Şəhid Sani

Şeyx Zeynuddin ibn Əli Amili (ərəb. زين الدين بن علي الجبعي العاملي‎; 15061558[1]) — "Şəhidi Sani" ("İkinci şəhid") ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, digər islam məzhəblərinin fiqhi barəsində də kamil biliyə malik olmuşdur, Konstantinopolda sair məzhəblərin fiqhindən dərs demişdir. Şəhid Sani Məkkədə tutularaq Osmanlı hökumətinin mərkəzinə aparılanda 965 və ya 966-cı (h.q.) ildə yol əsnasında şəhid edilmişdir.[2]

Şəhid Sani
Doğum tarixi 1506
Vəfat tarixi 1558[1]
Elm sahəsi İslam
Təhsili Fəqih
Tanınmış yetirməsi Hüseyn əl-Həriti[d]
Tanınır Şəhid Sani

İmamiyyə alimlərindən bir neçəsi "şəhid" ləqəbi ilə tanınır və sıralanır. Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Əli Şami Amili 911-ci hicri qəməri ili şəvval ayının 13-də Livanın Cəbəl-Amil məntəqəsinin kəndlərindən biri olan Cəbə’də elm və təqva ailəsində dünyaya gəlmişdir.

Atası “Nurəddin Əli” Cəbəl Amil alimlərindən olmuşdur. Onun altıncı əcdadı (Saleh) Əllamə Hillinin tələbəsi olub. Görünür, o, əslən Tus şəhərinə mənsub olub. Bəlkə bu səbəbdəndir ki, Şəhid Sani bəzən “Əl-Tusi Əl-Şami” imzası ilə də qeydlər aparmışdır. Şəhid Saninin bir çox əcdadları görkəmli alimlər sırasındadır. Şəhid Sani ailəsinin qızıl zəncirlər mənasını verən “Silsilətuz-zəhəb (سلسلة الذهب)” kimi tanınmasının da səbəbi budur.

Təhsil və tədrisi

[redaktə | mənbəni redaktə et]

Ömrünün əvvəlində həm sünnü həm də imamiyyə alimlərindən təhsil almışdır. Şeyx Əli bin Əbdül Ali Misi (hicri 938-ci il) və fiqhdə əl-Məhcəul-beyda kitabının müəllifi Seyid Cəfər Kərəki və Şeyx Məhəmməd ibn Məkki, onun müəllimləri arasında olmuşdur. Sonra elm öyrənmək və kamilliyə çatmaq üçün Misir, Suriya, Hicaz, Fələstin, İraq və İstanbula səfər etmişdir. O vaxtlar monqolların və Əmir Teymurun işğalından və qəbiləçilik və anarxiyanın yayılmasından sonra Bağdad və İran və Türküstan bölgəsi əvvəlki vəziyyətindən düşmüş, əvəzinə Suriya və Misir bölgəsi elm və təhsil mərkəzinə çevrilmişdi. O məmləkətlərdə şeyx otuz üç yaşında ictihad dərəcəsinə çatana qədər müxtəlif alimlərdən dərs alır. Sonda Misirdən vətəninə qayıdaraq müəllimlik və tədris etməyə başlamışdır. Qazəsgər onun elmini görüb, ona Bəəlbək məktəbini öyrətməyi və Sultan Birinci Süleyman tərəfindən vəqf olunmuş vəqflərə nəzarət etməyi ona tapşırdı. On iki sünni alimi onun haqqında müsbət fikirlər yazmışdır. O, beş Cəfəri, Hənəfi, Şafii, Maliki və hənbəli məzhəbində mahir olmuş və O ilk şəxsdir ki, ilk dəfə İslam dünyasında müqayisəli fiqhi tədris etmişdir.

Şəhidi Sanının əsərləri, tarixləri baxımından Ravz'ul-Cinan'dan başlar, ər-Ravzat'ul-Behiyye'de də sona çatar. Həqiqətən də Ravzat'ul-Behiyye, adında da ifadə edildiyi kimi alim və araşdırmaçıların ruhlarını təzələyən, itirdiklərini orada tapmalarını təmin edən, iman və inanc baharı əsdirən mükəmməl bir bağçadır. Emel'ul-Amul kitabında yazılanlara görə, Şəhidi Sani şəhid olduğunda iki mindən çox kitabı vardı. Bunlardan iki yüz nüsxəsi Şəhidin öz xəttiylə, digərləri də başqa alimlər tərəfindən qələmə alınmışdı. Qısaca, Şəhid (r.ə)ın bəzi əsərləri bunlardır:[3]

  • Ravz'ul-Cinan fi Şərhi İrşad'il-Ezhan
  • Mesalik'ul-Efham fi Şərhi Şerai'il-Ahkam
  • əl-Fevaid'ul-Amelliyye fi Şərhin-Nefliyye
  • əl-Mekasid'ul-İlliyye fi Şerh'il-Elfiyye
  • Menasik'ul-Hacc'il-Kebir və Menasik'ul-Hacc'is-Sagir
  • ər-Ravzat'ul-Behiyye fi Şərhi Lümat'id-Dımeşkiyye
  • əl-Bidayeti fi İlm'id-Diraye (Şəhidi Sani, bu sahədə beləsinə mühüm bir kitab yazan bəlkə də ilk alimdir.)
  • Temhid'ul-Kavaid'il-Usuliyye li Tefri'il-Ahkam'iş-Şer'iyye
  • Gunyet'ul-Kasidin fi Istılahat'il-Muhaddisin
  • Kitabın fil-Ahadis (Həsən b. Mahbubun Meşiyhasından seçilən bir çox hədis ehtiva edər.)
  • Risalətin fil-Ediyye və Risalətin fi Adabil cumə
  • Hakaik'ul-İman
  • Manzumeti fin-Nahv (Şərhiylə birlikdə)
  • Munyet'ul-Murid fi Edeb'il-Mufid (Adabutdalım və Mutaallim, təhsil və təhsil haqqında fövqəladə faydalı bir kitabdır.)
  • Mesken'ul-Fuad İnde Fıkhıl-Ehibbe vəl-Övlad (Xülasəsiylə birlikdə)
  • Keşf'ur-Raybet an-Ahkam'il-Gıybet
  • Bəla və səbir

Qətl və şəhid edilməsi

[redaktə | mənbəni redaktə et]

Şeyx Bəhainin atası Şeyx Hüseyn ibn Əbdussəməd Hərisi belə deyir: Bir gün Şəhidi Sanının yanına vardım. Çox düşüncəli idi. Nə üçün düşüncəli olduğunu soruşdum, belə cavab verdi: "Qardaşım, elə sanıram ki mən ikinci şəhid (şəhidi sani) olacağam. Yuxumda Ələmül-Huda Seyid Mürtəzanı gördüm. Bir ziyafət süfrəsi açmış, İmamiyyə alimlərini başına yığmış, birlikdə yemək yeyirdilər. Mən də onlara qatıldığımda Seyid Mürtəza ayağa qalxdı və mənə xoş gəldin deyib Şəhidi Əvvəlin yanına oturmamı istədi." Fəzilət sahibi Şəhidi Sani də digər şəhidlər kimi gözünü dünya malı və ehtirası bürümüş, şəxsi mənfəətləri arxasında olan bir dünyapərəstin qurbanı olmuşdur.

Hadisə, qısaca olaraq belə reallaşmışdır:

Cəbə əhalisindən iki adam, aralarındakı bir anlaşılmazlığı həll etməsi üçün Şəhidi Saniyə müraciət edərlər. Şəhid (r.ə.) də şəri üsullara görə aralarında hökm edər. Əleyhinə hökm edilən şəxs, bu hökmə qarşı gələrək Sayda Şəhəri qazisinə sığınar və onun yanında Şəhidi Sanini Rafiziliklə günahlandırar. Qazi, dərhal hərəkətə keçərək vəziyyəti Osmanlı padşahı Sultan Səlimə bildirər. O da Şəhidi həbsi üçün birini vəzifələndirər. Ancaq bu kimsə, Şəhidi tapa bilməz. Sultan Səlim, bir müddət sonra vəziri Rüstəm Paşanı vəzifələndirər və ondan Şəhidi tapmasını, məzhəbi haqqında məlumat almasını, İmamiyyə olması halında dərhal həbs edib sarayına gətirməsini istər. Dərhal hərəkətə keçən Rüstəm Paşa, onun həccə getdiyini öyrənər-öyrənməz arxasına düşər. Hələ Məkkəyə çatmadan onu tutar. Şəhid (rəhmətullah), həcc ziyarətinin sonuna qədər ondan möhlət istər. Rüstəm Paşa ilk öncə bunu qəbul edər ancaq, daha sonra başqalarının qızışdırması nəticəsində o uca şəxsiyyəti şəhid edərək kəsik başını sultana aparar. Sultan Səlim, vəzirinin bu işinə çox hirslənər və onu bu əməlinə görə qınayıb danlayar. Sonra, Şəhidin qanı yerdə qalmaz və Seyid Əbdurrahim Əbbasinin təlaşlarıyla Rüstəm Paşa, reallaşdırdığı bu cinayətə görə ölumə məhkum edilir. İmamiyyə məzhəbinin ən öndə gedən fəqihlərindən sayılan Şəhid Sani 966 hicri qəməri ilində qətl edilmişdir.[4]

Başqa bir rəvayətə görə isə, Cəbə əhalisindən iki adam, aralarındakı bir anlaşılmazlığı həll etməsi üçün Şəhid Saniyə müraciət edərlər. Şəhid də, şəri üsullara görə aralarında hökm edər. Əleyhinə hökm edilən kəs, bu hökmə qarşı gələrək Sayda Şəhəri qazısına sığınar və onun yanında Şəhid Sanini Rafiziliklə günahlandırar. Qazi, dərhal hərəkətə keçərək vəziyyəti Osmanlı padşahı Sultan Səlimə bildirər. O da Şəhidin həbsi üçün birini vəzifələndirər. Və ondan Şəhidi tapmasını, təriqəti haqqında məlumat almasını, Rafizi olması halında dərhal həbs edib sarayına gətirməsini istər. Vəzifəli şəxs, Şəhidin həccə getdiyini öyrənər-öyrənməz yola düşər və hələ Məkkəyə çatmadan onu yaxalayar. Şəhid, həcc vacibatını yerinə yetirmək üçün ondan möhlət istər, otaq icazə verdikdən sonra, həccini bitirər. Daha sonra Şəhidi həbs edərək İstanbula doğru yola qoyular. İstanbula yaxınlaşdıqlarında biriylə qarşılaşarlar, bu adam Şəhidi həbs edənə belə deyər: Sən bunun kim olduğunu bilirsənmi? Bu adamın İstanbulda çox sevəni var, sarayda belə bunu sevənlər var. Padşaha yol boyunca mənə zülm və əziyyət etdi deyərsə, bil ki padşah səni çox pis cəzalandırar. Yaxşısı sən bunu buradaca öldür və başını saraya apar. Rüstəm Paşa Allahdan qorxmadan 1558 (h: 966) ilində, bu böyük alimin mübarək başını orada kəsdi və başını götürərək yola qoyuldu, bədəni də eləcə yerdə qaldı. Sultan Səlim, göndərdiyi adamın etdiyi bu işə çox hirslənmişdir. Sarayda tapılan Seyid Əbdurrahim Əbbasi, Şəhidin çox köhnə dostlarından idi və kəsik başını görüncə çox kədərlənər, padşahdan qatilin mütləq cəzalandırılmasını və qisas edilməsini istər. Padşahda Şəhidi Sanini qətl edənin, dərhal öldürülməsini əmr edər.

Əllamə Məclisinin şagirdlərindən və o dövrün alimlərində Nemətullah Cəzairi, Şəhidi Sanının başsız qalan bədəni haqqında bunları yazmışdır: "Acımazsızca başı kəsıldi və bədəni eləcə yerdə qaldı. Gecələri davamlı bədəninə səmadan nur əks olunmaqda idi. Bunu görən ətrafdakı kəndlilər dərhal oraya gəldilər, böyük bir alim və övliya olduğunu anladılar. Dərhal bir qəbir qazıb, oraya basdırdılar və Şəhid üçün böyük də bir türbə inşa etdilər. İndi İstanbulda Zeynuddin Vəli Türbəsi olaraq tanınmaqdadır və qəbri başına gələrək dua edənlər çoxdur."[5] Allah ruhunu şad etsin!

  1. 1 2 Zain-ad-Dīn Ibn-ʿAlī al- ʿĀmilī aš-Šahīd aṯ-Ṯānī // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  2. "Şəhid Saninin (rəhmətullahi əleyh) həyatı müxtəsər şəkildə". 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  3. "BÖYÜK FƏQİH ŞƏHİD SANİNİN QISA TARİXÇƏSİ". 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  4. "Mezlum Fakih Şehid-i Sani". 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  5. ""Birinci şəhid", "ikinci şəhid", "üçüncü şəhid": onlar kimdir?". 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]