Acıdərə — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 25 km cənubdadır.[1] Azərbaycanın əhalisinin sayına görə ən kiçik kəndidir.[2]
Acıdərə | |
---|---|
40°31′42″ şm. e. 48°44′30″ ş. u. | |
Ölkə | |
Region | Şamaxı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Acıdərə çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə Şamaxı qəzasında yaşamış çıraqlı tayfasının qışlaq yeri olmuşdur. 1896-cı ildə çıraqlıların bir hissəsi Acıdərədə xidmət evi olan poçt (çaparxana) ətrafında məskunlaşmışlar. Yaşayış məntəqəsi yerləşdiyi ərazinin adı ilə adlandırılmışdır[3].
Әһalisi 1 nəfərdir, 3 təsərrüfatı var (2009).[2]
Şamaxı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |