Human
Səyid Human (1 yanvar 1992) — Pakistanlı xizək yürüşçüsü. Səyid Human Pakistanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Səyid Human birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Human 45:19.1 saniyəlik nəticəsi ilə 119 atlet arasında 108-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Seyid (ad)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid (dəqiqləşdirmə)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid Hüseyn
Seyid Hüseyn Sadiq (tam adı: Hüseyn Mir Kazım oğlu Sadıqzadə; 25 yanvar 1887, Bakı – yanvar 1938, Bakı) — yazıçı, tənqidçi, pedaqoq. == Həyatı == Seyid Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Beş yaşında atasını itirən Seyid babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb tərbiyə almışdır. O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmud bəy Mahmudbəyovun müdir olduğu rus-tatar məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir. 1904-cü ildə – babasının vəfatından sonra ailənin qayğısı S. Hüseynin üzərinə düşmüşdür. O, "Kaspi" mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1913–1914 illərdə "İqbal"ın baş redaktoru idi. 1920-ci ildən "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə Azərnəşrin bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur. O, bədii yaradıcılığa 1907-ci ildə başlamışdır.
Seyid Həşim
Seyid Həşim — XIX əsr və XX əsrin əvvəllərində seyid kimi tanınmış biri. == Həyatı == Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir. Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1828–1873) kiçik qızı Mələk xanımla (…– 1941) ailə həyatı qurmuşdur. Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Seyid Həşim də var idi. O, 1931-ci ilin mart ayının əvvəllərində dünyasını dəyişmişdir.
Seyid Mahmudlu
Seyidmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Seyidmahmudlu oymağı Cavanşir elinin qoludur. 1727-ci ilə bağlı Osmanlı qaynağında Seyidmahmudlu oymağı ilə əlaqəli məlumat var. Cavanşir tayfasının Seyid Mahmudlu oymağı Bu oymaq Arazbar sancağında qışlayır, Naxçıvan sancağında, Sisyan adlı yerdə yaylayır, Dizaq nahiyəsində, Gülbar adlı arxın kənarında əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq saHibinə verir. Oymağın gəliri 39.000 ağça idi. XVIII yüzilin önlərində Seyidmahmudlu oymağının başçısı Lütfəli ağa Heydərxan oğlu idi. Seyidmahmudlu obası Seyidmahmudlu oymağından yaranıb. Seyidmahmudlu obası XVIII yüzilin ikinci yarısında yaranıb. Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı.
Seyid Mirbabayev
Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb. == Həyatı == Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı. Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu. Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır.
Seyid Mürtəza
Seyid Mürtəza (d:rəcəb 355 - v:?) əqli yanaşmaya üstünlük verən İslam alimlərindən biri hesab edilir. O, özünün “Əl-Muqni fil-Ğeybət” adlı kitabının müqəddiməsində İmam Mehdinin (ə.f) varlığını çətinlik çəkmədən bir neçə cümlə ilə isbat edir. Bu müqəddimədən istifadə edərək, İmam Mehdinin (ə.f) varlığını sübut etmək üçün Seyidin gətirdiyi əqli dəlilləri nümunə göstərək. İmamətin zəruri olduğu, yer üzünün heç bir zaman imamsız olmayacağına dair ağılın çoxlu sayda dəlilləri vardır. Diqqətlə düşünsək görərik ki, bir imamın olmaması bəşəriyyətin fəlakəti deməkdir. Əgər imam olmasa, bizim şəri öhdəçilik vəzifəmiz yerlə-yeksan olar və təkbaşına, müstəqil şəkildə bütün bunların öhdəsindən heç cür gələ bilmərik. İkinci əqli dəlil isə budur ki, haqqında danışdığımız imam səhv və xətalardan uzaq olmalıdır. İsmət sifəti hal-hazırda yalnız İmam Mehdiyə (ə.f) məxsus əlamət və xüsusiyyətdir. Ondan savayı şəxslər bu kimi xüsusiyyətdən uzaqdır. Bu iki dəlili bir yerə cəm etdikdə İmamiyyə şiələrinin İmam Mehdi (ə.f) barədə olan etiqadları özünü sübuta yetirir.
Seyid Məmiş
Seyid Məmiş — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Seyid Məmiş kəndi rayondan 1920 km şiaml-qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdi. Toponim seyid nəsil adı ilə Məmiş şəxs adı əsasında yaranmışdır. «Seyid nəslindən olan Məmişin kəndi» mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır.
Seyid Rəzi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. == Həyatı == O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”.
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; == Həyatı == Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. === Təhsili === 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Seyid Yusifli
Seyid Yusifli (əvvəlki adı: Canavarlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Bərdə Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 340 km. məsafədə yerləşir. Seyid Yusif bu kənddə yaşayıb və xeyirxah bir insan olub. Ona görə də kənd sakinləri kəndə Seyid Yusifin adının verilməsini istəyiblər. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Canavarlı kəndi Seyid Yusifli kəndi adlandırılmışdır. Kəndin adı 25 aprel 2008-ci ilə qədər Canavarlı adlanıb. Qarabağ düzündədir. Kəndin ərazisi keçmişdə meşəlik olmuşdur. Güman edildiyinə görə, ərazidə çoxlu canavar olduğundan kənd bu adı almışdır.
Seyid Şuşinski
Seyid İbrahim oğlu Şuşinski (12 aprel 1889, Horadiz – 1 noyabr 1965, Bakı) — Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956). Cabbar Qaryağdıoğlu tərəfindən "Şərq musiqisinin incisi" adlandırılıb. == Həyat və yaradıcılığı == Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə dövrünün savadlı və açıq fikirli qadını, xalası Məşədi Nurzad məşğul olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu. Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı.
Seyid Əhmədli
Yuxarı Seyidəhmədli
Yetim Seyid
== Həyatı == Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. == Yaradıcılığı == BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Seyid Qütb
Seyid İbrahim Hüseyn Qütb (9 oktyabr 1906 – 29 avqust 1966, Qahirə), xalq arasında Seyid Qütb kimi tanınan Misir yazıçısı, pedaqoq, İslam alimi, qutbizmin banisi, inqilabçı və şairdir. O, 1950-1960-cı illərdə Misirdə Müsəlman Qardaşların aparıcı üzvü olub. 1966-cı ildə o, Misir prezidenti Camal Əbdül Nasirə qarşı sui-qəsd hazırlamaqda təqsirli bilinib və asılaraq edam edilib. O, Əl-Qaidə və İŞİD kimi qlobal cihadçı təşkilatların ideoloji köklərini dəstəkləyən dini-siyasi doktrina olan "sələfi cihadçılığının atası" hesab olunur. 24 kitabın 30-a yaxın kitabı müxtəlif səbəblərdən (əsasən dövlət tərəfindən məhv edilmiş) çap olunmamış və minimum 581 məqalənin, o cümlədən romanlar, ədəbi-bədii tənqid və maarifləndirici əsərlərin müəllifi, dünyanın, məxsusən İslam dünyası, xüsusən də "Sosial Ədalət" və Məalim fi əl-Tariq ("Yoldakı İşarələr") kitablarında İslamın ictimai və siyasi rolu ilə bağlı fəaliyyətilə tanınır. Onun şah əsəri Fi Zilal əl-Quran ("Quranın kölgəsində") adlı Quranın 30 cildlik təfsiridir. Qütbün yaxın ətrafı nüfuzlu siyasətçilər, ziyalılar, şairlər və ədəbiyyat xadimlərindən ibarət idi. 1940-cı illərin ortalarında onun bir çox yazıları məktəb, kollec və universitetlərin tədris proqramlarına daxil edilib. Müşahidələrinin və tənqidlərinin əksəriyyəti müsəlman dünyasına yönəlsə də, Qütb həm də ABŞ cəmiyyətini və mədəniyyətini ciddi şəkildə rədd etməsi ilə tanınır, onu materialist, cinsi həzzlərə aludəçilik və zorakılıq kimi qiymətləndirirdi.. O, zorakı, təcavüzkar cihadı müdafiə edirdi.
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə). Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Aşıq Seyid İbrahim
Aşıq Seyid İbrahim (İbrahim Musa oğlu Möhsümov; 1895, Qaradaş – 1944, Qaradaş, Tovuz rayonu) — Azərbaycanın ustad aşığı == Həyatı == Aşıq Seyid İbrahim 1895-ci ildə Tovuz rayonunun Qaradaş (keçmiş Seyidlər) kəndində sənətkar ailəsində doğulmuşdur. Atası Seyid Musa vaxtilə Şuşadan köçərək burada məskunlaşmışdır. Musa 1916-cı ildə vəfat edib. Onların nəsli həm ata, həm də ana tərəfdən Seyid imiş. === II Dünya müharibəsində === II Dünya müharibəsi başlayanda Seyid İbrahim ön cəbhəyə getmək üçün Stalinə şeirlə müraciət edir. 1943-cü ildə həmkarı Aşıq Nəcəf Əlimərdanlı kimi növbəti döyüşçüləri yola salan zaman sazını da götürüb döyüşlərə yollanır. Vətənpərvər və cəsur aşıq bir əlində saz, birində silah faşistlərə qarşı Krımda ölüm-dirim savaşına girir. 1944-cü ilin may ayına qədər Aşıq İbrahim ən ağır bölgələrdə vuruşur, ağır yaralanaraq evə qayıdır. Elə qayıdarkən yolda o vaxt epidemiyaya çevrilmiş tif (yatalaq) xəstəliyinə tutulur, bir müddətdən sonra vəfat edir. == İfaçılığı == Məşhur ustad Aşıq Əsəd Rzayev və onun qardaşı Aşıq Məhəmməd Rzayevdən aşıq sənətini mənimsəmiş, onların dastan və şeir yaradıcılığını öyrənmişdir.
Hacı Mirhəşim Seyid
Hacı Mirhəşim Miryaqub oğlu Seyid və ya Mirhəşim Miryaquboğlu Seyidov(13 yanvar 1962, Xok, Noraşen rayonu) – Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcə dövlət müşaviri; hüquqşünas. == Həyatı == Hacı Mirhəşim Miryaqub oğlu Seyid 1962-ci il yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur (indiki-Kəngərli) rayonunun Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-cü ildə Şərur rayon İcraiyyə Komitəsində başlamış, 1994-cü ilədək rayonun ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1995–2000-ci illərdə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 24 yanvar 2001-ci ildən Milli Məclis Aparatında işləyir. 2001–2010-cu illərdə Sosial qanunvericilik şöbəsində böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2010–2016-cı illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini, dekabr 2016 — may 2020-ci illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, may 2020-ci ildən Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri, 19 iyun 2017-cı il tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 27 dekabr 2018-cı il tarixli Sərəncamı ilə "Parlament" medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub. Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub. Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib. Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib. == İstinadlar == == Ədəbiyyat == Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы.
Kavus Seyid İmami
Kavus Seyid İmami (1953, Tehran – 2018) — İranlı-Kanadalı universitet professoru, İran-İraq müharibəsi veteranı və görkəmli ətraf mühit fəalı. O, 2018-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən casusluq ittihamı ilə həbs edilmiş və həmin ilin fevral ayının 8-də, Tehranın Evin həbsxanasında naməlum şəraitdə ölmüşdü. İnsan haqları fəalları və Kanada hökuməti alimə qarşı sürülmüş ittihamı rədd edirdilər.
Mehdi Seyid Salehi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Mehdi Seyid Salihi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Seyid Murtuz Əfəndi
Seyid Murtuz Əfəndi (1694, Ədirnə – avqust 1758, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası II Süleyman və II Mustafa səltənətlərinin şeyxülislamı Seyid Feyzullah Əfəndi, qardaşı isə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mustafa Əfəndidir. == Həyatı == 1694-cü ildə dünyaya gəldi. Atası II Süleyman və II Mustafa səltənətlərinin şeyxülislamı Seyid Feyzullah Əfəndi, qardaşı isə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mustafa Əfəndidir. Ədirnə hadisələrində atasının Ədirnədə faciəvi şəkildə öldürülməsi və cəsədinin Tunca çayına atılması əsnasında hələ 7 yaşında olan Murtuz Əfəndiyə toxunulmadı. Ancaq iğtişaşların ardından digər ailə üzvləriylə birlikdə Bursaya sürgün edildi və 1730-cu ilədək İstanbula dönə bilmədi. Bursada mükəmməl təhsil alan Murtuz Əfəndi şeyxülislam Yenişəhərli Abdullah Əfəndi dönəmində 1725-ci ildə müdərrislik dərəcəsi aldı. Bursa və İstanbulda müxtəlif mədrəsələrdə xidmət etdikdən sonra 1730-cu ildə Məkkə, 19 iyul 1741-ci ildə isə İstanbul qazısı oldu. Yalnız 4 ay bu vəzifədə qaldıqdan sonra 4 dekabr 1747-ci ildə Anadolu qazəsgəri təyin edildi. 1 illik vəzifə müddətini tamamlamasının ardından təqaüdə ayrılsa da, 1748-ci ilin noyabrında Rumeli qazəsgərliyinə gətirildi.
Seyid Musa Sədr
Seyyid Musa Seyid Sədrəddin oğlu Sədr (15 aprel 1928 və ya 15 may 1928, Qum – 31 avqust 1978, yoxa çıxma[d]) — İran islamşünas alimi. == Həyatı == İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin "Eşqəli məhəlləsi"ndə ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi. Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir. 1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir. Musa Sədr 28 yaşında ailə həyatı qurur. Onun bu izdivacdan iki oğlu (Sədrəddin, Həmid), iki qızı (Hura, Məlihə) dünyaya gəlir. Livan səfəri Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır, amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.
Usta-şagird
Usta şagird - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydaları == Bu oyunda on-on beş nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə usta(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir. Usta uşaqlardan birini(yəni şagirdi) çağırıb sağ əlini sağ qulağının üstünə , sol biləyini sağ qoltuğunun altına qoymaqla ovucun iç tərəfini bayır tərəfə açıq saxlamağı əmr edər. Şagird ustanın əmrini yerinə yetirir və gözlərini yumur. Sonra qalan uşaqlar onun arxa tərəfində cəm olar. Uşaqlar növbə ilə şagirdə yaxınlaşıb onun ovcunun içinə vururlar. Uşaq yaxınlaşıb vurduqdan sonra astaca geriyə - öz yerinə çəkilir. Sonra usta soruşar: -Ay canım şagird, ay gözüm şagird, səni kim vurdu, kim gördü?
Usta şagird
Usta şagird - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydaları == Bu oyunda on-on beş nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə usta(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir. Usta uşaqlardan birini(yəni şagirdi) çağırıb sağ əlini sağ qulağının üstünə , sol biləyini sağ qoltuğunun altına qoymaqla ovucun iç tərəfini bayır tərəfə açıq saxlamağı əmr edər. Şagird ustanın əmrini yerinə yetirir və gözlərini yumur. Sonra qalan uşaqlar onun arxa tərəfində cəm olar. Uşaqlar növbə ilə şagirdə yaxınlaşıb onun ovcunun içinə vururlar. Uşaq yaxınlaşıb vurduqdan sonra astaca geriyə - öz yerinə çəkilir. Sonra usta soruşar: -Ay canım şagird, ay gözüm şagird, səni kim vurdu, kim gördü?
Şəyyad Həmzə
Şəyyad Həmzə — XIII əsr türk sufi şairi. O, Akşehir və Sivrihisarda yaşamışdır. Şəyyad Həmzə əvvəllər şəyyad (hörgü ustası) ikən əxi qrupları ilə əlaqəsi sayəsində təriqət dairələrinə də daxil olmuş, bu arada xalqa şeirlər söyləmişdir. == Yaradıcılığı == Şəyyad Həmzə heca və əruz vəzni ilə şerlər oxuya bilən, islam mədəniyyətinə bələd olan səyyar bir mütəsəvvifdir. Hecalarla yazılan şeirləri poeziya baxımından gözəldir. Əruzla yazdığı şeirləri o qədər də uğurlu alınmamışdır. Bundan başqa, şeirlərində türk şeirinin təməlindən sətirlər var. Klassik şeirlərində, xüsusən də nətlərinə önəm verilir. Bu şeirlərdə ərəb, fars və islam mədəniyyətinə dair güclü biliklər üstünlük təşkil edir. Şəyyad Həmzənin beş məsnəvisi və başqa şeirləri məlumdur.
Dağ Cəyir
Dağ Cəyir – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dağ Cəyir Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyir çayının (Kür çayının qolu) sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Ermənistan ərazisindən və Qarabağdan köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi adını yerləşdiyi dağlıq ərazidən və Cəyir çayının adından almışdır. 1988-ci ildə Azərbaycan Türkləri Ermənistandan kütləvi şəkildə deportasiya edilən zaman Göyçə mahalının Şişqaya kəndinin sakinləri Şəmkir rayonunun Dağ Cəyir kəndinə yerləşdirilmişdir. Hazırda kənd əhalisini Şişqayalılar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. 2017-ci ildə Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışını edib.
Dəllər Cəyir
Dəllər Cəyir – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəllər Cəyir Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyir çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndi Cəyir çayının yuxarı axarı boyunda, dağlıq ərazidə yerləşən Dağ Cəyir kəndindən fərqləndirmək məqsədilə yaxınlıqdakı Dəllər kəndinin adından istifadə olunmuşdur. Oykonim "Dəllər kəndi yaxınlığındakı Cəyir kəndi" mənasındadır. == Əhalisi == === Tanınmışları === Murad Niyazlı — XX əsrdə tanınmış ustad aşıq, şair. Taleh Həmid — şair, publisit-jurnalist, == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Şəhid (dəqiqləşdirmə)
Şəhid — Yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən canını fəda edən şəxs.
Şəhid Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. == Həyatı == Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. == Təhsili == Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə rəğmən dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Şəhid arzuları
Şəhid arzuları — Şəhidlərə həsr edilmiş mahnı. Mahnının sözləri və bəstəsi gitara ifaçısı və müğənni Çingiz Mustafayevə məxsusdur. O, bu mahnını 2014-cü ildə baş vermiş Azərbaycan-Ermənistan atışması zamanı şəhid olmuş Azərbaycan əsgərlərinə həsr etmişdir. Müğənni mahnını ifa edərək sosial şəbəkədəki səhifəsində paylaşmışdır.
Şəvir (Ərdəbil)
Şəvir (fars. شوير‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Əş-Şəhid
Əş-Şəhid (ər. الشهيد) — Allahın adlarından biri.
Şəhid Sani
Şeyx Zeynuddin ibn Əli Amili— (ərəb. زين الدين بن علي الجبعي العاملي‎; 1506–1559) Şəhidi Sani (ikinci şəhid) ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, digər islam məzhəblərinin fiqhi barəsində də kamil biliyə malik olmuşdur, Konstantinopolda sair məzhəblərin fiqhindən dərs demişdir. Şəhid Sani Məkkədə tutularaq Osmanlı hökumətinin mərkəzinə aparılanda 965 və ya 966-cı (h.q.) ildə yol əsnasında şəhid edilmişdir. == Həyatı == İmamiyyə alimlərindən bir neçəsi "şəhid" ləqəbi ilə tanınır və sıralanır. Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Əli Şami Amili 911-ci hicri qəməri ili şəvval ayının 13-də Livanın Cəbəl-Amil məntəqəsinin kəndlərindən biri olan Cəbə’də elm və təqva ailəsində dünyaya gəlmişdir. == Ailəsi == Atası “Nurəddin Əli” Cəbəl Amil alimlərindən olmuşdur. Onun altıncı əcdadı (Saleh) Əllamə Hillinin tələbəsi olub. Görünür, o, əslən Tus şəhərinə mənsub olub.
Şəhid Əvvəl
Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول‎; 1334–1385) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır. == Həyatı == Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir. == Təhsili == Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır. == Müəllimləri == Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir.
Abbas Qasımov (şəhid)
Akif Məhərrəmov (şəhid)
== Həyatı == Akif Məhərrəmov 6 yanvar, 1972-ci ildə Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmət keçmək üçün Rusiyanın Kalininqrad şəhərinə gedir. O Rusiyada xidməti yarımçıq qoyaraq, Azərbaycana qayıdır. O zaman Rusiyada xidmət məcburi idi. Akif Məhərrəmov torpağlarımızın erməni tapdağlarından azad etmək üçün döyüşür. 16 iyul, 1994-cü ildə Tərtər istiqamətində qəhrəmancasına həlak olur. 22 yaşında müqəddəs zirvəyə ucalan Akif Məhərrəmov, ikinci fəxri xiyabanda dəfn olunub.
Akif Əliyev (şəhid)
== Siyahı ==
Anar Nağıyev (şəhid)
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Anar Quliyev (şəhid)
Anar Quliyev — Azərbaycanlı şəhid. == Həyatı == Anar 1974-cü ildə Gədəbəy rayonunun Zamanlı kəndində anadan olmuşdur. 1991-ci ildə orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1993-cü il noyabrın 9-da Anar ordu sıralarına yola düşür. 23 mart 1993-cü ildə Çıldıran uğrunda ağır döyüşlər gedirdi. Erməni ordusu strateji mövqeyi əldən verməmək üçün əllərindən gələni edirdi. Azərbaycan ordusunun əsgərləri də qəhrəmanlıqla döyüşürdülər. Tədricən üstünlük ordumuzun tərəfinə keçirdi. Hücum da dönüş yaranmışdı. Anar və yoldaşları qələbənin tezliklə qazanılacağına əmin idilər.
Aqil İsmayılov (şəhid)
Aqil Ənvər oğlu İsmayılov (16 iyun 1968, Dəllər Cırdaxan, Şamxor rayonu – 1994, Gədəbəy) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ Müharibəsi şəhidi. == Həyatı == Aqil İsmayılov, 16 iyun 1968-ci ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1986-cı ildə orduya çağrılmış, Penza vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra yenicə təşəkkül tapmış Azərbaycan Milli Ordusu sıralarına yazılaraq vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il iyulun 4-də Gədəbəy rayonunun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir qızı və bir oğlu var.Dəllər Cırdaxan kəndinin mərkəzi küçəsi onun adını daşıyır.
Asif Qəribov (şəhid)
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Rüstəmov (şəhid)
== Siyahı ==
Asif Rəhimov (şəhid)
== Siyahı ==
Ayaz Quliyev (şəhid)
== Siyahı ==
Bəxtiyar Məmmədov (şəhid)
Bəxtiyar Məmmədov — şəhid. == Həyatı == Bəxtiyar Məmmədov 1962-ci il fevralın 12-də Quzanlı kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirəndən sonra Ağdam kənd təsərrüfatı texnikumuna daxil olub. Təhsil aldığı müddətdə sovet ordusuna çağrılıb, ikiillik hərbi xidmətini Arxangelski vilayətində başa vurandan sonra Vətənə qayıdıb,təhsilini davam etdirib. Texnikumu bitirən Bəxtiyar bir neçə il ixtisası üzrə kolxozda işləyir. 1991-ci ildə ailə həyatı qurur. 1993-cü ilin iyunun 30-da Bəxtiyar milli orduya çağrılır. Milli Qəhrəman Yelmar Ömərovun başçılıq etdiyi bataliyonun tərkibində Mərzili , Novruzlu, Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edir. Onun son döyüşü 1993-cü il dekabrın 28-də olub. İyirmiyə qədər əsgərlə döyüşə girən batalyon Mərzili-Novruzlu arasında ermənilərlə qəfil üz-üzə gəlir.
Mirzəzadə Seyid Mehmed Səid Əfəndi
Mirzəzadə Seyid mehmed Səid Əfəndi (1710 – 19 fevral 1775, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. == Həyatı == 1710-cu ildə dünyaya gəldi. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. 1721-ci ildə ailəsinin nüfuzundan istifadə edərək müdərrislik rüyusu aldı. Patrona Xəlil üsyanının ardından şeyxülislamlığa yüksələn atasının istəyilə Süleymaniyə mədrəsəsinə müdərris təyin olundu. Atasının vəzifədən istehfa etməsinə baxmayaraq 5 il boyunca bu vəzifədə xidmət etdi. Ardından 1732-ci ildə İzmir, 1743-cü ildə isə Bursa qazılığına və Məkkə qazılığının namizədliyinə yüksəldi. 1748-ci ildə İstanbul qazısı, 1758-ci ilin aprelində Anadolu qazəsgəri, 1760-cı ilin iyununda və 1763-cü ilin oktyabrında isə 2 dəfə Rumeli qazəsgəri təyin edildi. 1761-ci ilin avqustunda naqibüləşraflığa gətirildi.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Sefid
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. Deh Sefid (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Hisar Sefid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Nəft Sefid — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi". Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür. "Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi). Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir.
Səbir
Səbir — xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Zeyid
Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Tarixi == Zeyid kəndi qədim tarixə malik yaşayış məskənidir. Bu kənd VII əsrin ikinci yarısına kimi "Şəhərgah"adlandırılmışdır və Qaraçayın sol sahilində Qəbələ-Xınalıq-Şamaxı karvan yolunun üzərində yerləşmişdir. Tarixi mənbələrdən məlum olduğuna görə "Peyğənbər salavatullah"ın sağlığında cənnətlik vəd edilən on iki əshabəsindən biri Zeyd İbn əs-Sabah islam dinini yaymaq üçünşimala gəldiyi məlumdur. Çox böyük ehtimalla kəndin sonrakı adı onun adı ilə bağlıdır. Kənd XII əsrin ortalarına kimi Qaraçayın sol sahilində olmuşdur. "Babadilim" baba ilə bağlı əhvalatdan sonra kənd həmin yerdən 5 km məsafədə digər yerə köçmüşdür. Akademik Məşədixanım Nemətin "Azərbaycan pirləri" kitabında göstərir ki, "Babadilim" babanın diri tarixi 1000–1100-cü illərə təsadüf edir. Deməli kəndin köç etməsi məhz XII əsrə təsadüf edir.