Adnalı (Şamaxı)

AdnalıAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Adnalı
40°34′25″ şm. e. 48°37′24″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 941 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5615
Xəritəni göstər/gizlə
Adnalı xəritədə
Adnalı
Adnalı

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Ələt-Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub-qərbdə yerləşir.

Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə 175 təsərrüfat var.

Kənddə klub və kitabxana var.[2]

Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir.

Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir[3].

Kənddə tibb məntəqəsi mövcuddur.

  1. "Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  2. ADNALI Arxivləşdirilib 2022-05-11 at the Wayback MachineŞamaxı Ensiklopediyası
  3. MÜSƏLMAN DİNİ İCMALAR — 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)