205-ci Şamaxı piyada alayı — Rusiya İmperator Ordusunun piyada alayı. Alay 20 sentyabr 1889-cu ildə Yelizavetpol (indiki Gəncə) şəhərində yaradılmışdır.[1]
205-ci Şamaxı piyada alayı | |
---|---|
Шемахинский 205-й пехотный полк | |
Növü | piyada |
Yaranma tarixi | 1 sentyabr 1890 - 1918 |
Ölkə | Rusiya imperiyası |
Tabedir | 52-ci Piyada Diviziyası, 3-cü Qafqaz Ordusu Korpusu |
Daxildir | Rusiya İmperator Ordusu |
Qərargah |
Gəncə (1913-cü ilə qədər) Serqoqala (1913-cü ildən) |
Müharibələr | Birinci Dünya müharibəsi |
Döyüşlər |
Birinci Dünya müharibəsi Rusiyanın İrana hərbi müdaxiləsi |
Komandanlıq | |
Məşhur komandirləri |
Əbdülhəmid bəy Qaytabaşı Tərlan Əliyarbəyov |
Alay Yelizavetpolda 1890-cı il sentyabrın 1-də Şamaxı, Salyan, Nuxa, Sığnax və Düşeti komandalarından ibarət iki batalyondan yaradılmış və Şamaxı ehtiyat piyada (kadr) alayı adlandırılmışdır.
1891-ci il noyabrın 17-də alaya sadə bayraq verildi.
Alayın müxtəlif vaxtlarda sələfləri mövcud olmuşdur:
1908-ci il dekabrın 30-da Şamaxı alayı ləğv edilmiş 1-ci və 2-ci Koven qalası piyada alaylarının tərkibindən 7, 8, 9 və 10-cu alayları da əlavə etməklə, dörd tabor alayına çevrildi və 261-ci Şamaxı eytiyyat alayı adlandırıldı. 20 fevral 1910-cu ildə alayın sayı 205-ə dəyişdirildi və alayın özü ehtiyatdan nizami döyüş qüvvələrinin sırasına daxil edildi.
Şamaxı alayının ilk döyüş təcrübəsi 1911-1912-ci illərdə general-mayor Vasili Qabayevin Qəzvin dəstəsində olduğu İrana yürüşü idi. İranda Şamaxı alayı Ənzəli-Rəşt bölgəsində hərəkət edərək Kiranda qalasına hücum zamanı xüsusilə fərqlənmişdilər.
Birinci Dünya müharibəsi illərində 52-ci piyada diviziyasının tərkibində Şamaxı alayı Şərq cəbhəsində idi.