Quşçu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Quşçu | |
---|---|
40°26′14″ şm. e. 48°44′21″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.[1]
Kənd Ləngəbiz silsiləsinin yamacında yerləşir.
1919-cu il tarixində ermənilər tərəfindən 600 evlik Quşçu kəndində 192 kişi, 115 qadın, 25 uşaq öldürülmüşdür.
Hazırda əhali sayına görə rayonun ikinci böyuk kəndidir.
Kənd əhalisi 4800 nəfərdir ki, onunda 2460 nəfəri kişi, 2340 nəfəri isə qadınlar təşkil edir.
Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Şamaxı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |