Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamaxı
Şamaxı — Azərbaycan Respublikasında şəhər, Şamaxı rayonunun mərkəzi. Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir. == Etimologiyası == S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də prosses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Acıdərə (Şamaxı)
Acıdərə — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 25 km cənubdadır. Azərbaycanın əhalisinin sayına görə ən kiçik kəndidir. == Tarixi == Acıdərə çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə Şamaxı qəzasında yaşamış çıraqlı tayfasının qışlaq yeri olmuşdur. 1896-cı ildə çıraqlıların bir hissəsi Acıdərədə xidmət evi olan poçt (çaparxana) ətrafında məskunlaşmışlar. Yaşayış məntəqəsi yerləşdiyi ərazinin adı ilə adlandırılmışdır. == Əhalisi == Әһalisi 1 nəfərdir, 3 təsərrüfatı var (2009).
Acıçay (Şamaxı)
Acıçay — Şamaxı rayonunda çay (Çigilçay hövzəsi). == Toponimikası == Çay Tudar kəndinin yaxınlığından axır. Tüdar da adlanır. Hidronim acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya şor olduğunu bildirir. Türkmənistan ərazisində Açısay adlı çay və yaşayış məntəqəsi qeydə alınmışdır.
Adi şəmayı
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Adnalı (Şamaxı)
Adnalı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ələt-Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub-qərbdə yerləşir. == Əhalisi == Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 175 təsərrüfat var. == Mədəniyyəti == Kənddə klub və kitabxana var. == Təhsil == Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir. == Din == Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Bağırlı (Şamaxı)
Bağırlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlı Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin cənub ətəyində, Bulanıqsu çayının sahilindədir. Tam adı Lələ Bağırlıdır. Kəndin adı keçmışdə qışı Ərəş qəzasında, yayı isə Kəlbəcər yaylaqlarında maldarlıqla məşğul olmuş bir elatın adındandır. 1919-cu il tarixində ermənilər tərəfindən Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur. == Əhalisi == Kənd əhalisi 2077 nəfərdir ki, onunda 1042 nəfəri kişi, 1035 nəfəri isə qadınlar təşkil edir.
Dəmirçi (Şamaxı)
Dəmirçi — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəmirçi Şamaxı rayonunun eyniadlı kəndin inzibati ərazi vahidində kənddir. Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədar olmuşdur. == Coğrafiya və iqlim == İqlimi mülayimdir, yayda sərin, qışda isə çox da sərt olmur. Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da kəndin üstü həmişə günəşli olur. Kəndin iqlim şəraiti kənar yaşayış məskənlərinkindən fərqlidir. == Əhali == Dəmirçi kəndi Dəmirçi inzibati ərazi vahidinə aiddir.
Günəşli (Şamaxı)
Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır. == Tarixi == Şamaxı rayonunun Günəşli kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. 19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır. == Əhalisi == Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir., 145 təsərrüfatı var.
Hacılı (Şamaxı)
Hacılı — Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 346 nəfərdir ki, onunda 157 nəfəri kişi, 189 nəfəri isə qadınlar təşkil edir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, Şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Hacıqədirli (Şamaxı)
Hacıqədirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. XIX əsrdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş 84 ailədən ibarət bir elat hacıqədirli adlanırdı. Onlar yayı Dağlıq Şirvanda, qışı isə Şirvan düzündə keçirirdilər. XIX əsrin sonlarında oturaqlaşmağa başlayan hacıqədirlilər bu yaşayış məntəqələrində məskunlaşmışdılar. == Əhalisi == Kənd əhalisi 444 nəfərdir ki, onunda 215 nəfəri kişi, 229 nəfəri isə qadınlar təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Laləzar (Şamaxı)
Laləzar — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunun Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinın Əliçapan dağının şimal-şərqində yerləşir. Kənd əhalisi 474 nəfərdir ki, onunda 241 nəfəri kişi, 233 nəfəri isə qadınlar təşkil edir., 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Kərimbəyli Kiçik Quşçusu olmuşdur. Yaşayış məntəqəsi qədim türk tayfalarından olan quşçuların kərimbəyli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. 1960 illərdə adı dəyişdirilərək Laləzar adlandırılmışdır.Kənd ərazisində bir ümumi orta məktəb fəaliyyət göstərir. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.
Mamayı məhəlləsi
Mamayı məhəlləsi - Şuşanın XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Məhəllə şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır. Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var. Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir.
Mamayı məscidi
Mamay məscidi — XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir. İki mərtəbəlidir. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamay məscidinin dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdır. Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılır. Bu məsciddə pəncərələr binanın iki baş fasad və mehrab olan tərəfindən qoyulmuşdur. Mamayı məscidi vaxtilə poeziya evi olmuşdu Şuşada tikilmiş məhəllə məscidlərinin üzərində bir, cümə məscidlərinin üzərində isə iki minarə var. Cümə məscidləri həcminə, memarlıq üslubuna, xarici və daxili divarlarına yazılan "Qurani Kərim" dən olan surə və ayələrinə görə məhəllə məscidlərindən fərqlənirlər. Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan (Mərdinli məscidi, Quyuluq məscidi, Köçərli məscidi) və ya müstəvi səpkisində işlənmiş (Çöl Qala məscidi, Seyidli məscidi, Mamay məscidi) həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur.
Meydan (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Qaladərəsi (Şamaxı)
Qaladərəsi – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Qala çayının (Ağsu çaynın qolu) sahilində, dağətəyi ərazidədir. Əhalisi 143 nəfərdir (2009), 36 təsərrüfatı var. İlkin əhalisi qonşu Qaleybuğurd və başqa kəndlərdən gələrək qazmalar şəklində məskunlaşarmış və sonralar kənd yaşayış məskəni kimi formalaşmışdır. Qaladərəsi kəndi yerləşdiyi ərazinin relyefinə uyğun Qaleybuğurd qalasına yaxın çay dərəsində yerləşdiyinə görə Qaladərəsi adlandırılmışdır. == Əhalisi == Kənd əhalisi 140 nəfərdir ki, onunda 64 nəfəri kişi, 78 nəfəri isə qadınlar təşkil edir.
Qaravəlli (Şamaxı)
Qaravəlli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. 1886 il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) qeyd edilən ərazidə yaşadığı göstərilir. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır. == Əhalisi == 1919-cu il tarixində ermənilər tərəfindən 66 evlik Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşaq öldürülmüşdür.
Qonaqkənd (Şamaxı)
Qonaqkənd – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Qonaqkənd kəndi Hacılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qonaqkənd kənd Soveti yaradılmışdır. == Tarixi == XIX əsrdə əhalinin siyahıya alınması zamanı Şamaxı qəzası Qoşun sahəsində Qonaqkənd kəndi (118 ailə, 604 nəfər) qeydə alınmışdır. XIX əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791-1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Cabanı yaylasının şimal-şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi tatlardan ibarətdir. 1919-cu il tarixində ermənilər tərəfindən 155 evlik Qonaqkənd kəndində 25 kişi, 5 qadın, 4 uşaq öldürülmüşdür. Kənd əhalisi 882 nəfərdir ki, onun da 416 nəfəri kişi, 466 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 166 təsərrüfat var.
Qurdtəpə (Şamaxı)
Qurdtəpə (əvvəlki adı: Novodmitriyevka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd 1874-cü ildə Rusiyanın müxtəlif əyalətlərindən köçürülmüş rusların bu ərazidə yerləşdirilməsi nəticəsində Novodmitriyevka adlandırılmışdır. 1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinə aid xəritədə Şamaxı qəzasında Novodmitrovka kəndi ilə yanaşı, ondan az aralı, cənubda, Meysəri kəndindən şimali-qərbində Qurdtəpəsi (Kurd təpəsı yazılış formasında) adlı kəndin olması göstərilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra kəndin əvvəlki Qurdtəpə adı bərpa edilmişdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Muğanlı kənd inzibati-ərazi vahidi tərkibindəki Novodmitriyevka kəndi Qurdtəpə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Qurdtəpə kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qurdtəpə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qurdtəpə yaylasında yerləşir. == Əhalisi == 1886-cı il əhalinin siyahıyaalınması sənədlərində Şamaxı qəzasında Novodmitriyevka kəndi (20 ailə, 96 nəfər əhali) qeydə alınmışdır. Hazırda kənd əhalisi 741 nəfərdir ki, onun da 373 nəfəri kişi, 368 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 139 təsərrüfatı var.
Quşçu (Şamaxı)
Quşçu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir. == Tarixi == Quşçular kəndinin adı qədim mifoloji inamlara söykənir. Belə ki, qədim dövrlərdə Azərbaycan türkləri arasında quş onqonu geniş yayılmışdır. Odur ki, nağıl və dastanlarımızda quşlara xüsusi yer verilmişdir.
Sis (Şamaxı)
Sis — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı rayonunun Qəleybuğurd inzibati ərazi dairəsində kənd. Pirqulu dağının cənub-qərb yamacında, Ağsu çayının hövzəsinə məxsus Sis çayının yaxınlığında yerləşir. Kəndin ərazisi meşəlikdir. Pirqulu yaylasında günəşli havalar olduğu halda yaylanın Ağsu çayı sahəsində Sis kəndi yerləşən yamacda ən çox dumanlı, çiskinli havalar olur. Əvvəllər Bakı quberniyasının Şamaxı qəzasının Qoşun sahəsində Sis kəndi Sis qazma kimi qeydə alınmışdır. Qonşu Qəleybuğurd və Çağan kəndlərindən çıxmış ailələr ilk əvvəl qazmalar şəklində məskunlaşaraq sonralar kənd kimi formalaşmışdır. Sis toponimi yerləşdiyi ərazinin təbii şərait və xüsusiyyətlərini özündə əks etdirir. == Əhalisi == Əhalisi 362 nəfərdir (2009), 79 təsərrüfatı var.
Şamaxı xan sarayı
Şamaxı xan sarayı — Azərbaycanın Şamaxı şəhərində mövcud olmuş keçmiş xan sarayı. Saray Şamaxıda baş verən çoxsaylı zəlzələlər zamanı ciddi zərər çəkmiş və 1918-ci ildə tamamilə dağıdılmışdır. Şamaxı xan sarayının otaqları Şəki xan sarayı kimi divar rəsmləri ilə zəngin bəzədilmişdi.
Mirikənd (Şamaxı)
Mirikənd — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Mirikənd kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin Şm.-ş ətəyindədir. Əhalisi 799 nəfərdir (2009), 170 təsərrüfatı var. 19 əsrə aid bir mənbədə Bakı quberniyasının Şamaxı qəz. Qoşun sahəsinin Meysəri kənd icmasına daxil olan Mirikənd kəndinin adı (35 ailə. 206 nəfər əhali) qeydə alınmışdır. Kəndin adı burada məskunlaşmış qaravəlli tayfasına mənub bir qrup ailələrin başçısı olmuş Miri adlı şəxsin adı ilə bağlıdır.
Sabir (Şamaxı)
Sabir — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı rayonunun Sabir inzibati ərazi vahidində qəsəbə. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 3702 (2009) nəfərdir, 546 təsərrüfatı var. 11 illik məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Yaşayış məntəqəsi 1960 ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmış, sovxozun əhalisi əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır. Qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır.
Samani
Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb. Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir. Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib. == Qəpiklər == Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir. === 2001—2006-ci illər seriyası === 2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib. === 2011-ci il seriyası === Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
Şamayi Devidson
Şamayi Devidson (ing. Shamai Davidson; ivr. ‏שמאי דוידסון‏‎; 1926, Dublin – 1986, Qüds) — İsrail professoru, psixiatrı və psixoanalitiki. O, ömrünün otuz ilini Holokostdan sağ çıxanlarla işləmiş, onların təcrübələrinin mahiyyətini anlamağa çalışmışdır. Devidson Şalvata Zehni Sağlamlıq Mərkəzinin tibbi direktoru və Eli Vizel adına Holokostun Psixososial Travmasının Tədqiqi kafedrasının sədri olmuşdur. İrlandiyanın Dublin şəhərində anadan olan Devidson Varşava gettosunda, Lodz gettosunda və Çelmno qaz furqonlarında bir çox qohumunu itirmişdir. O, Qlazqo Universitetində və Oksford Universitetinin Tibb Məktəbində tibb təhsili almışdır. Devidson İzrail Çarni və Eli Vizel ilə birlikdə Holokost və Soyqırım İnstitutunu təsis etmişdir. O, ölümünə qədər Holokostdan sağ çıxanları müalicə edən psixiatr və psixoanalitik kimi çalışmışdır.
Addinqton sarayı
Addinqton sarayı — İngiltərədə Cənubi Londonda Addinqton bölgəsinin yaxınlığındakı Kraydon ərazisində yerləşən saray. == Tarixi == Saray XVI əsrdə tikilmişdir. XVIII əsrə qədər sarayın sahibi Ley ailəsi olmuşdur. 1737-ci ildə ailənin sonuncu nümayəndəsi ser Con Ley vəfat edəndə onun yaxın mirasçısı olmur. Bu səbəbdən saray ailənin uzaq qohumu Barlaou Trekotikə qismət olur. Trekotik tacir idi, Londona köçmüşdü, millət vəkili və bələdiyyə başçısı kimi vəzifələrə sahib idi. 1770-ci ildə London meri Lord Mayor Addinqton sarayını 38.500£ qiymətə satın alır. == Müasir dövrdə == 1951-ci ildə saray Özəl Memarlıq Araşdırma Binaları Siyahısına alınmışdır. 1953-cü ildə Kral kilsəsi musiqi qrupu sarayı kirayəyə alır və həmçinin kollec kimi də istifadə olunur. Saray 1996-cı ildə bir şirkət tərəfindən alınmış və indiyə qədər toy, konfrans mərkəzi kimi istifadə olunmaqdadır.
Alferaki sarayı
Alferaki sarayı — Rusiya, Taqanroqda əslən varlı tacir Nikolay Alferakinin evi olan muzey. Bina memar Andrey İvanoviç tərəfindən 1848-ci ildə şəhərin mərkəzində, Frunze küçəsində inşa edilib. Bina dörd korinf sütun və barokkko üslubunda qəliblər olan bir portal ilə bəzədilib. Daxillində otaqlar və tavan boyaması ilə bəzənmiş xüsusi musiqi zalı yerləşir. == Tarixi == Sarayın ilk sahibləri Taqanroqda anadan olmuş Nikolay Alferaki və ailəsi idi. Mixail Şepkin 1863-cü ilin iyulunda Alferaki Sarayında qalmışdır. 1870-ci illərdə Alferaki ailəsi iflas etdikdən sonra saray Yunan taciri Negropontə, bağçası isə tacir icmasına satıldı. Anton Çexov ( Oğlanlar Gimnaziyasının şagirdi kimi) 1876-cı ildə ticarət klubunda verilən konsertlərə gəlir və daha sonra İonych, Mask və Mənim həyatım hekayələrində saraydan bəhs edir. 1918-ci ilin fevral-aprel aylarında bina Taqanroq Sovet İşçilər Şurasının qərargahına çevrildi. Binada 1918-ci ildə işğal zamanı Alman müharibə xəstəxanası, 1919-cu ildə isə Anton İvanoviç Denikin qəragahı yerləşirdi.
Baabda Sarayı
Baabda Sarayı(fr. Palais Présidentiel de Baabda),(ərəb. قصر بعبدا ‎)-Livan prezidentinin rəsmi iqamətgahı. == Tarixi == Baabda sarayı Müdafiə Nazirliyi və digər müxtəlif hərbi postlarla əhatə olunmuşdur. 2005-ci ilin ortalarında təhlükəsizlik səbəbi ilə nazirlər görüşlərinin adi məkanı tərk edildikdən sonra nazirlərin görüşlərinə ev sahibliyi etməyə başladı.İndi nazirlərin görüşləri Baabda Sarayında və Böyük Seraildə alternativ qaydada keçirilir.
Baxçacıq sarayı
Baxçacıq sarayı (fars. کاخ و موزه باغچه‌جوق‎) — Qərbi Azərbaycan ostanında Maku şəhərindən 8 km aralıda Baxçacıq kəndində yerləşir. Sarayın tikintisi 1934-cü ildə tamamlanıb. Baxçacıq sarayı 1996-cı ildə İranın "Milli İrs" siyahısına 1739 nömrəsi ilə qeydə alınmışdır. == Ümumi məlumat == Əslində sarayın tikintisinə Maku xanlarından biri olan Teymur Paşa xanın sifarişi ilə başlansa da, əsas işləri Müzəffərəddin şah Qacarın sərdarlarından olan İqbal-üs-səltənə Makuyi titullu Murtuzaqulu xan Bayatın dövründə aparılmışdır. Sarayın inşaası 1934-cü ildə başa çatdırılıb. 1974-cü ildə Murtuzaqulu xanın varislərindən biri Baxçacıq sarayını satın alaraq təmir etdirdi. 1985-ci ildən saray muzeyə çevrilmişdir. Günümüzdə də Qərbi Azərbaycan ostanının ən çox ziyarət edilən turistik mərkəzlərindən biridir. === Memarlıq xüsusiyyətləri === 11 hektarlıq bağın ərazisində yerləşən saray iki mərtəbəlidir.
Belveder sarayı
Belveder sarayı — Avstriyanın paytaxtı Vyana şəhərinin Landstrasse rayonunda yerləşən iki hissəli saraydır. Barokko üslubunda tikilmişdir. Belveder sarayı 1668–1745-ci illərdə Savoy şahzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilmişdir. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət saray bağça vasitəsi ilə birləşir. Saray hazırda muzey kimi istifadə olunur. Yuxarı Belveder sarayının ən əhəmiyyətli xüsusiyyəti 15 may 1955-ci ildə Avstriyanın İkinci Dünya müharibəsindən sonra müstəqilliyini təsdiq etmiş müqavilənin burada imzalanmasıdır.
Belvedere sarayı
Belveder sarayı — Avstriyanın paytaxtı Vyana şəhərinin Landstrasse rayonunda yerləşən iki hissəli saraydır. Barokko üslubunda tikilmişdir. Belveder sarayı 1668–1745-ci illərdə Savoy şahzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilmişdir. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət saray bağça vasitəsi ilə birləşir. Saray hazırda muzey kimi istifadə olunur. Yuxarı Belveder sarayının ən əhəmiyyətli xüsusiyyəti 15 may 1955-ci ildə Avstriyanın İkinci Dünya müharibəsindən sonra müstəqilliyini təsdiq etmiş müqavilənin burada imzalanmasıdır.
Beykoz sarayı
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Bukingem sarayı
Bukinqem sarayı (ing. Buckingham Palace) — britaniya monarxlarının (hazırda II Elizabetin) Londondakı rəsmi iqamətgahı. Pell-Mell küçəsinin və kraliça Viktoriyanın qızılı abidəsi ucaldılan Qrin-Parkın qarşı tərəfində yerləşir. Monarx sarayda olarkən onun damında kral bayrağı dalğalanır. == Ümumi məlumat == Saray monarxiyanın simvoludur. Bu sarayda şahzadə və onun ailəsi yaşayır. Saray bir çox incəsənət əsərləri ilə bəzədilmişdir. Sarayı piyada qvardiya polku və krallıq atçı qvardiya polkundan ibarət olan Saray diviziyası qoruyur. Hər gün aprel ayından avqust ayına kimi saat 11:30-da (qalan aylarda - bir gündən bir) qaravul növbəsinin dəyişmə mərasimi keçirilir. Bu törən Londonda ən məşhur mərasimlərdən biri sayılırki, çox sayda turistləri özünə cəlb edir.
Bukinqem sarayı
Bukinqem sarayı (ing. Buckingham Palace) — britaniya monarxlarının (hazırda II Elizabetin) Londondakı rəsmi iqamətgahı. Pell-Mell küçəsinin və kraliça Viktoriyanın qızılı abidəsi ucaldılan Qrin-Parkın qarşı tərəfində yerləşir. Monarx sarayda olarkən onun damında kral bayrağı dalğalanır. == Ümumi məlumat == Saray monarxiyanın simvoludur. Bu sarayda şahzadə və onun ailəsi yaşayır. Saray bir çox incəsənət əsərləri ilə bəzədilmişdir. Sarayı piyada qvardiya polku və krallıq atçı qvardiya polkundan ibarət olan Saray diviziyası qoruyur. Hər gün aprel ayından avqust ayına kimi saat 11:30-da (qalan aylarda - bir gündən bir) qaravul növbəsinin dəyişmə mərasimi keçirilir. Bu törən Londonda ən məşhur mərasimlərdən biri sayılırki, çox sayda turistləri özünə cəlb edir.
Bukoleon sarayı
Bukoleon sarayı (yun. Βουκολέων) ― Konstantinopolda (müasir Türkiyənin İstanbul şəhəri) mövcud olmuş Bizans saraylarından biri. Saray İpodromun cənubunda, Balaca Ayasofyanın şərqində, Mərmərə dənizinin sahilində yerləşir. == Adlar == Tikilinin əvvəlki adı Hormisdas olmuşdur. Bukoleon adı ehtimal ki, I Yustinian dövründə, 6-cı əsrin sonlarında sarayın qarşısında kiçik liman inşa edildikdə verilmişdir. Rəvayətə görə, ərazidə öküz və limana adını verən aslan heykəlləri dururdu (βοῦς və λέων, müvafiq olaraq "öküz" və "aslan" deməkdir). Saraya həmçinin, "Hormisdas evi" və ya "Yustinian Evi" də deyilir. == Tarix == Boukoleon sarayı 5-ci əsrdə II Feodosinin hakimiyyəti dövründə tikilmişdir. İmperator Feofil sarayı yenidən qurdu və genişləndirdi, sahil divarlarının üstünə böyük bir fasad əlavə etdi. 969-cu ildə İmperator II Nikofor ərazidə dairəvi divar tikdirdi.
Burbonlar sarayı
Burbonlar sarayı (fr. Le palais Bourbon)— Fransanın Parisdəki Milli Assambleyanın yerləşdiyi bina. == Tarixi == Razılıq körpüsünün qarşısında yerləşmiş Burbonlar sarayının fasadı Maden kilsəsinə və Razılıq meydanına baxır.Hazırda Milli Assambleyanın yerləşdiyi binada dörd arxitektorun dəsti xətti görünür:Cardinni 1722-ci ildə binanın tikintisinə başlamış, Lassürans işi davam etdirmiş, Ober və Qabriel onu 1728-ci ildə başa çatdırmışlar. Bina əsasən Burbonlar hersoqu XIV Lüdovikin qızı üçün tikilmişdir. Hersoqun qızı hətta binaya öz adını vermişdir. 1764-cü ildə həyəti daha da genişləndirilmiş vəziyyətdə və indiki görünüşdə şahzadə Kondenin şəxsi mülkünə çevrilmişdir.Binanın fasadını Napoleonun tapşırığı ilə arxitektor Puaye 1803-1807-ci ildə tikmişdir.Fasad nəhəng və hündür sütunlarla bəzədilmişdir.Onun girəcəyinin hər iki tərəfində Pryutun, Syüllinin, Kolberin və Aqessonun möhtəşəm heykəlləri qoyulmuşdur.Daxili incəsənət əsərləri ilə bəzədilmişdir.Romantizm dövrünün tanınmış rəssamı, Viktor Hüqonun yaxın dostu Delekrua 1838-1845-ci illərdə saray kitabxanasını "Sivilizasiya tarixi" mövzusunda çəkdiyi əsərlə daha da gözəlləşdirmiş, Qüdonun yaratdığı Didro və Volterin büstləri kitabxanaya qoyulmuşdur.Lil, Universitet, Varen və Qrenel küçələri məhəllənin tarixiliyini özlərində əks etdirmişlər. Lil küçəsindəki Fəxri Legion sarayı 1787-ci ildə knyaz Salm üçün tikilmişdir.1871-ci ildə Kommuna dövründə bina tamamilə yandırılmışdır.Yalnız yeddi ildən sonra binanın əvvəlki görünüşünü bərpa etmək mümkün olmuşdur.Binada Fəxri Legion ordeni və digər Avropa ordenlərinin tarixinə dair sənədlər qorunub saxlanmaqdadır.
Bəylərbəyi Sarayı
Bəylərbəyi sarayı — İstanbulun Üsküdar rayonunda 1861–1865-ci illərdə inşa olunan Osmanlı sarayı. Üsküdar rayonunun Bəylərbəyi səmtində yerləşən saray dövrün Osmanlı padşahı Sultan Əbdüləzizin sifarişi ilə, erməni əsilli baş memar Sarkis Balyan tərəfindən inşa olunmuşdur. Yay sarayı və əcnəbi dövlət adamlarının qonaq edilməsi məqsədilə hazırlanan sarayın inşaat prosesi 6 avqust 1863-cü ildə başlamış, açılış mərasimi isə 21 aprel 1865-ci ildə cümə salamlığının ardından Sultan Əbdüləzizin iştirakı ilə baş tutmuşdur. O illərdə sarayın inşaat xərcləri təqribən 500 min Osmanlı lirəsi olaraq hesablanmışdır. == Ərazisi == Sarayın yerləşdiyi ərazinin tarixi Bizans dövrünə qədər gedib çıxır. Belə ki, Bizans imperatoru II Konstansi burada böyük bir xaç heykəli inşa etdirmiş, bu səbəblə bölgə Bizans dövründə stavroz (yunanca xaç deməkdir) bağçaları olaraq adlanmışdır. XVII əsr erməni səyyahı və tarixçisi Eremya Çələbiyə görə, vaxtilə bu ərazidə Bizans dövründən qalma bir kilsə və pravoslav ziyarətgahı var idi və bu məkanlar XVII əsrin əvvəllərinə qədər ayaqda qalmışdı. Osmanlı dövründə isə ərazi padşahların xas bağçalarından biri olaraq istifadə edilmiş, II Səlim dövrünün bəylərbəylərindən Mehmed Paşanın burada köşk inşa etməsinin ardından ərazi Bəylərbəyi olaraq anılmağa başlanmışdır. Ərazidə Osmanlı dövrünə aid ilk tikili yenə II Səlimin qızlarından Gövhərxan Sultanın sarayı idi. Saray uzun müddət ayaqda qalmış, hətta Osmanlı padşahlarından IV Murad məhz bu sarayda dünyaya gəlmişdir.
Dadiani sarayı
Dadianov sarayı — Dadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası. == Tarixi == XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb. İndiki var olan saray 1873-1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda. Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır. == Muzey == Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb.
Diokletian sarayı
Diokletianus sarayı (xorv. Dioklecijanova palača) — Xorvatiyanın Split (əvvəllər Spalato) şəhərində, Roma İmperiyasının imperatoru Diokletian tərəfindən IV əsrdə tikilmiş Qədim Roma saraylarından biri.
Diokletiana sarayı
Diokletianus sarayı (xorv. Dioklecijanova palača) — Xorvatiyanın Split (əvvəllər Spalato) şəhərində, Roma İmperiyasının imperatoru Diokletian tərəfindən IV əsrdə tikilmiş Qədim Roma saraylarından biri.
205-ci Şamaxı piyada alayı
205-ci Şamaxı piyada alayı — Rusiya İmperator Ordusunun piyada alayı. Alay 20 sentyabr 1889-cu ildə Yelizavetpol (indiki Gəncə) şəhərində yaradılmışdır. == Alayın təşkili == Alay Yelizavetpolda 1890-cı il sentyabrın 1-də Şamaxı, Salyan, Nuxa, Sığnax və Düşeti komandalarından ibarət iki batalyondan yaradılmış və Şamaxı ehtiyat piyada (kadr) alayı adlandırılmışdır. 1891-ci il noyabrın 17-də alaya sadə bayraq verildi. Alayın müxtəlif vaxtlarda sələfləri mövcud olmuşdur: Şamaxı invalid komandası - 1858-ci ildə yaradılmışdır. Ananur rayonu invalid komandası - 1816-cı ildə yaradılmışdır; 1821-ci ildə Duşeti adlandırıldı və 1864-cü ildə Duşeti yerli komandası adlandırıldı. Məcəli yerli komandası - 1874-cü ildə yaradılmışdır; 1883-cü ildə Salyan yerli komandasına çevrildi. Nuxa qəza komandası - 1868-ci ildə yaradılmışdır. Sığnaq qəzası invalid komandası - 1816-cı ildə yaradılmışdır. 1908-ci il dekabrın 30-da Şamaxı alayı ləğv edilmiş 1-ci və 2-ci Koven qalası piyada alaylarının tərkibindən 7, 8, 9 və 10-cu alayları da əlavə etməklə, dörd tabor alayına çevrildi və 261-ci Şamaxı eytiyyat alayı adlandırıldı.
Şamaxı Safari Parkı
Şamaxı Safari Parkı — Azərbaycanın Şamaxı rayonunda safari turizminə aid park. Şamaxı Safari Parkı “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq yaradılmışdır. Bu məqsədlə vəhşi heyvanlar üçün ekoloji qoruq Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənmişdir. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilmişdir. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artmışdır. Belə ki, 2017-ci ilin oktyabr ayında parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var idi. Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində 36 kilometr uzunluğunda enli yol çəkilmişdir. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilmişdir. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilmişdir. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunmuş, inzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılmışdır.