Mirzəzadə Seyid Mehmed Səid Əfəndi

Mirzəzadə Seyid mehmed Səid Əfəndi (171019 fevral 1775, İstanbul) — Osmanlı alimişeyxülislamı.[1] Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II SüleymanII Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır.[2]

Seyid Mehmed Səid Əfəndi
ƏvvəlkiPirizadə Osman Sahib Əfəndi
SonrakıSeyid Mehmed Şərif Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Atası Mirzəzadə Şeyx Mehmed Əfəndi

1710-cu ildə dünyaya gəldi. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II SüleymanII Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. 1721-ci ildə ailəsinin nüfuzundan istifadə edərək müdərrislik rüyusu aldı. Patrona Xəlil üsyanının ardından şeyxülislamlığa yüksələn atasının istəyilə Süleymaniyə mədrəsəsinə müdərris təyin olundu. Atasının vəzifədən istehfa etməsinə baxmayaraq 5 il boyunca bu vəzifədə xidmət etdi. Ardından 1732-ci ildə İzmir, 1743-cü ildə isə Bursa qazılığına və Məkkə qazılığının namizədliyinə yüksəldi. 1748-ci ildə İstanbul qazısı, 1758-ci ilin aprelində Anadolu qazəsgəri, 1760-cı ilin iyununda və 1763-cü ilin oktyabrında isə 2 dəfə Rumeli qazəsgəri təyin edildi.

1761-ci ilin avqustunda naqibüləşraflığa gətirildi. 1765-ci ilin iyununda vəzifədən alınsa da, 1767-ci ilin oktyabrında ikinci dəfə bu vəzifəyə gətirildi. İstər naqibüləşraflığı, istərsə də qazəsgərliyi dönəmində saxta seyidlərlə mübarizə apardı. Naqibüləşrafın Kəmaliyə bölgəsi üzrə naibinin öldürülməsi hadisəsini araşdırmış, şeyxülislamdan aldığı fətvayla təqsirkarları ağır şəkildə cəzalandırmışdır.

3 mart 1770-ci ildə Pirizadə Osman Əfəndinin vəfatıyla boşalan şeyxülislamlığa təyin olundu. O əsnada xəstə olduğu üçün mərasimdə geyinməli olduğu "fərveyi bəyza" adlanan ağ xələt qapıçılar kəndxudasıyla köşkünə göndərildi. 4 il davam edən şeyxülislamlığı dönəmində üləma zümrəsindəki nizam-intizamı təmin etməsinə baxmayaraq səhhəti ağırlaşmışdı. Bir müddət icazə istəyib Üsküdardakı köşkünə çəkildi və müalicə olundu. Ancaq ağırlaşan səhhəti saraya və padşahın hüzuruna, hətta bayram mərasimlərinə çıxa bilməməsinə səbəb oldu. Nəhayət 20 avqust 1773-cü ildə öz istəyilə vəzifədən istehfa etdi. Uzun müalicədən sonra 19 fevral 1775-ci ildə vəfat etdi və cənazəsi Üsküdardakı ailə məzarlığına dəfn olundu.

  • Devhatü’l-meşâyih, s. 103–104.
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 9–10.
  • Sicill-i Osmânî, III, 31–32.
  • İlmiyye Salnâmesi, s. 538–540.
  • Uzunçarşılı, Saray Teşkilâtı, s. 51.
  • a.mlf., Osmanlı Tarihi, IV/2, s. 493–494.
  • Danişmend, Kronoloji2, V, 143.
  • Öztuna, Devletler ve Hanedanlar, II, 782–783.
  • Kāmûsü’l-a‘lâm, VI, 4510.
  1. Ahmed Rifat, Osmanlı Toplumunda Sâdât-ı Kirâm ve Nakibüleşrâflar: Devhatü’n-nukabâ (haz. Hasan Yüksel – M. Fatih Köksal), Sivas 1998, s. 102.
  2. Şem‘dânîzâde, Müri’t-tevârîh, II/A, s. 68, 74, 120; II/B, s. 24, 25, 37, 114.