Zeyid

ZeyidAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir[1].

Zeyid
41°10′45″ şm. e. 48°19′44″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 252 (2009) nəfər
Xəritəni göstər/gizlə
Zeyid xəritədə
Zeyid
Zeyid

Zeyid kəndi qədim tarixə malik yaşayış məskənidir. Bu kənd VII əsrin ikinci yarısına kimi "Şəhərgah"adlandırılmışdır və Qaraçayın sol sahilində Qəbələ-Xınalıq-Şamaxı karvan yolunun üzərində yerləşmişdir. Tarixi mənbələrdən məlum olduğuna görə "Peyğənbər salavatullah"ın sağlığında cənnətlik vəd edilən on iki əshabəsindən biri Zeyd İbn əs-Sabah islam dinini yaymaq üçünşimala gəldiyi məlumdur. Çox böyük ehtimalla kəndin sonrakı adı onun adı ilə bağlıdır. Kənd XII əsrin ortalarına kimi Qaraçayın sol sahilində olmuşdur. "Babadilim" baba ilə bağlı əhvalatdan sonra kənd həmin yerdən 5 km məsafədə digər yerə köçmüşdür. Akademik Məşədixanım Nemətin "Azərbaycan pirləri" kitabında göstərir ki, "Babadilim" babanın diri tarixi 1000–1100-cü illərə təsadüf edir. Deməli kəndin köç etməsi məhz XII əsrə təsadüf edir. Bundan sonra kənd üç dəfə yerini dəyişmiş və yeddi yerə bölünmüşdür. Bunlardan beşi Quba və Xaçmaz rayonları ərazisindədir. Zeyid, Aşağı Zeyid, Qacar Zeyid, Qaragicig Zeyid, Ağbil. Kənd hazırkı yerinə XVII əsrin axırı XVIII əsrin əvvəllərində köçmüşdür. 1796-cı il məlumatlarına görə Quba xanlığının Dağıstan mahalına aid 18 kənddən biridir.

Zeyd oyk., sadə. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli əhali kəndin adını seyid sözündən yaranma hesab edir. Həqiqətən də kəndin 6 məhəlləsindən ən qədimi Əmir Seyidlidir. Digər məlumata görə, kəndin adı bəzi türk dillərindəki zəy (sulu yer, bulaqlı yer) sözündən və -/ cəm şək.-sindən ibarət olub, "bulaqlı yer" mənasındadır. Kəndin ərazisində həqiqətən də çoxlu bulaqlar var. Deyilənə görə, Zeyd hələ kənd yaranmamışdan əvvəl həmin yerin adı olmuşdur. Yaşayış məntəqəsi də həmin yerin adını qəbul etmişdir. XIX əsrin ortalarında bu kənddən indiki Quba və Xaçmaz r-nlannın düzən sahəsindəki qışlaqlarda bir neçə məntəqə yaranmışdır: Ağbil Zeyid, Qəcər Zeyid, Aşağı Zeyid, Qaragicig Zeyid, Təzəkənd və s.[2]

Zeyid kəndində ümumi orta məktəb, klub, kitabxana, qədim tarixə malik məscid mövcuddur. Onu kəndin mömün və xeyirxah adamı olan Hacı Səlim 1846-cı ildə inşa etdirmişdir. Məscid başda imamın durması üçün xüsusi yer ayrilmış, dəhlizdən və üç hücrədən ibarətdir. Üstündəki dörd kitabədəki ərəb əlifbası ilə yazılmış yazılardan aydın olur ki, məscidi Təbriz şəhərindən gətirilmiş üş usta inşa etmişdir. Deyilənlərə görə işlədilən qızıl kərpic at yükü ilə Dərbənd şəhərindən daşınıbmış. Binanın tikintisində aşıq Xaltanlı Tağı da iştirak edibmiş. Məscidin tikintisində ağac və dəmir konstruksiyalardan istifadə edilməmişdir. Tağlı məscid memarlıq baxımından reğionmuzda müstasnalıq təşkil edir. Onu da deyirlər ki, Qonaqkənd-Xaltan yolunun üstündəki iki tağlı körpünü də həmin ustalar tikmişdır. Özünün xeyirxah əməlləriylə nəinki Zeyid, həttda qonşu kəndlərinin də etibarını, hörmətini qazanmış Hacı Səlim isə məscidin tikintisi başa çatandan sonra Məkkəyə ziyarəti zamanı vəfat etmişdir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Zeyid kəndi dəniz səviyyəsindən 2230 metr yüksəklikdə yerləşir. 2000 h sahəsi var. Şərqdən Buduq, Qırız Dəhnə, cənubdan Rük, Qarxun, şimaldan Cek, Əlik kəndləri ilə həmsərhəddir. Qışı günəşli, quru şaxtalı, yağıntı az olan, yaz ayları nisbətən yağıntılı, yay və payız fəsillərində isə günəşli günlər üstünlük təşkil edir. Təmiz havası, şəfalı bulaqları var.

Çar Rusiyasının apardığı 1831-ci il siyahıya almasına görə kənddə 57 təsərrüfat, 325 nəfər kişi əhali olmuşdur. Siyahıya alınma rus məmuru Xatyanovski tərəfindən aparılmışdır. Hal-hazırda kənddə 40 ev var, 280 nəfər əhali yaşayır. Kəndin mövcud problemləri(yolsuzluq, içməli su sarıdan əziyyət çəkməsi, iş yerlərinin olmaması və s.) bu qədim yaşayış məskəninin inkişafın ləngidir, kənd cavanlarının başqa şəhərlərə üz tutmasına səbəb olur. Kənd əhalisinin etnik tərkibi Azərbaycan türklərindən ibarətdir. Kənddə Səfərli, Babaylı, Məmmədkərimli, Dərəhli tayfalarından ibarət əhali yaşayır. Xələfli tayfasından kənddə qalan yoxdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 252 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisinin əsas məşğuliyyəti qoyunçuluq, maldarlıq və əsasən arıçılıqdan ibarətdir. Köçəri heyvandarlıq, kartof becərilməsi inkişaf etmişdir. Kənd əhalisi tarixən toxuculuqla məşqul olmuşlar. Qədim "ZEYİD" xalısı var. Hal-hazırda toxuculuq sənəti istifadə olunmur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • ARTDA, fond/24, siyahı 1, iş 328
  • Salman İbişov. Quba xanlığı: tarixi və azadlıq mücadiləsi.
  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629