Dağ Cəyir – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Dağ Cəyir | |
---|---|
40°42′23″ şm. e. 45°55′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.365 m |
Saat qurşağı | |
Dağ Cəyir Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyir çayının (Kür çayının qolu) sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Ermənistan ərazisindən və Qarabağdan köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi adını yerləşdiyi dağlıq ərazidən və Cəyir çayının adından almışdır[1]. 1988-ci ildə Azərbaycan Türkləri Ermənistandan kütləvi şəkildə deportasiya edilən zaman Göyçə mahalının Şişqaya kəndinin sakinləri Şəmkir rayonunun Dağ Cəyir kəndinə yerləşdirilmişdir. Hazırda kənd əhalisini Şişqayalılar təşkil edir.
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
2017-ci ildə Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışını edib.[2]
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |