Hacı Seyid Əbdülhəmid

Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub.[1] Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub.[2]

Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər[2] "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib.[1] Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib.[2]

  1. 1 2 Һаҹы Сејид Әбдүлһәмид / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 145.
  2. 1 2 3 Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI - начале XIX вв. — Л., 1949. — С. 62.: